Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1777/2020 30.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Axundov Rahim Sərhad oğlunun, iddiaçının vəkili Mustafayev Raqif Həmid oğlunun,cavabdehin nümayəndəsi Quliyev Şahin Xanbaba oğlunun iştirakı ilə, iddiaçı Axundov Rahim Sərhad oğlunun cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Axundov Rahim Sərhad oğlu cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı iddiaçının işdən azad olunmağı barədə cavabdehin 25 dekabr 2018-ci il tarixli, 228-V nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Axundov Rahim Sərhad oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1998-ci ilin iyun ayından 25 dekabr 2018-ci il tarixinə qədər Azərbaycan Respublikasının Milli Məclisində məsləhətçi, baş məsləhətçi, sektor müdiri vəzifələrində işləmişdir, sonuncu vəzifəsi Milli Məclis Aparatının Beynəlxalq Parlament təşkilatları ilə iş sektorunun müdiri vəzifəsi olmuşdur.xx.xx.2018-ci ildən Axundov Rahim Sərhad oğluna işdən çıxmaq barədə ərizə yazmağa məcbur etməyə başlamışlar, o əvvəlcə ərizə yazmaqdan imtina etmişdir, uzun müddət təzyiqlərdən sonra isə təzyiq altında məcbur qalaraq iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etmək barədə ərizəni yazaraq 25 dekabr 2018-ci il tarixində Milli Məclisin Kadrlar Şöbəsinə təqdim etməli olmuşdur.İşdən təzyiq altında çıxması isdən azad edilməzdən xeyli müddət əvvəl, yəni xx.xx.2018-ci il tarixdə bu barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət etməsi ilə təsdiq olunur. İddiaçının həmin ərizəsi araşdırılması üçün Milli Məclisə göndərilmişdir, lakin heç bir xidməti araşdırma aparılmamış və cavab verilməmiş, lakin əvvəlki qaydada ərizə yazıb işdən getməyi tələb edilmişdir.Bundan başqa onun tutduğu vəzifədən azad olunmağı barədə sərəncam xx.xx.2018ci ildə Milli Məclisin Sədri İran İslam Respublikasında səfərdə olduğu vaxta təsadüf edir və buna görə də qeyd edilən sərəncam imzalana bilməzdi.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Milli Məclisi iddia tələbinə təqdim etdiyi etirazda göstərmişdir ki, iddiaçı Axundov Rahim Sərhad oğluna işdən çıxma barədə ərizə yazılması ilə bağlı heç bir təzyiq göstərilməmişdir, sərəncamın imzalanması tarixində Milli Məclisin sədrinin İran İslam Respublikasında səfərdə olması barədə göstərilənlərə gəldikdə isə həmin rəsmi səfər 25 dekabr 2018-ci ildə tarixində səhər saat 8.00-da baş tutmuşdur və adı gedən sərəncam da səfərdən öncə imzalanmışdır.Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətlər və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.Yalnız bu qanunda və buna uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət quluğu ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.İddiaçı işdən azad olunduqda ona əmək kitabçası təqdim olunmuş və Axundov Rahim Sərhad oğlu əmək kitabçasını götürdüyünü öz imzası ilə təsdiq etmişdir.İddiaçı əmək kitabçasında onun işdən azad olunması barədə Milli Məclisin rəhbəri tərəfindən verilmiş sərəncamın nömrəsi, tarixi, azad olunma tarixi və tətbiq olunan qanunun maddəsi göstərilməklə qeydlər aparılmışdır.İşdən qanunsuz azad olunmasını iddia edən İddiaçı əmək kitabçasını təhvil aldığı gün o, fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnu aşkar etdiyi gün hesab edilir və o, həmin gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli idi.Cavabdeh iddiaçının iddia tələblərinin heç bir qanuni əsaslarının olmadığını nəzərə alaraq və eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan 1 təqvim ayı müddəti ötürüldüyünə görə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Axundov Rahim Sərhad oğlunun iddia ərizəsindən göründüyü kimi iddia tələbi cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinin iddiaçı barədə verdiyi “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” 228-V saylı, 25 dekabr 2018-ci il tarixli sərəncamın ləğv edilməsindən, işə bərpa edilməsindən və məcburi hesab etdiyi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının əmək kitabçasında olan qeydə əsasən hazırda mübahisələndirilən inzibati akt (sərəncam) barədə cavabdeh Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən iddiaçı Axundov Rahim Sərhad oğlunun əmək kitabçasında qeyd edilərək inzibati aktın (sərəncamın) nömrəsi, tarixi göstərilmişdir, əmək kitabçalarının götürülməsi barədə jurnalda edilmiş qeydə əsasən isə iddiaçı Axundov Rahim Sərhad oğlu əmək kitabçasını cavabdehdən xx.xx.2018-ci ildə almışdır. Belə olan halda iddiaçı Axundov Rahim Sərhad oğluonun barəsində cavabdehin verdiyi xx.xx.2018-ci il tarixli sərəncam barədə xx.xx.2018-ci ildə məlumatlı olmuşdur, məhkəməyə isə iddiaçı 31 oktyabr 2019-cu ildə müraciət etmişdir. Yəni iddiaçı Axundov Rahim Sərhad oğlu tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmış, eyni zamanda iddiaçı həmin müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməmişdir. Bundan başqa məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən iddiaçı Axundov Rahim Sərhad oğlunun hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Belə ki, iddiaçı Axundov Rahim Sərhad oğlu iddia ərizəsində göstərmişdir ki, tutduğu vəzifədən azad edilməsi barədə “ərizəni yazıb 25 dekabr 2018-ci il tarixində Milli Məclisin Kadrlar şöbəsinə” təqdim etmişdir.İddia ərizəsində iddiaçı bunu uzun müddət davam edən (26 noyabr 2018-ci il tarixindən başlayaraq) təzyiqlərdən sonra etdiyini göstərsə də həmin təzyiqlərin nədən ibarət olmasını, konkret kim tərəfindən və hansı şəkildə göstərilməsini qeyd etməmiş, həqiqətən də belə təzyiqlərin mövcud olmasını əsaslandırmamışdır. Beləliklə, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin 25 dekabr 2018ci il tarixli, 228-V nömrəli “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” sərəncamının mübahisələndirilməsi üçün Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından və iddia tələbinin qalan hissəsi isə həmin sərəncamın nəticəsi ilə bağlı olduğundan, eyni zamanda iddia ərizəsində iddiaçının subyektiv hüquqlarının pozulması əsaslandırılmadığından iddiaçı Axundov Rahim Sərhad oğlunun cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı cavabdehin 25 dekabr 2018-ci il tarixli, 228-V nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Axundov Rahim Sərhad oğlunun cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı cavabdehin 25 dekabr 2018-ci il tarixli, 228-V nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: ünvan 2iminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1777/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1777/2020
30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver