Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1771/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehlərdən vurulmuş mənəvi ziyana görə 25.000 (iyirmi beş min) manat onun xeyrinə pulun tutulması və cavabdehlər tərəfindən yol verilmiş qanun pozuntuları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müzakirə edilib gələcəkdə bu kimi qanun pozuntularına yol verilməməsi üçün müvafiq tədbirlərin görülməsi öhdəliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından iddiaçıya vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-10854/2022 saylı qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi aşağıdakı kimi icraata qəbul edilmişdir: “İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdiyi 2017-ci ilin aprel ayından qətnamənin icra edilmədiyi tarixə qədər cavabdehin hərəkətləri ilə (hərəkətsizliyi) əlaqədar ona dəymiş mənəvi ziyana görə 25.000 manat, maddi ziyana – banka ödədiyi faizlərlə görə 25.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından tutularaq ona ödənilməsi barədə qərar qəbul edilsin.” İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdə pensiya yaşına çatması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi müddətə (60 aya) görə, Ali Məhkəmənin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu, maddə 20.7), eləcə də Ali Məhkəmənin Hərbi Kollegiyasının hakimi kimi hərbiçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən haqlar nəzərə alınmaqla pensiyanın təyin edilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona Ali Məhkəmənin hakimi kimi yox, əsassız olaraq axırıncı iş yerinə görə - hərbi məhkəmənin hakimi kimi pensiya təyin edilmişdir. Səbəbi soruşulanda Cəlilabad rayon şöbəsinin əməkdaşı bildirmişdir ki, “göstəriş belədir”. Bundan sonra “pensiyanın miqdarının yenidən hesablanması barədə” cavabdehə qarşı iddia qaldırmış və Şirvan İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiası tam təmin edilmişdir. Məhkəmə qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şırvan İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin Şirvan Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının qərarından verdiyi kassasiya şikayətinə baxan AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası şikayəti qismən təmin edərək Şirvan Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının qərarını ləğv etmiş (ona 75 % əlavə haqq verilməsini mübahisələndirərək) işi təkrar baxılmaq üçün həmin məhkəməyə göndərmiş, Şirvan Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası isə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarını ləğv etmiş, həmin vaxt iddiaçı artıq Bakı şəhərində yaşadığından, ərazi üzrə Sabunçu rayon DSMF-na müraciət etmişdir. Yaşadığı əraziyə xidmət edən DSMF-nun Sabunçu rayon şöbəsinə də DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etdiyi qaydada ərizə ilə müraciət etmiş, Sabunçu rayon şöbəsi də ona Ali Məhkəmənin hakimi kimi yox, son 24 ayın (hərbi hakim işlədiyi dövrün) orta aylıq əmək haqqı və əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla pensiya təyin edilməsi barədə yazılı cavab vermişdir. Ali Məhkəmənin hakimi kimi pensiya təyin edilməməsinin səbəbi soruşulanda pensiya sektorunun əməkdaşı da bildirmişdir ki, “göstəriş belədir”. Həmin “göstəriş”də isə pensiya məbləği bir min manatdan artıq olan şəxslərin işləri üzrə AR Ali Məhkəməsinə kimi şikayət verilməsi pensiya şöbələrinə tövsiyə edilmişdir. 2018-ci ilin avqust ayında “pensiyanın miqdarının yenidən hesablanması barədə” 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiası tam təmin edilmiş, cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarı ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı qismən - 75% məbləğində əlavə haqq ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə 45% məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının qərarından verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, pensiya məbləğinin yenidən hesablanması barədə qərar 2020-ci ilin aprel ayında icra edilmək üçün cavabdehə göndərilmişdir. Lakin bu günə kimi məhkəmə qərarı tam icra edilməmişdir. Beləliklə, iddiaçının 30 ilə yaxın müddət ərzində məhkəmə hakimiyyəti orqanında hakim vəzifəsində işləməklə insanların hüquq və azadlıqlarını müdafiə etmiş bir şəxsin öz hüquqları icra hakimiyyəti orqanının məmurlarının qanunun tələblərinə açıqaşkar riayət etməməklə pozulmuş, cavabdehlərin onu beş ildən artıq müddətdə əsassız olaraq məhkəmə çəkişmələrinə cəlb etmələri səbəbindən (bu çəkişmələr hələ də davam edir) mənəvi sarsıntı və iztirab keçirmiş, rahatlığı pozulub, ona qarşı törədilmiş qanunsuz hərəkətlər onda mənfi psixi reaksiyalara səbəb olmuş, dəfələrlə müxtəlif məhkəmə instansiyalarında iştirak etməyə məcbur olmuş, cavabdehlərin əsassız apellyasiya, kassasiya şikayətlərinə etirazlar yazmalı olmuş, pensiya yaşında qanunla ona verilməli olan pensiyanı alıb dincəlmək əvəzinə məhkəmə iclas zallarında apellyasiya və kassasiya şikayətlərinin əsassızlığını sübut etməklə məşğul olmuş, ona pensiya məbləğinin düzgün təyin edilməməsi səbəbindən maddi sıxıntılar keçirmiş, məcburən "xxxx"dan, “Azərbaycan Beynəlxalq Bankı”ndan yüksək faizlərlə kredit götürdükdən sonra kreditlərin ödənilməsində çətinliklərlə üzləşməyi də mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. Belə ki, 2017-ci ilin aprel ayında ona, ərizəsində göstərdiyi kimi, Ali Məhkəmənin hakimi kimi 4324 manat pensiya təyin edilməli olduğu halda DSMF-nin Cəlilabad rayon şöbəsi 2100 manat, yəni 2224 manat az məbləğdə pensiya təyin etmiş və o, xx.xx.2017-ci il tarixə kimi - 4 ay ərzində 8896 manat məbləğində pensiya pulunu ala bilmədiyindən və maddi sıxıntılar səbəbindən "xxxx"dan xx.xx.2017-ci il tarixdə illik 29 faizlə 10.000 (on min) manat kredit pulu götürməyə məcbur olmuşdur. Lakin məhkəmə çəkişmələri uzandığından, maddi sıxıntıları davam etdiyindən və bank kreditlərinin ödənilməsində çətinliklər yarandığından, xx.xx.2018-ci il tarixdə "xxxx"dan bu dəfə yenə illik 29 faizlə 20.000 (iyirmi min) manat kredit götürməyə məcbur olmuş, həmin pulun 8888 manatı əvvəl götürdüyü kreditin bağlanmasına yönəlmişdir. Bankdan götürdüyü 20.000 manat pulun ödənilməsində çətinliklər yarandığından, problemin həlli məqsədilə onunla xx.xx.2019-cu il tarixdə "xxxx" 16.635 manat kredit verilməsi barədə yeni müqavilə bağlamış, lakin onun məhkəmələrdə “pensiya miqdarının yenidən hesablanması barədə” iddiasına baxılması davam etdiyindən, bank ödəmələrində yenə çətinliklər davam etmiş və iddiaçı xx.xx.2019-cu il tarixdə “Azərbaycan Beynəlxalq Bankı”ndan illik 22% olmaqla 10.000 (on min) manat, xx.xx.2021-ci il tarixdə isə yenə də "xxxx"dan 6000 (altı min) manat kredit götürməyə məcbur olmuşdur. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən iddianın təmin olunması barədə məhkəmə qərarı qanuni qüvvəyə minənədək və məhkəmənin qərarı tam icra edilmədiyindən 2017-ci ilin avqust ayından bu günədək banklardan 46 min manat kredit götürməyə məcbur olmuş, həmin banklara əsas borcdan əlavə 25.000 manatdan artıq məbləğdə kreditə görə faiz ödəmiş və ödəməkdə davam edir. Ona dəymiş mənəvi ziyanın ödənilməsi barədə cavabdehə müraciət etsə də, xahişi nəzərə alınmamış, mənəvi ziyan ödənilməmiş, ona heç bir cavab da verilməmişdir. Ona ödənilməmiş pensiya fərqinin bir hissəsi 35518 manat ödənilmiş, bu günə kimi ödənilməmiş pensiya məbləği 75666,82 manat təşkil edir. Pensiya ona düzgün hesablanıb verilsə idi, onun 46000 (qırx altı min) manat kredit götürməyinə, 25500 manatdan artıq faiz ödəməyinə ehtiyac qalmazdı. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazda bildirilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması cavabdehə həvalə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə göndərilmişdir 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 16 10.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 24,10.2018-ci il tarixli qərarı “25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 75 faiz məbləğində əlavə haqq" ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək 25 ildən artıq hakim işlədiyi ücün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiva Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarına müvafiq olaraq: İddiaçı 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması; Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqqın ödənilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması cavabdeh tərəfindən icra edilmişdir. Hesab edirlər ki, təqdim edilən sübutlardan cavabdehin hüquqa zidd hərəkəti nəticəsində İddiaçı gəlirdən məhrum olması təsdiq olunmur, həmçinin cavabdehin qanunsuz hərəkəti nəticəsində ona zərər dəyməsi sübuta yetmir. Belə olduqda, İddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçı M.M. Əliyevin cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Eyni zamanda qeyd etmək istəyir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini verinə yetirməməsi İlə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Həmçinin, iddia ərizəsində vurulduğu irəli sürülən mənəvi zərərin İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri nəticəsində baş verməsi sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin onlar tərəfindən ödənilməsi qanuna uyqun deyildir. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki hallan nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı M.Ə.Əliyevin “maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Bank müqavilələrinə əsasən "xxxx" ASC-nin Cəlilabad rayon filialı tərəfindən İddiaçı xx.xx.2017-ci ildə 10.000.00 manat məbləğində, "xxxx" ASC-nin Sahil rayon filialı tərəfindən xx.xx.2021-ci ildə 6.000.00 manat, "xxxx" ASC tərəfindən 13.209.20 manat kredit verilmişdir. İşdə olan məhkəmə aktlarına əsasən: Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının 1994- 2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması cavabdehə həvalə edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Şirvan İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləğ fərqinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı “25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 75 faiz məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək 25 ildən artıq hakim işlədiyi ücün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiva Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Qərarlara uyğun olaraq Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(103)-1939/2019 saylı icra vərəqəsi verilmişdir. - Qərarların icrası ilə baglı: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya göndərilmiş 19 may 2020-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2017-ci il tarixindən sabiq hakim kimi əmək pensiyası təyin edilərək ödənilən İddiaçı pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Bakı Apelyasiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2-1(103)-1939/2019 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq, 1994-2000-ci illərdə işlədiyi dövr üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kolleqiyasının hakim vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Milli Məclisin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq Alı Məhkəmənin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla İddiaçı pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh inzıbatı orqana həvalə edilmişdir. Məhkəmə qərarının icrası məqsədilə adıçəkilən şəxsin əmək pensiyası yenidən hesablanaraq 2766,72 manatdan 4079.92 manata çatdırılmış və ötən dövr uzrə ona ödənilməli olan fərq məbləği 35518,22 manat müəyyən edilmişdir. Həmin məbləğin 1016.05 manat hissəsi xx.xx.2020-cı il tarixində, qalan 34502.17 manat hissəsi isə cari ayda İddiaçı əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülərək ona dair məhkəmə qərarının icrası tam başa çatdırılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya göndərilmiş 23 iyul 2020-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2020-ci il tarixli 2-1(102)-264/20 nömrəli qərarına əsasən əmək pensiyası yenidən hesablanaraq 19 aprel 2017-ci il tarixindən 3326,78 manat, 1 may 2018-ci il tarixindən 3434,08 manat, 1 sentyabr 2019-cu il tarixindən isə 4079,92 manat müəyyən edilmiş, həmçinin xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 35518,22 manat fərq məbləğinin 1016,05 manat hissəsi cari ilin aprel ayında, qalan 34502,17 manat hissəsi isə cari ilin may ayında əmək pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda bildiririk ki, 1 sentyabr 2019-cu il tarixindən etibarən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 1980,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi - 891,00 manat, rütbə maaşına görə əlavəsi 159,00 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi - 495,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 297,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 10 faizi miqdarında əlavəsi - 213,90 manat, ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavəsi 1000,00 və ərzaq payı əvəzinə verilən 64,00 manat məbləğində pul kompensasiyası olmaqla orta aylıq əmək haqqısı 5099,99 manat təşkil edir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya göndərilmiş 31 may 2021-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2020-ci il tarixli 2-1(102)-264/20 nömrəli qərarı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanaraq 4079,92 manatdan 4165,48 manata artırılmış və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2528,33 manat fərq məbləği cari ilin may ayından etibarən hissə-hissə (51,59 manat) pensiyasının (4165,48 manat) üzərinə əlavə olunmaqla (51,59+4165,48 = 4217,07 manat) müvafiq kart hesabına köçürülür. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya göndərilmiş 06 iyun 2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Sabunçu rayon şöbəsi tərəfindən 19 aprel 2017-ci il tərəfindən yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Ölkə üzrə minimum əmək haqlarının 1 yanvar 2022-ci il tarixindən 300,00 manata çatdırılması ilə əlaqədar əmək pensiyası carı ilin aprel ayında 4165,48 manatdan 4325,48 manata artırılıb, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 480.0 manat fərq məbləğinin 320,00 manat hissəsi cari ilin aprel və may aylarında (hər ay 160.0 manat) ona ödənilib, qalan 160,00 manat hissəsinin isə cari ayda əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Məlumat üçün bildirilmişdir ki, yuxarıda qeyd edilənlərlə bağlı tərəfilərindən iddiaçıya 10 may 2022-ci il tarixli **********2 nömrəli məktubla məlumat verilib. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 432,54 manat məbləğincə maddi yardım ödənilir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya göndərilmiş 01 avqust 2022-ci il tarixli, **********4 nömrəli məktubunda bildirilmişdir ki, ölkə üzrə minimum əmək haqlarının 1 yanvar 2022-ci il tarixindən 300,00 manata çatdırılması ilə əlaqədar əmək pensiyası carı ilin aprel ayında 4165,48 manatdan 4325.48 manata artırılıb, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanıb. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 480,00 manat fərq məbləği xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülüb. Eyni zamanda 1 yanvar 2022-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1980,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 891,00 manat, rütbəyə görə əlavə 159,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 495,00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 297,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavə 320,85 manat, ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə 1200,00 manat və ərzaq payı əvəzinə ödənilən kompensasiya 64,00 manat olmaqla orta aylıq əmək haqqısı 5406,85 manat təşkil etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya göndərilmiş 11 avqust 2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə alaraq, müraciətdə qeyd etdiyi əlavələr əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində ona ödənilmədiyindən həmin pul təminatlarının əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1980,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 891,00 manat, rütbəyə görə əlavə 159,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 495,00 manat, yüksək hüquqi ixtisasə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 297,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavə 320,85 manat, ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə 1000,00 manat və ərzaq payı əvəzinə ödənilən kompensasiya 64,00 manat olmaqla orta aylıq əmək haqqısı 5206,85 manat təşkil etmişdir. - Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına, surəti isə iddiaçıya göndərilmiş 2-1(82)-3433/2018 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, hazırkı iş üzrə birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarlarına uyğun olaraq Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(103)-1939/2019 saylı icra vərəqəsi verilmişdir. Həmin icra sənədi üzrə cavabdeh tərəfindən həyata keçirilən icra tədbirlərindən şikayət xarakterli ərizədən görünür ki, iddiaçı hesab edir ki, pensiya yenidən hesablanarkən təyin olunmalı olan əlavələr nəzərə alınsa da, yaranmış pensiya fərqi düzgün hesablanmamış və ona birdəfəlik ödənilməmişdir. Belə ki, ərizədə qeyd edilir ki, ona ödənilməmiş pensiya fərq məbləği ümumilikdə 111185,04 manat olmalı olduğu halda, ona cəmi 35518,22 manat pensiya fərqi məbləği ödənilmiş, 75666.82 manat fərq məbləği isə ödənilməmişdir. Beləliklə, ərizədən belə aydın olur ki, ərizə ödənilməmiş pensiya fərqinin məbləği və birdəfəlik ödənilməsi ilə bağlıdır. Odur ki, məhkəmə qərarının icra edilməsi ilə əlaqədar sorğuya qoşma edilmiş ərizədə nəzərdə tutulan hallar, o cümlədən yaranmış pensiya məbləği fərqinin iddiaçının ərizədə qeyd etdiyi məbləğlərlə müqayisəli formada məbləği və birdəfəlik ödənişin aparılıb- aparılmaması, ümumilikdə iddiaçı barəsində icra edilməli olan məhkəmə qərarının icra edilməsi ilə bağlı həyata keçirilmiş bütün tədbirləri əks etdirən ətraflı izahlı arayışın 05 gün müddətində məhkəməyə təqdim edilməsinin təmin edilməsi xahiş olunmuşdur. Nəzərə çatdırılmışdır ki, AR İPM-nin 120-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibatı orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya göndərilmiş 13 oktyabr 2022-ci il tarixli, **********4 nömrəli məktubunda bildirilmişdir ki, müraciətində qeyd etdiyi məsələlər ilə bağlı tərəflərindən ona ünvanlanmış 23 iyul 2020-ci il tarixli **********1 nömrəli, 13 avqust 2020-ci il tarixli **********3 nömrəli, 31 may 2021-ci il tarixli **********9 nömrəli, 10 may 2022-ci il tarixli **********2 nömrəli, 6 iyun 2022-ci il tarixli **********0 nömrəli və 1 avqust 2022-ci il tarixli **********4 nömrəli məktublarla ətraflı məlumat verilmişdir. Eyni zamanda bildirilmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar cari ayda (1 iyul 2022-ci il tarixindən hesablanmaqla) əmək pensiyasının məbləği yenidən hesablanaraq 4325,48 manatdan 5701,48 manata artırılıb, həmçinin xx.xx.2022-xx.xx.2022-ci i tarixləri arasındakı dövr üzrə ümumilikdə 4128,00 manat ödənilməli olan fərq məbləği hesablanıb. Həmin 4128,00 manat pul vəsaiti cari aydan hissə-hissə (hər ay 1376, 00 manat) pensiyasının (5701,48 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüləcək. Məlumat üçün bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin 2022-ci il 4 mart tarixli, 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləği 10 faizi miqdarında maddi yardım ödənilir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənova ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-1939/2019 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 2766,72 manatdan 4165,48 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 38046,55 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləği xx.xx.2020-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülərək sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Bundan başqa, ölkə üzrə minimum əmək haqlarının 1 yanvar 2022-ci il tarixindən 300,00 manata çatdırılması ilə əlaqədar İddiaçı əmək pensiyası carı ilin aprel ayında 4165,48 manatdan 4325,48 manata artırılıb, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanıb. Bununla əlaqədar olaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 480,00 manat fərq məbləği xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar cari ayda (1 iyul 2022-ci il tarixindən hesablanmaqla) adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda bildirilmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar cari ayda (1 iyul 2022-ci il tarixindən hesablanmaqla) adıçəkilən şəxsin əmək pensiyasının məbləği yenidən hesablanaraq 4325,48 manatdan 5701,48 manata artırılıb, həmçinin ona xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 4128,00 manat ödənilməli olan fərq məbləği hesablanıb. Həmin 4128,00 manat pul vəsaiti cari aydan hissə-hissə (hər ay 1376,00 manat) İddiaçı pensiyasının (5701,48 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Məlumat üçün bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. - Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına, surəti isə iddiaçıya göndərilmiş 2-1(82)-3433/2018 nömrəli, xx.xx.2022-ci il tarixli təkrar məktubunda bildirilmişdir ki, hazırkı iş üzrə birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarlarına uyğun olaraq Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(103)- 1939/2019 saylı icra vərəqəsi verilmişdir. Həmin icra sənədinə əsasən müəyyən edilir ki, iddiaçı ödənilməli olan pensiya fərq məbləğinin miqdarından narazıdır. Lakin, iddiaçı qeyd edir ki, həmin hissə də iddiaçıya birdəfəlik qaydada ödənilməmişdir. Beləliklə, ərizədən belə aydın olur ki, ərizə ödənilməmiş pensiya fərqinin məbləği və birdəfəlik ödənilməsi ilə bağlıdır. Qeyd olunur ki, hazırkı halda pensiya fərqinin məbləğinin aydınlaşdırılması ilə bağlı əlavə araşdırmanın aparılması zərurəti yaransa mübahisələndirilməyən məbləğin birdəfəlik yox, tərəfinizdən hissə-hissə icra edilməsi müəyyən edilir. Halbuki, məhkəmənin hazırkı iş üzrə qərarında pensiya fərq məbləğinin birdəfəlik qaydada ödənilməsi ilə bağlı konkret müddəa öz əksini tapmışdır. Məhkəmənin müraciətinə cavab məktubundan görünür ki, qeyd etmisiniz ki, 38046,55 fərq məbləği mövcuddur. Həmin ödəniş hissə-hissə 31 may 2025-ci il tarixədək icra edilir. Məhkəmə hesab edir ki, nə qədər ki, qanuni qüvvəsini almış məhkəmə qərarında ödənişin ödənilmə qaydası birdəfəlik olaraq göstərilmişdir, mübahisələndirilməyən pensiya fərq məbləği də birdəfəlik ödənilməlidir. Odur ki, tərəfinizdən mübahisələndirilməyən 38046,55 manat pensiya fərq məbləğinin iddiaçıya məhkəmə qərarında nəzərdə tutulmuş qaydada, məhz birdəfəlik qaydada ödənilməsinin təmin edilməsi tələb olunur. Nəzərinizə çatdırırıq ki, AR İPM-nin 120-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibatı orqanı həmin məbləğdə cərimə edə bilər Məlikəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna əsasən 20 oktyabr 2022-ci il tarixli, **********5 nömrəli məktubuna qoşma olaraq göndərilmiş iddiaçının pensiya işindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(103)- 1939/2019 saylı icra sənədinə əsasən: - DSMF-nin Sabunçu rayon şöbəsi tərəfindən 19 aprel 2017-ci il tərəfindən iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyası cavabdehin xx.xx.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən 1 sentyabr 2019-cu il tarixindən yenidən hesablanmış pensiya məbləği 4079 manat, 92 qəpik təşkil etmiş, həmçinin xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən ölkə üzrə minimum əmək haqlarının 1 yanvar 2022-ci il tarixindən 300,00 manata çatdırılması ilə əlaqədar iddiaçıya əmək pensiyası aprel ayında 4165,48 manatdan yenidən hesablanaraq pensiya məbləği 4325 manat, 48 qəpik təşkil etmiş, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçıya 4325,48 manatdan yenidən hesablanmış pensiya məbləği 5701 manat, 48 qəpik təşkil etmiş, həmçinin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 4128,00 manat ödənilməli olan fərq məbləği hesablanmışdır.
4.İddianın növü və mümkünlüyü
İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçının hazırki tələbi “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdiyi 2017-ci ilin aprel ayından qətnamənin icra edilmədiyi tarixə qədər cavabdehin hərəkətləri ilə (hərəkətsizliyi) əlaqədar ona dəymiş mənəvi ziyana görə 25.000 manat, maddi ziyana – banka ödədiyi faizlərlə görə 25.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından tutularaq ona ödənilməsi” barədədir. İddiaçı iddia tələbi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. İşin hallarına görə iddiaçı xx.xx.2017-ci il tarixindən sabiq hakim kimi əmək pensiyası təyin edilərək ödənilən pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə çəkişmələri nəticəsində Bakı Apelyasiya Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2-1(103)-1939/2019 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq, 1994-2000-ci illərdə işlədiyi dövr üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kolleqiyasının hakim vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Milli Məclisin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq Alı Məhkəmənin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla İddiaçı pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh inzıbatı orqana həvalə edilmişdir. Məhkəmə qərarının icrası məqsədilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq qismən iddiaçıya ödənilmiş və hazırda da icra mərhələsindədir. İddiaçı hesab edir ki, pensiya yenidən hesablanarkən təyin olunmalı olan əlavələr nəzərə alınsa da, cavabdeh tərəfindən yaranmış pensiya fərqi düzgün hesablanmamış və ona birdəfəlik ödənilməmişdir. Belə ki, ona ödənilməmiş pensiya fərq məbləği ümumilikdə 111185,04 manat olmalı olduğu halda, ona cəmi 35518,22 manat pensiya fərqi məbləği ödənilmiş, 75666.82 manat fərq məbləği isə ödənilməmişdir. Beləliklə, iddiaçı vaxtılə ona ödənilməmiş pensiya fərqinin məbləği və birdəfəlik ödənilməməsi ilə bağlı hərəkətləri ilə cavabdehin ona maddi və mənəvi ziyan vurmasını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Məhkəmə tərəfindən araşdırılan işin halları ilə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar ona vurulmuş maddi ziyanın məbləğini öz şəxsi mülahizələrinə əsasən əsaslandırmağa çalışsa da, bu barədə məhkəmə mötəbər sübut təqdim edə bilməmişdir. Təqdim edilmiş bank kreditlərinin götürülməsi ilə baglı sənədlər isə bu səbəbli əlaqənin müəyyən edilməsi üşün mötəbər sübut hesab edilə bilməz. İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin ödənilməli olması istisna olunduğundan iddia əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3
Hakim Mehriban Qarayeva