Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1770/2024 27.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023-cü il tarixli, **********358400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın və 2022-ci il gəlir dövrü üzrə 3 oktyabr 2023-cü il tarixli **********002400 saylı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********358400 saylı qərarın ləğv edilməsi barədə qərarın qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və 02 iyun 2023-cü il tarixli **********115200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddia tələbinin dəqiqləşdirmə ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 sentyabr 2023-cü il tarixli Qərardadı ilə, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və 02 iyun 2023-cü il tarixli **********115200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 2022-ci il gəlir dövrü üzrə 3 oktyabr 2023-cü il tarixli, **********002400 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsinin dəqiqləşdirməsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli Qərardadı ilə, cavabdeh tərəfindən qəbul edilmiş 2022-ci il gəlir dövrü üzrə 3 oktyabr 2023-cü il tarixli, **********002400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, “fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması, xx.xx.2023-cü il tarixli, **********358400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın və 2022-ci il gəlir dövrü üzrə 3 oktyabr 2023-cü il tarixli **********002400 saylı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair dəqiqləşdirməsi ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir Məhkəmənin 19 mart 2024-cü il tarixli Qərardadı ilə iddianın dəqiqləşdirilməsi ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən fəaliyyət göstərdiyi dövr ərzində çap xidmətləri göstərilmişdir. Yəni o mal satışı ilə məşğul olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş qaimələrə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, qaimələr çap xidmətlərinin görülməsi üçün "xxxx", "xxxx" və "xxxx" MMClər ilə müqavilə bağlanılmış və iş xidmətlər göstərilmişdir. Riskli vergi ödəyicisi hesab edilmə barədə **********358400 saylı xx.xx.2023-ci il tarixli qərar qəbul edilməzdən əvvəl sahibkar ona ünvanlanmış məktubda qeyd edilənlərin araşdırılması ilə əlaqədar göstərilən telefon nömrəsi ilə əlaqə saxlamış, vergi orqanının müvafiq işçisinə müraciət etmişdir. Müraciətlər 2023-cü ilin əvvəlində şifahi və qeyri-rəsmi olaraq edilmişdir. Sahibkar riskli vergi ödəyicisi hesab edilməmişdən öncə öz qaimələrindən 3 ədədini ləğv etmişdir. Bu ləğv etmə aparılan zaman sahibkar riskli vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Sadəcə qaimə-fakturanı səhv tərtib etməsi ilə əlaqədar ləğv etmişdir. Sahibkar həmçinin qanunvericiliyə uyğun olaraq xidmətləri müqavilələr, həmçinin təhvil-təslimi elektron qaimə ilə etməsinə baxmayaraq sahibkarlıq fəaliyyəti ilə əlaqədar müvafiq obyektini xx.xx.2023cü il tarixdə yəni riskli vergi ödəyicisi hesab edilməzdən öncə vergi orqanında uçota aldırmışdır. Həmçinin riskli vergi ödəyicisi hesab edilmə barədə qeyd edilən ikinci əsas kimi göstərilən malların alış sənədinin olmaması hissəsi ilə əlaqədar bildiririk ki, sahibkar faktiki olaraq Dövlət Vergi Xidmətinin müəyyənləşdirdiyi fəaliyyət kodlarından istifadə edərək konkret olaraq e-qaimələrdə iş xidmətlərin göstərildiyini əks etmişdir. Onun tərəfindən təqdim edilən e-qaimələrdə mal satışı mövcud deyildir. Yəni qərarda qeyd edilən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda Vinil, poster, stiker, konvert, kupon və.s, qeyd olunduğu bu hissə inzibati orqan tərəfindən əsassız olaraq qeyd edilmişdir. Bütün bu qeyd edilənlər ilə əlaqədar, sahibkar ümumiyyətlə 01 may tarikli qərarın çıxarılmasını tamamilə əsassız hesab edir. Çünki qərarda qeyd edilənlər faktiki olaraq mövcud olmamışdır. Yəni sözügedən qərarda Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarına əsasən nə qeyd edilən 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) kimi hallar nə də 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi halı mövcud olmamışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli **********358400 saylı qərara əsasən İddiaçı riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: Aparılmış təhlillər zamanı bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Yuxarıda göstərilənlər barəsində iddiaçı tərəfindən vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. xx.xx.2023-cü il tarixində daxil olan **********761700 nömrəli bildirişə əsasən orada qeyd olunan nömrə ilə əlaqə saxlanılmış və qaimələri yazarkən qeyd olunan məlumatları sadəcə kopyalayıb yazdığını, əslində əsasən satış yox, dizayn və montaj xidməti ilə məşğul olduğunu, aldığı malların ümumi qaimədə görülən işlərin çox cüzi hissəsində istifadə olunduğunu və ya ümumiyyətlə olunmadığını qeyd etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya həmin qaimələri ləğv edəcəyi və obyekt icarəyə götürəcəyi təqdirdə riskli vergi ödəyiciləri siyahısına daxil edilməyəcəyini bildirdi. İddiaçı qeyd olunanları etsə də, yenidən xx.xx.2023-cü il tarixində **********834300 nömrəli bildiriş daxil oldu və yenidən riskli halların aşkarlandığı qeyd olundu. İddiaçı öz növbəsində **********070000 və **********224200 nömrəli ərizə və məktublarla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə müraciət etmiş, lakin problemin həllinə köməklik göstərə biləcək bir cavab ala bilməmişdir. İddiaçı vergi hesabatlarını vaxtında göndərir, ödənişləri gecikdirmir. **********834300 nömrəli bildirişdə riskli vergi ödəyicisi olduğu şübhəsi qeyd olunmuşdur. Lakin bu anlaşılmazlığın başlıca səbəbi mühasibatlıq sahəsindən anlayışının olmaması, yazdığı qaimələrin hamısında oxşar sözləri kopyalayıb yazmağıdır. Belə ki, başlıca fəaliyyəti müştərilərə yerində və distans xidmətlərin göstərilməsidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, hazırda mübahisə predmetini təşkil edən Qərarlar bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Vinil, poster, stiker, Konvert, kupon və s.” satışda qeyd olunduğu müəyyən edilsə də qeyd edilən mallar (iş, xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Eyni zamanda iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilsə də təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********358400 nömrəli Qərar qəbul edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı, təqdim edilmiş 3 elektron qaimə-fakturanın ləğv olunduğu müəyyən edilsə də digər riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və bu səbəbdən iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Aparılmış kameral hesablamaya münasibətdə isə, iddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********315500 nömrəli məktub göndərilərək müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 12900 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********002400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır.
İİ.İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1. –ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh məhkəməyə “iddia müddətinin tətbiq edilməsinə dair” vəsatət təqdim edərək, “xx.xx.2023-cü il tarixli, **********358400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi” hissəsində iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə vəsatət ilə bağlı aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən: - 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. - 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi qərarın (xx.xx.2023-cü il tarixli, **********358400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar) iddiaçıya təqdim edilməsi (poçt rabitəsi və ya elektron üsulu ilə göndərilməsi, və ya şəxsən verilməsi) müəyyən edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat” da qeyd edilən inzibati aktın cavabdeh tərəfindən iddiaçıya göndərilməsi və iddiaçı tərəfindən həmin inzibati aktın oxunması görünsə də, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın elektron göndərilməsi yuxarıda istinad edilən qanunvericiliyin tələblərə uyğun olmamışdır. Odur ki, məhkəmə cavabdehin “iddia müddətinin tətbiq edilməsinə dair” vəsatətini əsassız olduğundan, iddiaçının iddiasını mümkün hesab edir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı düzgün cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İİİ.Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.
7. Məhkəməyə təqdim edilmiş:
İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli şikayətində bildirilmişdir ki, “İddiaçı reklam sahəsində xüsusilə dizayn və quraşdırılma işləri ilə məşğul oluram. Vergi hesabatlarını vaxtında göndərir, ödənişləri gecikdirmirəm. **********834300 nömrəli bildirişdə riskli vergi ödəyicisi olduğum şübhəsi qeyd olunmuşdur. Lakin bu anlaşılmazlığın başlıca səbəbi mühasibatlıq sahəsindən anlayışımın olmaması, yazdığım qaimələrin hamısında oxşar sözləri kopyalayıb yazmağımdır. Belə ki, başlıca fəaliyyətim müştərilərə yerində və distans xidmətlərin göstərilməsidir. Bu məsələ ilə bağlı mənə kömək etməyinizi, idarənizdə görüş təşkil etməyinizi xahiş edirəm”. Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Müraciətə baxılması barədə” iddiaçıya ünvanlanladığı məktuba əsasən bildirilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində 47 min manat məbləğində təqdim edilmiş qaimə fakturalar üzrə “Vinil, poster,stiker, Konvert, kupon və s.” təqdim edildiyi müəyyən edilmiş, lakin bununla əlaqədar olaraq mal alışının olmadığı aşkar edilmişdir Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə” iddiaçıya ünvanlanladığı məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisimüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Təhlil zamanı tərəfinizdən qeyd edilən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********358400 nömrəli Qərarına əsasən, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli şikayətində bildirmişdir ki, “İddiaçı xx.xx.2023-cü il tarixində daxil olan **********761700 nömrəli bildirişə əsasən orada qeyd olunan nömrə ilə əlaqə saxladım və qaimələri yazarkən qeyd olunan məlumatları sadəcə kopyalayıb yazdığımı, əslində əsasən satış yox, dizayn və montaj xidməti ilə məşğul olduğumu, aldığım malların ümumi qaimədə görülən işlərin çox cüzi hissəsində istifadə olunduğunu və ya ümumiyyətlə olunmadığını qeyd etdim. Sizin əməkdaş mənə həmin qaimələri ləğv edəcəyim və obyekt icarəyə götürəcəyim təqdirdə riskli vergi ödəyiciləri siyahısına daxil edilməyəcəyimi bildirdi. Mən qeyd olunanları etsəm də, yenidən xx.xx.2023-cü il tarixində **********834300 nömrəli bildiriş daxil oldu və yenidən riskli halların aşkarlandığı qeyd olundu. Mən öz növbəmdə **********070000 və **********224200 nömrəli ərizə və məktublarla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə müraciət etmiş, lakin problemin həllinə köməklik göstərə biləcək bir cavab ala bilməmişəm. Xahiş edirəm ki, mənim bu sahədə biliklərimin yeni və məhdud olmasını, habelə səriştəsizliyimi nəzərə alaraq ehtiyatsızlıqdan yaranan bu problemin həllində mənə köməklik göstərəsiniz”. Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Müraciətə baxılması barədə” iddiaçıya ünvanlanladığı məktuba əsasən bildirilmişdir ki, Təhlil zamanı tərəfinizdən təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı və xx.xx.2022-xx.xx.2022- ci il tarixlərdə cəmi 47 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Vinil, poster,stiker, Konvert, kupon və s.” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə Sizin alışınızda, idxalınızda qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli şikayətində bildirmişdir ki, “Hesablanmış borc məbləği ilə bağlı dəfələrlə vergi orqanlarına müraciət etsəm də, mənə səhih məlumat verilməyib. xx.xx.2023 tarixində gələn bildirişdə qeyd olunan (012) ***-**-** nömrəsinə zəng etmişəm. Danışdığım şəxs mənə həmin qaimələri ləğv edəcəyim və obyekt icarəyə götürəcəyim təqdirdə riskli vergi ödəyiciləri siyahısına daxil cdilməyəcəyimi bildirdi. Mən qeyd olunanları etdim, lakin yenidən bu siyahıya daxil edildim. Xahiş edirəm vergi borcunun yaranma səbəbini ve bunun araşdırılmasına köməklik göstərsiniz”. Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Müraciətə baxılması barədə” iddiaçıya ünvanlanladığı məktuba əsasən bildirilmişdir ki, təhlil zamanı tərəfinizdən təsərrüfat subyektinin(obyektinin) qeydiyyata alındığı müəyyən edilsə də, təqdim edilmiş 3 elektron qaimə fakturanın ləğv olunduğu, digər riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və bu səbəbdən riskli vergi ödəyicisi siyahısından çıxarılmanız mümkün olmamışdır. Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Riskli əməliyyatların araşdırılması barədə” iddiaçıya ünvanlanladığı məktuba əsasən bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 1,7 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Vinil, poster, stiker, birka" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənizin iştirakı ilə xx.xx.2023 il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməli olduğunuz Sizə bildirilir. Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Riskli əməliyyatların araşdırılması barədə” iddiaçıya ünvanlanladığı məktuba əsasən bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1- ci və 3.1.1-ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin “Meyarlar”ın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən vergi ödəyicisinin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Vinil, poster,stiker, Konvert, kupon və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilən riskli əməliyyatların aradan qaldırılmadığı aşkar edilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıdan kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim olunması tələb olunmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortahaqlarının hesablanması barədə **********002400 nömrəli, 03 oktyabr 2023-cü il tarixli Qərardan görünür ki, iddiaçı barəsində 2022-ci il dövr üzrə gəlir vergisi üzrə 12.900 AZN əlavə vergi hesablanmışdır. İddiaçı və cavabdeh tərəfindən məhkəməyə əlavə olaraq, şəxsi hesab vərəqəsi, elektron qaimələr, riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş e-qaimə fakturalar təqdim edilmişdir. 07 noyabr 2018-ci il tarixli, 01 nömrəli müqaviləyə əsasən, bir tərəfdən gələcəkdə icraçı adlandırılacaq fiziki şəxs İddiaçı şəxsində, digər tərəfdən gələcəkdə “Sifarişçi” adlanacaq "xxxx" MMC-nin direktoru X1 olmaqla, sifarişçinin sifarişi əsasında icraçı bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan (bundan sonra “Protokol adlanacaq) qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən (gələcəkdə “xidmət” adlanacaq) işin (xidmət) yerinə yetirilməsini öz öhdəsinə götürür. 24 fevral 2020-ci il tarixli, 02 nömrəli müqaviləyə əsasən, bir tərəfdən gələcəkdə icraçı adlandırılacaq fiziki şəxs İddiaçı şəxsində, digər tərəfdən gələcəkdə “Sifarişçi” adlanacaq "xxxx" MMC-nin direktoru X5 olmaqla, sifarişçinin sifarişi əsasında icraçı bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan (bundan sonra “Protokol adlanacaq) qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən (gələcəkdə “xidmət” adlanacaq) işin (xidmət) yerinə yetirilməsini öz öhdəsinə götürür. 24 fevral 2020-ci il tarixli, 03 nömrəli müqaviləyə əsasən, bir tərəfdən gələcəkdə icraçı adlandırılacaq fiziki şəxs İddiaçı şəxsində, digər tərəfdən gələcəkdə “Sifarişçi” adlanacaq "xxxx" MMC-nin direktoru X5 olmaqla, sifarişçinin sifarişi əsasında icraçı bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan (bundan sonra “Protokol adlanacaq) qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən (gələcəkdə “xidmət” adlanacaq) işin (xidmət) yerinə yetirilməsini öz öhdəsinə götürür. 24 fevral 2020-ci il tarixli, 04 nömrəli müqaviləyə əsasən, bir tərəfdən gələcəkdə icraçı adlandırılacaq fiziki şəxs İddiaçı şəxsində, digər tərəfdən gələcəkdə “Sifarişçi” adlanacaq "xxxx" MMC-nin direktoru X5 olmaqla, sifarişçinin sifarişi əsasında icraçı bu müqaviləyə əlavə edilən və onun ayrılmaz hissəsi sayılan (bundan sonra “Protokol adlanacaq) qiymətlərin razılaşdırılması protokolunda adı çəkilən (gələcəkdə “xidmət” adlanacaq) işin (xidmət) yerinə yetirilməsini öz öhdəsinə götürür.
İV.Məhkəmənin mövqeyi
8.Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
9. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; 10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın 2.1-ci bəndində göstərilir ki, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda;.. 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Həmin Meyarların 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. 11.İnzibati iş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 12.Məhkəmə hesab edir ki, cavabdeh bu qənaətə gələrkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın normalarını səhv tətbiq etmişdir. Belə ki, qaydaların 3.1.1-ci bəndində riskli əməliyyat kimi, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il dövr ərzində cəmi 47 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Vinil, poster, stiker, Konvert, kupon və s.” satışda qeyd olunduğu müəyyən edilsə də qeyd edilən mallar (iş, xidmət) elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda alqı-satqı predmeti olan malların vinil, poster, stiker, Konvert, kupon və.s göstərilməsinə baxmayaraq, iddiaçının aldığı və ya satdığı məhsullar vinil, poster, stiker, Konvert, kupon və s deyil, başqa bir mal olardı. Cavabdeh tərəfindən belə bir halın mövcud olmasını təsdiq edən məlumatlar və sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş Meyarlarda istinad edilən digər hal, yəni iddiaçının təsərrüfat subyektinin (obyekti) olmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********4 nömrəli arayışa əsasən ünvan 2 ünvanda iddiaçının reklam ofisi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması və xx.xx.2023-cü il tarixli, **********358400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi üçün əsasdır.
13. 2022-ci il üçün gəlir vergisi üzrə əlavə olaraq 12900 manat ödənilməsi ilə bağlı cavabdehin iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********002400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi tələbinə gəldikdə isə məhkəmə aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1-ci maddəsinə əsasən fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Mübahisələndirilən qərardan göründüyü kimi, iddiaçıya gəlir vergisinin əlavə hesabblanması üçün əsas iddiaçının riskli vergi ödəyicisi olması ilə bağlı, bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirərək kənarlaşmanın yaranmasına səbəb olması göstərilmişdir. Məhkəmənin, iddiaçının cavabdeh tərəfindən riskli vergi ödəyicisi hesab olunması və bu barədə xx.xx.2023-cü il tarixli, **********358400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsinə dair qəbul etdiyi qərarının qanuna uyğun hesab edilmədiyi barədə mövqeyi, cavabdehin xx.xx.2023-cü il tarixli **********002400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi üçün əsasdır. Hazırda məhkəmə tərəfindən iddiaçının riskli vergi ödəyicisi olmadığı aşkar edilmiş və ona 75 faiz güzəşt hüququnun tətbiq edilməsinin qanuna uyğun olması qənaətinə gəlinmişdir. Odur ki, yuxarıda istinad edilən normalardan və işin hallarından göründüyü kimi mikro sahibkarlıq subyekti olan iddiaçı sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Belə olan halda, cavabdehin xx.xx.2023-cü il tarixli **********002400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilməlidir. 18.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh inzibati orqan tərəfindən iddia tələbinin hər iki hissəsinə münasibətdə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır, onun xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir. 19.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 20.Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 21.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, fiziki şəxs İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmalı, xx.xx.2023-cü il tarixli, **********358400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar və 2022-ci il gəlir dövrü üzrə 3 oktyabr 2023-cü il tarixli **********002400 saylı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar ləğv edilməlidir. 22.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 23.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 34 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə həvalə edilsin; Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********358400 saylı ”Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” və 2022-ci il dövrü üzrə gəlir vergisi üzrə 3 oktyabr 2023-cü il tarixli **********002400 saylı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova