Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1776/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması qərarlarının ləğv edilməsi, İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə ilə əvəz edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuş, 1978-ci il tarixdən 1981-ci il tarixədək Bakı maliyyə kredit texnikomunda təhsil almışdır. 1977-ci il tarixdən 2007-ci il tarixdək müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətlərinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və xx.xx.2024-cü il tarixli pensiya təyinatından imtina etmişlər. Müraciətə cavabda bildirilmişdir ki, “"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiyanın ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Xidməti araşdırma zamanı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək Lerik rayon 43 saylı Yol təmir-tikinti idarəsindəki dövrün əmrlər kitabına sonradan yazıldığı və xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək Mənzil İstismar Müəssisəsində əmək fəaliyyəti dövrünüz təsdiqini tapmadığından əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta staiınızın olmadığı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Lerik rayonu X6 Təsərrüfatının 1996-2005ci il illər üzrə hesabatları pensiya işinizdə aşkar edilmədiyi üçün 1996-2005-ci illərdə Lerik rayon X6 təsərrüfatında olan əmək fəaliyyəti dövrünüz araşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixində Lerik rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi akta əsasən xx.xx.1996-cı ildə X6 təsərrüfatının rəhbəri təyin edilmisiniz və xx.xx.2002-ci il tarixli 10 nömrəli əmrlə müvəqqəti olaraq fermer təsərrüfatının işi dayandırılmışdır. Məlumat üçün bildiririk ki, xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr 5 il 11 ay 18 gün təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən X6 təsərrüfatının əmək haqqı cədvəlləri Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərinizi müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2017-ci il tarixindən xx.xx.2023cü il tarixinədək sizə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müvafiq xidməti məktuba əsasən saxtalaşdırılmış sənədlər və ya təhrif edilmiş məlumatlarla pensiya təyinatına nail olunmuş işlər üzrə artıq ödənilmiş vəsait son 3 il üzrə məhdudlaşdırılmadan tam məbləğdə tutulur. Qanunun 39.1-ci maddəsinə uyğun olaraq əmək pensiyanızdan tutulan məbləğin ləğv olunması və ya dayandırılması mümkün hesab edilmir (pensiya işinizdə olan VT-İ No ******* saylı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlər sığorta stafı kimi təsdiqlənmədiyindən). Əlavə olaraq bildiririk ki, pensiya işinizdə olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 14 il 10 ay 6 gün olmaqla qanunla tələb olunan müddətdən (13 il 8 aydan) çox olmasına baxmayaraq, fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 3 ay 6 gün sığorta stalınıza uyğun 5.253,12 manat, xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək 80,38 manat olmaqla, ümumilikdə 5.333,50 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 13.530,00 manat pensiya kapitalından (56 yaşınıza uyğun olaraq) azdır və minimum pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir". Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda Mərkəzi Filiala təqdim etdiyi sənədlərə cavabdeh əsassız olaraq "saxta" kimi qiymətləndirmişdir. Hazırki vəziyyətdə isə inzibati orqan müraciətini araşdırmaq əvəzinə, formal əsaslarla ona imtina edib. Bu azmış kimi ondan əlavə ödəniş tələb edir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı 20 may 2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılmasını xahiş etmiş. Mərkəzi Filial tərəfindən 07 iyun 2024-cü il tarixli 3-17-1/2-Z-133768/2024 nömrəli imtina məktubu ilə ona kifayət qədər pensiya kapitalının olmaması bildirilmiş, bu səbəbdən də əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş və pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Xidməti araşdırma zamanı, iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Lerik rayon 43 saylı Yol təmirtikinti idarəsindəki dövrün əmrlər kitabına sonradan yazıldığı və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Mənzil İstismar Müəssisəsində əmək fəaliyyəti dövrünün təsdiqini tapmadığından əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Həmçinin Lerik rayonu X6 Təsərrüfatının 1996-2005-ci il illər üzrə hesabatları iddiaçının pensiya işində aşkar edilmədiyi üçün 1996-2005-ci illərdə Lerik rayon X6 təsərrüfatında olan əmək fəaliyyəti dövrü araşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixdə Lerik rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi akta əsasən iddiaçı xx.xx.1996-cı ildə X6 təsərrüfatının rəhbəri təyin edilmiş və xx.xx.2002-ci il tarixli 10 nömrəli əmrlə müvəqqəti olaraq fermer təsərrüfatının işi dayandırılmışdır. xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr 5 il 11 ay 18 gün təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının 05.04 2024-cü il tarixli aktına əsasən X6 təsərrüfatının əməkhaqqı cədvəlləri Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün iddiaçının 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Müvafiq xidməti məktuba əsasən saxtalaşdırılmış sənədlər və ya təhrif edilmiş məlumatlarla pensiya təyinatına nail olunmuş işlər üzrə artıq ödənilmiş vəsait son 3 il üzrə məhdudlaşdırılmadan tam məbləğdə tutulur. Qanunun 39.1-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasından tutulan məbləğin ləğv olunması və ya dayandırılması mümkün hesab edilmir. Həmçinin İddiaçı cavabdeh Mərkəzi Filiala ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, artıq ödənilmiş vəsaitin ondan aylıq 10 faiz həcmində tutulmasına razılıq vermişdir. İş üzrə cavabdeh Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-92014/2024 nömrəli xidməti məktubundan görünür ki, İddiaçı təqdim etdiyi təhsil haqqında 048338 nömrəli sənədin surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri, ******* nömrəli hərbi biletin surətinə əsasən 13.12 1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, 02.04 1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 16 il 1 ay 4 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda iddiaçının xx.xx.2017-ci il tarixdə 56 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 164 ay sığorta stajı tələb olunur ((56-15)x4=164). Sözügedən Qanuna əsasən xx.xx.2020-ci il tarixədək sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilir: K- 164/192=0.8541 KT-0.8541x144=123 Tələb olunan pensiya sığorta kapitalı=123x110(baza hissə)=13530 manat. Ş Zülfiqarovun xx.xx.2006-cı il tarixədək 16 il 1 ay 4 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalı 4924.89 manat təşkil edir: (16+(1+4/30gün)/12ay)x306=4924.89 xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən hesablanan pensiya kapitalının 20.09 2024-cü il tarixə indeksləşdirilmiş məbləği 16217,38 manat təşkil edir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək, xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 122,05 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanlara əsasən Ş Zülfiqarovun xx.xx.2006-cı il tarixinədək sığorta stajına uyğun olaraq hesablanan pensiya kapitalı daxil olmaqla ümumilikdə 16339,43 manat pensiya kapitalı müəyyən edilmişdir. İşin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün onun qanunveriliklə tələb olunan pensiya kapitalının olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir.
5. Məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı təqdim etdiyi təhsil haqqında 048338 nömrəli sənədin surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil illəri, ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 16 il 1 ay 4 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək Lerik rayon 43 saylı Yol təmir-tikinti idarəsindəki dövrün əmrlər kitabına sonradan yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Həmçinin Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2023cü il tarixli aktına əsasən İddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək Lerik Mənzil İstismar Müəssisəsində əmək fəaliyyəti dövrü təsdiqini tapmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Lerik rayonu X6 Təsərrüfatının 1996-2005-ci illər üzrə hesabatları pensiya işində aşkar edilmədiyi üçün vətəndaşın 1996-2005-ci illərdə Lerik rayon X6 təsərrüfatında olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən X6 təsərrüfatının əməkhaqqı cədvəlləri Lerik Rayon Dövlət Arxivində saxlanılmadığı üçün 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəblərdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinədək 16 il 1 ay 4 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalı 4924,89 manat təşkil edir: (16+(1+4/30gün)/12ay)x306=4924,89. xx.xx.2006-cı il tarixinədək sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 16217,38 manat təşkil edir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək, xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 122,05 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2006-cı il tarixinədək sığorta stajına əsasən hesablanan pensiya kapitalı daxil olmaqla ümumilikdə 16339,43 manat pensiya kapitalı müəyyən edilmişdir.
6. Məhkəmənin sorğusuna əsasən cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu nəzərə alınaraq, xx.xx.2017-ci il tarixində İİ dərəcə əlilliyə görə 56 yaşa münasibətdə 13530 manat pensiya kapitalı tələb edilir və aşağıdakı qaydada hesablanır: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün vətəndaşın ümumilikdə 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı tələb olunur. Belə olan halda iddiaçının xx.xx.2017-ci il tarixində 56 yaşı olduğu nəzərə alınmaqla əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 164 ay sığorta stajı tələb olunur ((56-15)x4=164). Sözügedən qanuna əsasən xx.xx.2020-ci il tarixinədək sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilir: К-164/192=0,8541, KT-0,8541x144=123. Tələb olunan pensiya sığorta kapitalı=123x110(baza hissə)=13530 manat.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən yenidən hesablamaya qədər pensiya məbləği 363.86 manat, yebidən hesablama nəticəsində (inventarizasiya səbəbilə) pensiya məbləği 0.00 manat təşkil etmişdir. Qərarın qeyd hissəsinə əsasən Nazirliyin DNAŞ-nin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-83538/2023 nömrəli xidməti məruzəsinə əsasən müəyyən edilmişdir ki, vətəndaşın 1996-1999-cu illərdə Lerik 43 saylı Yol təmir tikinti idarəsində işlədiyi qeyd olunmuş stajın əmrlər kitabına sonradan yazıldığı, 1999-2004-cü illərdə Mənzil istismar müəsisəsində işləmədiyi aşkar olunduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi qanuna uyğun hesab edilmir. xx.xx.2017-xx.xx.2024-cü illər üzrə artıq ödənilmiş 17360,87 manat vəsait artıq ödənilmişdir. Artıq ödəmə razılıq ərizəsi əsasında təyin olunacaq sosial müavinət ödənişindən hər ay 10 % olmaqla tutulsun.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Məhkəmən iclasında iştirak edən cavabdehin nümyəndəsi iddiaya etirazını müdafiə edərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.
İİ.İddianın növü və mümkünlüyü
10. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və tutulmuş pulun geri qaytarılması ilə bağlıdır.
11. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək, pensiya məbləğinin ödənilməsi dayandırılmışdır.
12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
16. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
17. İddianın növü birinci hissədə mübahisələndirmə, ikinci hissədə öhdəliyin icrası haqqında iddiadır.
18. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir.
19. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
20. “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 1. Əsas anlayışlar əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Maddə 12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əvvəlki redaksiyada (xx.xx.2017-ci ildə qüvvəyə minmişdir) deyilirdi: 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.
21. İddiaçıya xx.xx.2017-ci il tarixdə İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2024-cü il tarixdən pensiya ödənişi dayandırılmışdır.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
23. Cavabdeh qurum tərəfindən iddiaçının əmək kitabçasındakı 1996-2005-ci il tarixlərdə işlədiyi dövrlər sığorta stajına daxil edilməyərək əmək pensiyası ödənişi dayandırılmışdır. Belə ki, əsas gətirilmişdir ki, xx.xx.1996-xx.xx.1999-cu il tarixlərdə Lerik rayon 43 saylı Yol təmir-tikinti idarəsindəki işlədiyi dövr əmrlər kitabına sonradan yazılmış, xx.xx.1999xx.xx.2004-cü il tarixlərdə Mənzil İstismar Müəssisəsində əmək fəaliyyəti dövrü öz təsdiqini tapmamışdır.
24. İddiaçının mübahisələndirilən 1996-2005-ci illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1996-cı ildə X6 təsərrüfatında rəhbər təyin edilmiş (əmr №1, xx.xx.1996), xx.xx.1996-cı ildə baş mühasib təyin edilmiş (əmr №12, xx.xx.1996), xx.xx.1996-cı il ildə vəzifəsindən azad edilmiş (əmr №17, xx.xx.1996), xx.xx.1996-cı ildə X6 təsərrüfatında rəhbər təyin edilmiş (əmr №12, xx.xx.1996), xx.xx.2002-ci ildə müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır (əmr xx.xx.2002).
25. Məhkəmə iddiaçının əmək kitabçasında sonradan aparlmış qeydlər - xx.xx.1996xx.xx.1999-cu illərdə Lerik rayon 43 saylı Yol təmir-tikinti idarəsində və xx.xx.1999xx.xx.2004-cü illərdə Mənzil İstismar Müəssisəsində işlədiyi dövrlərə münasibətdə qeyd edir ki, cavabdeh həmin müddəti iddiaçının sığorta stajına əlavə etməməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə baxış iclasında iddiaçı izahat verərək həmin illərdə sözügedən müəssisələrdə işləmədiyini təsdiq etmişdir.
26. Cavabdeh eyni zamanda X6 təsərrüfatının əməkhaqqı cədvəllərinin Lerik rayon Dövlət Arxivində saxlanılmadığı üçün iddiaçının 1996-2005-ci illər üzrə əmək haqqı ödənişlərini müəyyən etmək mümkün olmadığını əsas gətirərək iddiaçının xx.xx.1996-xx.xx.2002-ci ilədək iş stajını ümumi iş stajına əlavə edilməsindən imtina edilmişdir.
27. Məhkəmə cavabehin həmin dəlililərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
28. Məhkəmə hesab edir ki, 1996-2002-ci illərdə işləməsi üzrə işəgötürən tərəfindən əməkhaqqı cədvəllərinin təqdim edilməməsi (arxivdə aşkar edilməməsi) onun həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil. Belə ki, işəgötürən tərəfindən sənədlərinin arxivə verilməməsi və ya əməkhaqqı cədvəllərinin arxivdə saxlanılmaması iddiaçının əleyhinə təsvir edilə bilməz. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır.
29. Odur ki, iddiaçının X6 təsərrüfatında xx.xx.1996-xx.xx.2002-ci illərə dair əməkhaqqı almağını təsdiq edən sənədlərin mövcud olmaması iddiaçının həmin iş stajının nəzərə alınmaması üçün əsas ola bilməz.
30. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı ilə bərabər eyni vaxtlarda X6 təsərrüfatında işləyən X2 bir daha təsdiq etdi ki, iddiaçıya məxsus X6 təsərrüfatında işləyib və həmin dövr üçün əmək haqqı alımışdır.
31. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, ona pensiya təyin olunduğu tarixdə - xx.xx.2017-ci il tarixində qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İİ dərəcə əlilliyə görə 56 yaşa münasibətdə 164 ay sığorta stajı və buna uyğun pensiya kapitalının qeydə alınması tələb edilir.
32. Göründüyü kimi, iddiaçının xx.xx.1996-xx.xx.2002-ci il tarixlərdə işlədiyi dövr nəzərə alınmaqla sığorta stajı 164 aydan çox olmuşdur.
33. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə 1996-cı ildən 2002-ci ilədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir.
34. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
35. Odur ki, vətəndaşın əmək pensiyasının yenidən hesablanması haqqında qərar qanunsuz hesab edilməklə ləğv edilməli və qüvvəyə mindiyi andan hüquqi nəticələri aradan qaldırılmalıdır.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin. İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və pensiyasından tutulmuş məbləğin ona geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva