Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1754/2024 19.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan onun xeyrinə 6400 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin öhdəçilik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən: - “06 avqust 2018-ci ildən xx.xx.2022-ci il tarixə kimi ona ödənilməli olan 10586.76 manat pulun 4 il ərzində infilyasiya nəticəsində qiymətdən düşdüyündən indeksasiya olunması; - cavabdeh tərəfindən təyin edilmiş pensiyanın yenidən hesablanması və hesablanmanın açıqlanmasının verilməsi; - 4 ildən artıq davam edən məhkəmə çəkişmələri nəticəsində ona vurulmuş maddi ziyana görə 500 manat və mənəvi ziyana görə həmin dövr ərzində ödənilməli olan (ona görə dəqiqləşdirilməmiş, yenidən hesablanmalı) cavabdeh tərəfindən həmin dövr üçün hesablanmış 10586.76 manat pul vəsaiti həcmində mənəvi ziyanın əvəzinin cavabdehdən tutulması; - cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşları tərəfindən ümumi öhdəliklərin yerinə yetirilməməsi nəticəsində ümumi ziyana görə xx.xx.2018xx.xx.2022-ci il üzrə minimum yaşayış məbləğinə uyğun hesablanaraq ona kompensasiya ödəniməsi; - ona əsassız olaraq pensiya təyin edilməsindən imtina etmiş Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşlarının adlarının açıqlanmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh inzibati orqana müraciət edərək, cavabdehin təqsiri üzündən 2018-ci ildə almalı olduğu güzəştli şərtlərlə yaşa görə pensiyanı 2022-ci ildə məhkəmə qərarına əsasən almağını, bu müddət ərzində maddi vəsaitinin xərclənməsi, mənəvi sarsıntılara məruz qalması, 2018-ci ildə alacağı pensiya vəsaitinin 2022-ci ildə almaqla ümumi vəsait 10586 manat pulun 4 il ərzində infilyasiya nəticəsində qiymətdən düşdüyü üçün ümumi vəsaitin indeksasiya olunması kimi xahişlərinin yerinə yetirilməsini xahiş etmişdir. Lakin cavabdeh 3-17-1/2-k-138450/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə artıq ona məlum olan halları sadalamış və ərizəsilə əlaqədar heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF-u 2018-ci il tarixdə ona təyin olunması qanunla nizamlanan pensiyanın verilməməsi nəticəsində 2022-ci ilə qədər məhkəmə qaydasında hüquqlarının bərpa edilməsindən sonra aldığı 10586,76 manat pul vəsaiti 4 ildən sonra ona ödənilmiş və ümumi vəsait 4 il ərzində ən azı 15% dəyərdən düşmüşdür. Bu səbəbdən 10586.76 manat indeksasiya olunmalı və ona ödənilməlidir. Yəni 10.586,76 manat 15% infilyasiya - bir il üçün 1600 manat + 4 il = 6400 manat. Lakin cavabdeh yuxarıda adı çəkilən ərizəyə cavab məktubunda bu barədə danışmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-12973/2024 saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, Kərimov xx.xx.2023-cü il tarixli ərizə ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli yekun qərarı ilə 06 avqust 2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı inzibati orqanın təqsirinə görə ona 2022-ci ildə 10586 manat həcmində ödənilmişdir. O, pensiya vəsaitini vaxtında almadığına görə hesablanmış 10586 manatın inflyasiyaya müvafiq olaraq indeksasiya olunmaqla orta hesabla inflyasiya həcmi minimum 15% hesablanmaqla 10586 manat məbləğin bir il üçün 1600 manat olmaqla ümumilikdə dörd il üçün 6400 manatın ona ödənilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018-ci il tarixinə kişilər 64 yaş ) arasındakı ayların sayı qədər artırılır. İddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1 (102)-819/2022 nömrəli Qərarına əsasən 8 sentyabr 2022-ci il tarixi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış 36252,72 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 57 yaşının tamamlandığı xx.xx.2018-ci il tarixi üçün 114,94 manat (26205,90:228 ay (64 il-57 il=84 ay+144 ay)) məbləğində müəyyən edilərək həmin tarixdə əmək pensiyasının minimum məbləğinin 116,27 manat olması ilə əlaqədar əmək pensiyasının ona münasibətdə müvafiq məhkəmə qərarına əsasən həmin tarixdən 116,27 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, ona əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 10586,76 manat pul vəsaiti hesablanmışdır. Həmin 10586,76 manat pul vəsaitinin 441,12 manat hissəsi 2022-ci ilin oktyabr və noyabr aylarında, qalan 10145,64 manat hissəsi isə Mərkəzi Filiala müraciətini nəzərə alaraq 2022-ci ilin dekabr ayında ona birdəfəlik ödənilmişdir. Daha sonra iddiaçı inzibati orqanın qərarı ilə razılaşmayaraq, eyni iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 3-cü maddəsinə əsasən birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər) indeksləşdirilir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən illər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən olunan faiz nisbətində indeksləşdiriləşdirilmişdir. Ümumilikdə 10586 manat məbləğində keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləği hesablanmış və iddiaçıya tam məbləğdə ödənilmişdir. İddiaçıya keçmiş dövr üçün ödənilməli olan pensiya məbləği xx.xx.2018- xx.xx.2018-ci il dövrlər üzrə 116.27 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrlər üzrə 119.76 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrlər üzrə 160.00 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrlər üzrə 200.00 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrlər üzrə 233.20 manat, xx.xx.2021-xx.xx.2021-ci il dövrlər üzrə 259.78 manat, xx.xx.2022- xx.xx.2022-ci il dövrlər üzrə 268.61 manat məbləğində indeksləşdirilərək hesablanmışdır. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-819/2022 saylı Qərarından görünür ki; - İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı 57 yaşının tamam olduğu 06 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. - Bakı İnzibati Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2-1(112)-311/2020 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. - Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-291/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. - İddiaçı qeyd olunan qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1497/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-427/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. - İddiaçı qeyd olunan qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia üzrə tələbin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-819/2022 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-427/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 6 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********9 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-819/2022 saylı Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsilə xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən DSMF-yə ünvanlanmış 3-17- 1/3-51974/2024 №li xx.xx.2024-cü il tarixli xidməti məktubdan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (İddiaçı münasibətdə müvafiq məhkəmə qərarına əsasən 57 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (6 avqust 2018-ci il tarixinə kişilər 64 il) arasındakı ayların sayı qədər artırılır. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixindən sonra qüvvədə olan redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306 manat götürülməklə xx.xx.2006- cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən hesablanır. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 il təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinə və 45-ci maddəsinin ikinci cümləsinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,55 manat (25,00 il x 306 manat: 228 ay (64 il - 57 il = 84 ay + 144 ay) hesablanaraq xx.xx.2018-ci il tarixinədək indeksləşdirilərək 76,91 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006xx.xx.2018-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8668,96 manat sığorta kapitalına uyğun 38,02 manat (8668,96 : 228 ay) əlavə edilərək xx.xx.2018-ci il tarixinə əmək pensiyası 114,93 manat (76,91 + 38,02) məbləğində müəyyən edilib. Bundan başqa xx.xx.2019-cu il tarixindən əmək pensiyasının minimum məbləğinin 119,76 manat müəyyən edilməsi ilə əlaqədar pensiya məbləği həmin tarixdən 119,76 manata, xx.xx.2019- cu il tarixindən 160,00 manata, xx.xx.2019-cu il tarixindən isə 200,00 manat müəyyən edilməsi ilə əlaqədar əmək pensiyasının məbləği həmin tarixdən 200,00 manata çatdırılıb (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 268,61 manat). Qanunun 29.1-ci və 26.4-cü maddələrinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi və maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixindən İddiaçı əmək pensiyasının məbləği 363,86 manat təşkil edir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-87622/2023 №li imtina məktubunda göstərilmişdir ki, Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2018-ci il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. İddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-819/2022 nömrəli Qərarına əsasən 8 sentyabr 2022-ci il tarixində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 36252,72 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 57 yaşının tamamlandığı xx.xx.2018-ci il tarixinə 114,94 manat (26205,90:228 ay (64 il-57 il=84 ay+144 ay)) məbləğində müəyyən edilərək həmin tarixdə əmək pensiyasının minimum məbləğinin 116,27 manat olması ilə əlaqədar əmək pensiyasının ona münasibətdə müvafiq məhkəmə qərarına əsasən həmin tarixdən 116,27 manata çatdırılıb. Ona əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 10586,76 manat pul vəsaiti hesablanıb. Həmin 10586,76 manat pul vəsaitinin 441,12 manat hissəsi 2022-ci ilin oktyabr və noyabr aylarında, qalan 10145,64 (on min bir yüz qırx beş manat 64 qəpik) manat hissəsi isə Mərkəzi Filiala müraciəti nəzərə alınaraq 2022-ci ilin dekabr ayında ona birdəfəlik ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: - 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. - 3-cü maddəsinə əsasən birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər) indeksləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-819/2022 saylı qərarı ilə iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 6 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilmiş, cavabdeh inzibati orqan tərəfindən qərar ica olunaraq, iddiaçıya əmək pensiyası təyin olunmaqla, sonuncuya əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 10586,76 manat pul vəsaiti hesablanıb, 441,12 manat hissəsi 2022-ci ilin oktyabr və noyabr aylarında, qalan 10145,64 manat hissəsi isə Mərkəzi Filiala müraciəti nəzərə alınaraq 2022-ci ilin dekabr ayında ona birdəfəlik ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən illər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən olunan faiz nisbətində indeksləşdiriləşdirilmişdir. Ümumilikdə 10586 manat məbləğində keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləği hesablanmış və iddiaçıya tam məbləğdə ödənilmişdir. İddiaçıya keçmiş dövr üçün ödənilməli olan pensiya məbləği xx.xx.2018xx.xx.2018-ci il dövrlər üzrə 116.27 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrlər üzrə 119.76 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrlər üzrə 160.00 manat, xx.xx.2019- xx.xx.2019-cu il dövrlər üzrə 200.00 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrlər üzrə 233.20 manat, xx.xx.2021-xx.xx.2021-ci il dövrlər üzrə 259.78 manat, xx.xx.2022- xx.xx.2022-ci il dövrlər üzrə 268.61 manat məbləğində indeksləşdirilərək hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının “06 avqust 2018ci ildən xx.xx.2022-ci il tarixə kimi ona ödənilməli olan 10586.76 manat pulun 4 il ərzində infilyasiya nəticəsində qiymətdən düşdüyü üçün indeksasiya olunması barədə tələbi əsassızdır və təmin oluna bilməz. İddiaçı cavabdeh tərəfindən təyin edilmiş pensiyanın yenidən hesablanması və hesablanmanın açıqlanmasının verilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı cavadeh inzibati orqanın nümayəndəsi tərəfindən surəti məhkəməyə təqdim olunmuş Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən DSMF-yə ünvanlanmış 3-17-1/3- 51974/2024 №li xx.xx.2024-cü il tarixli xidməti məktubdan (açıqlama) müəyyən olunur ki, iddiaçıya təyin olunmuş pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hesablanmışdır. Məhkəmə iddia tələbinin maddi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi ziyan vurulduğunu sübut edə bilməmişdir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından da göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmır. Məhkəmə iddia tələbininin dəlillərini cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın tutulması hissəsində də əsassız hesab edir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 3-cü maddəsinə əsasən birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər) indeksləşdirilir. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı ilə İddiaçı xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən illər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən olunan faiz nisbətində indeksləşdiriləşdirilmişdir. Ümumilikdə 10586 manat məbləğində keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləği hesablanmış və iddiaçıya tam məbləğdə ödənilmişdir. İddiaçıya keçmiş dövr üçün ödənilməli olan pensiya məbləği xx.xx.2018- xx.xx.2018-ci il dövrlər üzrə 116.27 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrlər üzrə 119.76 manat, xx.xx.2019-xx.xx.2019-cu il dövrlər üzrə 160.00 manat, xx.xx.2019xx.xx.2019-cu il dövrlər üzrə 200.00 manat, xx.xx.2020-xx.xx.2020-ci il dövrlər üzrə 233.20 manat, xx.xx.2021-xx.xx.2021-ci il dövrlər üzrə 259.78 manat, xx.xx.2022- xx.xx.2022-ci il dövrlər üzrə 268.61 manat məbləğində indeksləşdirilərək hesablanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Mənəvi zərərin məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı mənəvi zərərin əvəzini tələb etmək hüququna malik olmur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1754/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1754/2024
19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver