Məhkəmə qərarları › İş №2-1(112)-1763/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1763/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1763/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X7 Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi”tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun ünvan 2 ünvanına qeydiyyata alınması vəzifəsinin qoyulması və şəxsiyyət vəsiqəsinin verilməsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun yaşayış yeri üzrə ünvan 2 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Sözügedən evə dair qeydiyyat orqanı tərəfindən müvafiq çıxarış verilmədiyindən iddiaçı həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməmişdir. Həmin evə dair iddiaçının oğlu X1 adına texniki pasport tərtib edilmişdir. İddiaçı sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin cavabdehin 08 oktyabr 2019-cu il tarixli məktubu ilə ona imtina edilmişdir. İddiaçıya görə cavabdehin imtinası qanunsuz hesab edilməli və pozulmuş hüququ bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş, mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 25 fevral 2020-ci iltarixdəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Cavabdeh məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubunda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Nərimanov rayon XDS-nin İcraiyyə Komitəsinin Yığıncağının 38 saylı xx.xx.1983-cü il tarixli “İddiaçı 4 nəfərdən ibarət ailəsinin Xutor, A.Amiryan küçəsi, 4-cü döngə, ev 10 ünvanında qeydiyyata alınması barədə” qərarı ilə (Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surəti) müvafiq sənədlərlə (evə dair ödəniş qəbzləri, bildirişlər və s.) İddiaçı göstərilən ünvanda 1970-ci ildən yaşadıgı təsdiq edildiyindən onun və ailə üzvləri -X3 (oglu), X1 (oglu) və X2 (qızı) Xutor, A.Amiryan küçəsi, 4-cü döngə, ev 10 ünvanındakı 19.8 kvm sahəsi olan 1-otaqlı evə (özbaşına tikili) daimi qeydiyyata alınması qərara alınmış, bu qeydiyyatın həyata keçirilməsi RDİŞ 9-cu bölməsinin pasport stoluna həvalə edilmişdir; - Nərimanov rayon XDS-nin İcraiyyə Komitəsinin Yığıncağının 26 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə (Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surəti) Xutor, Karl Marks prospekti, 4-cü döngə, ev 10 ünvanındakı 19.8 kvm sahəsi olan 1-otaqlı evdə (özbaşına tikili) yaşayan və 1983-cü ildən ailəsi ilə qeydiyyatda olan İddiaçı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçota alınması və ümumtəhsil məktəbinin müəllimi kimi 4 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə (özü, 2 oğlu, 1 qızı) yaşayış növbəsi üzrə birinci növbədə duranların siyahısına daxil edilməsi qərara alınmışdır; - 53 saylı MİS tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, 005510 saylı arayışın Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ümumi sahəsi 19,8 kv.metr təşkil edən Xutor, Karl Marks prospekti, 4-cü döngə, ev 10 ünvanında yerləşən özbaşına tikilinin sahibi İddiaçı şəxsi maliyyə hesabı açılmışdır; - 53 saylı MİS tərəfindən verilmiş 08.0.1997-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ümumi sahəsi 19,8 kv.metr təşkil edən Xutor, Karl Marks prospekti, 4-cü döngə, ev 10 ünvanında yerləşən özbaşına tikilinin icarədarı İddiaçı qeydiyyatdan çıxmış, şəxsi maliyyə hesabı oglu X1 adına açılmışdır; - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci ildə tərtib edilmiş 30/1630 reyestr nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Marks prospekti, 4-cü keçid ünvanında yerləşən 10 nömrəli ev bütöv mülkiyyət hüququ ilə X4 məxsusdur; - ünvan 4anov rayonu MKTB 53 saylı MKİS tərəfindən verilmiş 245878 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən Z.Bünyadov pr., 4-cü keçid küçəsi, 10 nömrəli evdə qeydiyyatsız yaşayır; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli sorğusuna əsasən Bakı şəhəri Cavabdehndən həmin məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 07836902 saylı məktuba qoşma olaraq əlavə edilən X4 aid fərdi uçot kartoçkasının surətindən aydın olur ki, xx.xx.1973-cü ildə Kürdəmir rayonunda doğulmuş X1 valideynləri X10 və İddiaçıdır, onun yaşayış yeri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 4-cü keçid, ev 10, şəxsiyyət vəsiqəsinin vətəndaşa verildiyi tarix xx.xx.2010-cu ildir; - AA******* saylı, xxxxxxx fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron Məhkəmə Sistemi”nin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən çıxarışdan müəyyən edilir ki, xx.xx.1950-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş İddiaçı yaşayış yeri üzrə ünvan 7 ünvanında qeydiyyatdadır; - AЭ seriyalı, 205482 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1941-ci il tarixdə Azərbaycan SSR, Kürdəmir rayonunda doğulmuş X10 ilə xx.xx.1950-ci ildə Azərbaycan SSR, Qazıməmməd şəhərində doğulmuş Əmirbəyova Mayaxanım Yüzbaşı qızı arasında xx.xx.1970-ci ildə nikah bağlanmış, bu barədə vətəndaş vəziyyəti aktları kitabında 1970-ci ilin sentyabr ayının 30-cu günündə 2999 nömrəli qeydiyyat aparılmış və nikahdan sonra arvada “Səfərova” soyadı verilmişdir; - xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikası, İstanbul şəhəri, 9 saylı notariat ofisi tərəfindən tərtib edilmiş Nəriman Səfərovun (P4108203) razılıq ərizəsində (Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətində) göstərilmişdir ki, qeydiyyatda olduğu, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakı, evi anası, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1950-ci iil tarixində Azərbaycanda doğulan, AA******* Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi olan İddiaçı qeydiyyata salınmasına, bu məsələ ilə bağlı müvafiq hərəkət və prosedurların aidiyyəti qurumlarda icra olunmasına, müvafiq sənədlərin imzalanmasına etirazının olmadığını, razılığının olduğunu qəbul edir və bildirir; - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 078-27709S saylı məktubundan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Cavabdehnə ünvanladığı müraciətinə baxılmış, cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd edilən sənədlərdən hər hansı biri təqdim edilməlidir. Əks təqdirdə qeydiyyata alınmanın mümkün olmadığı göstərilməklə məsələnin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, İddiaçı əvvəllər Nərimanov rayon XDS-nin İcraiyyə Komitəsinin Yığıncağının 38 saylı, xx.xx.1983-cü il tarixli “İddiaçı 4 nəfərdən ibarət ailəsinin Xutor, A.Amiryan küçəsi, 4-cü döngə, ev 10 ünvanında qeydiyyata alınması barədə” qərarına əsasən yaşayış yeri üzrə qeydiyyata alınmış olduğu ünvana təkrarən qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə ona imtina edilmişdir. Avropa Məhkəməsinin presedent hüququnda "mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X8rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X6rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə,yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. Məhkəmə o hal xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na daxil edilmişdir. Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmaq istədiyi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, keçid 4 ünvanında yerləşən 10 saylı ev Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci ildə tərtib edilmiş 30/1630 saylı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasport”una əsasən onun oğluna (X4) mülkiyyət hüququ ilə məxsusdur ki, sonuncunun da anasının (İddiaçı) sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasına etirazının olmadığı işə əlavə edilən notarial qaydada tərtib olunmuş razılıq ərizəsi ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Bundan əlavə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 11ƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar