Məhkəmə qərarları › İş №2-1(112)-1759/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1759/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1759/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri, A.N.Kazımov adına 1 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) və 1 saylı Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Bakı şəhəri, A.N.Kazımov adına 1 saylı şəhər poliklinikası üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun sağlamlığında olan xəstəliklərlə bağlı əlillik dərəcəsinin verilməsindən Tibbi-Sosial Ekspert Komissiyasının imtinasının qanunsuz hesab edilməsi və cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və onun 1 saylı Tibbi-Sosial Ekspert komisiyyasının üzərinə ona əlillik dərəcəsinin verilməsi vəzifəsinin qoyulması və ona veriləcək əlilliyin 18.10.2018-ci il tarixindən hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı şəhəri, A.N.Kazımov adına 1 saylı şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə ona 18.10.2017-ci il tarixdən əlillik dərəcəsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1962-ci ildə Bakı şəhərində doğulmuşdur. 04.04.1989-cu il tarixindən 1 saylı şəhər poliklinikasında qeydiyyatdadır. 2014-cü il tarixindən “Şəkərli diabet 2 tip”, 2017-ci il tarixdən “L 4 fəqərənin lamincktomiyası, L4 L5 fəqərənin transpedikulyar fiksasiyasından sonrakı vəziyyət. Hipcrtoniya xəst.2-ci mərh.” diaqnozu ilə dispanser qeydiyyatındadır. O, həmin illər ərzində daima nəzarətdə olmuş, dəfələrlə ambulator və stasionarda müayinə olunmuşdur və uyğun müalicələr davam edir. Xəstəliyin dinamikasında yaxşılaşma olmadığı və əmək qabiliyyətsiz olduğu üçün HMK-nın rəyi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.2016-cı il tarixli 140 saylı qərarına və 30.12.2015-ci il tarixli 413 saylı qərarına istinadən, 18.10.2017-ci il və 06.03.2018-ci il tarixdə 2 dəfə “Yayılmış osteoxondroz L4 fəqərənin laminektomiyası, L4 L5 fəqərənin traspedikulyar fiksasiyasından sonrakı vəziyyət. Diskoden mieloradikulrpatiya, kəskin kökcük ağrılarla. Spinal stenoz. Yerişin pozulması. L5 Sİ fəqərə arası diskin protruziyası. Şəkərli diabet 2 tip, diabetik polineyropatiya. Hipertoniya xəst. 2-ci mərh. ÜİX. Koronarkoardioskleroz. Böyrək daşı xəstəliyi, XBC 1 mərhələ. Xq.hepatit, xr.xolesistit.torlu qişanın anqiopatiyası. 2 tərəfli koxlear nevrit 1-ci dərəcə, Neyrosensor ağır eşitmə” diaqnozu ilə forma 88 yazılıb TSEK-ə göndərilmişdir. Hər iki halda əsassız bəhanələrlə “təkrar əlavə müalicə, aparılmış ambulator və müddətinin yetərli olmaması, xəstəlik tarixinin az olması” səbəbi göstərilmişdir. Xəstəliklər ilə əlaqədar epikrizlər və ona əlavə olunmuş bütün sənədlər TSEKə göndərilmiş və TSEK-in cavabı “Diaqnoz: Xəstənin əlavə stasionar müalicəyə ehtiyacı var” olmuşdur. 12.12.2007-ci il tarixdə yenidən Bakı Səhiyyə İdarəsi X7 müalicə almışdır. 06.03.2018-ci il tarixdə xəstəlik ilə əlaqədar epikrizlər və ona əlavə olunmuş bütün sənədlər yenə də TSEK-ə göndərilmiş və TSEK-in cavabı bu dəfə də “Diaqnoz: Əlavə müalicəyə ehtiyacı olması 3.1.1. meyarlara əsasən xəstəlik tarixin az olması aparılmış ambulator və stasionar müalicə müddəti yetərli deyil” olmuşdur. 26.03.2018-ci il tarixində 27.03.2018-ci ildə TSEK-in Komissiyasına bir daha müraciət etmişdir. Komissiyada onu qəbul edən həkim isə öz növbəsində 1 saylı şəhər poliklinikası tərəfindən Komissiyaya təqdim olunmuş 088 saylı formanın müddətini 30 gün olmasını bildirmişdir. Sonuncu müayinəyə dair məlumat ona 28.03.2018-ci il tarixdə verilmişdir. Komissiyanın növbəti 18.02.2020-ci il tarixli cavabı: “Diaqnoz Əlavə müalicəyə ehtiyacın olması ixtisaslaşdırılmış bərpa müalicəsi davam etdirilsin”. 1 saylı Bakı şəhər poliklinikasının həkimləri məhkəməyə dəvət ediləcəkləri halda göndərişin qanunvericiliyin tələbinə uyğun olduğunu təsdiq edəcəklərini bildirmişlər. Beləliklə cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, “Tibbi-Sosial-Ekspert komissiyaları haqqında Əsasnamə”nin adı çəkilən normalarını kobud şəkildə pozaraq ona əlillik dərəcəsinin verilməsindən əsassız və qanunsuz olaraq imtina etmiş, sonuncu dəfə o, şəxsən komissiyada müayinə olunsa da, yenə də əllilik dərəcəsi təyin edilməmişdir. Komissiya əlilliyin və reabilitasiya imkanların qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsinin, onun müddətinin, səbəbinin və əlilliyin başvermə vaxtını müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Bakı şəhəri, A.N.Kazımov adına 1 saylı şəhər poliklinikası 30.04.2021-ci il tarixli 91 №-li məktubla məhkəməyə müraciət edərək, 05.05.2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəklərini və iddiaçının haqlı olaraq iddia tələbi ilə məhkəməyə müraciət etməsi ilə razı olduqlarını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə etirazları olmadıqlarını bildirmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, iş üzrə verilmiş ekspert rəyinin nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X9 izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki; xx.xx.1962-ci il təvəllüdlü İddiaçı əlilliyin təyin olunması üçün; Bakı şəhəri 1 №li şəhər poliklinikası tərəfindən 18 oktyabr 2017-ci il tarixli 2782003AABSF saylı № 088 saylı göndərişdə göstərilmişdir ki, xəstəlik 02.02.2017-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi M42.1 Yaşlılarda onurğanın osteoxondrozu Yayılmış osteoxondroz L4 fəqərənin laminektomiyası və L4-L5 fəqərənin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı vəziyyət; Ağırlaşma M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələmələri (G99.2) Diskogen mieloradikulopatiya, kəskin kökcük ağrılarla. Yanaşı xəstəliklər 111- Ürəyin hipertenziv xəstəliyi Hipertoniya xəstəliyi İİ dərəcə; E11 İnsulindən asılı olmayan şəkərli diabet Şəkərli diabet İİ tip; G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə ) Diabetik polineyropatiya; 125- Ürəyin xroniki işemik xəstəliyi üİX koronarokardioskleroz; N20.0 Böyrək daşları Böyrək daşı xəstəliyi, N18.1 Xroniki böyrək xəstəliyi İ mərhələ Xroniki böyrək xəstəliyi İ mərhələ, K73 Başqa rubrikalarda rəsnif olunmayan xroniki hepatit Xroniki hepatoz; K81.1 Xroniki xolesistit Xroniki Xolesistit. H34 Tor qişasının damarlarının okklyüziyası OU-Torlu qişanın angiopatiyası; H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi iki tərəfli koxlear nevrit İ dərəcə. Neyrosensor ağır eşitmə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komisiyasına 1 saylı şəhər poliklinikası tərəfindən 18.10.2017-ci il tarixli 2782003AABSF saylı göndərişlə göndərilmiş TQS № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Diqanoz: Əlavə müalicəyə ehtiyacın olması xəstənin əlavə stasionar müalicəyə ehtiyacın olması. Bakı şəhəri 1 №li şəhər poliklinikası tərəfindən 06 mart 2018-ci il tarixli 2782003AABS6 saylı 088 №li göndərişdə göstərilmişdir ki, xəstəlik 01.01.2015-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi M42.1 Yaşlılarda onurğanın osteoxondrozu Yayılmış osteoxondroz L4 fəqərənin laminektomiyası və L4-L5 fəqərənin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı vəziyyət; Ağırlaşma R26 Hərəkətin və yerişin pozulması Yerişin pozulması, M51.0 Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələmələri (G99.2) Diskogen mieloradikulopatiya, kəskin kökcük ağrılarla. M48.0 Sipnal stenoz Spinal stenoz; Yanaşı xəstəliklər N18.1 Xroniki böyrək xəstəliyi İ mərhələ Xroniki böyrək xəstəliyi İ mərhələ, N20.0 Böyrək daşları Böyrək daşı xəstəliyi, E11 İnsulindən asılı olmayan şəkərli diabet Şəkərli diabet tip İİ; H34 Tor qişasının damarlarının okklyüziyası OU-Torlu qişanın angiopatiyası; G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə ) Diabetik polineyropatiya; K73 Başqa rubrikalarda rəsnif olunmayan xroniki hepatit Xroniki hepatoz; 111- Ürəyin hipertenziv xəstəliyi Hipertoniya xəstəliyi İİ dərəcə; 125- Ürəyin xroniki işemik xəstəliyi üİX koronarokardioskleroz; N08.3 şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (e10-e14 Diabetik nefropatiya4 H90.3 eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi iki tərəfli koxlear nevrit İ dərəcə. Neyrosensor ağır eşitmə; K81.1 Xroniki xolesistit Xroniki Xolesistit. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komisiyasına 1 saylı şəhər poliklinikası tərəfindən 06.03.2018-ci il tarixli 2782003AABS6 saylı göndərişlə göndərilmiş TQS № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması 3.1.1 meyarlara əsasən xəstəlik tarixinin az olması aparılmış ambulator və stasionar müalicə müddətinin yetərli olmaması. Bakı şəhəri 1 №li şəhər poliklinikası tərəfindən 13 fevral 2020-ci il tarixli 2782003AABV5 saylı № 088 göndərişdə göstərilmişdir ki, xəstəlik 01.01.2015-ci il tarixdə başlamışdır. Əsas xəstəlik kimi M51.0 – Bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnmələri (G99.2) L4-L5 diskektomiyadan sonrakı vəziyyət. Diskogen mieloradikulopatiya; Ağırlaşma G55.1-Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və Davamlı kökcük ağrıları; G83.1- Aşağı ətrafların monoplegiyası Sol ayağın monoparezi. Yanaşı xəstəliklər: N08.3-Şəkərli diabet zamanı yumaqçıq zədələnmələri (E10-E14 diabetik nefropatiya; H34- Tor qişanın damarlarının okklyüziyası, Tor qişanın damarlarının okklyüziyası, OU-torlu qişanın angiopatiyası, 144.4- His dəstəsinin sol ayağcığının ön şaxəsinin blokadası Hiss dəstəsinin sol ön şaxəsinin blokadası; K86.1- Digər xroniki pankreatitlər Xroniki pankreatit; E11- İnsulindən asılı olmayan şəkərli diabet Şəkərli doabet 2-ci tip; 142.8 –Digər kardiomiopatiyalar Diabetik kardiomiopatiya; H90.3- Eşitmə neyrosensor tipli iki tərəfli itirilməsi İkitərəfli koxlear nevrit. Neyrosensor ağır eşitmə 1-ci dərəcə. N18.1-Xroniki böyrək xəstəliyi İ mərhələ Xroniki böyrək xəstəliyi 1-ci mərhələ. G63.2-Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) Diabetik polineyropatiya; 111- Ürəyin hipertenziv xəstəliyi Hipertoniya xəstəliyi 2-ci mərhələ.; K81.1- Xroniki xolesistit Xroiki xolesistit. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komisiyasına 1 saylı şəhər poliklinikası tərəfindən sonuncu dəfə 18.02.2020-ci il tarixli 2782003AABV5 saylı göndərişlə göndərilmiş TQS № 088 saylı arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb: Diqanoz: Əlavə müalicəyə ehtiyacın olması İxtisaslaşdırılmış bərpa müalicəsi davam etdirilsin. X/T ******* (№222/17) №-li Epikrizin surətindən müəyyən olunur ki, İddiaçı Lumbal osteoxondroz. L4-L5 səviyyədə spinal stenoz. L4-L5 fəqərəarası diskin bilateral yırtığı diaqnozu ilə 06.02.2017-ci il tarixdən 10.02.2017-ci il tarixədək stasionar müalicə almışdır. X/T 9121 №-li Epikrizin surətindən müəyyən olunur ki, Behbudov X5 osteoxondroz.E4 fəqərəsinin ləıninoektoıııiyadan və L4-L5 fəqərəsinin transpedikulyar fiksasiyadan sonrakı vəziyyət. L5-S1 fəqərəsinin diskin protruziyası, dural kisənin sıxılması. Diskogen mieloradikulopatiya, kəskin kökcük ağnlarla. Diabetik polineyropatiyaM-42.1.M-51. 0 G-63.3 son diqanozu; Hipertoniya xəstəliyi İİ mərhələ. Ü.İ.X. Koro narokardioskleroz.Şəkərli diabet İİ tip,orta ağır forma. Böyrəklərin polikistozu. Böyrəkdaşı xəstəliyi Xroniki hepatit. Xroniki xolesistit. OU-Hipertonik angiopati ya.İ-10.İ- 25.E-11.9.H-47. Yanaşı xəsətliyi ilə 09.09.2017-ci il tarixdən 25.09.2017-ci il tarixədək stasionar müalicə almışdır. X/T 12243 №-li Epikrizin surətindən müəyyən olunur ki, Behbudov X5 osteoxondroz. L4 fəqərəsinin laminektomiyadan L4-L5 fəqərəsinin fiksasiyasından sonrakı vəziyyət. 1.5-S1 fəqərəsinin diskin protruziyası, dural kisənin çıxarılması. Diskogen mieloradikulo patiya. Kəskin kökcük ağrılar ilə. Diabetik polineyropatiya. M-42.1 M-51.0 C,G 63.3, Hippertoniya xəstəliyi İİ mərhələ Ü.İ.X koranarokardioskleroz Şəkərli diabet İİ tip Şəkərli diabet İİ tip. Xronki hipatoxolosislit. Spastik kolil. 1-10/1-25 yanaşı xəstəliyi ilə 12.12.2017-ci il tarixdən 25.12.2017-ci il tarixədək stasionar müalicə almışdır. Hazırda iddiaçı ona əlillik dərəcəsinin təyin olunmasını istəyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 112/KEŞ saylı (ekspertizanın başlanma tarixi 29 yanvar 2021-ci il, başa çatma tarixi 19 mart 2021-ci il) rəydən görünür ki, İddiaçı 10.02.2021-ci il tarixdə Elmi-Tədqiqat Kardiologiya institutunda müvafiq müayinələrdən keçdikdən sonra ona “Yayılmış osteoxandroz. L4-L5 fəqərəsinin laminoektomiyasi. L4-L5 fəqərəsinin transpedikulyar fıksasiyasından sonrakı vəziyyət. L5-S| fəqərəsini diskin protruziyası, dural kisənin çıxarılması. Diskogen mieloradikulopatiya, kəskin kökcük ağrıları və sol aşağı ətrafın parezi ilə. Diabetik polinevropatiya. Qabarıq-asteno nevrotik sindrom. (XBT kodu M 42.1; M 51.0; G 663.3). Hipeıtoniya xəstəliyi İİ mərhələ. ÜİX. Şəkərli diabet İİ tip. Xroniki hipertoxolesistik. Spastik kolit diaqnozu müəyyən edilmişdir. İş materiallarında İddiaçı adına 1 №li şəhər poliklinikası tərəfindən 18 oktyabr 2017-ci il tarixli 2782003AABSF saylı və 06 mart 2018-ci il tarixli 2782003AABS6 saylı və 13 fevral 2020ci il tarixli 2782003AABV5 saylı göndərişlərdə, №: 88 saylı arayışda qeyd edilən xəstəliklərlə əlaqədar əlillik vəziyyətinin Tibbi Sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilərək dərəcə verilməsi üçün şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, müalicə tədbirləri və onların səmərəliliyi əsaslandırılmış formada göstərilmişdir. İş materiallarında 1 №li şəhər poliklinikasında İddiaçı adına əlillik vəziyyətinin təyini üçün Tibbi sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün doldurulmuş №: 88 saylı arayışlarda qeyd edilən xəstəliklər aparılmış müayinələr əsasında bir daha öz təsdiqini tapmışdır. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X6 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Neman oğluna 18 oktyabr 2017-ci il tarixdən əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı- xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Neman oğluna 18 oktyabr 2017-ci il tarixdən əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar