Məhkəmə qərarları › İş №2-1(112)-1778/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1778/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1778/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan vətəndaşıdır,Azərbaycan Respublikası SSRİ-nin tərkibindən çıxdıqdan sonra bu günə kimi şəxsiyyət vəsiqəsini almamışdır. Bu günə kimi Azərbaycan SSRİ-nin pasportu ondadır. Şəxsiyyət vəsiqəsini almaq üçün müvafiq orqana müraciət etmiş, bu zaman ondan doğum haqqında şəhadətnaməsini təqdim etmək tələb olunmuşdur. Lakin doğum haqqında şəhadətnaməsini itirmişdir. Bu səbəbdən də doğum haqqında şəhadətnamənin yenidən verilməsi üçün Cavabdehnə müraciət etmişdir, lakin Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 05/15-594 nömrəli imtina məktubu verilmişdir. İmtinaya səbəb isə iddiaçının şəxsiyyət vəsiqəsinin olmaması göstərilmişdir.Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə doğum haqqında təkrar şəhadətnamə verilə bilər. Həmin Qaydaların 1.14-cü bəndinə əsasən şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər.Qeyd edilən sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyindən ona təkrar doğum haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Cavabdeh məhkəməyə məktub ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə tərəflərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 0515-594 nömrəli məktubuna əsasən iddiaçıya Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Əzizbəyov rayonu X5 tərəfindən 10 dekabr 1985-ci ildə verilmiş Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətinə əsasən Əmiraslannva Kürsüxanım Ağa Əli qızı 13 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur, azərbaycanlıdır. Pasportda Əmiraslanova Kürsüxanım Ağa Əli qızının fotoşəkli mövcuddur. Cavabdeh Bakı şəhəri Xəzər rayonu Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş 1966-cı il mart tarixli, 197 nömrəli doğum aktı qeydinə əsasən İddiaçı Ağa Əli qızı 13 mart 1966-cı ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində doğulmuşdur, atası kimi Əmiraslanov Ağaəli Salman oğlu, anasi kimi Əlizadə Solmaz Hacı qızı göstərilmişdir. Bakı şəhər Xəzər rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 4533-122 nömrəli məktubu ilə daxil olmuş 1 nömrəli Formaya əsasən xx.xx.1966-cı il təvəllüdlü Əmiraslanova Kürsüxanım Ağa Əli qızı Azərbaycan SSR-nin Bakı şəhərində doğulmuşdur, atası Əmiraslanov Ağaəli Salman oğlu, anası kimi X3, yaşayış yeri Bakı şəhəri, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, ev 24 göstərilmişdir, İddiaçı xx.xx.1985-ci ildə pasport verilməsi üçün daxili işlər orqanına müraciət etmişdir və ona xx.xx.1985-ci ildə XİX-JQ seriyalı, 584254 №-li pasport verilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycanda Bakı şəhərində xx.xx.1966-cı ildə doğulmuşdur və onun doğum aktı səlahiyyətli dövlət orqanı tərəfindən qeydə alınmışdır, iddiaçı yetkinlik yaşına çatdıqda ona SSRİ vətəndaşının pasportu verilmişdir, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra iddiaçı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini almamışdır, 2019-cu ildə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün müraciət etdikdə ondan doğum haqqında şəhadətnamə tələb edilmişdir, doğum haqqında şəhadətnaməsini itirdiyi üçün təkrar doğum haqqında şəhadətnaməsini almaq üçün müraciət edikdə isə ondan Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi tələb edilmişdir. İddiaçı təkrar doğum haqqında şəhadətnaməni almaq üçün Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi tələb edildiyi, onda isə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi olmadığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respubliaksı Ailə Məcəlləsinin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanılması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər, həmin qaydaların 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir, həmin qaydaların 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir, 9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəa”ların preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İşin faktiki hallarına əsasən iddiaçının 13 mart 1966-cı ildə Bakı şəhərində anadan olması, habelə onun həmin tarixdə anadan olmasına dair mart 1966-cı il tarixdə 197 nömrəli doğum akt qeydinin aparılması, iddiaçı yetkinlik yaşına çatdıqda isə ona SSRİ pasportunun verilməsi işin materialları ilə sübut olunduğundan, beləliklə də İddiaçınn doğum akt qeydi Cavabdeh tərəfindən aparılmaqla belə bir akt qeydi həqiqətən də Cavabdehndə mövcud olduğundan, hazırda isə iddiaçı Kürsüxanım Əmiraslanovann doğum haqqında şəhadətnaməsi itirildiyindən, lakin Qeydiyyat Şöbəsi iddiaçının şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi əsasına görə ona doğum haqqında şəhadətnamənin verilməsindən imtina etdiyindən, bununla da İddiaçı doğum haqqında şəhadətnamənin təkrar alınmasına başqa qaydada nail ola bilmədiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi təmin edilməli,İddiaçı SSRİ vətəndaşının pasportunu təqdim etməklə təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. İddiaçı (SSRİ vətəndaşının pasportunu təqdim etməklə) təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar