Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1773/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı “cavabdehin 31 mart 1998-ci il tarixli 2543 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş Əzizbəyov (indiki Xəzər) RİHB-nin 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının ləğv edilməsi “ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* JMs-li çıxarışın verilməsinə əsas olmuş, Əzizbəyov (indiki Xəzər) RİHB-nm 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* JMb-li çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 2-1(112)-10858/2022 nömrə altında məhkəmənin icraatına götürülmüş olsa da iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi zərurəti yaranmışdır.Hazırkı 2-1(112)-10858/2022 saylı inzibati iş üzrə iddia tələbi xx.xx.2018-ci il tarixli RX seriyalı ******* Nə-li çıxarışın verilməsinə əsas olmuş, Əzizbəyov (indiki Xəzər) RİHB-nm 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının ləğv edilməsi qoyulmalı, cavabdeh qismində Bakı şəhəri Cavabdeh2, üçüncü şəxs qismində isə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə cəlb olunmalıdır. Belə kı, 18,06.2020-ci ıl tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək. ünvan 1 ünvanında yerləşən 0,12319 ha torpaq sahəsinin bir hissəsi, yəni X1 əlavə olaraq zəbt etdiyi 0,06319 ha torpaq sahəsi hissəsi (üzərində X1 mülkiyyətində olmayan, iddiaçının inşa etdiyi ailəsi ilə ayrıca yaşadığı tikilialtı sahəsi 117,5 kv.m olan 2 mərtəbəli ev mövcuddur) üzərində X1 DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə qanunsuz qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi və reallığı əks etdirməyən qeyri-qanuni tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********02-10301 reyestr nömrəli texniki pasportun ləğv olunması və həmin texniki pasportda formal planla göstərilmiş,ümumi tikintialtı sahəsindən 47 kv.m sahəsi əskik olan “A” tikilisi üzərində X1 xx.xx.2018-ci il tarixdə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz qeydə alınmış mülkiyyət hüququnun ləğv edilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsi 2(003)-2023/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci ıl tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə Əzizbəyov (indiki Xəzər) RİHB-nm 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı əsas olmuşdur və bu sərəncamın qüvvədə olması əsası ilə iddia tələbim təmin edilməmişdir. Əzizbəyov (indiki Xəzər) RİHB-nın 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının qüvvədə olması ilə hüquqlarının pozulmasını Xəzər Rayon Məhkəməsinin 2(003)-2023/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin çıxarıldığı gün bilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu ipindən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İşə əlavə olımmuş, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamında qeyd edilmişdir ki, Əzizbəyov rayon XDS İK-niıı xx.xx.1989-cıı il tarixli İİ saylı qərarı ilə X2 Mərdəkan qəsəbəsi 45 saylı sahədə 145-000-129 c tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hal-hazırda o, evi tikib qurtarmış və həmin evin qeydiyyatdan keçirilməsini xahiş edir. Komissiya üzvləri tərəfindən yerində yoxlama zamanı məlum olmuşdur ki, X4 evi layihə əsasında tikməmiş və əlavə olaraq torpaq sahəsi zəbt etmişdir. Lakin, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-cı ıl tarixli 243 nömrəli sərəncamında:1 Əzizbəyov rayon XDS-nitı İK-nin xx.xx.1989-cu il tarixli 11 saylı qərarına əsasən X2 ev tikmək üçün Mərdəkan qəsəbəsi 45 № altında 600 kv. m ( 6 sot) torpaq sahəsi ayrılması faktı qəsdən göstərilməmişdir 2. X3 tərəfindən əlavə olaraq zəbt edilmiş torpaq sahəsinin neçə kv.m (neçə sol) olması faktı qəsdən göstərilməmişdir.3 X4 tərəfindən əlavə olaraq zəbt edilmiş torpaq sahəsinin qaytarılması barədə heç bir məlumat qeyd edilməmişdir.4. birdən-birə 1231,9 kv.m( 600 kv.m + 631,9kv.m = 123l,9 kv.m) torpaq sahəsinin X1 adına qeydiyyata alınması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.İstinad edilənlərə əsasən hamıya bəlli olur ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamında 600 kv.m torpaq sahəsindən əlavə olaraq 631,9 kv.m torpaq sahəsininin qeydiyyata alınması qanunsuz olaraq xahiş olunur. 1231,9 kv.m - 600 kv.m = 631,9 kv.m (6,319 sot) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin lll-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.Yuxarıda qeyd olunanlara əsasən, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-cı il tarixli 243 nömrəli sərəncamı məhkəmə tərəfindən ləğv edilməlidir. Mübahisə predmeti olan sərəncama əsasən mülkiyyət hüququ DƏDRX-da qeydə alınmış atası X4 21 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Əzizbəyov (indiki Xəzər) RİHB-nm 31 mart 1998-ci il tarixli 243 nömrəli qeyri-qanuni sərəncama əsasən DƏDRXnın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №-li çıxarışa istinad olunmaqla Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi mövcuddur. Vərəsəlik işinin düzgün aparılmamasına etiraz və miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə olduğundan, notariat ofisi tərəfindən hal-hazırda heç bir vərəsəyə vərəsəlik haqqında şəhadətnamə verilməmişdir.İşin hallarından bəlli olur ki, Əzizbəyov (indiki Xəzər) RİHB-nın 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının Bakı İnzibati Məhkəməsində mübahisə predmeti olmasının səbəbi bu sərəncamın xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın verilməsinə əsas olmuş olmasıdır. Əzizbəyov (indiki Xəzər) RİHB-nın 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı iddia təmin edilərsə və məhkəmə qərarı qanuni qüvvəyə minərsə, həmin an verilməsinin hüquqi əsasın itirmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxans DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməlidir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Pleniumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar.İddia ərizəsindən göründüyü kimi, İddiaçı mərhum atası X2 mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə, RX ******* nömrəli Çıxarış verilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2011-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər.İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2.Əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;4. İddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır.İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsində imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İşin hallarında göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.Cavabdeh qeyd olunanları nəzərə alaraq, İddiaçı hazırkı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı mübahisə üzrə iddia mübahisələndirmə haqqında iddia növündədir. İddiaçının tələbi mübahisəli torpaq sahəsinin atası X1 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması üçün əsas olmuş Cavabdeh2 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamının ləğvinə yönəlmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar; İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlı mümkünlük şərtinə əməl olunmasının yoxlanması zamanı, məhkəmə obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, eləcə də iddiaçının şikayət instansiyasına müraciəti üzrə qəbul olunmuş qərarın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini bunun üzərindən məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırmağa və müəyyən etməyə borcludur. Məhkəmə göstərilən qaydaya əməl edərək aşagıdakıları müəyyən etmişdir: iddia ərizəsinə əsasən iddiaçı mübahisələndirdiyi sərəncamın mövcudluğu barədə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2023/2020 nömrəli mülki iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnamə çıxarıldığı gün bilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hər bir halda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, 22 il keçdikdən sonra 26 iyul 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının bu illər ərzində ailəsi ilə birlikdə yaşadığı evin yerləşdiyi torpaq sahəsinin atasının adına ilkin dövlət qeydiyyatına alınması üçün əsas olmuş cavabdehin sərəncamı barədə məlumatlı olmaması barədə dəlili inandırıcı deyil. İddia ərizəsində bildirdiklərə görə mübahisələndirilən inzibati akt barədə 2020-ci ilin noyabr ayında rayon məhkəməsində mülki işə baxılan zaman məlum olmuşdur. Bu halda da iddiaçı iddia müddətini buraxmış olur. Məhkəmə buraxılmış iddia müddətinin bərpası üçün üzrlü səbəblərin olmasını müəyyən etməmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş Əzizbəyov (indiki Xəzər) RİHB-nin 31 mart 1998ci il tarixli 243 nömrəli sərəncamının ləğv edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1773/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1773/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver