Məhkəmə qərarları › İş №2-1(112)-1755/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1755/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1755/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X2, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X2 cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin edilməsi.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı X10 cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1963-cü ildə doğulmuşdur. Sağlamlıq imkanları məvdud uşağı 20.10.1989-cu il təvəllüdlü X20 İ qrup əlildir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən 13.06.2020-ci il tarixində sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi üçün, 56 yaş yarımdan əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar 16.06.2020-ci il tarixində, sənədlərini 3 saylı DOST Mərkəzinə təqdim etmiş və 26.08.2020-ci il tarixində imtina cavabı almışdır. Halbuki uşağı X14 28.06.2001-ci il tarixində verilən 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının ilkin arayışı, 21.09.2005-ci il tarixində verilən 3 saylı Zona TSEK arayışı, 05.04.2012-ci il tarixində verilən 4 nömrəli TSEK-in müddətsiz (ömürlük) arayışı, Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 02.10.2009-cu il tarixində verilmiş “X5 qəyyum təyin edilməsi haqqında” sənədi 3 saylı DOST Mərkəzinə təqdim etmiş, sənədlərə əmək kitabçası və diplomun notariat qaydasında təsdiq olunmuş surətləri əlavə olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 01.07.2020-ci il tarxindən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1980-1985-ci illərdə ali təhsil aldığı D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnistutunun 01.08.1980-04.08.1982-ci illər ərzində işlədiyi Bakı şəhər Oktyabr rayonu məlumat-hesablama stansiyasında operator vəzifəsində (2 il staj), 27.01.1987-20.04.1991-ci illərdə Bakı şəhər, Yasamal rayonu, İcra Hakimiyyətinin Maliyyə şöbəsində büdcə üzrə iqtisadçı vəzifəsində işlədiyi (4 il 3 ay staj) və qəyyum təyin edildiyi müddət mövcud qanunvericiliyə əsasən iş stajına aid edilir (hazırda övladının 31 yaşı var, 12 yaşından əlilliyi təsdiq edən sənəd verilib). Təqdim etdiyi sənədlərdən göründüyü kimi, iş stajı 25 ildən çox təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 18.09.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı) tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair 08.02.2021-ci il tarixli **********5 №li yazılı etirazda göstərilmişdir ki, iddiaçı X10 21.04.1991-ci il tarixdən 02.01.1996-cı il tarixədək “Sevinc” kiçik müəssisəsində və 03.01.1996-cı il tarixdən 30.10.2003-cü il tarixədək “Sülh” kiçik müəssisəsində işlədiyini və əmək haqqı aldğını iddia edir. İddiaçının əmək kitabçasında qeyd olunan “Sevinc” və “Sülh” kiçik müəssisələrinin fəaliyyətinə dair hər hansı arxiv sənədləri aşkar edilməmiş və iddia etdiyi müəssisələrdən əmək haqqı almasına dair arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin, kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində eydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 31.2.1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.1.1 Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa əsasən müəyyən olunur. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin 01.01.2006-cı ilə qədər şlədiyi dövrün öz əksini tapması üçün əmək kitabçası ilə yanaşı dövlət arxivinin arayışları da mövcud olmalıdır. Əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 01 yanvar 2002-ci il tarixindən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yedinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçının işlədiyini iddia etdiyi illərin bir hissəsi 01.01.2002-ci ildən sonraya düşür. İddiaçının həmin illərə dair əmək haqqı almasına dair ilkin sübutetmə iddiaçının üzərinə düşür. Lakin, iddiaçı bu barədə heç bir sübut təqdim etməmişdir və illər nəzərə alınmadığı təqdirdə də vətəndaşın pensiya almaq hüququ yaranmır və iddia rədd olunmalıdır. Sonradan 18.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraza əlavə təqdim edilərək göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanmas, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir. 1-ci qrup əlilə və ya sağlamlıq imkanları məhdud uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt. Qaydaların 3.9-cu bəndinə əsasən 1-ci qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlarına əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qanunvericilikdə aydın şəkildə izah olunmuşdur ki, iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsinin və 1-ci qrup əlilə qulluq etməsinin təsdiq olunması üçün akt tərtib olunmalıdır. İş materiallarına sübut qismində əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilən arayışda iddiaçının oğlu C.A.Zəkəryayevi doğub və səkkiz yaşınadək tərbiyə etdiyi qeyd olunur. Bu iddiaçının sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi faktın təsdiq etmir. İddiaçının təhsil aldığını qeyd etdiyi illər 01.08.1980-04.08.1982-ci illər ərzində Bakı şəhəri Oktyabr rayonu məlumat hesablama stansiyasında operator işlədiyini iddia etdiyi illər ilə eyni dövrə təsadüf etdyinə görə həmin müddətin yalnız 2 ilə münasibətdə sosial sığorta stajına daxil edilir. Əmək kitabçasında qeyd olunan 21.04.1991-ci il tarixdən 02.01.1996-cı il tarixədək “Sevinc” kiçik müəssisəsində və 03.01.1996-cı il tarixdən 30.10.2003-cü il tarixədək “Sülh” kiçik müəssisəsində işlədiyi illərə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, “Sülh” firması 06.07.1999-cu ildə ş-715 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Sevinc” kiçik müəssisəsinə aid heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunanmamasına dair qərar çıxarılması xahiş edilmişdir. İddiaçı X10 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X8 etiraza və ona əlavəyə uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İş materiallarında olan: iddiaçıya məxsus; - AZE seriyalı ********* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə doğulmuş X10 ünvan 1 ünvanda qeydiyyatdadır. - KB 012155 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 1980-ci ildən 1985-ci ilədək X16 ali təhsil almışdır. - İT-İ seriyalı ******* №li əmək kitabçasında (notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş surəti) olan məlumatlara əsasən Qurbanova (Zəkəryayeva) X38 əmək fəaliyyətinə 01.08.1980-ci ildən başlamışdır. 01.08.1980-ci ildə X7 stansiyasına operator vəzifəsinə qəbul olunmuş (Əmr № 16, 31.07.1980-ci il), 04.08.1982-ci ildə işdən azad olunmuşdur (əmr № 45, 05.08.1982-ci il); 26.11.1985-ci ildə Dövlət Statistika Komitəsinin Sənaye üzrə statistik materialların hazırlanması və buraxılış şöbəsinə iqtisadçı vəzifəsinə qəbul edilmiş (əmr № 427/к, 20.11.1985); 07.02.1986-cı ildə işdən azad olunmuşdur (əmr № 51/k, 05.02.1986); 27.01.1987-ci ildə Büdcə üzrə iqtisadçı vəzifəsinə qəbul edilmiş (əmr № 74, 27.01.1987); 20.04.1991-ci ildə tutduğu vəzifədən azad olunmuşdur (Əmr № 9, 20.04.1991); 21.04.1991-ci ildə “Sevinc” kiçik müəssisəsinə mühasib vəzifəsinə qəbul olunmuş (əmr № 03, 21.04.1991); 02.01.1996-cı ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 01, 02.01.1996); 03.01.1996-cı ildə “Sülh” kiçik müəssisəsinə mühasib vəzifəsinə qəbul olunmuş ( əmr № 01, 03.01.1996); 30.10.2003-cü il tarixdə vəzifəsindən azad olunmuşdur (əmr № 06, 30.10.2003). 11.04.1987-ci ildə Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 ilə X15 1987-ci ilin aprel ayının 11-ci günündə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Zəkəryayeva soyadı verilmişdir. Bakı şəhəri, Nizami rayon VVAQ şöbəsi tərəfindən 14 noyabr 1989-cu il tarixdə verilmiş Хİİİ- ЖГ 421939 №li li doğum haqqında şəhadətnamənin və AZE seriyalı 14753031 №li şəxsiyyət vəsiqəsinin surətlərindən müvafiq olaraq müəyyən olunur ki, 20.10.1989-cu ildə Bakı şəhərində doğulmuş X11 atası X22, anası isə X3r. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizasının 30.04.2009-cu il tarixli 301 saylı Rəyində göstərilmişdir ki, 3 saylı Sabunçu Zona TSEK-in 000817 saylı arayışına əsasən X23 uşaqlıqdan əlildir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Baçısının 02 oktyabr 2009-cu il tarixli 600 №-li Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan X10 Sabunçu rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, xəstə övladı 20.10.1989-cu il təvəllüdlü X9 üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. X6 1963-cü il təvəllüdlüdür, tam sağlamdır, xəstə övladı ilə birgə yaşayır və ona qulluq edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizasının 30.04.2009-cu il tarixli 301 saylı Rəyinə əsasən X12 “Kəskin İfadə olunmuş debillik dərəcəsində oliqoferniya davranış pozuntuları” diaqnozu ilə xəstəlik aşkar olunmuş və o, Sabunçu Rayon Məhkəməsinin 06.07.2009-cu il tarixli, 2(008)-1039/2009 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qeyd edilənlərə əsasən X10 fəaliyyət qabiliyyəti olmayan övladı 20.10.1989-cu il əvəllüdlü X13 üzərində qəyyum təyin edilmiş və ona xəstənin şəxsi və əmlak hüquqlarının qorunması həvalə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SERTSE-02№-li 293499 saylı arayışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 1989-cu il təvəllüdlü X14 09.04.2012-ci il tarixdən ümumi əsaslarla birinci qrup müddətsiz əlillik təyin olunmuşdur. Nizami rayon İcra Hakimiyyəti Başçısının 03.05.1993-cü il tarixli 1641 №li sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 12 oktyabr 1990-cı il tarixli 480 nömrəli “Kiçik müəssisələrin yaradılması və inkişaf etdirilməsi haqqında” qərarını və təsisçinin müraciəti nəzərə alınaraq 12 oktyabr 1990-cı il tarixli 480 nömrəli “Xeyirxah” istehsalat-kommersiya firmasının nəzdində yaradılmış hüquqi ünvanı ünvan 4iyyata alınmışdır. Azərbaycan Respublikası Baş X17 X19 Reyestrinin aparılması qaydalarına Əlavə 3 AB seriyalı 039639 nömrəli 23.06.1993-cü il tarixli Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinən müəyyən olunur ki, Nizami rayonunda yerləşən “Çoxprofilli” fəaliyyətlə məşğul olan “Sülh” kiçik dövlət müəssisəsi vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. “Məcburi dövlət sosial sığortaedəninə (təşkilata) bildiriş”in notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Q.Qarayev küçəsi 61 ünvanında yerləşən “Sülh” kiçik müəssisəsi məcburi dövlət sosial sığorta haqqı ödəyicisi olmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı idarəsinin 29.01.2021-ci il tarixli **********260400 saylı və 15.02.2021-ci il tarixli **********262700 saylı məktublarından müəyyən olunur ki, “Sülh” firması (VÖEN: **********) 06.07.1999-cu ildə ş-715 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı isə ünvan 5liyyə nömrəsi ilə 2D1168 olan ”Sevinc” kiçik müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 18.08.2020-ci il tarixli **********7 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 01.07.2020-ci il tarixindən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş sənədlərdən görünür ki, ümumi iş stajı 25 ildən az təşkil edir. Belə ki, müraciətçinin 21.04.1991-ci il tarixindən 02.01.1996-cı il tarixinədək işləmiş olduğu “Sevinc” kiçik müəssisəsinin və 03.01.1996-cı ildən 30.10.2003-cü ilə qədər işləmiş olduğu “Sülh” kiçik müəssisəsinin faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrün sosial sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Həmçinin 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ona görə də yaşa görə əmək pensiyası təyin olunması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunmuşdur ki, 63 (altmış üç) yaşına çatmış kişilərin və 60 (altmış) yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını 8 (səkkiz) yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə müvafiq olaraq, 01.07.2020-ci ildən 30.06.2021-ci ilə qədər qadınlar üzrə pensiya yaşı 62 il olmuşdur. Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, iddiaçı üçün yaş həddi 5 il azaldıldığından, ona pensiya təyin olunması üçün 57 yaş həddi tələb olunur ki, iddiaçı bu şərtə cavab verir (13.12.2020-ci il). Lakin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, ona pensiya təyinatı aparılması üçün azı 25 il sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ (birinci) qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti daxil edilir. İş materiallarından da görünür ki, iddiaçının övladı 20.10.1989-cu il təvəllüdlü X20 2 №-li TSEK-nin 28.06.2001-ci il tarixli qərarına əsasən sağlamlıq imkanları məhdud şəxs hesab edilmişdir. Göründüyü kimi, iddiaçının 20.10.1989-cu ildə doğulmuş oğlu C.Zəkəryayevin 2001-ci ildən sağlamlıq imkanı məhdud uşaq olduğu müəyyən edilmiş, onun 18 yaşının tamam olduğu 20.10.2007-ci il tarixə isə, artıq o, İ qrup əlil hesab edilmişdir onun İ qrup əlilliyi dəyişməmiş, həmin tarixdən müddətsiz İ qrup əlil hesab edilmişdir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli 284 nömrəli Qanunun {(13 iyun 2008-ci il tarixli 648- İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (31 may 2018-ci il tarixli 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir)} 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. İstinad edilən normaların məzmununa görə, qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1989-cu ildə doğulmuş və 2001-ci ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş X9 18 yaşına çatanadək ona qulluq müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlər araşdırıldıqda məlum olmuşdur ki, iddiaçının sağlamlıq imkanları məhdud uşağa və İ qrup əlilə qulluq etdiyi müddət 17 il 01 ay 12 gün (iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər çıxılmaqla 01.11.2003-13.12.2020-ci il) təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İddiaçı X2 təhsil dövrünün bir hissəsinin onun işlədiyi dövrlə üst-üstə düşdüyünü və “Sevinc” kiçik müəssisəsinə dair müvafiq (təsis sənədləri və s.) sənədlərin aşkar olunmadığını nəzərə almaqla, sonuncunun iş stajı aşağıdakı qaydada hesablanmalıdır: təhsil dövrü 1980- 1985-ci illər; işlədiyi dövrlər (təhsil dövrü nəzərə alınmaqla) 01.01.1986-07.02.1986; 27.01.1987-20.04.1991 və 03.01.1996-30.10.2003. Cəmi 17 il 01 ay 26 gün. Yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçının təhsil, işlədiyi və sağlamlıq imkanları məhdud uşağa və İ qrup əlilə qulluq etdiyi dövrlər nəzərə alınmaqla, onun ümumilikdə 25 ildən iş stajı vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı 03.01.1996-30.10.2003-ci illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1963-ci il təvəllüdlü X4 yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar