Məhkəmə qərarları › İş №2-1(112)-1775/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1775/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1775/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı (üçüncü şəxslər: "xxxx" şirkəti və İrlandiya Respublikasının “Kentech (Caspian) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) “məcburi dövlət sosial sığorta məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X1 Əmir oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı (üçüncü şəxslər: "xxxx" şirkəti və İrlandiya Respublikasının “Kentech (Caspian) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi) “məcburi dövlət sosial sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2007-ci ilin noyabr və dekabr ayları, 2009-cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi öhdəliyinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.1997-ci il tarixindən xx.xx.2007-ci ilədək məcburi dövlət sosial sığorta haqqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qanun tələbinə uyğun şəkildə ödənilməsi öhdəliyinin həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci ildə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına işə qəbul edilmişdir və xx.xx.2009-cu ildə işdən azad edilmişdir. İşlədiyi müddət ərzində aylıq əmək haqqından hər ay məcburi dövlət sosial sığorta haqları tutularaq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi təmin edilsə də, 2007-ci ilin noyabr və dekabr ayları, 2009-cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə məcburi sosial sığorta haqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, əmək pensiyasının düzgün hesablanmasını xahiş etsə də, ona bildirilmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2007ci ilin noyabr və dekabr ayları, 2009-cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi həyata keçirilməmişdir. Dəfələrlə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı MMC-yə müraciət edərək, ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini tələb etməsinə baxmayaraq, ödənilməsi təmin edilməmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı MMC-nin əvvəlki adı "xxxx" MMC olmuş və həmin ad MMC-nin ona əmək haqqı barədə verdiyi arayışda da əks olunmuşdur. İddiaçının "xxxx" Şirkətində 2007-2009-cu illər üzrə aldığı əmək haqqını təsdiq edən ABB bank hesabından çıxarışın bir hissəsini almışdır. İntertekin ona təqdim etdiyi arayışda isə aldığı əmək haqqının 2007-ci ilin noyabr və dekabr aylarından başqa hamısı qeyd edilmişdir (2008-2009 illər-24 ay). Bundan başqa, iddiaçı xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək, daha sonralar xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İşlədiyi müddət ərzində aylıq əmək haqqından xx.xx.1997-ci il tarixindən xx.xx.2007-ci ilədək məcburi dövlət sosial sığorta haqlarının tutularaq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna köçürülməsi təmin edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, əmək pensiyasının düzgün hesablanmasını xahiş etsə də, ona bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.1997-ci il tarixindən xx.xx.2007-ci ilədək məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi həyata keçirilməmişdir. Dəfələrlə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə müraciət edərək, ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini tələb etməsinə baxmayaraq, məcburi sosial sığorta haqqının ödənilməsi təmin edilməmişdir. İddiaçının "xxxx" MMC-də 2006-2007-ci illər üzrə aldığı əmək haqqını təsdiq edən ABB bank hesabından çıxarışın az hissəsini almışdır. MMC-nin təqdim etdiyi arayışda isə aldığı əmək haqqının hamısı qeyd edilmişdir. “Sosial sığorta haqqında” Qanunun 9 və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. Həmin Qanunun 18-ci maddəsinin ikinci abzasına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Göründüyü kimi, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondudur. Cavabdeh iddaya yazılı münasibət bildirmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, iş üzrə iddianın xüsusi mümkünlük şərti təmin olunmamışdır. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi və nəticə əldə etməmiş olmasıdır. İddiaçı "xxxx" Şirkətinə qarşı “məcburi dövlət sosial sığorta məbləğinin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsində, “Kentech (Caspian) Limited” Şirkətinə qarşı “məcburi dövlət sosial sığorta məbləğinin ödənilməsi” tələbinə dair isə Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin iddialar əsaslıdır. Həmin iddialar həll edilmədiyi təqdirdə hazırki iddia tələbinə baxmaq mümkün deyildir. Müəssisələr iddiaçıya dair sənədləri təqdim edəcəyi təqdirdə iddiaçının tələbi təmin olunacaqdır. İddiaçı tərəfindən “məcburi dövlət sosial sığorta məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi həmin tələbə cavab verməli olan cavabdehə qarşı qaldırılmışdır. İnzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Qeyd edilən səbəblərdən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə proses iştirakçılarına lazımi qaydada məlumat verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Şirkəti və "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İrlandiya Respublikasının “Kentech (Caspian) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “"xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2007-ci ilin noyabr və dekabr ayları, 2009cu ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi öhdəliyinin, “Kentech" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci ilədək məcburi dövlət sosial sığorta haqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qanunun tələbinə uyğun şəkildə ödənilməsi öhdəliyinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10993/2024 saylı qərardadı qismən - "xxxx" MMC-nin üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilməsi hissəsində ləğv edilmişdir. Cavabdehin nümayəndəsi iddaya yazılı münasibəti müdafiə edərək, əlavə olaraq bildirdi ki, iddiaçının "xxxx" Şirkətinə qarşı “məcburi dövlət sosial sığorta məbləğinin ödənilməsi” tələbi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilmişdir. “Kentech (Caspian) Limited” Şirkətinə qarşı “məcburi dövlət sosial sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Abşeron Rayon Məhkəməsinin icraatında olan işlə bağlı məhkəmə iclası xx.xx.2025ci il tarixə təyin edilmişdir və böyük ehtimalla (müddət baxımından) həmin iş üzrə də yekun məhkəmə aktıq qəbul ediləcəkdir. Sonda Nümayəndə iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə tərtib edilmiş telefonoqramdan görünür ki, iddiaçıya məxsus olan (055) *** ** ** telefon nömrəsi ilə əlaqə saxlanılmış, iddiaçı xx.xx.2025-ci il tarixə saat 16:25-ə təyin edilmiş məhkəmə iclasından məlumatlı olmasını, iclasa gələ bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Hazırki iş üzrə iddiaçının tələbi onun pensiyasının yenidən hesablanması üçün məcburi dövlət sığorta haqqının əvvəllər əmək münasibətlərində olduğu "xxxx" şirkəti və İrlandiya Respublikasının “Kentech (Caspian) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ödənilməsinin cavabdeh tərəfindən təmin edilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq sığortaçının vəzifəsidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək sığortaedənlərin vəzifələridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304.2-ci maddəsinə əsasən işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Göründüyü kimi iddiaçının hazırki tələbi inzibati orqana qarşı yönəlmiş olsa da, lakin həmin tələb publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, tərəflər arasında əvvəllər mövcud olmuş əmək münasibətlərindən yaranmaqla, əmək qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarı: 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.3. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı:

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iş üzrə eyni tələblə digər məhkəmələrə müraciət etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə qarşı ödənilməmiş sosial sığorta haqlarının ödənilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə həmçinin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı ödənilməmiş sosial sığorta haqlarının ödənilməsi ilə bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış; xx.xx.2024-cü il tarixdə isə hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6128/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, “İntertek Global Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı” tərəfindən 2007-ci ilin noyabr və dekabr ayları, 2009-cu ilin may, iyun, iyul avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə məcburi sosial sığorta haqqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qanun tələbinə uyğun şəkildə ödənilməsi öhdəliyi “İntertek Global Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı”nın üzərinə qoyulması qət edilmişdir. Məhkəmə hesab edir ki, eyni idda üzrə məhkəmə mübahisəsinin olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar təkrarən yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunun ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4.). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5.). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6.). Məhkəmə bildirir ki, İPM-in 13-cü maddəsinin tələbi baxımından qeyd edilən məsələlər əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçıya hüquqi yardım edilərək izah edilmiş, o, işə mahiyyəti üzrə baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar