Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(112)-17763/2025 05.03.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR * saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsində yerləşən 400 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDKR * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının (bundan sonra mətndə Suraxanı RİHB) ##.##.1999-cu il tarixli sərəncamı ilə Hövsan qəsəbəsi, 4-cü mkr-n ** saylı yataqxanada yaşayan X1 fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinin verildiyini və həmin torpaq sahəsini Səlibə Məmmədovadan aldığını və buna görə də Suraxanı RİHB-nın ##.##.1999cu il tarixli Sərəncamında qismən dəyişiklik edilərək, onun adına sərəncam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2004-cü il tarixli qətnnaməsinə əsasən iddia tələbi təmin edilərək Suraxanı RİHBnın ##.##.1999-cu il tarixli Sərəncamında qismən dəyişiklik edilməsi və Bakı şəhəri Qara-Çuxur qəsəbəsi, Şimal y/s, döngə 10, ev 7 üçün ayrılmış 400 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi Suraxanı RİH-yə həvalə edilməsi qət edilmişdir. Bundan sonra Suraxanı RİHBnın ##.##.2004-cü il tarixli, *** №-li sərəncamı ilə Suraxanı RİHB-nın ##.##.1999-cu il tarixli, **** saylı sərəncamı ləğv edilmiş və Qara-Çuxur qəsəbəsinin şimal hissəsində 400 kv. m torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Həmçinin qeyd edilən sərəncamla ona ayrılmış sahədə fərdi yaşayış evinin tikintisinə də icazə verilmişdir. Həmçinin ona Suraxanı RİH-nin Layihə Smeta Bürosu tərəfindən 1 mərtəbəli, mansardlı 3 otaqlı yaşayış evinin layihə sənədi təqdim edilmişdir. Bundan sonra ona Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək verilmişdir. İddiaçı ##.##.2025-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qara- Çuxur qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh inzibai orqan iddiaçının müraciətinə ##.##.2025-ci il tarixli məktubla imtina cavabı vermişdir. Cavabdeh tərəfindən onun müraciətinə verilmiş imtina cavabında qeyd edilənlər əsassızdır. Belə ki, onun tərəfindən təqdim edilmiş Suraxanı RİHB-nın ##.##.2004-cü il tarixli, *** №-li sərəncamının verilmə tarixinin ##.##.2001-ci il tarixdə sonraya aid təsadüf etməsi imtina əsası kimi qiymətləndirilə bilməz. Belə ki, Suraxanı RİH Suraxanı Rayon Məhkəməsinin *-***/**** saylı, ##.##.2004-cü il tarixli qətnaməsinə əsasən ##.##.1999-cu il tarixli, **** saylı sərəncamını qismən ləğv etmiş və həmin sərəncam onun adına rəsmiləşdirilmişdir. Yəni əslində Suraxanı RİH yeni bir sərəncam qəbul etməmişdir. Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsasında ##.##.2001-ci İdən öncə qəbul etmiş olduğu sərəncama dəyişiklik etmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilən torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mübahisə predmeti olan torpaq sahəsinin ona ayrılması faktını qəbul etmiş və həmin torpaq sahəsinə dair plan və ölçü tərtib edərək ona təqdim etmişdir. Göründüyü kimi torpaq sahəsinin ona ayrılmasına dair hüquq müəyyənedici sənədlər, o cümlədən inzibati akt yəni sərəncam, torpaq sahəsinin planı və ölçüsü mövcuddur. Sadalanan inzibati aktlar ləğv edilmədiyinə, geri çağrılmadığına və dəyişdirilmədiyinə görə hal-hazırda da qüvvədədir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin ##.##.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR * saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh DƏDKR * saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş Suraxanı RİHB-nın *** nömrəli sərəncamı 2001-ci il ######ın #-dən sonrakı tarixə aid olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Habelə, ilkin cizgidə dəqiq istinad və məsafələr qeyd edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə ##.##.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdın İmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uygun olaraa dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDIRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPMin 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli, 2-***/**** №-li Qətnaməsindən müəyyən olunur ki, qeyd olunan qətnamə ilə Suraxanı RİH-nin ## ###### 1999cu il tarixli sərəncamında qismən dəyişiklik edilməsi və Bakı şəhəri Qara-Çuxur qəsəbəsi, Şimal y/s, Dönqə 10, ev 7 üçün ayrılmış 400 kv torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinin Suraxanı RİH-yə həvalə edilməsi qət edilmişdir. Suraxanı RİHB-nın “Suraxanı rayon İHB-nin ## ###### 1999-cu il tarixli, **** saylı sərəncamında dəyişiklik aparılması haqqında” ##.##.2004-cü il tarixli, *** №-li Sərəncamından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli, 2-***/**** №-li Qətnaməsi və AZ-İ № ****** saylı, ##.##.2004-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, Suraxanı rayon İHB-nin ## ###### 1999-cu il tarixli, **** saylı sərəncamının ləğv edilməsi və “Qaraçuxur qəsəbəsinin, şimal hissədində 400.0 kv.metr torpaq sahəsinin İddiaçı istifadəsinə verilsin” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A № ****** №li “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli, 2-***/**** №-li Qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsilə bağlı tərtib edilmişdir və Dövlət Torpaq Kadastrı kitabında ##.##.2007-ci il tarixdə 611 № ilə uçota alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DƏDKR publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, ************ №-li cavab məktubunda göstərilmişdir ki, “... təqdim edilmiş Suraxanı RİHB-nın *** nömrəli sərəncamı 2001-ci il ######ın #-dən sonrakı tarixə aid olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci ii yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin ##.##.2025-ci il tarixli, 3-48-2F/2- ****/**** №-li məktubu aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim edilmişdir: - Suraxanı RİHB-nın ##.##.1999-cu il tarixli, **** №-li Sərəncamından müəyyən olunur ki, X1 Qaraçuxur qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılmışdır; - Suraxanı RİH-nin ##.##.1999-cu il tarixli, **** №-li Sərəncamına əsasən X1 fərdi yaşayış evinin tikintisi üçün Qaraçuxur qəsəbəsinin şimal hissəsində ayrılmış 400 kv.metr torpaq sahəsinin naturada təhvil verilməsinə dair ##.##.2000-ci il tarixli Akt tərtib olunmuşdur; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2004-cü il tarixli, 2-***/**** №-li Qətnaməsi; - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının “Suraxanı rayon İHB-nin ## ###### 1999-cu il tarixli, **** saylı sərəncamında dəyişiklik aparılması haqqında” ##.##.2004-cü il tarixli, *** №-li Sərəncamı. DƏDKR * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, 3-21-3-30/2-****/**** №-li məktubu ilə təqdim edilmiş ##.##.2025-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 400 kv.metr təşkil edir. Torpaq sahəsi dörd tərəfdən mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsində iki mərtəbəli yaşayış evi var. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi ... Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; ... Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası
2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. ... Maddə 50.Torpaq sahəsi üzərində istifadə hüququ
1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. ... Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. ... Maddə 25. Keçid Müddəalar. Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. .... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plancizgisi əlavə olunur.
.... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
MƏHKƏMƏNİN MÖVQEYİ
İşin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarətdir və bu halı onunla əsaslandırır ki, həmin torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Suraxanı RİHB tərəfindən ayrıldığından, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış olur. Cavabdeh tərəfindən verilmiş imtinanın əsası ondan ibarətdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən yerli icra hakimiyyəti orqanlarının torpaqayırma səlahiyyətləri 2001-ci ii yanvarın 1-dək müıəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Cavabdeh inzibati orqan nəzərə almamışdır ki, Suraxanı RİH-nin *** saylı, ##.##.2004-cü il tarixli sərəncamının əsasında torpaq sahəsini ayırmağa səlahiyyətli orqan kimi Suraxanı RİHBnın ##.##.1999-cu il tarixli **** nömrəli, yəni 2001-ci il yanvar ayının 1-dən əvvəl qəbul etdiyi sərəncamı dayanır. Həmin sərəncamdan da göründüyü kimi səlahiyyətli orqan tərəfindən X1 Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi üçün 400 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. Məhkəmə bu konteksdə vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin (# #### 2012-ci il tarixli, *** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1-ci və 2-ci hissələri ləğv edilmişdir) 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək rayon icra hakimiyyətinin başçılarının səlahiyyətinə aid olmuşdur. Torpaq sahəsinin birinci dəfə rayon icra hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli sərəncamı ilə ayrılması və icra hakimiyyəti başçısının bu zaman səlahiyyətli olması mübahisə doğurmur. O da mübahisə doğurmur ki, rayon icra hakimiyyəti başçısı tərəfindən ikinci dəfə ##.##.2004-cü il tarixli sərəncam verilərkən sərəncam hər hansı başqa (yeni) torpaq sahəsi ilə bağlı deyil, ##.##.1999-cu il tarixli sərəncamla ayrılmış torpaq sahəsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının adına keçirilməsi ilə bağlı olmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, bu zaman sərəncamın 2001-ci il yanvar ayının 1-dən sonra qəbul edilməsi iddiaçının ziyanına şərh edilməməli, Suraxanı RİHnin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamının əsasında duran Suraxanı RİH-nin ##.##.1999cu il tarixli, **** saylı, yəni orpaq ayırma səlahiyyəti olan orqanın sərəncamı əsas götürülməlidir. Məhkəmə, eyni zamanda, yerli icra hakimiyyəti orqanın sərəncamının 2001-ci il yanvar ayının 1-dən sonra qəbul edilib-edilməməsinin inzibati aktın hüquqmüəyyənediciliyinə münasibətdə də aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından göründüyü kimi cavabdehin 2001-ci il ###### #-dən sonrakı və əvvəlki tarixdə sərəncamın qəbulunun fərqli hüquqi nəticə yaratması ilə bağlı mövqeyi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə bağlıdır. Halbuki, həmin Qanunda 2001ci il yanvar ayının 1-dən sonra yerli icra hakimiyyəti orqanların inzibati aktlarının əhəmiyyətini azaltmır. Cavabehin istinad etdiyi torpaq sahələrinin torpaq hərracları, müsabiqələri və ya satılması ilə bağlı qaydalar, eyni zamanda həmin Qanunun 25-ci maddəsində qeyd edilmiş səlahiyətlərin 2001-ci ilin yanvar ayının 1-dən etibarən bələdiyyələrə olması ilə bağlı isə məhkəmə qeyd edir ki, bələdiyyə torpaqlarına münasibətdə tətbiq edilir ki, hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması istisna edilir. Belə ki, 1999cu il tarixli Sərəncamından da göründüyü kimi həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş müddəa, yəni “2001-ci il ######ın #dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir” müddəası hal - hazırda tətbiq edilə bilməz. Belə ki, maddənin məzmunundan da göründüyü kimi 2001-ci il ######ın #-dən əvvəlki və ya sonrakı tarixlərdə yerli icra hakimiyyəti orqanları tərəfindən torpaq ayrılması ilə bağlı şərt bələdiyyə torpaqları ilə bağlı olmuşdur. Maddənin mahiyyəti onunla bağlıdır ki, əgər dövlət tərəfindən bələdiyyəyə torpaq sahəsi ayrılıbsa, ancaq həmin torpaq sahəsi 2001-ci il ######ın #-dək artıq yerli icra hakimiyyəti orqanları tərəfindən kiminsə xüsusi mülkiyyətinə verilibsə, həmin torpaqlar geri qaytarılmır və şəxsin mülkiyyətində qalır. Yox əgər, bələdiyyəyə ayrılmış torpaqlar 2001-ci il yanvar ayının 1-dən sonra yerli icra hakimiyyəti tərəfindən ayrılmışdırsa həmin hərəkətlər qanunsuzdur. Göründüyü kimi həmin müddəanın tətbiqi üçün 2 şərtin yerinə yetirilməsi halı mövcud olmalıdır. 1.Torpaq bələdiyyə mülkiyyətində olmalı
2. Torpaq 2001-ci il ######ın #-dən sonra başqa şəxsə ayrılmalıdır. Lakin, hazırki iş üzrə həmin hallar mövcud deyil. Belə ki, torpaq bələdiyyə mülkiyyətində olmamış, dövlət mülkiyyətində olmuş və torpağın ayrılmasının əsası Suraxanı RİHB-nın ##.##.1999-cu il tarixli, **** saylı sərəncamı ilə öz təsdiqini tapmışdır. Suraxanı RİH-nin sərəncamı gec qəbul etməsi də bu halda vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, bir inzibati orqanın inzibati aktın qəbuluna münasibətdə öz səlahiyyətini gec icra etməsi, digər inzibati orqanın imtinasını haqlı hesab etməməlidir. Beləliklə, torpaq sahəsi cavabdehin qeyd etdiyi kimi ##.##.2001-ci il tarixdən sonra deyil, ##.##.1999-cu il tarixdə ayrıldığından “Torpaq İslahatı haqqında” Qanunun 25-ci maddəsinin müddəaları hazırki halda tətbiq edilə bilməz. Göründüyü kim, iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almasından imtina etməsi inzibati orqanın inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipinə, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydasına ziddir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** saylı, 18.01.203-cü il tarixli; *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarlarında olan məhkəmənin mövqeyi ilə eynilik təşkil edir. Beləliklə, məhkəmə cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il ## ####### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plancizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şimal hissəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400,0 kv. metr torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və plan ölçünün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev