Məhkəmə qərarları › İş №2-1(112)-1786/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1786/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1786/2020 05.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyaya çıxarkən nəzərə alınmayan istifadə etmədiyi məzuniyyət illərinə görə ona ödənilən kompensasiya məbləğinin nəzərə alınaraq pensiyasının yenidən hesablanması və yaranan fərq məbləğinin xx xxxxxxxx 2018-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Sabunçu rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Sabunçu rayon Şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsi (hazırki X5 üzrə Mərkəzi Filialı) ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxx 2020-ci il tarixli 2-1(112)-1786/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Sabunçu rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsi (hazırki X5 üzrə Mərkəzi Filialı) ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1985-2018-ci illər ərzində Respublikanın prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş. 2018-ci ilin avqust ayında “Prokurorluq orqanlarında qulluq kecmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2 maddəsinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığı üçün prokurorluq orqanlarında qulluq kecməyinə xitam verilmişdir. xx xxxxxxxx 2018-ci ildə DSMF-nun Sabuncu rayon şöbəsi tərəfindən ona yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prokurorluq orqanlarında işlədiyi müddətdə istifadə etdiyi məzuniyyət illərinə görə - 1985-1986cı ildə 27 gün, 2001-2002-ci ildə 30 gün, 2002-2003-cü ildə 30 gün, 2015-2016-cı ildə 15 gün, cəmi 102 günə görə 5485 manat, 02 qəpik pul kompensasiya hesablanaraq işdən çıxarkən ona ödənilmişdir. Həmin kompensasiya məbləğindən DSMF-na ödənişlər edilmişdir. Bunu Azərbaycan Respublikası Baş Prokurorluğun xx.xx.2019-cu il tarixli 17-717 saylı arayış da təsdiq edir. Lakin pensiyaya çıxarkən həmin kompensasiyanın məbləği nəzərə alınmayıbdır. Qeyd edilən arayışı “Əmək pensiyaları haqqında” Qanuna və müvafiq qanunvericilik aktlarına əsasən pensiyasının üzərinə əlavə edilməsi üçün DSMF-nun Sabuncu rayon şöbəsinə təqdim etməyinə baxmayaraq ona imtina cavabı verilmişdir. DSMF-nin Sabuncu rayon şöbəsinin imtinası qanuna ziddir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, qanuna uyğun olaraq qulluq stajına görə əlavə hesablanarkən ona 2016-2018-ci illərə aid son 24 ayın əmək haqlarından istifadə olunmuşdur. Ona istifadə etmədiyi yuxarıda qeyd edilən məzuniyyət illərinə görə kompensasiya ödənilərək əmək haqqına əlavə edilmişdir. Həmin kompensasiya məbləğinə müvafiq olaraq pensiyasına əlavələr edilməlidir ki, cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin nümayəndəsi X3 etiraz ərizəsini təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq orqanlarında çalışan həmin Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri, qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya İ qrup əlil olmuş prokurorluq işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlərin Siyahısı”nın 31-ci abzasına (sonuncu) əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialının nümayəndəsi X3 imtina məktubuna uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 171714 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı 1985-2018-ci illərdə prokurorluq orqanlarda işləmişdir. İşdən çıxarkən istifadə etmədiyi məzuniyyət illərinə görə: 1985/1986-cı ildə 27 gün, 2001/2002-ci ildə 30 gün, 2002/2003-cü ildə 30 gün, 2015/2016-cı ildə 15 gün, cəmi 102 günə görə 5485,02 (beş min dörd yüz səksən beş manat, 02 qəpik) manat pul kompensasiya hesablanaraq ödənilmişdir, həmin vəsaitdən Dövlət X8 ayırmalar edilmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Sabunçu rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli **********8 saylı məktubundan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli 17/714 nömrəli arayışına Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Sabunçu rayon şöbəsində baxılmışdır. Prokurorluq Orqanlarında xidmət keçdiyinə görə pensiyasının üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına əlavə hesablanmışdır. Qanunvericiliyə uyğun olaraq qulluq stajına görə əlavə hesablanarkən 2016-2018-ci illərə aid son 24 ayın əmək haqqlarından (vəzifə maaşı, xidmət illərinə görə əlavə, rütbə, məzuniyyət və müavinətlər) istifadə olunmuşdur. Qeyd olunan son 24 aya daxil olmayan digər əlavələrin hesablanma zamanı istifadəsi nəzərə tutulmamışdır. xx xxxxxx 2019-cu il tarixli **********2 nömrəli məktubdan görünür ki, M.F.X1 xidmət keçdiyinə görə pensiyasının üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına əlavə hesablanmışdır. Qanunvericiliyə uyğun olaraq qulluq stajına görə əlavə hesablanarkən 2016-2018-ci illərə aid son 24 ayın əmək haqqlarından (vəzifə maaşı, xidmət illərinə görə əlavə, rütbə, məzuniyyət və müavinətlər) istifadə olunmuşdur. Qeyd olunan son 24 aya daxil olmayan (1985-1986, 2001-2002, 2002- 2003 və 2005-ci illərə aid məzuniyyət) digər əlavələrin hesablanma zamanı istifadəsi nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmənin tələbi əsasında cavabdeh tərəfindən məhkəməyə iddiaçının pensiya işinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Pensiya işindən görünür ki, İddiaçı pensiyasının miqdarı xx.xx.2018-ci il tarixindən dəyişdirilmiş və 2781, 67 manat pensiya məbləği hesablanmışdır. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prokurorluq orqanlarında işlədiyi müddətdə istifadə etdiyi məzuniyyət illərinə görə - 1985-1986-cı ildə 27 gün, 2001-2002-ci ildə 30 gün, 2002-2003-cü ildə 30 gün, 2015-2016-cı ildə 15 gün, cəmi 102 günə görə 5485 manat, 02 qəpik pul kompensasiya hesablanaraq işdən çıxarkən ona ödənilmişdir. Həmin kompensasiya məbləğindən DSMF-yə ödənişlər edilmişdir. İddiaçı həmin kompensasiya məbləğinin də nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Belə ki, xx.xx.2006-cı ildən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən normativ-hüquqi akt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Göründüyü kimi, iddiaçının pensiyası hesablanan zamanı orta aylıq əmək haqqı əsas götürülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177.1-ci maddəsinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin Məcəllənin 177.4-cü maddəsinə əsasən orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir( 157.3). Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir (157.4). Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir (157.5). Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir (157.6). Həmin Məcəllənin 177.6-cı maddəsinə əsasən Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxxx 1999-cu il tarixli 122 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Əmək Məcəlləsinin 177-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısına əsasənistifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının hazırda tələb etdiyi –istifadə etmədiyi məzuniyyət illərinə görə ödənilən kompensasiya məbləğinin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması tələbi yuxarıda qeyd edilənlərə görə əsaslı olmadığından cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialına qarşı pensiyaya çıxarkən nəzərə alınmayan istifadə etmədiyi məzuniyyət illərinə görə ona ödənilən kompensasiya məbləğinin nəzərə alınaraq pensiyasının yenidən hesablanması və yaranan fərq məbləğinin xx xxxxxxxx 2018-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 69-cu, 73-cü, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar