Məhkəmə qərarları › İş №2-1(112)-17828/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17828/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17828/2025 21.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yerləşmə cizgisinin verilməsi və sərəncama düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri Cavabdeh 30 may 1995-ci il tarixli, 1617 saylı Sərəncamı əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci y/m, 2-ci döngə ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 (altı yüz) kv.m. torpaq sahəsinə dair yerləşmə sxeminin cizgisinin verilməsin və sərəncamda "Zakir” kimi yazılmış adın şəxsiyyət vəsiqəsindəki kimi “Zahir” yazılmasının cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi yaşayış evi tikmək üçün aprel 1995-ci il tarixdə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmişir. Ailəsinin vəziyyətini nəzərə alaraq Bakı şəhəri. Cavabdeh başçısının 1617 saylı, 30 may 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci y/m, 2-ci döngə ünvanda 600 (altı yüz) kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir. İddiaçı ona verilən torpaq shəsini hasara salmış, verilmiş torpaq sahəsinin üzərində hər mərtəbəsi 120 kv.m., hündürlüyü 6 metr olan 2 (iki) mərtəbəli ev tikərək ailə üzvləri ilə birlikdə yaşamışdır. Bundan əlavə həyətin içərisində hündürlüyü 3 (üç) m., ümumu sahəsi 225 (iki yüz iyirmi beş) metr olan 7 (yeddi) otaq tikmişdir. Səbail rayon İcra Hakimiyyət başçısının 1617 saylı, 30 may 1995-ci il tarixli Sərəncamı ilə fərdi yaşayış evi tikmək məqsədi ilə iddiaçıya verilmiş torpaq sahəsinə aid cizgi verilməmişdir və səhv olaraq iddiaçının adı Zakir yazılmışdır. İddiaçı Cavabdeh başçısının 1617 saylı, 30 may 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 2-ci döngədə ona verilmiş istifadəsində olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** №-li. 14 avqust 2025-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 savlı Bakı Ərazi İdarəsinin cavab məktubinda torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilmədiyindən torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Bakı şəhəri Cavabdeh başçısının 1617 saylı, 30 may 1995-ci il tarixli Sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin cizgisinin verilməsi xahiş edilmişdir. Cavabdeh başçısının cavab məktubunda iddiaçının xahişi təmin olunmamışdır. Bununla da iddiaçının maddi və prosessual hüquqları pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinə dair təqdim olunmuş Sərəncamda 0.06 ha ərazi ayrılsa da, mövcud torpaq sahəsi qeyd olunan ərazidən çoxdur. Əlavə olaraq qeyd edilir ki, təqdim edilmiş Sərəncama torpağın yerləşmə sxemi əlavə olunmadığından mövcud torpaq sahəsi ilə Sərəncam əsasında ayrılmış torpaq sahəsinin uyğunluğunu dəqiqləşdirmək mümkün olmamışdır. Həmin torpaq sahəsinə dair Sərəncam və digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmiş və bu barədə akt tərtib edilmişdir. Cavabdeh Başçınının xx.xx.1995-ci il tarixli 1617 saylı Sərəncama əsasən Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün X1 ayrılmışdır. İş üzrə məhkəmə iclası barədə təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “... inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarı: 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.

13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı məhkəməyə Cavabdeh Başçınının xx.xx.1995-ci il tarixli 1617 saylı Sərəncamını təqdim edərək ona məxsus olduğunu iddia etmiş və müvafiq sərəncamda sərəncamda şəxsin adı ilə bağlı düzəliş edilərək onun əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci y/m, 2-ci döngə ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib olunmasını tələb etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Cavabdeh Başçınının xx.xx.1995-ci il tarixli 1617 saylı Sərəncamınına əsasən Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün “X1” ayrılmışdır. Buna baxmayaraq iş materiallarına əlavə olunmuş şəxiyyət vəsiqəsi məlumatlarında iddiaçının şəxsiyyəti “İddiaçı” kimi müəyyən olunmuşdur. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağına uyğun səmərəli hüquqi müdafiə vasitəsi kimi ilkin olaraq Cavabdeh Başçınının xx.xx.1995-ci il tarixli 1617 saylı Sərəncamının İddiaçı məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar