Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1772/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 (Füzuli rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “yaşadığı yer üzrə qeydiyyata alınma” tələbinə dair inzibati işə üçüncü şəxs qismində Abbasov Muradxan Qaraxan oğlu cəlb edilməklə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi,188 a saylı evin 84 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyatına alınması vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 188 saylı evin 84 saylı mənzili Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən atası Abbasov Muradxan Qaraxan oğlunun, iddiaçının və digər ailə üzvlərinin istifadəsinə verilmişdir.Onlar hamısı 2013-cü ildən həmin mənzildə yaşayırlar.Həmin mənzilə qeydiyyata alınması ilə bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır.İddiaçı həmin imtinanı qanunsuz hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh iddia tələbinə dair etirazını məhkəməyə təqdim etməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Bakı şəhər Cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmiş, məhkəməyə ünvanladığı məktublarında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili R.Əliyev iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin çıxışını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 116 saylı MKİS-in xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu,F.Yusifov küçəsi, 188A №li evin 84 №li mənzilində yaşayır. “Doğum haqqında şəhadətnamə”yə əsasən iddiaçı Abbasov Muradxan Qaraxan oğlu ilə Abbasova Gülarə Atuxan qızının nikahından doğulmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 36 nömrəli, xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Muradxan Qaraxan oğlu Abbasovun mənzil uçot sənədləri 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) əvvəlki uçota götürülmə tarixi (xx.xx.1988-ci il) saxlanılmaqla və xx.xx.1990-cı il tarixdən yaşayış yeri üzrə güzəştli əsaslarla Nərimanov rayon İcra Hakimiyyətinə köçürülmüşdür. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Abbasov Muradxan Qaraxan oğlu ünvan 1 ünvana Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, **********0 №li, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında həmin ünvana qeydiyyata alınmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 078-10096A №li məktubuna əsasən iddiaçının ünvan 2 ünvana qeydiyyata alınması haqqında müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, A.Nemətulla küçəsi, ev 67, 92 saylı mənzilin Abbasov Emil Muradxan oğlunun adına qeydiyyatdan keçməsi barədə məumat idarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən həmin məhkəmənin icraatında Abbasov Muradxan Qaraxan oğlu ilə Abbasov Emil Muradxan oğlu arasında mübahisəyə dair iş olmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçının atası əlildir və əlil kimi mənzil növbəsinə götürülmüşdür, mənzil növbəsinə götürülən zaman özündən başqa 4 nəfər ailə üzvü, arvadı, iki oğlu nəzərə alınmışdır, sonradan iddiaçının atası əlil olduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 188-də yerləşən mənzil ona və ailəsinə ayrılmışdır, hazırda iddiaçının atası həmin mənzilə qeydiyyatda düşmüşdür. İddiaçı ilə atası arasında heç bir məhkəmə mübahisəsi mövcud deyildir, iddiaçı da həmin mənzildə yaşayır. İddiaçı həmin yaşayış sahəsinə qeydiyyata alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçının iddia tələbini əsaslı hesab edir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin müılkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi,yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən “yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” - iddiaçının qeydiyyata alınmasını tələb etdiyi mənzilə aid iddiaçının ailə üzvü olduğu atası X1 adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş sərəncam da aiddir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi,188A saylı evin 84 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 81-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi,188A saylı evin 84 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyatına alınması vəzifəsi cavabdeh Bakı şəhər Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində ünvan 3 ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1772/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1772/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver