Məhkəmə qərarları › İş №2-1(112)-1783/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1783/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1783/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, peşəsi sürücü, işləmir) İddiaçı cavabdeh Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “İddiaçı İİ qrup əlilliyin təyin edilməsi ilə bağlı və ödənişlərinin bərpa edilməsi üçün sənədlərinin Tibbi- Sosial Ekspert Komisiyyasına göndərilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına həvalə edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “İddiaçı İİ qrup əlilliyin təyin edilməsi ilə bağlı və ödənişlərinin bərpa edilməsi üçün sənədlərinin Tibbi-Sosial Ekspert Komisiyyasına göndərilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı uzun illərdi Daxili İşlər Nazirliyində işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar Daxili İşlər Nazirliyinin Hospitalında müalicə almışdır. Aldığı müalicə nəticəsində sənədləri TSEK-a göndərilmiş və ona 2009cu ildən 2-ci qrup əlillik təyin edilmişdir. Artıq uzun müddətdir ki, 2-ci qrup əlillik ilə əlaqədar ödənişləri alırdı. Bir müddət bundan əvvəl 2-ci qrup əlillik üzrə ödənişlərin ona məlum olmayan səbəblərə görə kəsilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və rəsmi qaydada cavab almışdır. Həmin cavabda qeyd olunmuşdur ki, əlilliyin təyin edilməsi ilə bağlı xəstəxanaya müraciət etməlidir. İddiaçı həmin cavaba uyğun olaraq Bakı şəhəri 29 nömrəli birləşmiş şəhər xəstəxanasına müraciət etmiş və müayinələrdən keçmişdir. Lakin həmin xəstəxana iddiaçının müayinə sənədlərini TSEK-a göndərməkdən imtina edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi 14.10.2020-ci il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ünvanında qeydiyyatsız yaşayan xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Xəzər rayonu İcra Hakimiyyətinin Binə qəsəbəsindəki nümayəndəliyinin 12.05.2020-ci il tarixli 2072 nömrəli Binə qəsəbəsində qeydiyyatsız yaşaması barədə arayışı əsasında müvəqqəti qeydiyyata götürülüb. (Daimi qeydiyyat ünvanı Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, mənzil 50). İddiaçı dediyinə görə X6 xidməti dövründə xəstəliyi ilə əlaqədar olaraq 2-ci qrup əlillik təyin edilib və son vaxtlara qədər əlilliyə görə təqaüd alıb. Təyin edilmiş 2-ci qrup əlillik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış yoxlama komissiyası tərəfindən əlillik dərəcəsi ləğv edilib (dediyinə əsasən). İddiaçı 12.05.2020-ci il tarixə kimi Nəsimi rayonunun ərazi poliklinikasında qeydiyyatda olub. İddiaçı 02.06.2020-ci il tarixdə 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında poliklinika şöbəsinə həkim terapevr R.Xəlilovaya müraciət edib, həkim terapevt “UİX gərginlik stenakardiyası İİ funksional sinif. Hipertoniya xəstəliyi İİİ mərhələ İV risk. Şkərli diabet tip 2 ağır forma. Ensefalopatiya” diaqnozu qoyulub 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına stasionar müalicəyə göndərilib. İddiaçı 02.06.2020-ci il tarixdən 11.06.2020-ci il tarixə kimi 3 nömrəli Şəhər Klinik Xəstəxanasında stasionar müalicədə olub, 12.06.2020-ci il tarixdə ambulator nəzarətə yazılıb. Stasionardan evə yazılma epikrizində “UİX gərginlik stenakardiası İİ funksional sinif. Hipertoniya xəstəliyi İİİ mərhələ İV riskş Şəkərli diabet tip 2 ağır forma. Ensefalopatiya” diaqnozu qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamənin” müddəalarına uyğun gəlmədiyi üçün, beləki 3 nömrəli Şəhər Klinik Xəstəxanası tərəfindən verilmiş epikrizdə xəstəliyin ağırlaşması olmadığı üçün TQS nömrə 088 forma yazıb online sistemə daxil etmək mümkün olmadığına görə, bu səbəbdən də X3 adına TQS nömrə 088 forma yazılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahat və çıxıışını, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia təmin еdilməməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Xəstəlik haqqında şəhadətnaməyə əsasən, xəstəliklər və fiziki çatışmamazlıqlar cədvəlin (Azərbaycan Respublkası DİN-nin 23.01.02-ci il tarixli, 25 nömrəli əmr) 2-ci qrafasının “43b” maddəsinə əsasən DİO-da xidmətə yararsızdır. Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Səbail Rayon X4 Xidmətinin 343 nömrəli, 12.07.2005-ci il tarixli Azərbaycan Respublikası DİN-BDYPTİ-nin Mİİ-nin rəisinə ünvanladığı məktuba əsasən, Səbail rayon DYTX-nin yanğınsöndürəni daxili xidmət serjantı İddiaçı müalicə üçün əlavə pul vəsaiti verilməsi ilə əlaqədar müraciətini nəzərə alaraq onun raportu, tibbi arayışı və protokolu göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İddiaçı ünvanladığı 16.10.2007-ci il tarixli məktuba əsasən, ona ödənilən pensiya məbləğinə yenidən baxılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin İcra Aparatından DİN-nə daxil olmuş ərizəyə Maliyyə Plan İdarəsində baxılmış, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert komissiyası tərəfindən iddiaçıya müəyyən edilmiş 2-ci əlillik (DİO-da xidmət keçmə dövründə alınmış) qrupu nəzərə alınaraq xidmət etdiyi vəzifənin hazırki vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq əvəzi pul kompensasiyası nəzərə alınmaqla müvafiq təminat xərcliyinin 55 faizi hesabı ilə pensiya hesab ödənilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanına əsasən 01 yanvar 2007-ci il tarixindən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respuiblikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. 24.06.2005-ci il tarixli, 576 nömrəli tibbi arayışa əsasən, AR DİN BDYTİ-nin Səbail rayon DYTX-nin sürücüsü D/X serjantı İddiaçı poliklinikada 24.05.1989-cu ildən tibbi qeydiyyatdadır və 30.05.2005-ci ildən “Hipertoniya xəstəliyi İİ st” diaqnozu ilə nəzarətdədir. Əməkdaş 24.06.2005-ci ildə poliklinikaya müraciət etmiş və həmin müayinəsindən keçirilərək ona “Hipertoniya xəstəliyi İİ st” diaqnozu qoyulmuşdur. İddiaçı hazırki xəstəliyi ilə əlaqədar zəruri tibbi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 40 nömrəli, 02 fevral 2006-cı il tarixli əmrinə əsasən, “Azərbaycan Respublikası X6 xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən xaric edilsin. 135-ci maddənin 6-cı bəndi ilə (səhhətinə görə) daxili xidmət serjantı İddiaçı, Azərbaycan Respublikası DİN-in BDYTİ-nin Bakı şəhəri Səbail rayon DYTX-nin növbətçi yanğınsöndürmə xidmətinin sürücüsü “istefada olan daxili xidmət serjantı” sayılmaqla 03 fevral 2006-cı il tarixdən 01 fevral 2006cı il tarixə xidmət müddəti: təqvimi hesablama ilə 11 il, 03 ay, 09 gün, imtiyazlı hesablama ilə 17 il, 02 ay, 24 gün təşkil edir. Azərbaycan Respublikası DİN Baş X4 İdarəsi Səbail rayon X4 Xidmətinin 489 nömrəli, 16.02.2006-cı il tarixli arayışına əsasən, İddiaçı rütbəsi daxili xidmət serjantı, xidməti vəzifəsi AR DİN BDYTİ-nin Səbail rayon DYTX-nin sürücüsü, xidmət dövrü 16.12.2004-cü ildən 03.02.2006-cı ilədək, tərxis olunduğu tarix 02.02.2006-cı il tarixli, 40 nömrəli əmr. 29.06.2005-ci il tarixli raporta əsasən, iddiaçı 31 may 2005-ci il tarixdən 20 iyun 2005-ci il tarixədək DİN-nin Hospitalında müalicə olunduğuna görə ona əlavə pul müavinətlərinin verilməsinə göstəriş verilməsini xahiş etmişdir. 07.08.2020-ci il tarixli İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı şikayət ərizəsinə əsasən, O, uzun illərdi Daxili İşlər Nazirliyində işləmişdir. Səhhətində yaranmış problemlər ilə əlaqədar Daxili İşlər Nazirliyinin Hospitalında müalicə almışdır. Aldığı müalicə nəticəsində sənədləri TSEK-a göndərilmiş və ona 2009-cu ildən 2-ci qrup əlillik təyin edilmişdir. Artıq uzun müddətdir ki, 2-ci qrup əlillikdən əlaqədar pensiya ödənişləri alırdı. Bir müddət bundan əvvəl 2-ci qrup əlillik üzrə ödənişlərin ona məlum olmayan səbəblərə görə kəsilmişdir. Əvvəl ona 2-ci qrup əlilliyin təyin edilməsi ilə bağlı bütün sənədlərin surətlərinin ərizəsinə əlavə etmişdir. Qeyd olunanlara əsasən iddiaçının 2-ci qrup əlilliyi ilə bağlı ödənişlərinin kəsilməsi səbəbini və mövcud problemi həll edərək onun 2-ci qrup əlilliyi ilə bağlı ödənişləri bərpa edilməsini xahiş etmişdir. İddiaçı yuxarıda sadalanan sənədlərdən əlavə iddia tələbini təsdiq edən sübutlar qismində əlillərin müayinədən keçmə barədə arayışlarını, xəstəlik tarixindən çıxarış epikrizləri, Səhiyyə Nazirliyi Akad.C. Abdullayev adına X1 rəyini, xəstəlik haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi-Eksperiza və X5” publik hüquqi şəxsin T18/2021 nömrəli, 02.03.2021-ci il tarixli ekspert rəyinə əsasən, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiyanın gəldiyi nəticəsi: 1.2. vətəndaş İddiaçı 26.01.2021-ci il tarixdə məhkəmə-tibbi ekspertizadan keçərkən şikayətləri ilə əlaqədar Elmi-Tədqiqat Kardiologiya instituna göndərilmiş və konsultativ poliklinika şöbəsində 27.01.2021-ci il tarixdə müayinəsi zamanı ona “gərginlik stenokardiyası (İİ sinif), hipertoniya xəstəliyi İİ dərəcə, İV risk, ürək çatmamazlığı Ə faza” diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəliyin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnamənin meyarlarına uyğun gəlmədiyindən əlilliyin təyininə imkan vermir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.1-ci bəndində nəzərdə tutulmuş əsasların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı İddiaçı İİ qrup əlilliyin təyin edilməsi ilə bağlı və ödənişlərinin bərpa edilməsi üçün sənədlərinin Tibbi-Sosial Ekspert Komisiyyasına göndərilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına həvalə edilməsi hаqqındа iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına qarşı “İddiaçı İİ qrup əlilliyin təyin edilməsi ilə bağlı və ödənişlərinin bərpa edilməsi üçün sənədlərinin Tibbi-Sosial Ekspert Komisiyyasına göndərilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına həvalə edilməsi hаqqındа iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar