Məhkəmə qərarları › İş №2-1(112)-177/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-177/2020

07.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-177/2020 07.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh «xxxxxxxx» X4rşı 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işə cəlb edilməklə abunə kodunun və sayğacın cavabdeh tərəfindən onun adına rəsmiləşdirilməsi tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X4rşı 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işə cəlb edilməklə Cavabdeh ASC-nin üzərinə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilə kommunal xidmətlərin göstərilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3299/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh qismində Nəsimi rayon “xxxxxxxx” ASC-nin hesab edilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3299/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Nəsimi rayon “xxxxxxxx” ASC əsl olan cavabdeh “xxxxxxxx” ASC ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanı üzrə **********00018 nömrəli abunə kodunu və sayğacın onun adına cavabdeh tərəfindən rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-177/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci ildə 41 saylı Bakı şəhəri Dövlət Notariat Kontorunda onunla X10 arasında ünvan 2i rayonu, 5-ci mkr, Asif Məhərrəmov küçəsi (keçmiş Tağızadə) 60 saylı evin, 18-ci mənzilinin alğı-satqısı barədə 110573 nömrəli müqavilə bağlanmışdır. Mənzilə görə o, X7 32100000 (otuz iki milyon yüz min) manat ödəmişdir. Mənzil 26.64 kv.m sahəli iki yaşayış otağından ibarətdir (ümumi sahə 38.54 kv.m). Həmin müqavilədən görünür ki, ünvan 2i rayonu, 5-ci mkr, Asif Məhərrəmov küçəsi (keçmiş Tağızadə) 60 saylı evin, 18-ci mənzili xx.xx.1993-cü il tarixli, 30/27229 nömrəli qeydiyyat vəsiqəsinə görə xüsusi mülkiyyət hüququ əsasında X7 məxsus idi. xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə görə alğı-satqı müqaviləsi bağlandıqdan sonra ünvan 2i rayonu, 5-ci mkr, Asif Məhərrəmov küçəsi (keçmiş Tağızadə) 60 saylı evin, 18-ci mənzilinin mülkiyyətçisi odur. Mənzildə o, qızı Antokova Kristina və Antokova Edera qeydiyyatdadırlar. Mənzilin alğı-satqısından sonra Həsən Həşimov həmin mənzilindən çıxmaqdan imtina etmişdir. Buna görə də, o, Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə X10 başqa mənzil verilmədən, X11 onunla yaşayan ailə üzvləri ilə birlikdə sığınacaq verilməklə, Bakı şəhəri, A.Mustafayev (keçmiş Tağızadə) küçəsindəki 60 saylı evin 18-ci mənzilindən çıxarılmaları qət edilmişdir. Həmin şəxslərə sığınacaq verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamənin icrası 2 (iki) ay müddətinə təxirə salınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamənin icrası 4 (dörd) ay müddətinə təxirə salınmışdır. X10 və X11 rəhmətə gedibdir. Hazırda onun mənzilində tək X9 qalır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı ünvan 2i rayon, 5-ci mkr, Asif Məhərrəmov küçəsi, 60 saylı evin, 18 saylı mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı ilə o, yaşamaq üçün ünvan 2i rayonu, 5-ci mkr, Asif Məhərrəmov küçəsi, 60 saylı evin, 18-ci mənzil ünvanında olan öz mənzilinə köçürülməli idi. İcra məmuru Ramin Quliyev tərəfindən mənzilə köçürmə xx.xx.2019-cu il tarixinə təyin edilmişdir. X9 mənzili yaşayış üçün yararsız vəziyyətə qoymuşdur. O, mənzili alarkən mənzil əla vəziyyətdə olmuşdur. Unitazın su bakı çıxarılmışdır, iki otağın qapısı çıxarılıb aparılmış, bir otaqda köhnə qapı qoyulmuşdur. Mətbəxdə su qarışdırıcısından su buraxır, otaqlarda və mətbəxdə divar qəsdən bərbad vəziyyətə gətirilmişdir. Cavabdeh ASCyə müqavilə bağlanması üçün onun adına verilmiş qeydiyyat vəsiqəsi təqdim edilmişdir. X5 elektrik enerjisindən istifadə üzrə borcu olduğuna görə onunla müqavilə bağlanmasından imtina edilmişdir. Mənzili azad etdikdən sonra X9 elektrik enerjisindən istifadə üzrə 870.11 manat borcu qalmışdır. X9 2000-ci ildən 2019-cu ilə qədər onun mənzilində yaşamış və onu azad etdikdə ona əhəmiyyətli maddi və mənəvi zərər vurmuşdur. Beləliklə, X9 mənzili azad edərək qəsdən onu yaşayış üçün yararsız vəziyyətə salmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. 3-cü şəxs məhkəməyə iddia ərizəsinə qarşı münasibət təqdim edərək qeyd etmişdir ki, məcburi köçkünlərin məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən təsdiq olunaraq Komitəyə təqdim olunan adlı siyahılara əsasən, Zəngilan rayonundan məcburi köçkün X6 dövlət tərəfindən verilən kommunal xidmətlərlə bağlı güzəştlər tətbiq olunması mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Eyni zamanda məcburi köçkünlər, onlara verilən kommunal güzəşt limitindən artıq istifadə edilməsinə görə yaranmış borcun ödənilməsi özləri məsuliyyət daşıyırdı. Hazırda məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi həmin Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilir. Qeyd olunmalıdır ki, məcburi köçkünlərə bu sahədə təqdim edilən güzəştlər müavinət şəklində verilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan aradırma zamanı müəyyən olunmuşdur ki, hazırda məcburi köçkün X9 ünvan 1, mənzil 18 ünvanında yaşamır. Kommunal xidmətlər üzrə güzəştlərdən həmin ünvanda istifadə etmir və əvvəlki dövrlər üzrə elektrik enerjisinə görə yaranmış borc haqqında Komitədə heç bir məlumat yoxdur. Dövlət tərəfindən ona verilən kommunal xidmətlər üzrə limitlərdən artıq istifadə edilməsinə görə yaranmış borcun ödənilməsi üçün həmin şəxs özü məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh ASC-yə qarşı hazırki iddia tələbinə dair mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə işdə olan sənədlərə əsasən işə şifahi məhkəmə baxışı keçirilmədən baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə İPM-nin bu müddəasının tələblərini və “Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məlumatını nəzərə alaraq tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan xx.xx.2000-ci il tarixli, 110573 nömrəli müqavilənin surətindən görünür ki, X10 ünvan 3, mənzil 18 ünvanında yerləşən, 2 otaqlı, yaşayış sahəsi 36.64 kv.m, ümumi sahəsi 38.54 kv.m olan mənzili İddiaçı satmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il qeydiyyat tarixli, 61 a/c saylı reyestr kitabında 12298-ci səhifədə, 30/5600 nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 26.64 kv.m yaşayış sahəsi, 2 otaqlı, 18 saylı mənzilin mülkiyyətçisidir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6k-342 nömrəli, xx xxxxxx 2002-ci il taixli qərarından görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, A.Mustafayev (keçmiş Tağızadə) küçəsi 60 saylı evin 18-ci mənzilindən çıxarılmasına dair iddiası təmin edilmiş və cavabdeh H.İ.Həşimova başqa mənzil verilmədən, X12 onunla yaşayan ailə üzvləri ilə birlikdə sığınacaq verilməklə Bakı şəhəri, A.Mustafayev küçəsi, 60 saylı evin 18-ci mənzilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qətnaməsi ilə yuxarıda göstərilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən R.Ə.Rzayev kassasiya şikayəti vermiş, kassasiya şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamənin icrası 4 ay müddətinə təxirə salınmış, qətnamənin qalan hissədi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Həsən Həşimovun adına, **********00018 abunə nömrəli “Abunə haqqı” cədvəlindən görünür ki, xx.xx.2001-xx.xx.2020-ci il tarixləri üzrə ümumi borc məbləği 870.11 manat təşkil edir. İşdə olan 1 saylı “Bakı Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı, X2, X1 qeydiyyatdadırlar. İşdə olan Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2767/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən İddiaçı ünvan 2i rayonu, A.Məhərrəmov (keçmiş Tağızadə) küçəsi, 60 saylı evin, 18 saylı mənzilinə köçürülməlidir. xx.xx.2019-cu il tarixli akta əsasən İddiaçı icra sənədində qeyd olunan ünvana köçürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2767/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki işin hallarından göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Onun mənzilində məcburi köçkünlər məskunlaşmış, məhkəmə qətnaməsinə əsasən məcburi köçkünlərin həmin evdən çıxarılması qət edilmişdir. İddiaçı həmin ünvana yalnız xx.xx.2019-cu il tarixdə köçürülmüşdür. Ünvan üzrə borc məbləği isə həmin ünvanda yaşamış məcburi köçkünlərin onlara verilən kommunal güzəşt limitindən artıq istifadə etmələrinə görə yaranmış borcdur. Həmin borc məbləğinin mənzilin əsl sahibi, mülkiyyətçisi İddiaçı ilə heç bir əlaqəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzildə İddiaçı və onun ailə üzləri ( X2, X1) qeydiyyatda olmaqla yaşadıqlarından, eləcə də, həmin mənzilin mülkiyyətçisi İddiaçı olduğundan, mənzilə dair əvvəlki abonentdən qalmış borc məbləğinə (məcburi köçkünlərə verilən kommunnal güzəşt limitindən artıq istifadə edilməsinə görə yaranmış borc məbləği) görə yeni abunə kodunun və sayğacın mənzilin mülkiyyətçisinin adına rəsmiləşdirilməməsi mülkiyyətçinin hüquqlarının pozulması kimi qiymətləndirilməli və bu səbəbdən də, mənzilə dair abonent kodu və sayğac İddiaçı adına rəsmiləşdirilməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alğı-satqısı və mübadiləsi müqavilələr əsasında hhəyata keçirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən istehlakçılar elektrik və istilik enerjisi təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. - 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1, mənzil 18 ünvanı üzrə **********00018 nömrəli abunə kodunun və sayğacın İddiaçı adına rəsmiləşdirilməsi öhdəliyi cavabdeh «xxxxxxxx» X8 həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar