Məhkəmə qərarları › İş №2-1(112)-176/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-176/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-176/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək yeni şəhadətnamənin verilməsinə dair tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 628 saylı, 0N.08.20N9-cu il tarixli “Xəstəlik haqqında” qərarında göstərilən “xəstəlikdir, hərbi xidmət dövrü alınmışdır” ifadəsinin dəyişdirilərək “Travmadır, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08.07.N995-ci ildə Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılmışdır. 09.07.N995-ci ildən 06.N0.N995-ci ilə kimi N saylı, 06.N0.N995-ci ildən N0.07.N998-ci ilə kimi N saylı hərbi hissədə atıcı vəzifəsində müddətli hərbi xidmət keçmişdir. Hərbi biletinin 7, 8-ci səhifələrində ermənilərə qarşı döyüşlərdə işitrak etməsi, 29.05.N997-ci ildə “Sol çiyin nahiyyəsini dəlib keçən güllə yarası alması” qeyd edilmişdir. 03.06.N997-ci ildən 3N.07.N997-ci ilə kimi N saylı hərbi hissədə müalicə olunmuşdur. Şəhadətləndirmə zamanı səngərdə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan güllə nəticəsində aldığı, yəni “Sol çiyin nahiyəsini dəlib keçən və bazu sümüyünün başının yerini dəyişməyən sınığı” travması səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilmək əvəzinə, səhv olaraq, “Yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilmişdir. Hesab edir ki, 628 saylı, 0N.08.20N9-cu il tarixli “Xəstəlik haqqında” Qərarda hərbi xidməti vəzifələrini yerinə yetirərkən aldığı yaralanmanın səbəb əlaqəsi dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməldir. Hərbi qulluqçuların hərbi həkim komissiyasının rəyi ilə razılaşmadıqda qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraicət etmək hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin tələblərindən birmənalı görünür ki, o, hərbi travmanı (yaralanmanı) 628 saylı, 0N.08.20N9-cu il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin 8-ci qrafasında göstərildiyi kimi döyüş növbətçiliyi apararkən, yəni xidməti vəzifələrinin icrası zamanı almışdır. Hərbi Həkim Komissiyası isə səhv olaraq onun aldığı travmanın səbəb əlaqəsini nəinki düzgün təyin etməmiş, həmçinin bu travmanı (yaralanmanı) hərbi xidmət dövrü alınmışdır xəstəlik kimi göstərmişdir. 628 saylı, 0N.08.20N9cu il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin N2-ci qrafasında göstərilən “xəstəlikdir, hərbi xidmət dövrü alınmışdır” ifadəsinin dəyişdirilərək “Travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” ifadəsi ilə əvəz edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müvafiq göstəriş verilməsi xahişi ilə, o, N6.09.20N9-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavabdeh tərəfindən 30.09.20N9-cu il tarixdə imtina cavabı verilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək iddianın əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul ediməsi xahiş edilmişdir. Etiraza əsasən, Zərdab RHK tərəfindən N995-ci ildən hərbi xidmətə çağırılmış, İddiaçı hərbi xidmət dövründə 29.05.N997-ci ildə aldığı və 03.06.N997-ci ildən 3N.07.N997-ci ilədək N saylı hərbi hissədə müayinə və müalicə olunduğu “Sol çiyin nahiyəsindən dəlib keçən güllə yaralanması, sol kürək sümüyünün və bazu sümüyünün başının yerini dəyişməyən sınığı” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 0N.08.20N9-cu ildə “Yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3cü bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin, İddiaçı aldığı travma ilə əlaqdar xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən İddiaçı xəsarətinin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. İddiaçı xəsarətinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi tanınması tələbi cavabdehin diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının 628 nömrəli, 0N.08.20N9-cu il tarixli qərarının surətindən görünür ki, Zərdab RHK tərəfindən N995-ci ildə hərbi xidmətə çağırılmış, İddiaçı hərbi xidmət keçərkən 29.05.N997-ci ildə aldığı və 03.06.N997-ci ildən 3N.07.N997-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sol çiyin nayihəsindən dəlib keçən güllə yaralanması (29.05.N997), sol kürək sümüyünün və bazu sümüyünün başının yerini dəyişməyən sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Zərdab Rayon Bölməsinin 25.06.20N9-cu il tarixli, 458 nömrəli göndərişi, 25.06.20N9-cu il tarixli, N00 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş 3N.07.N997-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Yaralanmadır, Hərbi Xidmət Dövründə Alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) yarımbəndi, MN MHHK-nın 569 nömrəli, 0N.08.20N9-cu il tarixli protokolu göstərilmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət edərək, xəstəlik haqqında şəhadətnamədə “Hərbi xidmət dövründə alınmışdır”, travmanın (yaralanmanın) səbəb-əlaqəsi dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Sözügedən ərizə AZNNN7 saylı poçt şöbəsi vasitəsilə cavabdehə göndərilmişdir. İşdə olan НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, hərbi biletin 9cu səhifəsində N saylı hərbi hissənin rəisi tərəfindən İddiaçı “27.05.N998-ci il tarixdə “Sol çiyin nahiyəsindən dəlib kürəkaltı nahiyəsindən keçən güllə yarası almışdır”” qeydləri aparılmışdır. İşdə olan notarial qaydada 0N.N0.2020-ci il tarixdə təsdiq edilmiş **********966 nömrəli XN, X3 və X4 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.N977-ci il təvəllüdlü İddiaçı N997-ci ildə onlarla birlikdə, N nömrəli hərbi hissənin Qazax rayonu, Vəlixanlı yüksəkliyində yerləşən postunda hərbi xidməti vəzifəsini yerinə yetirərkən erməni hərbiçiləri tərəfindən atılmış snayper gülləsi olan sol çiyin nahiyəsinə dəymiş və o, yaralanmışdır. Hadisədən sonra onlar onu yaralı vəziyyətdə N nömrəli hərbi hissənin tibb məntəqəsinə aparmışlar. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 2N29 saylı, 29.N2.2020-ci il tarixli məktubla təqdim edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində çıxarılmış 0N.08.20N9-cu il tarixli, 628 saylı qərarın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, sözügedən qərarın qəbul edilməsinə əsas olmuş sənədlər qismində İddiaçı xəstəlik tarixinin, çıxarış epikrizinin surətləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon Şöbəsinin 25.06.20N9-cu il tarixli göndərişi və “İddiaçı 09.07.N995-ci ildən 06.N0.N995-ci ilədək N saylı hərbi hissədə, 06.N0.N995-ci ildən N0.07.N998-ci ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçməsi, N0.07.N998-ci ildə Azərbaycan Respublikası MN-nin 2.06.N998-ci il trixli, NN2 nömrəli əmrinə əsasən ehtiyata tərxis olunması” barədə arayış əlavə olunmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Klinik Hospitalı tərəfindən 28.N2.202N-ci il tarixli, 9583 nömrəli məktubla təqdim edilmiş İddiaçı N nömrəli hərbi hissədə (Gəncə hospitalında) stasionar müayinə və müalicə olmasına dair 3N.07.N997-ci ilə məxsus olan 2055 nömrəli xəstəlik tarixindən çıxarılmış “çıxarış epikrizinin” təsdiq olunmuş surətindən görünür ki, xəstə N saylı hərbi hissənin hərbiçisi İddiaçı 03.06.N997-ci ildən 3N.07.N997-ci ilə qədər N saylı hərbi hissənin travmatologiya şöbəsində “sol çiyin nahiyəsindən dəlib-keçən güllə yaralanması, sol kürək sümüyü və bazu sümüyünün yerini dəyişməyən odlu silah sınığı” diaqnozu ilə müalicə almışdır. Xəstənin dediyinə görə 29.05.N997-ci il tarixdə Qazaxın həmsərhəd döyüş mövqeyində düşmən tərəfindən atılan atəşdən yaralanmışdır. N99 saylı hərbi hissəyə aparılıb, yaralanmış birincili cərrahi işlənmiş, 03.06.N997-ci ildə N saylı hərbi hissəyə təxliyyə olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, N977-ci il təvəllüdlü İddiaçı 09.07.N995-ci ildən 06.N0.N995-ci ilədək N saylı hərbi hissədə, 06.N0.N995-ci ildən N0.07.N998-ci ilədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. N0.07.N998-ci ildə Azərbaycan Respublikası MN-nin 22.06.N998-ci il tarixli, NN2 nömrəli əmrinə əsasən ehtiyata təxris olunmuşdur. 29.05.N997-ci il tarixdə N saylı hərbi hissədə hərbi xidmət keçərkən aldığı və 03.06.N997-ci ildən 3N.07.N997-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sol çiyin nahiyəsindən dəlib keçən güllə yaralanması, sol kürək sümyünün və bazu sümüyünün başının yerini dəyişməyən sınığı” diaqnozuna əsasən iddiaçı şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 saylı qərarı il təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin ç) yarımbəndinə əsasən “Yaralanmadır, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmişdir. İddiaçı hazırda sözügedən qərarı mübahisələndirərək, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2ci bəndinin c) yarımbəndinə əsasən “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin qənaətinə görə isə, iddiaçının aldığı travma ilə əlaqədar xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayış komissiyaya təqdim edilə bilmədiyindən, iddiaçının müraciətinin təmin edilməsi mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 2.2.N-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.N-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.N-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.N-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.N. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.N-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 0N.08.20N9-cu il tarixli, 628 nömrəli qərarından 27.0N.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin inzibati aktda şikayət vermə qaydası və müddəti qeyd edilmədiyindən, eləcə də, inzibati iş materialları ilə cavabdeh orqan tərəfindən mübahisəli qərarın iddiaçıya nə vaxt təqdim (elan) olunması müəyyən edilmədiyindən, məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsində göstərilənləri rəhbər tutaraq hesab edir ki, iddia mümkün sayılmalıdır. Belə ki, sözügedən maddədə göstərilmişdir ki: 73.N. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə iddiaçının mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsasslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının travmanı (xəsarəti, yaralanmanı) Qazaxın həmsərhəd kəndində N saylı hərbi hissədə döyüş mövqeyində hərbi xidmət keçərkən düşmən tərəfindən atılan atəş nəticəsində yaralanmış və ona ilk müdaxilə (yardım) hərbi hissənin tibb məntəqəsində göstərilmiş, sonradan 03.06.N997-ci ildə N saylı hərbi hissəyə təxliyyə olunmuş, 03.06.N997-ci ildən 3N.07.N997-ci il tarixədək “Sol çiyin nahiyəsindən dəlib keçən güllə yaralanması, sol kürək sümyünün və bazu sümüyünün başının yerini dəyişməyən sınığı” diaqnozuna N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının yaralandığı vaxt hərbi hissə komandiri tərəfindən travma haqqında arayışın verilməməsi iddiaçının təqsiri ucbatından olmadığından, hazırda onun həmin travma haqqında arayışı başqa cür əldə etməsi mümkün olmadığından, eləcə də, iddiaçının hərbi xidmətkeçmə dövründə - 30.06.N997-ci il tarixdən 3N.07.N997-ci il tarixədək N saylı hərbi hissədə “Sol çiyin nahiyəsindən dəlib keçən güllə yaralanması, sol kürək sümyünün və bazu sümüyünün başının yerini dəyişməyən sınığı” diaqnozu ilə müayinə və müalicədə olması öz əksini tapdığından iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın N0-N2-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azəbraycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 5.N-ci maddəsinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi həkim komissiyasına həvalə olunur. Həmin Əsasnamənin 7.N-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki:a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun;b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun;ə) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşda əlillik təyin edilmiş olsun, yaxud o, vəfat etsin. Həmin Əsasnamənin 7.2-ci maddəsinə əsasən Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Həmin Əsasnamənin 7.2-ci maddəsinin «c» yarımbəndinə əsasən «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: - əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; - əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; - tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; - əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. «Hərbi-Həkim Ekspertizası haqqında» Əsasnamənin sadalanan müddəalarından göründüyü kimi hərbi-həkim komissiyasının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların hərbi toplanışa çagırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cımaddəsinin İ və İİ hissələrinə əsasən, hərkəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həmdə Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı birtərəfdən, hərkəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər birtərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın N25-cümaddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 2N may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hərkəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumibəyannamənin N0-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın N4cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanunauyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanunçərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 628 saylı, 0N.08.20N9-cu il tarixli qərarda göstərilən xəstəliyinin səbəb əlaqəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı, 29 fevral 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndindin “c” yarımbəndinə əsasən “Hərbi Travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi qeydə alınmaqla şəhadətnamə verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakıİnzibati Məhkəməsi vasitəsilə BakıApelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakışəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar