Məhkəmə qərarları › İş №2-1(112)-17548/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17548/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17548/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı üçüncü şəxs qismində X4 cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin inzibati binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, ev 42-də yerləşən 16 nömrəli mənzildən X3 qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, ev 42-də yerləşən 16 nömrəli mənzil iddiaçıya məxsusdur. İddiaçı həmin mənzilə dair 2004-cü ildə mülkiyyət hüqunu təsdiq edən sənəd qeydiyyat vəsiqəsi də əldə etmişdir. xx.xx.1987-ci il təvəllüdlü X4 iddiaçının keçmiş gəlinidir. Belə ki, iddiaçının oğlu X2 ilə gəlini X4 ilə arasında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur və tərəflərə 2 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında AZ-İ №394547 nömrəli şəhədatnamə verilmişdir. X4 hal-hazırda iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, N.Əliyev küçəsi, ev 42-də yerləşən 16 nömrəli mənzildə rəsmi qeydiyyatdadır. X1 iddiaçının mülkiyyətində olan mənzildə yaşamır. Yəni onun həmin mənzildən istifadə hüququ mövcud deyil. İddiaçının məhkəməyə müraciət etməkdə məqsədi X3 ona məxsus mənzildən qeydiyyatdan çıxması ilə bağlıdır. Çünki iddiaçı mənzilə dair hər hansı bir notarial qaydada hərəkət etmək istədikdə X3 notariat qaydada razılığını almalı olacaqdı. Halbuki iddiaçı ilə üçüncü şəxin qohumluq münasibətləri sona çatmışdır və X4 hal-hazırda başqa mənzildə yaşayır. Belə ki, üçüncü şəxsin qeydiyyatı formal olaraq iddiaçıya məxsus evdədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, X4 artıq Xətai rayonu, N.Əliyev küçəsi, ev 42-də yerləşən 16 nömrəli mənzildən qeydiyyatdan çıxmışdır. Hazırda rəsmi qeydiyyat ünvanı başqa ünvandır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən X4 ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan təqdirdə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxs X4 ünvan 2 ünvanından qeydiyyatdan çıxdığından işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldi: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar