Məhkəmə qərarları › İş №2-1(112)-1767/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1767/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1767/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) “əmlaklar üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən əmlaklar üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, barəsində hər hansı bir məhdudiyyət və qadağa ilə bağlı heç bir məhkəmə qərarı olmadan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş qeyri-rəsmi tapşırığa əsasən bütün əmlakları üzərinə məhdudiyyət qoyulmuşdur. Əmlakın üzərinə qeyri-rəsmi məhdudiyyətin olması barədə vəkili tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 13 yanvar 2022-ci il tarixli, 05/01 №-li vəkil sorğusu göndərilmişdir. İdarədən sorğuya ünvanlanmış 11 aprel 2022-ci il tarixli, **********19 №-li cavab məktubunda ona məxsus daşınmaz əmlaklar üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 13 may 2015-ci il tarixli, 6/45-243m saylı məktubuna əsasən məhdudiyyətin qoyulduğu qeyd edilmişdir. Sorğuda tələb edilən sənədlərin surətlərinin yalnız məhkəmə qərarı əsasında təqdim edilə biləcəyi göstərilmişdir. Eyni zamanda, qeyri-rəsmi məhdudiyyət tapşırığının səbəbinin öyrənilməsi üçün vəkili tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 13 yanvar 2022-ci il tarixli, 04/01 №-li vəkil sorğusu göndərilmişdir. BMCMİ-nin onunla bağlı icraatında hər hansı bir cinayət təqibi ilə bağlı materialın olub-olmamasını və onun bu iş üzrə hansı şəxs qismində cəlb edilib-edilməməsi və cinayət təqibi ilə bağlı müvafiq qərar qəbul edilmişdirsə, təsdiq edilmiş surətlərinin Büroya göndərilməsi xahiş edilmişdir. Bundan əlavə, dəfələrlə İdarənin müstəntiqi ilə əlaqə saxlanılmış və qəbul edilmiş müvafiq qərarların surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Lakin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vəkil sorğularına cavab verilməmiş və barəsində İdarə tərəfindən qəbul edilmiş hər hansı bir sənəd təqdim edilməmişdir. Üzərinə və əmlakına qoyulmuş qeyri-rəsmi məhdudiyyətin götürülməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 6(005)-91/2022 nömrəli qərarına əsasən şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, “məhkəmə nəzarətinin həyata akeçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə". Eyni zamanda, məhkəmə tövsiyə etmişdir ki, notariat əməliyyatlarının aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi üçün qeyri-rəsmi məhdudiyyəti icra edən inzibati orqana qarşı məhkəmədə iddia qaldırıla bilər. Ona görə də pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi “İddiaçıya məxsus olan:

1. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

2. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

3. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha yaşayış təyinatlı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

4. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha yaşayış təyinatlı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

5. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

6. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

7. Bakı şəhəri Səbail rayonu 1-ci H.Seyidbəyli döngəsi ev 9 mənzil 9-da yerləşən ümumi sahəsi 38,6 kv.m yaşayış sahəsinin (MA seriyalı ******* saylı çıxarış),

8. Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 593-cü məhəllə ev 74-də yerləşən ümumi sahəsi 184,7 kv.m olan yaşayış sahəsinin (MA seriyalı ******* saylı çıxarış),

9. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 50,9 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

10. ünvan 3 mənzil 17-də yerləşən ümumi sahəsi 64,5 kv.m yaşayış sahəsi (**********55-05301-093034 reyesrt n. çıxarış),

11. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 20,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

12. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

13. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 31 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

14. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

15. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 28,4 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

16. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

17. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 22,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

18. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 22,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

19. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 32,2 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

20. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 33,4 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

21. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 25,4 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

22. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 22,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

23. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 19,3 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

24. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 35,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

25. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 16 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

26. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

27. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 35,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

28. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 16 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

29. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

30. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 32,2 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

31. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

32. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

33. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

34. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 52,6 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

35. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 41,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

36. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 53,9 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

37. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 20,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

38. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 52,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

39. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 23,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

40. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 28,2 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

41. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 19,3 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

42. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 27,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

43. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 35,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

44. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 28,2 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

45. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 35,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

46. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 40,8 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

47. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 7a saylı bağ sahəsinin (30/591 saylı qeydiyyat vəsiqəsi),

48. Xaçmaz rayonu Nabran qəsəbəsi Seyidli kəndində yerləşən 3,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (torpağa mülkiyyət hüququna dair JN- 0246 saylı, kod: 30221018 dövlət aktı),

49. Xaçmaz rayonu Nabran qəsəbəsi Müqtədir kəndində yerləşən 0,60 ha fərdi istirahət düşərgəsinin tikintisi üçün torpaq sahəsinin (torpağa mülkiyyət hüququna dair JN-007 saylı, kod: 30203018 dövlət aktı) üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlaklar üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair 2-1(112)- 1767/2023 saylı inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçıya məxsus olan:

1. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

2. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

3. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha yaşayış təyinatlı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

4. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha yaşayış təyinatlı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

5. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

6. Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin (MH seriyalı ******* saylı çıxarış),

7. Xaçmaz rayonu Nabran qəsəbəsi Seyidli kəndində yerləşən 3,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (torpağa mülkiyyət hüququna dair JN- 0246 saylı, kod: 30221018 dövlət aktı),

8. Xaçmaz rayonu Nabran qəsəbəsi Müqtədir kəndində yerləşən 0,60 ha fərdi istirahət düşərgəsinin tikintisi üçün torpaq sahəsinin (torpağa mülkiyyət hüququna dair JN-007 saylı, kod: 30203018 dövlət aktı) üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbi üzrə icraat ayrılmışdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı müvafiq tələblə bağlı ********** daxilolma nömrəli, xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixə olan məlumata əsasən İddiaçı məxsus daşınmaz əmlaklar üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 6/45-243m saylı məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********19 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********19 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixə olan məlumata əsasən İddiaçı məxsus daşınmaz əmlaklar üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 6/45-243m saylı məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Sənəd surətləri yalnız məhkəmə qərarı əsasında verilir. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nardaran qəsəbəsi sahəsindəki 7a saylı bağ İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı məxsus ünvan 3 mənzil 17-yə dair **********55-05301-093034 reyestr nömrəli xx.xx.2012-ci il tarixli texniki pasport tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2010-cu il) çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu 1-ci Seyidbəyli döngəsi, ev 9, mənzil 9 İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2010-cu il) çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 593 məhəllə ev 74 İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2010-cu il) çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu 1-ci H.Seyidbəyli döngəsi, ev 9, mənzil 9 İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi: 160601153; qeydiyyat tarixi: xx.xx.2006-cı il) çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi: 160601146; qeydiyyat tarixi: xx.xx.2006-cı il) çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi: 160601105; qeydiyyat tarixi: xx.xx.2006-cı il) çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi: 160601106; qeydiyyat tarixi: xx.xx.2006-cı il) çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi: 160601177; qeydiyyat tarixi: xx.xx.2006-cı il) çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi: 160601142; qeydiyyat tarixi: xx.xx.2006-cı il) çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi: 160601146; qeydiyyat tarixi: xx.xx.2006-cı il) çıxarışa əsasən Abşeron rayonu Novxanı kəndində yerləşən 0,1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 119 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 23,0 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 128-129 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 41,1 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 122 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 20,1 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 134 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 23,1 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 139 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 19,3 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 149-150 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 35,5 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 147-148 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 35,5 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 182-183 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 52,6 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 186-187 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 53,9 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 143-144 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 40,8 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 142 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 28,2 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 140 saylı avtomobil dayanacağı (zirzəmi – 2 səviyyə) 27,5 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 141 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 28,2 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 172-173 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 52,5 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 145-146 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 50,9 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 130 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 22,1 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 151-152 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 32,2 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 155-156 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 35,5 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 157-158 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 35,5 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 159 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 25,4 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 153-154 saylı avtomobil dayanacağı (zirzəminin 1-ci səviyyəsi) 32,2 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 93-94 saylı dayanacaq (zirzəmi) 28,4 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 112 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 22,1 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 111 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 16,0 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 110 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 16,0 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 108 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 14,6 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 115-116 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 33,4 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 126 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 31,0 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 122 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 20,1 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 117 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 23,0 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 109 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 14,6 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 123 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 20,1 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 124 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 21,7 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 121 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 21,7 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 120 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 21,7 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 125 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 21,7 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2012-ci il) çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 127 saylı avtomobil dayanacağı (zirzəminin 2-ci səviyyəsi) 22,1 kv.m sahə İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-29603/2023 **********03 saylı xx.xx.2023-cü il tarixli məktubla ünvan 3 ünvanında yerləşən 17 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2012-ci il) əsasən ünvan 3 mənzil 17 İddiaçı xüsusi mülkiyyətindədir. "xxxx" Mənzil-Tikinti Kooperativi təsisçilərinin ümumi yığıncağının 28 saylı protokolundan xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı kooperativin üzvü qəbul olunmaqla MTK-nın ünvan 4 ünvanında yerləşən kooperativ binasının 1-ci girişində, 4-cü mərtəbədə, ümumi sahəsi 74,3 kv.m, yaşayış sahəsi 35.8 kv.m olan, 1 otaqlı, 17 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən "xxxx" Mənzil-Tikinti Kooperativinin ünvan 5 ünvanında inşa etdiyi yaşayış binasında 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 74,3 kv.m, yaşayış sahəsi 35,8 kv.m olan 1 otaqlı, 17 saylı mənzilin sahibidir. Bu mənzildə heç kim pasport qeydiyyatına alınmamışdır. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən təqdim edilmiş xx.xx.2012-ci il tarixli maliyyə arayışına ünvan 4 ünvanında yerləşən yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binada giriş - 1, mərtəbə - 4, ümumi sahəsi - 74,3 kv.m, yaşayış sahəsi - 35,8 kv.m olan, 1 otaqlı, 17 saylı mənzilin pay dəyəri 14622,24 - on dörd min altı yüz iyirmi iki manat 24 qəpik İddiaçı tərəfindən tam ödonilmişdir və MTK-ya borcu yoxdur Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-1616/2023 saylı **********16 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklar üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məktubu əsasında məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 1/99m saylı xx.xx.2015-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Beynəlxalq Bankının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında Daxili İşlər Nazirliyində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Yaranmış zərurətlə əlaqədar təqdim edilmiş siyahıda adları qeyd olunan şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak (yaşayış və qeyri-yaşayış sahəsi) barədə məlumatların təqdim olunması, eləcə də onların özgəninkiləşdirilməsinin dayandırılması üçün göstəriş verilməsi xahiş edilmişdir (xx.xx.1941-ci il təvəllüdlü İddiaçı adı müvafiq siyahının 15-ci sırasında qeyd edilmişdir). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 007-6768-1217 saylı xx.xx.2017-ci il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın; gizlədilməsi və özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə siyahıda adlan qeyd olunan şəxslərin iştirakı ilə xx.xx.2015-ci il tarixdən bu günədək hansı tarixlərdə, hansı notariat kontorlarında və nə kimi notarial əməliyyatların rəsmiləşdirilməsi barədə mümkün məlumatların, o cümlədən onlar tərəfindən verilmiş etibarnamələrin surətinin təqdim olunmasına, həmçinin həmin şəxslərin iştirakı ilə ölkə hüdudlarından kənarda yerləşən daşınmaz əmlaklarla bağlı, o cümlədən digər notarial hərəkətlərinin aparılmasının dayandırılmasına göstəriş verilməsi xahiş edilmişdir (xx.xx.1941-ci il təvəllüdlü Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti blok 593 mənzil 74-də qeydiyyatda olan İddiaçı adı əhəmiyyət kəsb edən şəxslərin siyahısının 41-ci sırasında qeyd edilmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

“İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı faktiki olaraq iddia tələbində qeyd edilən özünə məxsus daşınmaz əmlakı üzərinə cavabdeh tərəfindən məhdudiyyət qoyulmasına dair hərəkətlərin qanunsuz hesab edilərək həmin məhdudiyyətin götürülməsini tələb edir. İddianın növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

X2 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 178.3 və 178.3.3-cü maddələrinə əsasən əmlak üzərinə həbs qoyulması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Həmin Məcəllənin 178.4 və 178.4-cü maddələrinə əsasən müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında əmlak üzərinə həbs qoyulması istintaq hərəkətini həmin Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda məcburi apara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan əmlakları üzərinə məhdudiyyətin qoyulmasına dair qanunvericiliklə müəyyən edilmiş əsaslar və ya bu barədə məhkəmənin qərarı olmadığından cavabdeh tərəfindən iddiaçının mülkiyyətdən maneəsiz istifadə, sahiblik və sərəncam vermək hüquqlarına qanunsuz müdaxilə edilmiş və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının iddia tələbində qeyd edilən əmlakları üzərinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qoyulmuş məhdudiyyət götürülməlidir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı məxsus olan:

1. Bakı şəhəri Səbail rayonu 1-ci H.Seyidbəyli döngəsi ev 9 mənzil 9-da yerləşən ümumi sahəsi 38,6 kv.m yaşayış sahəsinin (MA seriyalı ******* saylı çıxarış),

2. Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 593-cü məhəllə ev 74-də yerləşən ümumi sahəsi 184,7 kv.m olan yaşayış sahəsinin (MA seriyalı ******* saylı çıxarış),

3. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 50,9 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

4. ünvan 3 mənzil 17-də yerləşən ümumi sahəsi 64,5 kv.m yaşayış sahəsi (**********55-05301-093034 reyesrt n. çıxarış),

5. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 20,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

6. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

7. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 31 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

8. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

9. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 28,4 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

10. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

11. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 22,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

12. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 22,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

13. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 32,2 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

14. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 33,4 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

15. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 25,4 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

16. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 22,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

17. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 19,3 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

18. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 35,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

19. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 16 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

20. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

21. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 35,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

22. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 16 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

23. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

24. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 32,2 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

25. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 14,6 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

26. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

27. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 23 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

28. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 52,6 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

29. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 41,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

30. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 53,9 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

31. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 20,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

32. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 52,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

33. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 23,1 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

34. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 28,2 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

35. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 19,3 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

36. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 7, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 27,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

37. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 35,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

38. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 28,2 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

39. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 35,5 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

40. Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 13, 476-cı məhəllədə yerləşən ümumi sahəsi 40,8 kv.m olan qeyri-yaşayış sahəsinin (RX seriyalı ******* saylı çıxarış),

41. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 7a saylı bağ sahəsinin (30/591 saylı qeydiyyat vəsiqəsi), üzərinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar