Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1770/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Cavabdeh 04 iyun 2021-ci il tarixli, 0719/Ş nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 30 dekabr 2007-ci il tarixdə Cavabdehndə xidmətə başlamış, 04 iyun 2021-ci ildə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.8, 31.5 və 33.1.12ci maddələri əsas gətirilərək Azərbaycan Respublikasının Cavabdeh 04 iyun 2021-ci il tarixli, 0719/Ş nömrəli əmri ilə xaric edilmişdir. Hazırda hansı əsasla işdən çıxarılmağını bilmir, əmək kitabçasında qeyd edilən ümumi xarakter daşıdığı üçün dəqiq olaraq hansı əsasın nəzərdə tutulması aydın deyildir, tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Hazırkı tarixədək həmin əmr ona təqdim edilməmiş, ona görə də dəqiq olaraq hansı əsasla işdən çıxarılması, barəsində hansı araşdırma aparılmasından və nə müəyyən edilməsindən məlumatı yoxdur. Ona yalnız əmək kitabçası təqdim edilmiş və həmin kitabçada yazılmış əmr nömrəsi və tarixinə, eyni zamanda qeyd edilmiş Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun normalarına istinad edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili elekton qaydada ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, iştirak etməməsinin hansısa üzrlü səbəblə əlaqədar olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 0280491 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 30.12.2007-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Orqanlarında xidmətə qəbul edilmiş, 04.06.2021-ci il tarixli, 0719/ş nömrəli əmrlə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.8, 31.5 və 33.1.12ci maddələrinə uyğun olaraq X2 xaric edilmişdir; Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli 0719/ş nömrəli “Nazirliyin X4 Xidmətinin əməkdaşı İddiaçı barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” əmrdən çıxarışdan görünür ki, Nazirliyin X4 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnik-leytenantı İddiaçı 3 iyun 2021-ci il tarixində ünvan 1 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan telekanalların əməkdaşlarının çəkiliş aparmasına mane olmuş və onları hədələmiş, bununla da o, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Göstərilənləri nəzərə alaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq Nazirliyin X4 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnikleytenantı İddiaçı X2 xaric edilmişdir; Xüsusi nəzarət şöbəsinin rəisi tərəfindən X4 Xidmətinin rəisinə ünvanlanmış 03 iyun 2021-ci il tarixli təqrirdə göstərilmişdir ki, Ölkə.az internet saytında yayılan məlumata əsasən Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli binanın tikintisinin aparılması zamanı narazılıq yaranması faktı ilə bağlı Xəzər TV, İTV və Baku TVnin əməkdaşları çəkiliş aparmaq istəyərkən X4 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin əməkdaşı, daxili xidmət polkovnik-leytenantı İddiaçı çəkiliş qrupunu hədələyib. Daxil olmuş məlumatın araşdırılmasına göstəriş verilməsi xahiş edilmişdir; X4 Xidmətinin rəisi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinə ünvanlanmış 04 iyun 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Ölkə.az internet saytında yayılan məlumata əsasən Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli binanın tikintisinin aparılması zamanı narazılıq yaranması faktı ilə bağlı Xəzər TV, İTV və Baku TV-nin əməkdaşları çəkiliş aparmaq istəyərkən X4 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin əməkdaşı, daxili xidmət polkovnik-leytenantı İddiaçı çəkiliş qrupuna maneə törətmişdir. Qeyd olunanları nəzərə alaraq, X4 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnikleytenantı İddiaçı barəsində toplanmış ilkin materialları təqdim edərək, müvafiq araşdırma aparılması barədə göstəriş verilməsi xahiş edilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun: 10.0-cı maddəsinə əsasən, fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə; 10.0.2. fövqəladə hallar orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməyə; 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmağa və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməyə; 10.0.5. vəzifə borcunun yerinə yetirilməsi zamanı vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamağa və qanunda nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməyə; 10.0.6. öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə xarakterli məlumatları qanunvericiliyə uyğun olaraq təqdim etməyə; 10.0.7. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə köçməklə xidmət etməyə və ya başqa vəzifələri icra etməyə; 10.0.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə; 10.0.9. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri saxlamağa; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; 10.0.11. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməyə. 11.2-ci maddəsinə əsasən, fövqəladə hallar orqanları əməkdaşının aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 11.2.3. xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xarici ölkələrə getməyə; 11.2.4. fövqəladə hallar orqanlarında xidmətinə xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 11.2.5. dini təbliğ etmək üçün fövqəladə hallar orqanları əməkdaşının statusundan istifadə etməyə və fövqəladə hallar orqanlarının tabeliyində olan obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə; 11.2.6. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə. 31.1-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. məzəmmət (irad); 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun X2 xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); 31.1.8. X2 xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə X2 xaric etmə. 31.5-ci maddəsinə əsasən, bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 33.1 və 33.1.12-ci maddələrinə əsasən, fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə X2 xaric edildikdə xitam verilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, X2 xaric etmə intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. İddiaçının X2 xaric edilərək fövqəladə hallar orqanlarında xidmətinə xitam verilməsinə dair əmrin verilməsinə əsas X4 Xidmətinin rəisinin 04 iyun 2021-ci il tarixli məktubu olmuşdur ki, həmin məktubda qanunsuz olaraq çoxmənzilli binanın tikintisinin aparılması zamanı narazılıq yaranması faktı ilə bağlı jurnalistlər çəkiliş aparmaq istəyərkən iddiaçının çəkiliş qrupuna maneə törətməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin təqdim etdiyi xidməti araşdırma materialları ilə sözügedən əmrin verilməsinə əsas olan, iddiaçının xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsi müəyyən edilmiş və bunun nəticəsi olaraq da fövqəladə hallar orqanlarında xidmətdən xaric edilmişdir. Cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1770/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1770/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver