Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1777/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (bundan sonra mətndə Təhsil İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 276 saylı tam orta məktəbdə X3 nitq qabiliyyəti barədə qəbul edilmiş komissiyanın qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, övladı X4 27 iyun 2018-ci il təvəllüdlüdür. Orta təhsil almaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 276 saylı tam orta məktəbdə nitq qabiliyyəti imtahanı vermişdir. Lakin imtahan komissiyasının qərarı ilə rus bölməsində təhsil alması məqbul hesab edilməyərək bizə suallara tam cavab verməməsi adı altında məktəbə qəbuluna imtina verilmişdir. Bununla bağlı biz apellyasiya komissiyasına elektron müraciət edərək qərarın əsassız olmasını və həmin qərarın ləğv edilməsini xahiş etmişlər. Eyni olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən də onlara apellyasiya komissiyasına müraciətinə baxılması və əvvəlki nəticənin qüvvədə qalması bildirilmişdir. Hesab edir ki, məhkəməyə edilən müraciəti qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim olunmuş cavabdeh Təhsil İdarəsinin iddia tələbinə dair xx.xx.2024-cü il tarixli yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, iddiaçının övladı - xx.xx.2018-ci il təvəllüdlü X3 2024 - 2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibədən uğurlu nəticə əldə etməmişdir. Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin apellyasiya müraciətləri araşdırılmış və iddiaçının apellyasiya müraciətinə xx.xx.2023-cü il tarixində baxılaraq müsahibə komissiyasının verdiyi rəy qüvvədə qalmışdır. İlk növbədə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırkı iş üzrə isə iddiaçı onun çatmaq istədiyi məqsədə uyğun olmayan, düzgün olmayan iddia qaldırmış, nəticədə iddianın mümkünlüyü ilə bağlı şərt pozulmuşdur. İkinci növbədə, iddiaçı müsahibənin nəticəsinin qanunsuz hesab edilməsini tələbini iddiada bildirmiş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ olduğunu qeyd etmişdir. Qeyd edilən halda, iddiaçının övladına münasibətdə müsahibə nəticəsinin məqbul hesab edilməsi müsahibədə iştirak edən digər uşaqların hüquqlarının pozulmasına rəvac vermiş olar. Əlavə olaraq bildirirlər ki, yerli təhsil idarəetmə orqanları tərəfindən 2024/2025-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu Elm və Təhsil Nazirliyinin 17 aprel 2024-cü il tarixli, 3-29/3-2-190F/2024 nömrəli “2024- 2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” əmrinə əsasən aparılır. Həmçinin bildirirlər ki, tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən sadalanan meyarlar əsasında uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları, fikrə münasibət bildirməyi, ünsiyyət zamanı fikrini sərbəst ifadə etməyi, ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə etməyi, özü, ailəsi və vətəni haqqında qısa məlumat verməyi bacarığı yoxlanılır. Bundan əlavə uşaq təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3- 5 cümlədən ibarət qısa mətn qurur və s. Belə ki, apellyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixində təşkil olunmuş müsahibəyə dair rəy qüvvədə qalmaqla müsahibə nəticəsi məqbul hesab edilməmişdir. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər. Bu səbəbdən iddiaçının övladının azərbaycan bölməsi üzrə təhsil almaq hüququ təmin edildiyi halda, müsahibə nəticələrinə əsasən rus dili bilikləri üzrə uğurlu nəticə əldə etməməsi təhsil hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmədən iddianın mümkün sayılmaması və ya təmin olunmaması xahiş olunmuşdur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin 2-1(112)-10996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı övladı xx.xx.2018-ci il təvəllüdlü X3 2024 - 2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu ilə bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə yenidən müsahibəyə buraxılmaqla müvafiq rəyin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 15 (on beş) gün müddət təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1777/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1777/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver