Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1786/2021 03.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu nömrə 1, ev 10, mənzil 3; ixtisası: ali təhsil; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə qarşı “komensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı X1rşı cavabdehin iddiaçıya 2015, 2016, 2017, 2018, 2019 və 2020-ci xidməti illərdə istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində 20 aprel 2000-ci il tarixdə polis nəfəri vəzifəsinə təyin olunmuş və 09 iyun 2020-ci il tarixinə kimi həmin polis şöbəsində fasiləsiz olaraq xidmət etmişdir. 09 iyun 2020-ci il tarixdə öz arzusu ilə daxili işlər orqanlarından xidmətdən xaric olunmuşdur. 2000-2010-cu xidməti illərdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 78-ci bəndinin tələbinə əsasən hər il 30 otuz təqvim günü əsas məzuniyyətdə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 13-cü bəndinə əsasən məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində müavinət almışdır. 2010-2014-cü xidməti illərdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 87-ci bəndinin tələbinə əsasən 10 ildən 15 ilədək xidmət keçməyə görə 5 təqvim günü əlavə ödənişli məzuniyyət hüququ əldə etmişdir. 2010-2014cü xidməti illərdə hər il 35 təqvim günü əsas məzuniyyətdə olmuş və həmin xidməti illərdə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 13-cü bəndinə əsasən məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində müavinət almışdır. 2015-2020-ci xidməti illərdə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 87-ci bəndinin tələbinə əsasən 15 ildən 20 ilədək xidmət keçməyə görə 10 təqvim günü əlavə ödənişli məzuniyyət hüququ əldə etmişdir. Lakin 2015-2020-ci xidməti illərdə hər il əsas məzuniyyəti 40 təqvim günü olduğu halda cavabdeh polis şöbəsində şəxsi heyət çatışmamazlığı səbəbindən xidməti zərurətlə əlaqıdar olaraq hər il 30 təqvim günü əsas məzuniyyətdə olmuşdur. 2015-2020-ci illərdə hər il 30 təqvim günü məzuniyyətdə olduğu vaxt isə ona yalnız Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 13-cü bəndinə əsasən məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində müavinət ödənilmişdir. 2015-2020-ci xidməti illərdə hər il istifadə edilməmiş 10 təqvim günü əsas məzuniyyət günlərinə görə ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 13-cü bəndinin tələbinə əsasən kompensasiya ödənilməsi nəzərdə tutulduğu halda bu kompensasiya ona ödənilməmişdir. Bununla əlaqədar olaraq 07 iyul və 06 avqust 2020-ci il tarixlərində Daxili İşlər Nazirliyi rəhbərliyinə elekton qaydada ərizə ilə müraciət etmişdir. Onun müraciətinə Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsi cavab olaraq bildirmişdir ki,daxili işlər orqanları əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir və 2015-2020-ci illərdə o, məzuniyyətə çıxarkən həmin müavinət ona ödənilmişdir. Qeyd olunan xidməti illərdə hansı səbəbdən ona istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiya ödənilməməsi barədə isə Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsi tərəfindən heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixdən daxili işlər orqanlarında xidmət etmişdir. xx.xx.2020-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı iddia əriəzsində bildirmişdir ki, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərdə əsas məzuniyyətə buraxılması ilə əlaqədar istifadə edilməmiş məzuniyyət illərinə görə kompensasiya təyin edilsin. Sabiq əməkdaş İddiaçı 2015-ci ilədək məzuniyyət hüququndan tam istifadə etmiş və nəzərdə tutulmuş müavinət ona tam şəkildə ödənilmişdir. İddia ərizəsindən də məlum olduğu kimi 2015-ci ildən məzuniyyətinin 30 günündən istifadə etsə də, şöbədə şəxsi heyətin çatışmazlığı, eləcə də xidməti zərurətlə əlaqədar olaraq iş yükünün çoxluğu ilə bağlı məzuniyyətinin qalan bir neçə günlərindən istifadə edə bilməmişdir. “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 87-ci maddəsində daxili işlər orqanlarında xidmət illərinə görə ödənişli əlavə illik məzuniyyət verildiyi hallar qeyd edilmişdir. Belə ki, 10 ildən 15 ilədək xidmət keçməyə görə - 5 təqvim günü, 15 ildən 20 ilədək xidmət keçməyə görə - 10 təqvim günü, 20 il və daha çox xidmət keçməyə görə 15 təqvim gününün əlavə olaraq verilməsi nəzərdə tutulmuşdur. Əməkdaş 2015, 2016, 2017, 2018, 2019, 2020-ci illərdə 30 gün məzuniyyət hüququndan istifadə etsə də, qalan bir neçə gündən istifadə etməmiş, lakin xidmət illərinə görə nəzərdə tutulmuş ödəniş Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsi tərəfindən ona tam şəkildə ödənilmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı xx.xx.2000-ci il tarixdən daxili işlər orqanlarında xidmət etmiş, xx.xx.2020-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı cavabdehə müraciət edərək, 2015, 2016, 2017, 2018, 2019, 2020ci illərdə əsas məzuniyyətə buraxılması ilə əlaqədar istifadə edilməmiş məzuniyyət illərinə görə kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin cavabdeh 2015-2020-ci illərdə məzuniyyətə çıxarkən ona müavinət hesablanıb tam ödənildiyini bildirərək, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. İş materiallarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi məhkəmənin sorğusuna cavab olaraq iddiaçının 2015- 2020-ci illərdə məzuniyyətdə olmasına dair müvafiq sübutları məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Ə47-054-17 saylı, xx.xx.2017-ci il tarixli, 32054-16 saylı xx.xx.2016-cı il tarixli, Ə147-054.15 saylı, xx.xx.2015-ci il tarixli əmrlərinin surətinindən, həmçinin müvafiq məzuniyyət vəsiqələrinin surətindən görünür ki, iddiaçı 2015-2020-ci illərdə əsas məzuniyyət günlərindən istifadə etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 2015-2020-ci illərdə istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsini tələb etsə də, iddia ərizəsinin əsaslandırmasından, görünür ki, iddiaçı əsas məzuniyyət deyil, əlavə məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsini tələb edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 78-ci maddəsinə əsasən əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir. Həmin Əsasnamənin 79-cu maddəsinə əsasən ümumi müddəti 40 təqvim günü və daha çox olan əsas və əlavə məzuniyyət götürmək hüququ olan daxili işlər orqanları əməkdaşlarına onların öz arzusu ilə məzuniyyət iki hissəyə bölünərək verilir. Həmin Əsasnamənin 87-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmət illərinə görə ödənişli əlavə illik məzuniyyət aşağıdakı hallarda verilir: 10 ildən 15 ilədək xidmət keçməyə görə - 5 təqvim günü; 15 ildən 20 ilədək xidmət keçməyə görə -10 təqvim günü; 20 il və daha çox xidmət keçməyə görə -15 təqvim günü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 13-cü bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. Qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi, istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulub, istifadə edilməmiş əlavə məzuniyyətə görə isə hər hansı kompensasiyanın ödənilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qeyd olunan qanunvericilik normaları baxımından mübahisəyə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının 2015-2020-ci illərdə əsas məzuniyyətdən istifadə etməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından, həmçinin mövcud qanunvericilikdə istifadə edilməmiş əlavə məzuniyyətə görə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı X1rşı cavabdehin iddiaçıya 2015, 2016, 2017, 2018, 2019 və 2020-ci xidməti illərdə istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1786/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1786/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver