Məhkəmə qərarları › İş №2-1(112)-176/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-176/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-176/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsi X2 İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Ukraynanın «X3» N.Y.Jukovski adına Milli Aerokosmik Universiteti tərəfindən verilmiş Bİ8169022 saylı, 30 iyun 2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Ukrayna «X3» N.YJukovski adına Milli Aerokosmik Universiteti tərəfindən adına Bİ8 169022 saylı, 30 iyun 2018-ci il tarixli bakalavr diplomu verilmişdir. Belə ki, iddiaçı həmin universiteti 2018-ci ildə bitirmiş və “maliyyə və kredit” ixtisasına yiyələnmişdir. Həmin diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivaletliyi haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmişdir. Lakin sonuncunun elektron qaydada göndərilmiş cavab məktubu ilə iddiaçıya imtina edilmiş, imtinaya əsas kimi isə aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı göstərilmişdir. İddiaçı hesab edir ki, nazirlik tərəfindən həm “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya)” qaydalarının tələbləri pozulmuşdur. Belə ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya)” qaydalarının 3.7-ci bəndinə əsasən həmin qərarın 3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuzdur, bu səbəbdən məhkəməyə müraciət etmişdir.

3. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Ukraynanın «X3» N.Y.Jukovski adına Milli Aerokosmik Universiteti tərəfindən verilmiş Bİ8169022 saylı, 30 iyun 2018-ci il tarixli bakalavr diplomu üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində yaradılmış Ekspert Qrupu tərəfindən iddiaçı ilə ixtisası üzrə yenidən müsahibənin aparılması Təhsildə Keyfiyyət Təminatı Agentliynə həvalə edilmişdir.

4. İddiaçı ərizə ilə (dəftərxana vasitəsilə) məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi iddiaçıya təqdim edilmiş 028774 qeydiyyat nömrəli şəhadətnaməni təqdim edərək, iddiaçının diplomunun tanındığını və ekvivalentliyi barədə müvafiq şəhadətnamənin verildiyini bildirmişdir.

6. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

7. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar