Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1775/2020 26.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə (3-cü şəxs - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi) qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə, X4 adına Milli Oftalmologiya Mərkəzinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasına qarşı İddiaçı xx.xx.2017-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş 88 saylı göndərişin etibarsız hesab edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin qərarı və hərəkətləri qanunsuz hesab edilməsi və İddiaçı etibarsız edilmiş əlillik dərəcəsi bərpa edilməsi və xx.xx.2019-cu il tarixən ödənilməyən pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi, X4 adına Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının cavabdehlər qismində prosessual iştiraklarına xitam verilmiş, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 13 nömrəli Birləşmiş şəhər xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsl olan cavabdeh Azərbaycan Respublikası Cavabdeh ilə əvəz edilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üçüncü şəxs kimi göstərilməsi qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə əlillik dərəcəsi təyin edilmiş və müvafiq pensiya almışdır. Ona verilmiş əlillik dərəcəsinə dair sənədin ƏƏSMN-nin TSERAS elektron məlumat sistemində təsdiqini tapmadığı əsas göstərilməklə əlillik dərəcəsi ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. 4 Nömrəli TSEK-in xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, əlillik dərəcəsi etibarsız hesab edilmiş və Səhiyyə Nazirliyinə müraciət etməlidir. Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, əlilliyin təyini ilə bağlı forma 88 saylı göndəriş X2 jurnalında qeyd olunmamış, göstərilən tarixlərdə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçilməmişdir. Hesab edir ki, forma 88 saylı göndərişin etibarsız hesab edilməsi ilə bağlı göstərilənlər və cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçının xəstəliyi müvafiq sənədlərlə təsdiq olunmuş və əlillik dərəcəsinin təyin edilməsi qanuni olmuşdur. Cavabdeh orqan iddiaya dair yazılı münasibətində bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti Səhiyyə Nazirliyinin Bakı şəhər 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 0041003AABMU saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “OUproliferativ diabetik retinopatiya.OU-proliferativ diabetik retinopatiya. Şəkərli diabet ll-tip orta ağır gedişli. Hipertoniya xəstəliyi ll-mərhələ. Sadə hipermetropik astiqmatzm.Aşağı ətrafların diabetik angiopatiyası.Binokulyar, ağır görmə pozğunluğu.Diabetik nevropatiya.Xroniki pankreatit. VİZUS müayinədə OD=0.06 kareksiaya etmir, OS= 0.05 korreksiya etmir” xəstəliyi ilə ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 02/02- 45 nömrəli məktubu X1 rəsmiləşdirilmiş göndərişin etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq , vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Bakı şəhər 13 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 0041003AABMU saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən Səhiyyə Nazirliyi tərəfindən əlilliyin təyininə əsas olan 0041003AABMU saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı Bakı 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2017-ci il tarixli, 0041003AABMU nömrəli göndərişinə əsasən ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə 105 nəfərin, o cümlədən İddiaçı əlilliyin təyini üçün əsas olmuş göndərişinin etibarsız edilməsi barədə məlumat daxil olmuşdur. Qeyd olunan əsasla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyi etibarsız edilmişdir. İş materiallarından görünür ki, Səhiyyə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə xx.xx.2019-cu il tarixli 02/02-45 nömrəli məktubun göndərilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlilliyinin etibarsız edilməsini Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə əsaslandırsa da, Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə xx.xx.2019-cu il tarixli 02/02-45 nömrəli məktubun göndərilməsini müəyyən etmədiyi bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı təyin edilmiş ikinci əlilliyinin etibarsız edilməsinə əsas olmuş məktubun mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, qüvvədə olan qanunvericilik iddiaçıya əlillik təyin edilən zaman şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsi onun məhz qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən aparılmalı olduğunu tələb edilmədiyindən, İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdehin hərəkəti qanunsuz sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı Cavabdeh hərəkəti qanunsuz sayılır. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1775/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1775/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver