Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1756/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının təhsil aldığı müddətin sığorta stajına daxil edilməklə, pensiya kapitalının yığım hissəsində topanmış sığorta haqqlarının düzgün hesablanmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilmiş məbləğin artırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan 20 il 14 gün fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış kapitalının (6320.33 manat) 80% artırılması, yəni 1.8-ə vurulması və alınan məbləğin 144 bölünərək yaşa görə əmək pensiyası məbləğinin bu qaydada yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, əmək fəaliyyətinə xx.xx.1973-cü ildə başlamış və xx.xx.1986-cı ilədək fasiləsiz olaraq işləmişdir. İddiaçının əmək fəaliyyətinə başladığı müddətdən halhazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. İddiaçı yaşı tamam olduqdan sonra əmək pensiyası təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin pensiyası təyin olunarkən əmək stajı nəzərə alınmadan, minimum məbləğdə təyin edilmişdir. İddiaçı təyin edilmiş əmək pensiyasının düzgün hesabanlanaraq artırılması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin ona xx.xx.2022-ci il tarixli **********6 saylı imtina məktubu ilə bildirilmişdir ki, əmək pensiyasının məbləği xx.xx.2006-cı il tarixinədək 20 il sığorta stajı nəzərə alınmaqla hesablanmış və 143.81+43.81 müəyyən edilmişdir. Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qivmətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşməsilə əlaqədar pensiyasının məbləği xx.xx.2016-cı il tarixindən 155.36 manata, xx.xx.2017-ci il tarixindən 161.21 manata çatdırılmışdır. Qanunun xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuş 29.1-ci maddəsinə əsasən pensiyanın sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşməsilə əlaqədar pensiyası xx.xx.2018-ci il tarixindən 170.4 manata, xx.xx.2019-cu il tarixindən 175.51 manata çatdırılmışdır. Qanunun 6.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyasının minimum məbləği 2019cu ilin oktyabr ayının 1-dən 200 manat məbləğində müəyyən edilməsi ilə əlaqədar pensiyası xx.xx.2019-cu il tarixindən 200 manata çatdırılmışdır. İllik artım tempinə uyğun olaraq, xx.xx.2020-ci il tarixdən 233.2 manata, xx.xx.2021-ci il tarixdən 259.78 manata, xx.xx.2022-ci il tarixdən 268.61 manata çatdırılmışdır. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən pensiyasə xx.xx.2006-cı il tarixinədək 20 il sığorta stajı əsasında yenidən hesablanmış və pensiya məbləğində 268.61 manat dəyişiklik olmamışdır. Müraciəti ilə əlaqədar bildirilmişdir ki, axşam növbəsində təhsil aldığı dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan göründüyü kimi İddiaçı xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək əmək stajı 20 il 14 gün təşkil edir. İddiaçının ümumi iş stajına əsasən xx.xx.2006-cı il tarixinə pensiya kapitalı 20 il tam iş stajı X170 manat, +170 manat : 12 ay 30 gün X 14 gün= 3406.61 manat təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 3406.61 manat pensiya kapitalının yaşa görə əmək pensiyası almaq hüququ yarandığı xx.xx.2015-ci il tarixə indeksləşdirilmiş məbləği 6320.33 manat təşkil edir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında" xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanununa uyğun olaraq onun xx.xx.2006-cı il tarixinədək (20 il 14 gün) fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış kapitalının 3406.61. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alman pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3. İşləyən əmək pensiyaçılarına - yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. "Əmək pensiyaları haqqında” Qanunun iddiaçıya pensiya təyin olunan zaman qüvvədə olmuş redaksiyasının 26-ci maddəsinə əsasən, bu qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Hazırkı is üzrə isə İddiaçı xx.xx.2015-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə olan halda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında" xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanununa uyğun olaraq onun xx.xx.2006-cı il tarixinədək olan 20 il 14 gün fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış kapitalının (6320.33 manat) 80% artırılması, yəni 1,8-ə vurulması və alınan məbləğin 144 bölünərək yaşa görə əmək pensiyası məbləğinin bu qaydada yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə təqdim edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddia təmin edilməməlidir, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı yaşa görə pensiyanın yenidən hesablanması məqsədilə Mərkəzi filiala ərizə ilə müraciət etmişdir. İddiaçı Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla bildirilmişdir ki, Filiala təqdim edilmiş 013716 nömrəli diplomunun surətinə əsasən 1974-1978-ci il tarixlərdə axşam növbəsində təhsil aldığı dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanununun 27.1 maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajlarının hər ili üçün 306 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajları aylarının sayına mütənasib olunmaqla hesablanaraq) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində xx.xx.2006-cı il tarixə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçı xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İlkin təyinat zamanı iddiaçının xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun pensiya təyin edilən tarixə qüvvədə olmuş 27.1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2006-cı il tarixinədək cəmi 20 il ümumi iş stajına əsasən 143,81 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsilə əlaqədar iddiaçınının əmək pensiyasının məbləği xx.xx.2016-cı il tarixindən 155,56 manata, xx.xx.2017-ci il tarixindən 161,21 manata çatdırılmışdır. Qanunun xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsilə əlaqədar iddiaçınının əmək pensiyasının məbləği xx.xx.2018ci il tarixindən 170,4 manata, xx.xx.2019-cu il tarixindən 175,51 manata çatdırılmışdır. Qanunun 6-1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunması ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixindən 200 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinin xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçınının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 233,2 manata, xx.xx.2021-ci il tarixindən 259,78 manata, xx.xx.2022-ci il tarixindən 268,61 manata çatdırılmışdır. Qeyd etmək lazımdır ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin 2020-ci il 05 fevral tarixli **********2 nömrəli tapşırığına əsasən 2006-cı ilin 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarının 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin qərarının 8-ci bəndində göstərildiyi kimi vətəndaşların əyani təhsil aldığı dövrlər yalnız müvafiq sənədləri inzibati orqana təqdim etdikdən sonra əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilə bilər. İddiaçının 1974-1978-ci il tarixlərdə axşam növbəsində təhsil aldığı dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarına əlavə edilmiş və pensiya işində olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə tərəfimizdən aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2015ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məlumat üçün bildiririk ki, əmək pensiyanızın məbləği xx.xx.2006-cı il tarixinədək 20 il sığorta stajı nəzərə alınmaqla hesablanmış və 143,81 manat (100 (BH) + 43,81 (SH)) müəyyən edilmişdir. Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsilə əlaqədar pensiyanızın məbləği xx.xx.2016-cı il tarixindən 155,56 manata, xx.xx.2017-ci il tarixindən 161,21 manata çatdırılmışdır. Qanunun xx.xx.2019-cu il tarixinədək qüvvədə olmuş 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsilə əlaqədar pensiyanız xx.xx.2018-ci il tarixindən 170,4 manata, xx.xx.2019-cu il tarixindən 175,51 manata çatdırılmışdır. Qanunun 6-1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunması ilə əlaqədar pensiyanız xx.xx.2019-cu il tarixindən 200 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinin xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş tələblərinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği xx.xx.2020-ci il tarixindən 233,2 manata, xx.xx.2021-ci il tarixindən 259,78 manata, xx.xx.2022-ci il tarixindən 268,61 manata çatdırılmışdır. Təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən pensiyanız xx.xx.2006-cı il tarixinədək 20 il sığorta stajı əsasında yenidən hesablanmış və pensiya məbləğində (268,61 manat) dəyişiklik olmamışdır. Məlumat üçün bildiririk ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin 2020-ci il 06 fevral tarixli **********2 nömrəli tapşırığına əsasən 2006-cı ilin 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, axşam növbəsində təhsil aldığız dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.” - İddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - DSMF-nin Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 281 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya həmin tarixdən 268.62 manat məbləğində pensiya yenidən hesablanaraq təyin edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********6 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli 2-1(112)-10824/2022 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 il 14 gün təşkil edir. Məlumat üçün bildirilir ki, iddiaçının ümumi iş stajına əsasən xx.xx.2006-cı il tarixinə pensiya sığorta kapitalı (20 il tam iş stajı x 170 manat) + (170 manat : 12 ay : 30 gün x 14 gün)= 3.406,61 manat təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.406,61 manat pensiya kapitalının yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2015-ci il tarixə indeksləşdirilmiş məbləği 6.320,33 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir: xx.xx.2007- 3.406,61+8,3%= 3.689,35 xx.xx.2008- 3.689,35+16,7%= 4.305,48 xx.xx.2009- 4.305,48+20,8%= 5.201,02 xx.xx.2010- 5.201,02+1,5%= 5.279,03 xx.xx.2011- 5.279,03+5,7%=5.579,94 xx.xx.2012- 5.579,94+7,9%=6.020,75 xx.xx.2013- 6.020,75+1,1%=6.086,98 xx.xx.2014- 6.086,98+2,4%=6.233,07 xx.xx.2015- 6.233,07+1,4%=6.320,33
Əlavə olaraq, iddiaçının xx.xx.2006-cı il tarixindən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki, iddiaçının təqdim etdiyi sənədlərdə 1986-1992-ci illərdə “Komsomol" kolxozunda işləməsi barədə məlumat qeyd olunmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.8. maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 il 14 gün təşkil edir. İddiaçının ümumi iş stajına əsasən xx.xx.2006-cı il tarixinə pensiya sığorta kapitalı (20 il tam iş stajı x 170 manat) + (170 manat : 12 ay : 30 gün x 14 gün)= 3.406,61 manat təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3.406,61 manat pensiya kapitalının yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2015-ci il tarixə indeksləşdirilmiş məbləği 6.320,33 manat təşkil edir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixindən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı hazırki iddia tələbində ona xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış kapitalının (6320.33 manat) 80% artırılması, yəni 1,8-ə vurulması və alınan məbləğin 144 bölünərək yaşa görə əmək pensiyası məbləğinin bu qaydada yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etsə də, qanunvericilik 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalının 80 faiz artırılmaqla 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınamasını nəzərdə tutur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının isə 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı mövcud deyil. Halbuki, Qanunun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Beləliklə, iddiaçı kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması haqqında tələb irəli sürmüşdür. Bu da mövcud qanunvericiliyin tələblərinə uyğun gəlmir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixindən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün hər hansı hesablamanın da aparılması da mümkün deyil. Həmçinin məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması hissəsində əsas iddia tələbi təmin edilmədiyindən onunla bilavasitə baglı olan ödənilməyən məbləğin iddiaçıya ödənilməsi barədə iddia tələbi də təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona “əmək pensiyasının yenidən hesablanıb ödənilməsi” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva