Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1781/2021 29.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı XN iştirakı ilə, İddiaçı XN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Qarabağ Müharibəsi zamanı N8N saylı və N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında xidmətlərini nəzərə alaraq Qarabağ Müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, ölkənin erməni silahlı birləşmələrindən müdafiəsi zamanı N nömrəli hərbi hissəyə gedərək tank taboruna qeydiyyata düşmüş və orada xidmətə başlamışdır. Eyni zamanda N saylı hərbi hissə komandirinin 0N.04.N992-ci il tarixli N0 nömrəli əmri ilə adı, familyası yazılması göstərilmiş və əmrdə ata adı yazılmamışdır. N nömrəli əlahiddə tank briqadasına sürücü vəzifəsinə təyin edilmiş kimi qeyd olunmuşdur. N nömrəli hərbi hissəyə ezam edilməklə döyüş tapşırığının yerinə yetirmiş hesab edilmiş və bütün növ təminatlarla təmin olunmaqla bir günü üç gün hesablanmışdır. Xidmətilə əlaqədar hərbi biletində belə müvafiq qeydlər aparılmışdır. Lakin uzun müddətdir Qarabağ Müharibəsi veteranı adını və vəsiqəsini ala bilmir. Bununla əlaqədar Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də, komissiyanın N0.06.20N6-cı tarixli məktubu ilə bildirilir ki, barəsində müsbət qərarın qəbul edilmədiyi üçün sənədlər geri qaytarılmış, lakin heç bir əsas gətirilməmişdir. Onun vətənin ərazi bütövlüyünün qorunmasında xidmətləri olmuşdur... Qeyd olunanlara əüsasən iddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı XN cavabdeh Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adınının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının N4.06.20N6-cı il tarixli imtina məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, iddiaçının N nömrəli hərbi hissənin şəxsi heyət siyahısından çıxarılması barədə arxiv sənədlərində məlumat olmadığından, ona “Müharibə veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin N7.N0.N997ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək dövüs əməliyyatları aparan hərbi hissə və va orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və va arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Həmçinin iddiaçı iddia müddətini də ötürmüşdür, ona N4.06.20N6-cı imtina olunsa da, o, 2020-ci ilin sentyabrında məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddiaçı XN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə baxılmış və “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın N0.06.20N6-ci il tarixli iclasında baxıldığı və N nömrəli phərbi hissənin şəxsi heyətindən çıxarılması əsası ilə müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. İddiaçının növbəti müraciətinə baxılaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 23.06.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın N0.06.20N6-ci il tarixli iclasında baxıldığı və 352№li protokol ilə barəsində müsbət rəyin qəbul edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması dövründə sorğu əsasında XN məhkumluğunun olubolmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Xəzər Rayon Polis İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən 29 oktyabr 202N-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, XN məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə araşdırması dövründə iddiaçının hərbi xidmətə çağırılması, və hərbi xidmətdən tərxis olunması barədə məlumatın, buna dair əmrlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin 03 mart 202N-ci il tarixli məktubdan görünür ki, N966-cı il təvəllüdlü XN Səfərbərlik və Hərbi Ximdətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi tərəfindən N6.07.N993-cü il tarixdə hərbi xidmət keçmək üçün səfərbərliyə çağırıldığı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinə göndərildiyi, lakin vətəndaşın sonrakı hərbi xidməti və hərbi qeydiyyatı barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, 30.06.2008-ci il tarixdə keçmiş Səbail rayon Hərbi Komissarlığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən göndərilən məktubların nəticəsinə əsaslanaraq xidmət müddətləri Qanunvericilikdə nəzərdə tutulmuş müddəalara uyğun gəlmədiyi üçün adları qeyd olunan şəxslərin aylıq müavinətlərinin dayandırılması barədə olan adlı siyahı 438 nömrəli məktubla Səbail rayon ƏSMM-nin direktoruna göndərlmiş və həmin adlı siyahıda vətəndaş XN adı mövcud olmuşdur. Məhkəmə araşdırması dövründə iddiaçının ümumi xidmət illəri barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 03 mart 202N-ci il tarixli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin 2N.02.N992-ci il tarixli 40 №-li əmrində (əsas: səh 52, § 3, sıra 50, əmrdə atasının adı “Han” yazılmışdır) ezamiyyətdən qayıdaraq qazan təminatına daxil edilmiş şəxsi heyətin siyahısında X2 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 05.03.N992-ci il tarixli 48 №-li əmrilə (əsas: səh 67, § 5, sıra 5) MTB hərbi qulluqçusu X3 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq tutduğu vəzifədən azad edilmişdir. N №-li hərbi hissə komandirinin 0N.04.N992-ci il tarixli N0 №-li əmrində (əsas: § 2, sıra N07, əmrdə atasının adı yazılmamışdır) N №-li hərbi hissənin əlahiddə tank taborundan gəlmiş sıravi Cabir Bünyatovun N №-li hərbi hissənin tank batalyonunun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək sürücü vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 08.05.N992-ci il tarixli NN №-li əmrində (əsas: səh N5, § 4, əmrdə soyadı, adı və atasının adı fərqli diyircəkli qələmlə sonradan əlavə edilmişdir) sıravi XN N №-li hərbi hissəyə ezam edilməklə döyüş tapşırığını yerinə yetirmiş hesab edilərək, təminatla təmin edilməklə ezamiyyəti birə üç gün hesabı ilə hesablanması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 0N.07.N992-ci il tarixli 46 №-li əmrində (əsas: səh 67, sıra N7, əmrdə soyadı “Bünnyətov” yazılmış, atasının adı yazılmamışdır) sürücü Cabir Bünnyətovun QAZ-53 markalı maşını ilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 3N.07.N992-ci il tarixli N №-li əmrində hərbi hissə komandirinin 04.07.N992-ci il tarixli 5N №-li əmrinə əlavədə (əsas: § 8, sıra N8, əmrdə atasının adı yazılmamışdır) sürücü Cabir Bünyatovun QAZ-53 markalı maşını ilə OPB tank batalyonunun ümümi siyahısına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 03.08.N992-ci il tarixli N №-li əmrində hərbi hissə komandirinin 0N.08.N992-ci il tarixli N №-li əmrinə əlavədə (əsas: § 2, sıra 57, əmrdə atasının adı yazılmamışdır) sıravi Cabir Bünyatovun 0N.08.N992-ci il tarixdən şəxsi heyətin siyahisında hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 2N.08.N992-ci il tarixli 93 №-li əmrində (əsas: § 4, əmrdə soyadı “Bünyadov” yazılmış, atasının adı yazılmamışdır) çörək maşınını işlədən sürücü Cabir Bünyadov iş yerini tərk edib getdiyi üçün işdən azad edilməsi barədə məlumat vardır. Qeyd edirlər ki, N №-li və N №-li hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məhkəmə araşdırması dövründə xx xxxx N966-cı il təvəllüdlü XN N saylı hərbi hissədə xidməti barədə məlumatın, N saylı hərbi hissə komandirinin 2N avqust N992-ci il tarixli 93 saylı iddiaçı barədə əmrinin və N saylı hərbi hissə komandirinin N may N992-ci il tarixli NN saylı əmrinin təsdiq edilmiş surəti cavabdehdən sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 03 mart 202N-ci il tarixli məktubuna əsasən X3 barədə N №li hərbi hissə komandirinin N may N992-ci il tarixli, NN№li, və 2N avqust N992-ci il tarixli, 93№li əmrlərdən arxiv çıxarışları məhkəməyə ünvanlanmış, lakin N №li hərbi hissədə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin mərkəzi arxivinə daxil olmadığı qeyd edilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin 06.0N.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr N997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Göründüyü kimi Məhkəmə araşdırması dövründə XN hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlərin olub-olmaması barədə araşdırma aparılaraq müvafiq qaydada sorğular göndərilmiş, lakin məhkəməyə təqdim olunan sorğulara cavab məktublarında iddiaçının səfərbərliyə çağırılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə göndərildiyi, lakin sonrakı hərbi xidməti və hərbi qeydiyyatı barədə məlumat aşkar edilmədiyi, həmçinin 30.06.2008-ci il tarixdə keçmiş Səbail rayon Hərbi Komissarlığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən göndərilən məktublara istinadən iddiaçının xidmət müddətlərinin qanunvericilikdə nəzərdə tutulmuş müddəalara uyğun gəlmədiyi üçün aylıq müavinətlərinin dayandırılması barədə olan adlı siyahı əsasında Səbail rayon ƏSMM-nə göndərildiyi, o cümlədən iddiaçının adının 78N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin mərkəzi arxivinə daxil olmadığı müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xidmətə göndərildiyi, lakin sonrakı hərbi xidməti və hərbi qeydiyyatı barədə məlumatın aşkar edilmədiyi, o cümlədən iddiaçının 78N №li hərbi hissə komandirinin nizami hissə üzrə müvafiq əmrinin Mərkəzi Arxivə daxil olmadığı, N №-li hərbi hissə komandirinin 2N.08.N992-ci il tarixli 93 №-li əmri ilə iş yerini tərk edib getdiyi üçün işdən azad edilməsi müəyyən edildiyindən, ümumilikdə iddiaçının müharibə veteranı adının və vəsiqəsinin alması üçün qanunvericiliklə müəyyən olunan əsasların bütünlükdə mövcud olması şərtləndirildiyindən və işin araşdırılan halları ilə həmin şərtlərin mövcud olması əsaslı sübutlarla təsdiq edilmədiyindən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. Yuxarıda qeyd əsaslarla yanaşı həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi yolverilməzdir. Beləliklə, məhkəmənin mövqeyinə görə iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1781/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1781/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver