Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17862/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbə qarşı “məcburi dövlət sosial sığorta haqqının ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbin direktorunun iddiaçı barəsində verilmiş əmək müqaviləsinin xx.xx.2025-ci il tarixli, **********077/e nömrəli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci ildən etibarən cavabdeh Maştağa qəsəbəsi, Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. 2025-ci ilin iyun ayına kimi, yəni xx.xx.2025-ci il tarixində müəllimlərin təkrar sertifikasiyası keçirilmiş, iddiaçı həmin sertifikasiyadan tam keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Kamal Məmmədov adına 209 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səbahət Ağayeva tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilmişdir. İddiaçının peşəkarlıq səviyyəsinin və müəllim kimi yararlılığının müsbət olması, uşaqlara nümunəvi münasibəti məktəb rəhbərliyi tərəfindən dəfələrlə müsbət qiymətləndirilmişdir. Nəzərə çatdırılır ki, İddiaçı 58 yaşı vardır, ailəlidir, himayəsində iki övladı, həmçinin İ qrup əlil anası Babayeva Şükifə və İ qrup əlil Zəmilə Novruzova vardır və onlara qayğı göstərir. İddiaçı 26 il fasiləsiz pedaqoji fəaliyyət göstərməsinə baxmayaraq, hər hansı ciddi intizam pozuntusu və ya peşə fəaliyyəti ilə bağlı nöqsan olmadan müəllim vəzifəsindən azad edilmişdir. Bu vəziyyət iddiaçının ailəsinin maddi təminatına ciddi təsir göstərmişdir. Həmçinin, iddiaçı müəllimlərin sertifikasiyasından tam keçmədiyi halda ona təsərrüfat müdiri vəzifəsində işləmək təklif olunmuş, iddiaçı bu təklifi qəbul etmiş, lakin sonradan məktəb rəhbərliyi həmin təklifdən imtina etmişdir. Müəllimlərin təkrar sertifikasiyasından tam keçdikdən sonra iddiaçı yenidən müəllim kimi fəaliyyət göstərə biləcəyi halda, cavabdeh tərəf tərəfindən ona alternativ işlə təmin edilməmişdir. Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir ki, bu da iddiaçı tərəfindən əsassız və qanunsuz hesab edilir.
3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
I. Məhkəmənin mövqeyi
4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
8. İddia tələbi işəgötürən tərəfindən əmək münasibətlərinə xitam verilməsi barədə əmrin ləğv edilməsinə dair qərar qəbul edilməsindən ibarətdir.
9. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-i maddəsinə əsasən əmmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
10. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinin ləğv olunması barədə əmrin (sərəncam, qərar) ləğvi ilə əlaqədar mübahisələr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən həll edilə bilər. Belə olan halda, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır.
11. Məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisə iddiaçı ilə cavabdeh arasındakı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək münasibətlərindən irəli gəlir. Belə ki, iddiaçının riyaziyyat müəllimi vəzifəsində işlədiyi Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəb tərəfindən tərtib edilən əmək müqaviləsinə sonuncunun xx.xx.2025-ci il tarixli, **********077/e nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir ki, bu da aralarında yalnız əmək münasibətlərinin mövcud olduğunu göstərir.
12. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasındakı müqavilə münasibətlərindən irəli gəlir. Belə olan halda, əmək münasibələri ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır.
13. Hazırda iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi işəgötürənə qarşı hüquqlarının müdafiəsi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.
14. Məhkəmə bununla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli hüquqi yardım barədə məktub ünvanlayaraq hazırkı iddia tələbi üzrə mülki məhkəmə icraatı qaydasında aidiyyəti rayon (şəhər) məhkəməsinə müraciət edilməsini təklif etmişdir. Yardımetmə nəticəsində iddianın mümkünsüzlüyünə əsas olan halın aradan qaldırılması mümkün olmasa da, hüquqi yardım Plenum qərarının müvafiq bəndindəki mövqeyə uyğun olaraq həyata keçirilmişdir.
15. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (Sabunçu rayon məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
18. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva