Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1758/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı xx xxxxx 1956-cı ildə Bakı şəhərində anadan olmuş İddiaçı adına doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Şaumyan rayonu İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən 24 sentyabr 1980-ci ildə SSRİ pasportu ilə təmin olunmuşdur. Sonrakı dövrdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almamış, hazırda pasport qeydiyyatı Bakı şəhəri, Şaumyan rayonu, Taqanroq küçəsi ev 14, mənzil 19-da olsa da, göstərilən ünvanda yaşamır, faktiki olaraq ünvan 2 şəxsiyyət vəsiqəsi ilə təmin olunmaq üçün pasport qeydiyyat şöbəsinə müraciət etmiş, ancaq oradan ona bildirmişlər ki, doğum haqqında şəhadətnaməni təqdim etdikdən sonra bu məsələyə baıxla bilər. Ona görə o, təkrar doğum haqqında şəhadətnamə alınması ilə bağlı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ancaq Qeydiyyat şöbəsi ona 25 may 2021-ci il tarixli məktubu ilə imtina verərək, doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsinin Suraxanı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunacağını bildirmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 05 aprel 1956-cı ildə Bakı şəhərində anadan olmuş İddiaçı adına doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə 03.02.2022-ci il tarixli, 31-05/76 nömrəli məktub ünvanlanaraq işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 25 may 2021-ci il tarixli 530-05/75 nömrəli imtina məktubundan görünür ki, iddiaçının təkrar doğum haqqında şəhadətnaməsinin verilməsinə dair ərizəsinə baxılaraq bildirilmişdir ki, onun doğumu Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 826 saylı, 04.05.1956-cı il tarixli aktla qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. Həmin “Qayda”-ların 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin həmin Qaydaların 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. Həmin Qaydaların 9.8-ci maddəsinə əsasən şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Yuxarıda qeyd olunanlara əsasən şəxsiyyət vəsiqəsi olmadığından ərizəsinin onlar tərəfindən icra olunması mümkün deyildir. Həmçinin doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi vəzifəsinin Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəkdir. İşdə olan Bakı Şəhəri Şaumyan rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ seriyalı, 558059 nömrəli SSSR Pasportunun surətindən görünür ki, İddiaçı SSSR vətəndaşlığı posportu olmuş və həmin pasportdakı fotoşəkildən pasportun İddiaçı məxsus olması təsdiq olunur. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 02.04.2021-ci il tarixli, ******* nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” Qərarının surətindən görünür ki, vətəndaşlıq məsələləri baş idarəsinin rəisi İİİ dərəcəli dövlət miqrasiya xidməti müşaviri 05 aprel 1956-cı təvəllüdlü İddiaçı 41184/m nömrəli, 30 mart 2021-ci il tarixli sorğusuna baxaraq müəyyən edilmişdir ki, İddiaçı 30 mart 2021-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Sorğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi qaydası” ilə müəyyən edilmiş tələblərə uyğun təqdim edildiyindən, sorğu əsasında şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata başlanılmışdır. Təqdim olunmuş sənədlərə əsasən aparılan icraat nəticəsində belə nəticəyə gəlinmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1.1-ci yarımbəndini rəhbər tutaraq, 05 aprel 1956-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İşdə olan Bakı şəhəri Nərimanov RPİ-nin 01 may 2021-ci il tarixli rəyindən görünür ki, 05 aprel 1956-cı il Bakı şəhərində anadan olmuş, müvəqqəti A.Hacıyev küçəsində yaşayan İddiaçı Nazirlər Kabinetinin 55 S saylı sərəncamına əsasən Nərimanov RPİ-nin inzibati binasının ünvanına (ünvan 5işdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin 14.06.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 24.08.1978-ci ildən Bakı şəhəri Xətai (keçmiş Şaumyan) rayonu, Taqanroq küçəsi ev 14, mənzil 19 ünvanda qeydiyyatdadır. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya məxsus doğum akt qeydinin surətindən görünür ki, İddiaçı 05.04.1956-cı il tarixdə, Bakı şəhərində anadan olmuş, atası X4, 40 yaş, mlliyəti rus, anası X2 33 yaş, milliyəti rus, bu barədə Bakı şəhəri Oranikidze rayonu vətəndaşlıq Vəziyyəti Aktları şöbəsi tərəfindən 04 may 1956-cı il tarixli 826 №-li doğum aktı qeydi aparılmışdır. İşdə olan məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 07.02.2022-ci il tarixli, 08/A-283-ƏY nömrəli məktubla təqdim edilmiş 05.04.1956-cı il təvəllüdlü İddiaçı barəsində 02.04.2021-ci il tarixli, ******* nömrəli qərarın qəbul edilməsinə əsas olmuş müvafiq sənədlərdən görünür ki, 05 aprel 1956-cı il təvllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Həmin sənədlərə iddiaçının fotoşəkilli ərizə-anketi, Suraxanı rayon Qeydiyyat Şöbəsinin 16 mart 2021-ci il tarixli, 280-05/70 nömrəli doğum haqqında arayışı, Bakı şəhəri, Şaumyan rayonu İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərfəindən 24 sentyabr 1980-ci il tarixdə verilmiş Xİİİ- JQ seriyalı, 558059 nömrəli SSSR Pasportu və digər sənədlər əlavə edilmişdir. Beləliklə, işdə olan sənələrlə müəyyən olunur ki, Azərbaycan Repsublikası Dövlət Miqrasiya Xidmətinin 02.04.2021-ci il tarixli, ******* nömrəli qərarı ilə 05 aprel 1956-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, həmin inzibati icraat materiallarından iddiaçının fotoşəkilli ərizə-anketi və İddiaçı SSSR vətəndaşlığı pasportundakı fotoşəkilə əsasən pasportun İddiaçı məxsus olması təsdiq olunur. Eləcə də, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçının doğum qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin vəzifəsidir. Odur ki, iddiaçının Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında doğumu haqqında aparılmış qeyd üzrə doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi vəzifəsinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə ilk öncə hazırki iddainını mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddainın mümükünlüyünə dai» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümükünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianının mümükünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1ci bənd). İddia mümükün iddiadır. Baxılan işdə söhbət İnzibat Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-nin 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə biər. «İnzibati məhkəmə icraatında iddainın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümükünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasmyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s,) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 25.05.2021-ci il tarixli, 530-05/75 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianının mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də əsaslıdır. Belə ki, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı 05 aprel 1956-ci il tarixdə Bakı şəhərində anadan olması, habelə onun həmin tarixdə anadan olmasına dair doğum akt qeydinin aparılması işin materialları ilə sübut olunduğundan; beləliklə də, İddiaçı doğum akt qeydi cavabdeh Bakı şəhəri Orcanikidze rayon Qeydiyyat Şöbəsi (hazırda Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) tərəfindən aparılmaqla belə bir akt qeydi həqiqətən mövcud olduğundan, lakin Qeydiyyat Şöbəsi iddiaçının şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi əsasına görə ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina etdiyindən, bununla da İddiaçı doğum haqqında şəhadətnamənin təkrar alınmasına başqa qaydada nail ola bilmədiyindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı vermişdir. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 05 aprel 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1758/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1758/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver