Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1765/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 57 yaşdan pensiyaya güzəştli şərtlərə görə əmək pensiyasına çıxmaq hüququnun təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdə AzGerneft MMC-yə motorçu peşəsinə qəbul olub. xx.xx.1997-ci il tarixdə QYƏTS-də traktorlar üzrə 5-ci dərəcəli motorçu peşəsinə keçrilib. xx.xx.2000-ci il tarixdə həmin sahədə 5-ci dərəcəli yol tikinti maşınlarının və traktorların matorçusu peşəsinə keçrilib. xx.xx.2002-ci il tarixdə Quyuların yeraltı və əsaslı təmiri sahəsində 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator vəzifəsinə keçrilib. İddiaçı xx.xx.2002-ci il tarixdə hal hazırki vaxta qədər Azgerneft MMC-nin Quyuların yeraltı və əsaslı sahəsində quyuların yeraltı təmiri üzrə operatoru vəzifəsində çalışır. İddiaçı çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təstiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin Siyahısındakı 10.Neftin qazılması və hasilatı, neft, qaz, kondensatı, kömür və şistin emalı bölməsinin 10.2 Neft, qaz və qaz kondensatının hasilatı bəndinin a. fəhlələr yarımbəndinin on səkkizinci abzasında nəzərdə tutulan quyuların yeraltı təmiri üzrə operatoru peşəsinə aiddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiyalına güzəştli şərtlərlə pensiya təyin olunmasına dair ərizəsinə xx.xx.2022-ci il tarixdə cavab məktubu verilsə də, məktubu rəsmi qaydada xx.xx.2022-ci il tarixdə almış və zərfi şikayətinə əlavə edir. Belə ki, onun stajının 21 il 8 ay 18 gün olması qeyd olunmuş və həmin illərə onun hərbi xidmətdə və müharibədə olduğu illər əlavə olunmamışdır. Belə ki, Qarabağ müharibə vetranıdır, 2 ildə Qarabağ uğrunda gedən döyüşlərdə çqalışmışdır. Vətənin azadlığı uğrunda erməni daşnaqları ilə vuruşmuş və veteranlıq vəsiqəsini sənədə əlavə edir. Əgər 2 il əsgərlik və müharibədə olduğu illər nəzərə alınsa bu zaman 25 il stajı tamamdır. Hesab edir ki, müharibədə olduğu illərdə zərərli sahə kimi hesablanmalıdır. Bu əsasla cavabdehin imtinası əsassız hesab olunmaqla güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci İl tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli **********3 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələb olunan sosial sığorta stajı və müvafiq ilə münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun: 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrik, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 İl sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin dispozisiyasından aydın olduğu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün üç şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - qanunda göstərilmiş sosial sığorta stajına malik olması; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; 9.8-ci madddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş üç şərt ödənilməlidir: 1) 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 il olması; 2) 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 ay olması; 3) 1 yanvar 2006-cı il tarixədək 57 yaşı tamam olması; Qanunların müvafiq maddəsindən də göründüyü kimi 1 yanvar 2006-cı il tarixədək və 1 yanvar 2006-cı il tarixdən 30 iyun 2017-ci il tarixədək kişilərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan yaş həddi 57 yaş, 1 iyul 2017-ci il tarixdən sonra kişilərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan yaş həddi isə 60 yaşdır. İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə tələb olunan yaş həddinə cavab vermir. Belə ki, iddiaçı hələ müraciət etdiyi tarixdə (03.1^.2021ci il) 57 yaşı olmuşdur. Qeyd olunan dövrdə isə tələb olunan yaş həddi 60 yaşdır. 1 yanvar 2006-cı il tarixədək isə 57 yaşı tamam olmamışdır. Eyni zamanda mərkəzi filiala təqdim edilən MT-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 25 ildən az (21 il 8 ay 18 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984- xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-12.01,1987-cİ il, xx.xx.1987- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli sosial sığorta stajı isə 12 il 6 aydan az (3 il 10 ay (xx.xx.2002-ci İİ tarixdən xx.xx.2005-ci il tarixədək)) təşkil edir. Göründüyü kimi iddiaçının ayrı-ayrılıqda müvafiq olaraq qanunvericiliklə tələb olunan yaş həddinə çatmaması ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına imkan vermir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verdiyi xx.xx.2022-ci il tarixli imtina məktubu. - xx.xx.1963-cü il təvəllüdlü İddiaçı AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti. - xx.xx.2008-ci il tarixli Hərbi Bilet əvəzi arayışın notarial qaydada təsdiq edilmiş surəti. - iddiaçının iş stajını təsdiq edən xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının müvafiq qaydada təsdiq edilmiş surəti. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 257 nömrəli və xx.xx.2021-ci il tarixli 208 nömrəli arayışları. - iddiaçıya məxsus M/V 067883 nömrəli vəsiqənin surəti; - iddiaçıya məxsus 815987 nömrəli Diplomun surəti; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 1777 nömrəli və xx.xx.2022-ci il tarixli 2226 nömrəli məktubları və onlara əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1q hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli imtina məktubu və iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az, güzəştli sosial sığorta stajı isə 12 il 6 aydan az təşkil edir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüquqlarını pozmur. Belə ki, məhkəmə ilk öncə iddiaçının tələb olunan ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş iddiaçının iş stajını təsdiq edən xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının müvafiq qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı: - xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasında gözətşi (06 ay 20 gün); - xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasında sürücü-ekspeditor (08 ay 03 gün); - xx.xx.1986-xx.xx.1986-cı il tarixləri arasında fəhlə (03 ay 27 gün); - xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasında sürücü (01 ay 26 gün); - xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasında sürücü (09 ay 04 gün); - xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasında sürücü (01 il 04 ay 15 gün); - xx.xx.1989-xx.xx.1990-cı il tarixləri arasında sürücü (05 ay 17 gün); - xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasında quraşdırıcı (01 il 10 ay 13 gün); - xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasında sürücü (03 il 16 gün); - xx.xx.1995-ci il tarixdən hal-hazıradək (xx.xx.2006-cı il tarixədək 10 il 06 ay 26 gün) müxtəlif peşələrdə işləmişdir. Göründüyü kimi iddiaçının əmək kitabşasında qeyd edilən xx.xx.2006-cı il tarixədək əmək stajı 19 il 09 ay 16 gün təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli Hərbi Bilet əvəzi arayışın notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 1777 nömrəli və xx.xx.2022-ci il tarixli 2226 nömrəli məktublardan görünür ki, İddiaçı 22 may 1982-ci il tarixdə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Sovet Ordu sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və 05 may 1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı səfərbərliklə əlaqədar olaraq 23 aprel 1994-cu il tarixdə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılmış və təqdim olunan sənədlərdəki qeydlərə əsasən N saylı hərbi hissədə iyun 1994-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, iddiaçının 22 may 1982-ci il tarixdən 05 may 1984-cü il tarixədək həqiqi hərbi xidmət dövrü 01 il 11 ay 15 gün təşkil etmişdir. Məhkəmə iddiaçının yenidən hərbi xidmətə çağırılması ilə bağlı qeyd edir ki, mövcud qanunvericiliyə əsasən həmin dövr ikiqat ölçüdə hesablandığından və iddiaçının 1994-cü ilin 23 aprel-iyun aylarında müharibə ilə əlaqədar yenidən hərbi xidmətə çağırılmasını nəzərə alaraq, həmin dövr 2 ay deyil, 4 ay kimi hesablanaraq iddiaçının sığorta stajına daxil edilməlidir. Həmin dövr iddiaçının xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı stajı hesablanarkən bir dəfə nəzərə alındığından, əlavə 2 ay iddiaçının sığorta stajına hesablanmalıdır. Belə olan halda da iddiaçının qanunvericilkdə tələb olunan iş stajı (25 il) yenə tamam olmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə... İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 815987 nömrəli Diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı şəhəri 4 saylı Peşə məktəbində təhsil almışdır. İddiaçının təhsil dövrü 02 il 10 ay 12 gün təşkil edir. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin və təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi hərbi xidmət keçdiyi və təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı (19 il 09 ay 16 gün), təhsil dövrü (02 il 10 ay 12 gün), hərbi xidmət dövrü (01 il 11 ay 15 gün) və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövr (əlavə 2 ay) nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 25 ildən az (24 il 9 ay 12 gün) ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə iddiaçının tələb olunan güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 257 nömrəli arayışında göstərilmişdir: “xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı:xx.xx.1995-ci il tarixdə AzGerneft MMC-yə matorçu peşəsinə qəbul edilib. xx.xx.1997-ci il tarixdə QYƏTS-də traktorlar üzrə 5-ci dərəcəli matorçu peşəsinə keçirilib. xx.xx.2000-ci il tarixdə həmin sahədə 5-ci dərəcəli yol tikinti maşınlarının və traktorların matorçusu peşəsinə keçirilib. xx.xx.2002-ci il tarixdə Quyuların yeraltı və əsaslı təmir sahəsinə 4-cü dərəcəli quyularm yeraltı təmiri üzrə operator vəzifəsinə keçirilib. İddiaçı xx.xx.2002-ci il tarixdən, hal hazır ki, vaxta kimi AzGerneft MMC-nin Quyularm yeraltı və əsaslı təmir sahəsində quyuların yeraltı təmiri üzrə operator peşəsində çalışır. İddiaçı çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndaki, “10.Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin, “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” bəndinin “a)fəhlələr” yarımbəndinin on səkkizinci abzasında nəzərdə tutulan “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsinə aiddir.” İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 208 nömrəli arayışında göstərilmişdir: “xx xxxxxx 1963-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən: xx.xx.1995-ci il tarixdə "xxxx" MMC-yə matorçu peşəsinə qəbul edilib. xx.xx.1997-ci il tarixdə QYƏTS-də traktorlar üzrə 5-ci dərəcəli matorçusu peşəsinə keçirilib. xx.xx.2000-ci il tarixdə həmin sahədə 5-ci dərəcəli yol tikinti maşınlarının və traktorların matorçusu peşəsinə keçirilib. xx.xx.2002-ci il tarixdə Quyuların Yeraltı və Əsaslı Təmiri sahəsində 4-cü dərəcəli quyuların yeraltı təmiri üzrə operator peşəsinə keçirilib. İddiaçı xx.xx.2002-ci il tarixdən hal- hazırki vaxta kimi "xxxx" MMC-nin Quyuların Yeraltı və Əsaslı Təmiri sahəsində quyuların yeraltı təmiri üzrə operator peşəsində çalışır. İddiaçı çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndaki, “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı" bölməsinin, “10.2.Neft, qaz və qaz kondensatının hasilatı" bəndinin “a) fəhlələr” yarımbəndinin on səkkizinci abzasında nəzərdə tutulan “quyuların yeraltı təmiri üzrə operatorlar ” peşəsinə aiddir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində “quyuların yeraltı təmiri üzrə operatorlar” (kod 1100000a—15876) nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda göstərilsə də, iddiaçı həmin peşədə xx.xx.2002-ci il tarixdən işləmişdir və onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı tələb olunan 12 il 6 aydan az (03 il 10 ay) təşkil etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən az güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına, həmçinin 12 il 6 aydan az güzəştli iş stajına malik olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 57 yaşdan pensiyaya güzəştli şərtlərə görə əmək pensiyasına çıxmaq hüququnun təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev