Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1782/2020 17.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “yaşayış sahəsinə kirayə müqaviləsinin onunla bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra Mənzil Kommunal Təsərrüfatı Departamenti) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onunla, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı ilə qeydiyyatda olduğu və istifadəsində olan ünvan 2 evin bir otaqlı 17 saylı mənzilinə dair sosial kirayə müqaviləsi bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan həmin iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdi. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 evin 17-ci mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Departamentin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, valideyn himayəsindən məhrum olmuş uşaq kimi Bakı şəhəri, Xətai rayonunda yerləşən 3 saylı Uşaq evində təhsil almış və orada da yaşamışdır. 2012ci ildən isə faktiki olaraq Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansında olan ünvan 2 evin (yataqxananın) 17 saylı otağında yaşayır və kommunal xidmətlərin haqqını ödəyir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2761/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı əsasında ünvan 2 binanın (yataqxananın) 17 saylı otağına rəsmi qaydada qeydiyyata alınmışdır. Artıq 7 ildir ki, daimi yaşadığı otaq (ünvan 2 binanın (yataqxananın) 17 saylı otağı onun istifadəsindədir. Yaşadığı 17 saylı otağa dair onunla sosial kirayə müqaviləsinin bağlanılması barədə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, N-30 saylı məktubla 17 saylı yaşayış sahəsinə (otağa) dair iddiaçı ilə sosial kirayə müqaviləsi bağlamaqdan imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır: ''Yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd əsasında bağlanılır. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 25 saylı evin bir otaqdan ibarət olan 17 saylı otağın istifadəsinə verilməsi və həmin mənzilə dair kirayə müqaviləsinin adınıza bağlanılması üçün hüquqmüəyyənedici sənəd təqdim olunmadığından xahişiniz təmin edilməmişdir". Belə hesab edilir ki, cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Belə ki, cavbdehin qanunsuz imtinası nəticəsində vətəndaş olaraq iddiaçının konstitusion hüquqları kobud şəkildə pozulur, heç bir təminatı olmayan, uşaq evində yaşamış və böyümüş bir şəxs olaraq hazırda daimi yaşadığı və qeydiyyatda olduğu yaşayış sahəsinə dair sosial kirayə müqaviləsi baglamaq qeyri-mümkün olmuşdur. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, ünvan 2 ünvanda yerləşən yataxana binasında valideyn himayəsindən məhrum edilmiş uşaq evindən köçürülənlər yaşayır. Onun da valideynləri olmadığından əvvəlcə uşaq evində yerləşdirilmiş, təhsil alması üçün Nizami rayon İcra Hakimiyyətinin göstərişi əsasında həmin yataqxana binasının 17-ci otağına köçürülmüşdür. Hazırda qeyd edilən yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin balasına verildiyindən bina yataxana statusundan çıxarılmış, otaqlar mənzillər kimi orada yaşayan sakinlərin adına keçirilmişdir. Lakin, onun qeydiyyatı olmadığına görə yaşadığı otaq mənzil kimi onun adına qeydə alınmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2761/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı əsasında ünvan 2 binanın (yataqxananın) 17 saylı otağına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Onun qeydiyyatda olmaqla hal-hazırda faktiki olaraq yaşadığı ünvan 2 evin bir otaqlı 17 saylı mənzilinə dair kommunal xidmət tərəfindən mütəmadi olaraq ödənilir. Həmin mənzil uzun müddətdir ki, faktiki və mübahisəsiz olaraq onun istifadəsinədir. Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, qeyd edilən yaşayış evinə dair onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, sonuncunun iddiaçıya ünvanlanmış cavab məktubunda müraciətinin təmin edilməsindən imtina edilmiş, imtinaya əsas kimi qeyd edilən mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənədin təqdim edilməməsi göstərilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsiniməhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilənlərə uyğun olaraq izahat verdi və hazırkı vəziyyətdə iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Cavabdeh Departament Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na daxil edilməsə də, balansında və xidmət dairəsində olan yaşayış fondunda yerləşən yaşayış sahələrinə dair öz səlahiyyətləri daxilində verdiyi sərəncamlar (inzibati aktlar) hüquqi və ya fiziki şəxs (şəxslər) üçün hüquqi nəticələr yaratdığına görə, hazırki iş üzrə inzibati orqan funksiyası daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2018-ci il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır; - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli arayışdan məlum olur ki, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı 24 sentyabr 2018-ci il tarixdən yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda başqa şəxslər yoxdur; - 141 saylı MKİS-in mühəndisi tərəfindən tərtib edilmiş və Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 141 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, YAT-NA, 25 saylı evin, 17 saylı mənzilinə dair plandan görünür ki, yaşayış otağının ümumi sahəsi 18 kv.metr təşkil edir. Ev 1 otaqdan, dəhliz və eyvandan ibarətdir; - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq 102 saylı, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında yerəşən yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balasındadır; - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 141 saylı MKİS tərəfindən verilmiş 273 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 24 sentyabr 2018-ci il tarixdən yaşayış yeri üzrə ünvan 6 ünvanında qeydiyyatdadır və yaşayır, xx.xx.2020-ci il tarixə qədər kommunal borcu yoxdur; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)- 2761/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 141 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən 08 avqust 2017-ci il tarixdə verilmiş 1449 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı valideyn himayəsindən məhrum olmuş uşaq evlərinin məzunlarının yaşadıqları yataqxanada xx.xx.2012-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 25, yataqxana, otaq 17-də qeydiyyatsız yaşayır; - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış N-30 saylı, xx.xx.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə müraciətə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd əsasında bağlanılır. ünvan 2 evin bir otaqlı 17 saylı mənzilin istifadəyə verilməsi və həmin mənzilə dair kirayə müqaviləsinin bağlanılması üçün sənəd təqdim olunmadığından yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişi təmin edilməmişdir. İş materiallarına, eyni zamanda, nikah haqqında şəhadətnamənin, doğum haqqında şəhadətnamələrin surətləri və digər sənədlər əlavə edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən qeydiyyatsız, 24 sentyabr 2018-ci il tarixdən isə yaşayış yeri üzrə qeydiyyatda olmaqla ünvan 2 evin 17ci mənzilində yaşayır. İddiaçı bağlanmış müqavilələr əsasında müvafiq kommunal xidmətlərdən (qaz, işıq, su, istilik, telefon, internet, və.) istifadə etmiş, kirayəçinin bütün vəzifələrini yerinə yetirmiş, mənzil və kommunal xidmətlərdən istifadə haqlarını ödəmişdir. İddiaçı kirayəçi kimi yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi barədə ərizə ilə Departamentə müraciət etmiş, Departamentin N-30 saylı, xx.xx.2019-cu il məktubu ilə ərizə təmin edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iş üzrə də mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir ona görə ki, xx.xx.1985-ci ildə doğulmuş iddiaçı valideyn himayəsindən məhrum olmuş uşaq kimi Xətai rayonunda yerləşən 3 saylı uşaq evində təhsil almış və orada yaşamışdır. Nizami rayon İcra Hakimiyyətinin göstərişi ilə valideyn himayəsindən məhrum olmuş uşaq evlərinin məzunlarının yaşadıqları ünvan 2 evin (yataqxananın) 17-ci otağında məskunlaşmış, sonradan məhkəmə qərara əsasında həmin ünvana yaşayış yeri üzrə qeydiyyata da alınmışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, mənzil qanunvericiliyində order yaşayış sahəsindən istifadə və ya onun özəlləşdirilməsi üçün heç bir hüquqi əhəmiyyət daşımayan, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd kimi xarakterizə edilmişdir. Yaşayış sahəsindən istifadə edilməsi isə orderə yox, yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq həyata keçirilir. Məhz ona görə də, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində adına order verilmiş vətəndaş deyil, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququnun olması qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərdən başqa, Avropa Məhkəməsinin presedent hüququnda "mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X3rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X1rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. İş materiallarından məlum olur ki, iddiaçının yaşadığı mənzil yaşayış sahəsi 18 kv.metr olan 1 otaqdan ibarət ayrıca yaşayış sahəsini kirayə müqaviləsinin predmeti olmaqla yanaşı, iddiaçı oradan təyinatı üzrə istifadə etməklə yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün vəzifələri yerinə yetirmişdir. Odur ki, qeyd olunan yaşayış sahəsinə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi cavabdehəhəvaləedilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 evin 17-ci mənzilinə dair kirayə müqaviləsinin İddiaçı ilə bağlanması barədə sərəncam verilməsi vəzifəsi Departamentə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 evin 17-ci mənzilinə dair kirayə müqaviləsinin İddiaçı ilə bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1782/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1782/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver