Məhkəmə qərarları › İş №2-1(112)-1783/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1783/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1783/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (qardaşı) X7, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Cavabdeh tərəfindən qəbul edilmiş 20.11.2002-ci il tarixli 07 saylı Qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qəbul edilmiş 20.11.2002-ci il tarixli 07 saylı Qərarın ləğv edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə; həmçinin Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin atası 27.03.1994-cü ildə vəfat etmiş X11 mülkiyyətinə verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, atası 27.03.1994-cü ildə vəfat etmiş X14, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi ayrılmışdır və bununla bağlı 59 nömrəli kooperativinin 79 saylı orderi verilmişdir. Lakin cavabdeh tərəfindən 20.11.2002-ci il tarixli 07 saylı qərarı ilə atasına məxsus torpaq sahəsi X3 və onun ailə üzvlərinin mülkiyyətinə vermişdir. Daha sonra bununla bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* saylı çıxarış verilmişdir. Aidiyyatı üzrə 2 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin hakimi cənab Rauf Daşdəmirov tərəfindən ekpsertiza təyin edilmişdir. Mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 1868 saylı sahəsi **********98-12301 reyestr nömrəli sahə ilə üst-üstə düşür. Həmin reyestrə əsasən məlum torpaq sahəsinə üçünçü şəxs təşkilatının mülkiyyətindədir. 25 iyul 2012-ci tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 27 mart 1994-cü ildə vəfat etmiş X11 yeganə vərəsəsi odur.

3. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin 30.11.1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən X14 Bilgəh bağlar sahəsində 59 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1868 №-li bağ ayrılıb.

4. Məhkəmənin hazırki inzibati iş üzrə 19.11.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

5. İddiaçının məhkəməyə əvvəlki müraciətinə əsasən verilmiş mütəxəssis rəyinə əsasən (iş nömrə 2-1(112)-1345/2020), İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 1868 saylı kimi iddia etdiyi və naturada göstərdiyi sahəsi dəmir hündür hasara alınmış ərazi 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən **********98-12301 reyestr nömrəli sahə ilə üst-üstə düşür.

6. Məhkəmənin MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlər və həmin reyestr nömrəsi üzrə hüquq sahibi haqqında məlumatın, Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli qərarının surəti, eləcə də X8 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surətinin verilməsi ilə bağlı sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən 14.12.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh yolu, 3-cü km 34 ünvanda yerləşən əmlak kompleksi və onun yerləşdiyi 4,58996 ha torpaq sahəsi “İSR DİŞ TİCARET və MÜMESSİLİK LİMİTED” müəssisəsinin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

7. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh qəsəbəsi, Nardaran- Bilgəh yolu, 3-cü km. 34 ünvanında yerləşən əmlak kompleksi və onun yerləşdiyi 4,58996 ha torpaq sahəsi **********98-12301 reyestr nömrəsinə əsasən “İSR DİŞ TİCARET və MÜMESSİLİK LİMİTED” müəssisəsinin xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan sənədlər qismində: Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin "xxxx" MMC-yə satılmasına dair alqı-satqısı müqaviləsi (qeyri-yaşayış binasının istifadəsində olan 26763,6 kv.m. torpaq sahəsi satılmışdır); Həmin torpaq sahəsinə dair "xxxx" MMC və “İSR DİŞ TİCARET və MÜMESSİLİK LİMİTED” müəssisəsi arasında bağlanmış 11.10.2011-ci il tarixli alqı-satqı müqaviləsi. Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 07 saylı qərarı (X8 Bilgəh bağ massivində 2368 kv.m. torpaq sahəsi ayrılmışdır); Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 03 saylı qərarı (X4 Bilgəh bağ massivində 0,24 ha torpaq sahəsi ayrılmışdır). Həmin torpaq sahəsi 25.12.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 01 saylı qərarı (X2 Bilgəh bağ massivində 0,24 ha torpaq sahəsi ayrılmışdır). Həmin torpaq sahəsi 25.12.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 06 saylı qərarı (X10 Bilgəh bağ massivində 0,24 ha torpaq sahəsi ayrılmışdır). Həmin torpaq sahəsi 25.12.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 05 saylı qərarı (X9 Bilgəh bağ massivində 0,24 ha torpaq sahəsi ayrılmışdır). Həmin torpaq sahəsi 25.12.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 04 saylı qərarı (X12 Bilgəh bağ massivində 0,24 ha torpaq sahəsi ayrılmışdır). Həmin torpaq sahəsi 25.12.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 08 saylı qərarı (X5 Bilgəh bağ massivində 0,2368 ha torpaq sahəsi ayrılmışdır). Həmin torpaq sahəsi 25.12.2002-ci il tarixli alqısatqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 02 saylı qərarı (X6 Bilgəh bağ massivində 0,24 ha torpaq sahəsi ayrılmışdır). Həmin torpaq sahəsi 25.12.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına özgəninkiləşdirilmişdir; Bakı şəhəri Cavabdeh qərarı əsasında ayrılmış və daha sonra X1 torpaq sahələrinə dair X13 ilə “İSR DİŞ TİCARET və MÜMESSİLİK LİMİTED” müəssisəsi arasında bağlanmış 11.10.2011-ci il tarixli alqı-satqı müqaviləsi.

8. Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 07 saylı qərarına əsasən, Bilgəh bağ massivində 2368 kv.m. torpaq sahəsi fərdi bağçılıq və bağ evi tikintisi üçün X3 mülkiyyətinə verilmiş və torpaqların alqı-satqısına dair akt 19.11.2002-ci ildə tərtib edilərək Bakı şəhər torpaq şöbəsində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi **********98-12301 reyestr nömrəsinə əsasən “İSR DİŞ TİCARET və MÜMESSİLİK LİMİTED” müəssisəsinin xüsusi mülkiyyətində olan 4,58996 ha torpaq sahəsinin tərkib hissəsidir.

9. İddiaçının Cavabdehnə 05.07.2021-ci il tarixli müraciətinə cavab olaraq 15.07.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Cavabdeh 2000-2008-ci illərə aid arxiv idarəsinin 18 fevral 2009-cu il tarixli akta əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. Qəsəbə sakinlərinin torpaq sahələrinin kimlərə satması haqqında Bələdiyyədə heç bir məlumat yoxdur.

10. Məhkəmə qeyd edir ki, İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

II. İddianın növü və mümkünlüyü

11. Tələb iki hissədən ibarətdir: (i) Cavabdeh tərəfindən qəbul edilmiş 20.11.2002-ci il tarixli 07 saylı Qərarın ləğv edilməsi; (ii) Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini atası 27.03.1994-cü ildə vəfat etmiş X11 mülkiyyətinə verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulması.

12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)

13. İddia tələbindən görünür ki (tələbin 1-ci hissəsi), iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 07 saylı qərarına əsasən, Bilgəh bağ massivində 2368 kv.m. torpaq sahəsi fərdi bağçılıq və bağ evi tikintisi üçün X3 mülkiyyətinə verilməsi haqqında qərarın ləğvini tələb edir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır.

14. İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəasinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

15. İddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.

16. Belə ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

17. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

18. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən:

19. “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

20. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

21. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

22. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarına əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin 30.11.1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən X14 Bilgəh bağlar sahəsində 59 nömrəli BTK nəzdində 0,12 ha sahəsi olan 1868 №-li bağın (iddiaçının atasına məxsusluğunu iddia etdiyi torpaq sahəsi) məhz Bakı şəhəri Cavabdeh 20.11.2002-ci il tarixli 07 saylı qərarına əsasən, Bilgəh bağ massivində X3 mülkiyyətinə verilmiş 2368 kv.m. torpaq sahəsi və torpaqların alqısatqısına dair akt 19.11.2002-ci ildə tərtib edilərək Bakı şəhər torpaq şöbəsində qeydiyyata alınmış torpaq sahəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmir. Belə ki, həmin torpaq sahəsi **********98-12301 reyestr nömrəsinə əsasən “İSR DİŞ TİCARET və MÜMESSİLİK LİMİTED” müəssisəsinin xüsusi mülkiyyətində olan 4,58996 ha torpaq sahəsinin tərkib hissəsi olaraq onun 0,2368 ha hissəsidir. **********98-12301 reyestr nömrəsinə əsasən “İSR DİŞ TİCARET və MÜMESSİLİK LİMİTED” müəssisəsinin xüsusi mülkiyyətində olan 4,58996 ha torpaq sahəsi isə Cavabdeh 01, 02, 03, 04, 05, 06, 07, 08 saylı qərarları ilə, eləcə də Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin "xxxx" MMC-yə satılmasına dair alqı-satqısı müqaviləsinə əsasən satılmış torpaq sahələrindən ibarətdir.

23. Tələbin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə iddiaya cavab verməli şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı ərazi olmaqla Bakı şəhəri Bakı şəhəri Cavabdehnə iddiaya cavab verməli olan şəxs deyil. Qeyd edilən iki tələb üzrə hüquq və vəzifələr eyni faktiki və hüquqi əsaslara söykənmir, odur ki, qeyd edilən iki inzibati orqan hazırkı inzibati iş üzrə birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər.

24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar