Məhkəmə qərarları › İş №2-1(112)-1756/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1756/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1756/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X22 kаtibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X19 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X39, X23, X24, X27, X25, X15, X32 və X10 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilməklə “iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia qaldıraraq iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qərardadı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, 2-ci Sülh döngəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində 30\22315 saylı xx.xx.2001-ci il tarixli çıxarışla Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətində qeydə aldırmışdır. Əmlakı 6 mülkiyyətçidən ibarət olmaqla paylı mülkiyyətdədir. Bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 184\2022 saylı 5 iyul 2022-ci il tarixli qətnaməsində xx.xx.1995-ci il tarixli Texniki pasportda qeyd edilmiş “D” literli yaşayış tikilisinin yerinə yeni inşa edilən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/8 hissə Bskı şəhəri Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi 2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəyə uyğun natura qaydasında ayrılması qət edilmişdir. Digər mülkiyyətçilər ilə onun evinin damı, hasarı və qapısı tamamilə ayrılmış formadadır. Bunu nəzərə alaraq cavabdeh orqana onun mülkiyyətinə dair ayrıca çıxarışın verilməsi ilə əlaqədar müraciət etmiş, cavabdeh ayrıca çıxarışın verilməsindən imtina etmişdir. Belə ki, cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilir ki, “ərizəyə əlavə edilmiş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İddiaçı cavabdehin imtinasını qanunsuz və hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-184/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.1995-ci il tarixli Texniki Pasportda qeyd olunmuş D literli yaşayış tikilisinin yerinə yeni inşa edilən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/8 hissə Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi 2020-ci il tarixli “Aztexlayihəinşaat MMC” tərəfindən verilmiş eskiz layihəyə uyğun natura qaydasında ayrılması qət edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman məlum olmuşdur ki, müvafiq daşınmaz əmlakın texniki pasportunda qeyd olunan D tikilisi sökülərək yerində ikimərtəbəli, ümumi sahəsi 135.89 kv.m olan yeni fərdi yaşayış evi tikilmişdir. Həmin tikili üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ . Tədqiq edilmiş sənədlər:

AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin seriya FM 010545 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 nömrəli evin 1/8 hissədən qalan hissəsi X29, 1/8 hissə 1 otaq X7, 1 otaq -12,6 kv.m X1, 1/8 hissəsi X11, 1/8 hissəsi X12, 1/8 hissəsi X2, 2/8 hissəsi X21, 1/12 hissəsi X20, 1/12 hissəsi X13, 1/12 hissəsi isə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinə (İddiaçı cavabdehlər X33, X14, X3, X16, X17, X21, X26, X18 və X8 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi) əsasən, iddia tələbi təmin edilmiş, xx.xx.1995-ci il tarixli Texniki Pasportda qeyd olunmuş “D” literli yaşayış tikilisinin yerinə yeni inşa edilən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/8 hissə Bakı şəhəri Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi 2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəyə uyğun natura qaydasında ayrılması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-T-0123-8/2023 **********76 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. X13 notarial qaydada təsdiq edilmiş **********456 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. X6 notarial qaydada təsdiq edilmiş **********455 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. X9 notarial qaydada təsdiq edilmiş **********130 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. X4 notarial qaydada təsdiq edilmiş **********167 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. X12 notarial qaydada təsdiq edilmiş **********129 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. X20 notarial qaydada təsdiq edilmiş **********457 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. İddiaçı tərəfindən əlavə olaraq məhkəməyə Bakı şəhəri Nərimanov rayonu 2-ci sülh döngəsi 6-da yerləşən İddiaçı məxsus 2 mərtəbəli fərdi yaşayış evinin eskiz layihəsi təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 184/2022 saylı, 8 yanvar 2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 184/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi 11 avqust 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-10959/2024 **********59 nömrəli “Qeyd olunan ünvana dair sənədlərin surətlərinin verilməsi barədə” cavab məktubuna əsasən, ünvan 3 ünvanına dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

İİİ. Məhkəmənin mövqeyi

12. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

13. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayrılırlar. Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. 16.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 2(005)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, xx.xx.1995-ci il tarixli Texniki Pasportda qeyd olunmuş “D” literli yaşayış tikilisinin yerinə yeni inşa edilən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/8 hissə Bakı şəhəri Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi 2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəyə uyğun natura qaydasında ayrılması qət edilmişdir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılması, bir şəxs və ya təşkilatın bir mülkiyyətin bütünü üzrə sahib olduğu hissənin hansısa bir hissəsini digər bir şəxsin və ya təşkilatın sahib olmağını təmin etməsi deməkdir. Mülkiyyətçi, öz payının ayrılması ilə, mülkiyyət üzrə hüquqi haqqlarını və məsuliyyətlərini dəyişdirir. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri arasında bölünməsi, əşyanın hansısa bir hissəsinin hər bir mülkiyyətçi arasında müəyyən bir razılaşma əsasında paylaşılması prosesini təsvir edir. Bu proses, hər bir mülkiyyətçinin mülkiyyət hissəsinə görə hüquqi haqqları və məsuliyyətləri dəyişdirir. İş materillarından görünür ki, ünvan 3 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin payçıları iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına ayrı şəkildə dövlət qeydiyyatına alınmasına etiraz etmirlər. Buda iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

17. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyicavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

19. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

21. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar