Məhkəmə qərarları › İş №2-1(112)-1768/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1768/2020

01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1768/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X2 və X7 nümayəndəsi və vəkili X22 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 və X17 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla bağ sahəsinin yerinin müəyyən edilməsi tələbinə dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (X8 və onunla birlikdə bağ sahəsindən istifadə edən sair qohumları, yaxınları, yaxud vərəsələri üçüncü şəxs qismində qeyd olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27.12.1988-ci ildən 449 (34/22 saylı order əsasında) nömrəli bağ sahəsi kimi istismar edilən, 27 aprel 2006-cı il tarixdən etibarən X10 və İstismarı Birliyinin 37501 saylı müqaviləsi əsasında Məmmədova (Kəmalə) Kamilə Telman qızının istifadəsinə təqdim olunmuş, Bakı şəhəri, Sabunçu rayonu Vişnovka-2 bağ sahəsindəki 449 nömrəli bağ sahəsinin yerləşdiyi yerin, 1988-2006-cı illərdə Bağlar Birliyində mövcud olan (olmuş) (1 saylı Bakı Ərazi idarəsinin arxivində saxlanılan) həmin ərazidəki bağların ümumi sxemdə göstərilən nömrə ardıcıllığı əsasında 449 nömrəli bağ sahəsinin yerləşdiyi yer və onun dörd tərəfində hansı saylı bağların yerləşməsinin müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan 26.02.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 27.12.1988-ci il tarixdən 449 (34/22 saylı order əsasında) nömrəli bağ sahəsi kimi istismar edilən, 27.04.2006-cı il tarixdən etibarən X10 və İstismar Birliyinin 37501 saylı müqaviləsi əsasında İddiaçı istifadəsinə təqdim olunmuş, Bakı şəhəri, Sabunçu rayonu Vişnovka-2 bağ sahəsindəki 449 nömrəli bağ sahəsinin yerləşdiyi yer, 1988-2006-cı illərdə Bağlar Birliyində mövcud olan (olmuş) (1 saylı Bakı şəhər Ərazi İdarəsinin arxivində saxlanılan) həmin ərazidəki bağların ümumi sxemdə göstərilən nömrə ardıcıllığı əsasında 449 nömrəli bağ sahəsinin yerləşdiyi yer və onun dörd tərəfində hansı saylı bağların yerləşməsinin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra 06.11.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə yenidən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 27.12.1988-ci il tarixdən 34/22 saylı order əsasında mövcud olmaqla istismar edilən, 27.04.2006-cı il tarixdən X10 və İstismar Birliyinin 37501 saylı müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş Vişnovka-2 bağ sahəsindəki 449 nömrəli bağ torpaq sahəsinin, yəni cavabdeh Bakı şəhər Ərazi İdarəsinin 15.01.2009-cu il tarixli ******* nömrəli Çıxarış əsasında **********04 Reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Sabunçu rayonu, Vişnovka-2 ünvanda yerləşən 452 sayla qeydiyyata alınmış bağ torpaq sahəsinin, 1998- 2006-cı illərdə Bağlar Birliyində mövcud olmuş ümumi sxem əsasında yerləşdiyi yerin (bağın) dörd tərəfində hansı saylı bağların yerləşməsinin müəyyən edilməsi və 449 nömrəli bağ sahəsi ilə 452 saylı bağ torpaq sahəsinin eyni olub-olmamasının müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 27.04.2006-cı il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X15 Departamentinin “X20 və İstismarı Birliyi” ilə aralarında 37501 saylı müqavilə bağlanmışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən Sabunçu rayonu Vişnovka-2 bağ sahəsi ərazisində 0,12 hektar torpaq sahəsi olan 449 nömrəli bağ, müqavilədə göstərilən tikililər, qurğular və ağaclarla istifadəçiyə verir və o, həmin bağ sahəsini istifadəsinə götürmüşdür. Müqavilənin müddəti 10 il müəyyən olunmuşdur. Eyni zamanda öhdəliklər icra edildiyi üçün müqavilənin müddətinin eyni müddətə artırıldığı müqavilənin 2-ci bəndi ilə müəyyən olunmuşdur. Müqavilənin 16-cı bəndi ilə müqavilə müddəti 27.04.2016-cı il tarixə qədər müəyyən olunmuşdur. Qeyd olunan müqavilənin əslinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində mövcud olmasına dair surət 06.11.2014-cü ildə onun tərəfindən götürülmüşdür. 449 nömrəli bağ torpaq sahəsi 27.12.1988-ci il tarixli 34/22 saylı “Order” əsasında vətəndaş X18 verilmişdir. 449 nömrəli bağ sahəsinin ilkin sahibinin (11 saylı DNK-nun 04.04.2006-cı il tarixdə notarial qaydada təqdim olunmuş) ərizəsi əsasında hüquqlar X4. X13 Birliyinin direktoruna təqdim olunmuş ərizədə qeyd olunur ki, 449 nömrəli bağ sahəsi Məmmədova Kəmalə (Kamilə) Telman qızına təqdim olunmuşdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan Bağlar Birliyinin sahə mühəndisi X23, Nazim Əliyevin və İddiaçı iştirakı ilə tərtib olunmuş (Ərazi İdarəsinin arxivində saxlanılan) aktdan görünür ki, 449 nömrəli bağ sahəsini İddiaçı adına keçirmək üçün, aktı tərtib edən tərəflər 449 nömrəli bağ yerində olmuşlar. Nazim Əliyevin və ailə üzvlərinin yazılı razılıqları olmuşdur. İstinad olunan sənədlər əsasında və 27 aprel 2006-cı il tarixdə rəsmiləşdirilmiş 37501 saylı müqavilənin tələblərindən aydın şəkildə məlum olur ki, 449 nömrəli bağ sahəsi 1998-ci ildən ilk əvvəl order əsasında X14, sonra X24 istifadəsində olmuş, sonda 2006-cı ildə bağ sahəsi ərazidəki tikililərlə birlikdə İddiaçı təqdim olunmuşdur. X10 və X16 rayonu ərazisində Vişnovka bağ sahəsində yerləşən 1988-ci ildən etibarən bağ sahəsi kimi order və müqavilə əsasında istifadə edilən sahənin 1988-ci il və 2006-cı illər dövründə-ünvandakı bağların sıra nömrələri qeyd olunmaqla ərazinin həmin vaxt mövcud olmuş ümumi sxemi əsasında 449 nömrəli bağ sahəsinin yerləşdiyi yer və bu bağ sahəsi ilə qonşuluqda yerləşən bağların sıra nömrələri əsasında bağ sahəsinin olduğu (yerləşdiyi) yer müəyyən olunmalıdır. 3-cü şəxs 27.01.2006-cı il tarixli 06 saylı order əsasında 452 saylı bağ torpaq sahəsini əldə etmişdir. Eyni zamanda DT və XK-nin 03.10.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” ilə 452 saylı bağ evi tikintisi üçün tərtib edilmişdir. 3-cü şəxs 15.01.2009-cu il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən 176 nömrəli reyestr kitabının 16374 nömrəli vərəqində qeyd olunmaqla Vişnovka-2 bağ sahəsi, 34 saylı BTKnın 452 saylı bağ sahəsinə dair ******* saylı Çıxarış əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 01.11.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********36 №li 18.02.2020-ci il tarixli iddiaya dair etirazda göstərilmişdir ki, bağ sahəsinə dair arxiv cizgisi olmadığından və bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyindən bağ sahəsinin dəqiq yerini və koordinatlarını təyin etmək mümkün olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 22.10.2019-cu il tarixli **********65 saylı cavab məktubu ünvanlanmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********65 №li 22.10.2019-cu il tarixli məktubda göstərilmişdir ki, bağ sahəsinə dair arxiv cizgisi olmadığından və bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyatdan keçmədiyindən bağ sahəsinin dəqiq yerini və koordinatlarını təyin etmək mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, məhkəmənin 22 oktyabr 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə üçüncü şəxs X3 (mərhum) məhkəmə icraatındakı iştirakına xitam verilərək, X6 və X7 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlməməsi barədə məlumat vermədiyindən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxslər X2 və X7 nümayəndəsi və vəkili X28 iddianı qəbul etməyərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünün nəzərə alınmaqla məhkəmədən idianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi təmin olunduğundan və mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 25.01.2012ci il tarixli **********05 №li məktubda (surəti) göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivində yerləşən 449 saylı bağ sahəsinə dair müvafiq plan və cizginin alınması ilə əlaqədar İdarəyə təqdim olunmuş ərizə ilə bağlı, İdarənin mütəxəssisləri tərəfindən qeyd olunan bağ sahəsinə texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, müraciətdə qeyd olunan bağ sahəsinin yerləşdiyi ərazi digər fiziki şəxsin adına qeydiyatdan keçmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 30.12.2014cü il tarixli **********15 №li məktubda (surəti) göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -2 bağ massivində yerləşən 449 saylı bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsinə dair müraciəti ilə bağlı, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Elektron baza məlumatlarına əsasən göstərilən bağ sahəsi **********04 saylı reyestr nömrəsi ilə digər fiziki şəxsin adına özəlləşmiş sahə ilə üst-üstə düşür. Məhkəmənin müvafiq sorğularına əsasən; DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********35 №li 18.03.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş sənədlərdən görünür ki; Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 449 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X15 Departamentinin “X20 və İstismarı Birliyi” ilə Məmmədova Kəmalə (Kamilə) Telman qızı arasında 27.04.2006-cı il tarixdə müqavilə bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X10 və İstismarı Birliyi tərəfindən Bakı şəhər İcra hakimiyyətinin 27 yanvar 2006-cı il tarixli qərarına (Pr.: 205 BTB) əsasən Vişnyovka-2 bağlar sahəsindəki 34 saylı BTK-nın ərazisində 0,12 ha torpaq sahəsi olan 452 saylı bağın ayrılmasına dair X3 adına 06 saylı Order verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsinə dair X3 adına 03.10.2008-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. ünvan ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair X3 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li Çıxarış verilmişdir (qeydiyyat tarixi 15.01.2009; Reyestr nömrəsi **********04; Qeydiyyat nömrəsi **********). Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 iyun 2020-ci il tarixli 05/Q-733/75 №li məktubda göstərilmişdir ki, X8 04.11.2006-cı il tarixdə vəfat etmiş, ölümü 11.11.2006-cı ildə 1029 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisindən daxil olmuş 22 oktyabr 2020-ci il tarixli 2283 saylı məktubda göstərilmişdir ki, 04.11.2006-cı ildə vəfat etmiş X1 miras qalmış əmlaklara dair Bakı şəhəri 14 saylı notariat ofisində 07.08.2012-ci il tarixdə 2V-480 reyestr nömrəsilə qeydiyyatı aparılaraq və 21.07.2014-cü il tarixdə 2V-93 reyestr nömrəsilə qeydiyyatı aparılaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir və X9 və X11 miras qoyanın vərəsələri olmaları təyin edilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********18 №li 20.05.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsi ərazisində yerləşən 452 nömrəli bağ sahəsi alqı-satqı müqaviləsinə əsasən X2 adına keçmişdir və 30.08.2014-cü il tarixdə dövlət reyesrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsinin 0,08 ha hissəsi alqı-satqı müqaviləsinə əsasən X7 adına keçmiş, yerdə qalan hissəsi isə (0,04 ha) X2 adında 22.12.2016-cı il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, X19 tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini X5 bağışlamışdır (16.08.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi) və qeyd olunan bağ torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına qeydiyyata alınmışdır (Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarış). X6 tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,08 ha hissəsini X12 bağışlamışdır (03.12.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi) və qalan 0,04 ha bağ torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır (Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarış). DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********01 №li 26.10.2020-ci il tarixli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən bağ sahələrinin bölgüsünə dair sxematik xəritənin surəti məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan sxematik xəritədə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 452 sayla qeydiyyata alınmış bağ torpaq sahəsinin yerləşdiyi yer (bağ) və onun ətrafında yerləşən bağ torpaq sahələrinin nömrələri qeyd olunmuşdur (sxematik xəritənin surəti iddiaçının nümayəndəsinə təqdim olunmuşdur) Bundan başqa məhkəmə araşdırması zamanı (məhkəmənin müvafiq sorğularına əsasən cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş məlumatlardan və sənədlərdən) keçmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X15 Departamentinin “X20 və İstismarı Birliyi” ilə iddiaçı Məmmədova Kəmalə (Kamilə) Telman qızı arasında 27.04.2006-cı il tarixdə bağlanmış müqaviləyə əsasən sonuncuya icarəyə verilmiş Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka-2 qəsəbəsində yerləşən 449 saylı bağ torpaq sahəsi ilə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li Çıxarışa (qeydiyyat tarixi 15.01.2009; Reyestr nömrəsi **********04; Qeydiyyat nömrəsi **********) əsasən X3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi 34 saylı BTK-nın 452 saylı bağ torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 və X17 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla bağ sahəsinin yerinin müəyyən edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar