Məhkəmə qərarları › İş №2-1(112)-1764/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1764/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1764/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Tibbi-Sosial Ekspert Komissiyasında İddiaçı xx.xx.2018-ci il tarixli müayinəsinə dair məlumata əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdə xx.xx.2023-cü il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz: Böyrəküstü vəzinin qabıq qatının birincili çatmamazlığı, Addison xəstəliyi. (Böyrəküstü vəzinin İ-li çatışmamazlığı) funksiyaların mühüm dərəcədə pozulması ilə. Mədə xorası. Eroziv qastrit. VDD-hipotonik tipli. Tibbi-Sosial Ekspert Komissiyasında iddiaçının xx.xx.2023-cü il tarixli müayinəsinə dair məlumata əsasən iddiaçıya “Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Diaqnozun mətni: Böyrəküstü vəzinin qabıq qatının digər və dəqiqləşdirilməmiş, Böyrəküstü vəzin qabıq qatının birincili çatışmamazlığı. Addison xəstəliyi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 7 iyun 2023-cü il tarixli 3-17-4/3-3-3626/2023 nömrəli qərarına əsasən iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikol kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 771 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Addison xəstəliyi, funksiyaların mühüm dərəcədə pozulması ilə. Eroziv qastrit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dərinin qaralmasından, ləkələr əmələ gəlməsindən, arterial təzyiqin enməsindən, çəki itirmədən şikayətlənmişdir. Medikamentoz preparatlardan Metipred və Hidrokartizon qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyu 170 sm, çəkisi 66 kq, arterial təzyiqi 100/60 mm.c.s. müəyyən edilmiş, dəri rənginin tündləşməsi müşahidə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X4 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Böyrəküstü vəzinin qabıq qatının birincili çatışmazlığı. Adisson xəstəliyi. İkincili arterial hipotenziya. Asteno nevrotik sindrom” kimi qeyd edilmişdir. Respublika Endokrinoloji Mərkəzin xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Böyrəküstü vəzin qabıq qatının İ-li çatışmazlığı. Adisson xəstəliyi. İkincili arterial hipotenziya. Asteno nevrotik sindrom” kimi qeyd olunmuşdur. Hazırda hərbi şəhadətnamədə qeyd edilmiş endokrinoloji xəstəliyin əlillik təyinatına əsasən verən ağırlaşmaları müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 06 mart 2024-cü il tarixli 3-17-4/3-3-1652/2024 nömrəli qərarına əsasən iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin E00081867DGT nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3- 17-4/3-1-14400/2023). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1764/2024 nömrəli qərardadına və DTSERA-nın 3-17-4/2-H-2516/2024 nömrəli bildirişinə əsasən əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 771 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Addison xəstəliyi, funksiyaların mühüm dərəcədə pozulması ilə. Eroziv qastrit” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dərinin qaralmasından, ləkələr əmələ gəlməsindən, arterial təzyiqin enməsindən, çəki itirmədən şikayətlənmişdir. Medikamentoz preparatlardan Metipred və Hidrokartizon qəbul etdiyini bildirmişdir. Müayinə zamanı boyu 170 sm, çəkisi 66 kq, arterial təzyiqi 100/60 mm.c.s müəyyən edilmiş, dəri rənginin tündləşməsi müşahidə edilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əzələ ağrıları böyrək nahiyəsində ağrı, ürəkbulanma, çəkisinin azalması, bədənində yaranan müxtəlif ləkələrdən şikayətlənmişdir. Anamnestik məlumatlarında mütəmadi olaraq “Hidrokartizon 40 mq” və duz qəbul etdiyini bildirmişdir. Müayinə zamanı sol diz nahiyəsində, hər iki baldırın arxa səthində, hər iki yuxarı ətrafda, sol qabırğaaltı nahiyədə piqmentasiya ləkələri izlənilmiş, yuxarı və aşağı ətraflarında hərəkətlər sərbəst və ağrısız olmuş, boyu 170 sm, çəkisi 67 kq, BKİ=23.1, arterial təzyiqi 120/70 mm cv st kimi müəyyənləşdirilmişdir. X4 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2917 nömrəli Çıxarışında diaqnoz “Böyrəküstü vəzin qabıq qatının birincili çatışmazlığı. Addison xəstəliyi” kimi qeyd edilmiş, obyektiv müayinə zamanı diaqnozun əlillik təyinatına əsas verən ağırlaşmaları aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyə olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial ekspert komisiyyasının xxxxxxx0007 nömrəli xx.xx.2023-cü il tarixli qərarının, 3-17-4/3-3-3626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarını iddiaçıya aid olab hissədə və xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-1652/2024 nömrəli qərarını ləğv edilməsi və iddiaçıya göndəriş tarixindən, yəni xx.xx.2023-cü il tarixindən 35-60% faiz aralıqda sağlamlığın məhdudlaşdırılması ilə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində qoyulmuş diaqnoz xx.xx.2023-cü il tarixində qoyulmuş diaqnoz ilə eynilik təşkil edir. DSX Hərbi Hospitalın Hərbi-Həkim Komissiyası tərəfindən DSX Kadrlar İdarəsinin xx.xx.2017-ci il tarixli 4/19-88 sayılı göndərişinə əsasən şahədətləndirilmişdir. Səhəttində olan probemlər günü-gündən pisləşməsinə baxmayaraq və bununla bağlı müəyyən tibbi rəyləri cavabdeh orqana təqdim etməyinə baxmayaraq cavabdeh orqan ona əllilik dərəcəsinin müəyyən edilməsindən imtina etmişdir. Cavabdeh orqana təqdim olunan tibbi rəylərdə, xəstəlik barədə çıxarışlardan görünür ki, səhəttində yaranmış xəstəliyin müalicə olunması mümkün deyil. Lakin buna baxmayaraq cavabdeh orqan əlilliyin təyin edilməsindən imtina edir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda maddi hüquq normaları sadalanmış, tələbin mahiyyətinə münasibət bildirilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Cavabdeh iddiaçıya əlillik təyin etməsindən imtina edərkən onda olan diaqnozun əlillik təyinatına əsas vermədiyini qeyd etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya ilk dəfə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlilliyin diaqnozu böyrəküstü vəzinin qabıq qatının birincili çatmamazlığı, Addison xəstəliyi. (Böyrəküstü vəzinin İ-li çatışmamazlığı) funksiyaların mühüm dərəcədə pozulması ilə. Mədə xorası. Eroziv qastrit. VDD-hipotonik tipli” qeyd edilmişdir. İddiaçının əlillik müddətinin bitməsi ilə əlaqədar tibb müəssisəsi tərəfindən yenidən göndəriş verilmiş, cavabdeh diaqnozun əlillik təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Eyni zamanda məhkəmə tərəfindən təyin edilən qərardada əsasən aparılmış əyani müayinənin nəticəsində də, cavabdeh imtinasını təkrarlamış və Forma 88-dəki diqanozun iddiaçıya əlillik təyin etməməsini əsas gətirmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, hazırda əlilliyin təyin edilməsi Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun aparılır. İddiaçıda olan xəstəliklərin diaqnozu kimi, böyrəküstü vəzinin qabıq qatının birincili çatmamazlığı, Addison xəstəliyi. (Böyrəküstü vəzinin İ-li çatışmamazlığı) funksiyaların mühüm dərəcədə pozulması ilə. Mədə xorası. Eroziv qastrit. VDD-hipotonik tipli” göstərilmişdir. Lakin qeyd edilən xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nda təsbit edilməmişdir. Həmçinin məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş 00500003AADDZ nömrəli Forma 088 saylı göndərişində qeyd edilmiş diaqnoz onun hazırkı sağlamlıq vəziyyətinə uyğundur. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf’mn 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İddiaçı xəstəlikləri müalicə ilə tam reabilitasiya olunmurlar. Həmin xəstəliklər ilə əlaqədar o, zərurət yarandığı halda müalicəyə cəlb oluna bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında iddiaçının əyani müayinə olunması nəticəsində məhkəməyə göndərilmiş məktubunda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin E00081867DGT nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdime edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı tərəf ekspert rəyi ilə razı olmadığına görə, onun vəsatəti əsasənda məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, SN-nin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından onun qeyd edilən xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: E27.4-Böyrəküstü vəzinin qabıq qatının digər və dəqiqləşdirilməmiş, böyrəküstü vəzinin qabıq qatının birincili çatışmamazlığı, Addison xəstəliyi. Ağırlaşma: 195-hipotenziya, ikincili arterial hipotenziya. Yanaşı xəstəliklər: F48.0-nevrasteniya, asteno-nevrotik sindrom” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı DTSERA-da əyani müayinədə olan zaman anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində diaqnozun əlillik təyinatına əsas verə bilən ağırlaşmaları aşkarlanmamışdır. Məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmiş, iddiaçının əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş 00500003AADDZ nömrəli Forma 088 saylı göndərişində qeyd edilmiş diaqnoz onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olması ilə bağlı qeyd edir ki, şəxsdə həmin xəstəliklərin olması, hələ ona əlillik təyin edilməsi üçün əsas olması nəticəsinə gəlməyə əsas vermir Bunun üçün həmçinin həmin xəstəlik və ağırlaşmaların əlillik təyinatına əsas verən xəstəlik və çatışmazlıq olması və “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapması vacibdir. xx.xx.2024-cü il tarixli ekspert rəyində isə, Forma 88-də olan xəstəliklərin iddiaçıda olması müəyyən edilsə də, iddiaçının əyani müayinədə olan zaman anamnestik məlumatlarda, laborator və obyektiv müayinə nəticələrində diaqnozun əlillik təyinatına əsas verə bilən ağırlaşmaları aşkarlanmadığı bildirilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbini təmin olunması üçün əsaslar müəyyən edilmir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarların ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar