Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1787/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı1 və vəkili (nümayəndəsi) Vəkil, Üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 55 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Məhkəmənin hazırki iş üzrə tarixli Qərardadı ilə iddia tələbi “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 55 saylı və xx.xx.2020-ci il tarixli, 190 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar çıxarılması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 12 saylı binanın həyətində İddiaçı1 məxsus qeyri-yaşayış binası (qaraj) mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi həmin qeyri-yaşayış binasını İddiaçı1 adına qeydiyyata alıb və bununla bağlı ona müvafiq texniki pasport verib. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının "Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 57 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 12 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsinə icazə verilib. Hər iki iddiaçıya məxsus qeyri-yaşayış sahələri bitişikdir və onların ümumi sahəsi 191 kv.m-dir. Həmin qeyri-yaşayış sahələri müxtəlif sahibkarlara icarəyə verilirdi. Lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) iddiaçılara hər hansı məlumat vermədən vermədən hər iki iddiaçıya məxsus olan ünvan 6ndə yerləşən qeyri-yaşayış sahələrinin ərtafında hündür hasar çəkərək ora giriş-çıxışı məhdudlaşdırıb və həmin qeyri-yaşayış sahələrində hər hansı sahibkarın fəaliyyət göstərməsini qeyri-mümkün edib. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti uzun müddət iddiaçılara məxsus qeyri-yaşayış obyektlərinin ətrafını hasara almasının hüquqi əsası barədə onlara məlumat verməyib. Lakin iddiaçılar xx.xx.2024-cü il tarixdə vəkilin iştirakı ilə “Ailə Park" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək iddiaçılara məxsus qeyri-yaşayış obyektlərinin yerləşdiyi ərazinin hasarlanmasının hüquqi əsası ilə bağlı məlumat verilməsini tələb etdikdə həmin QSC-nin əməkdaşları həmin ərazinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 saylı sərəncamı ilə hündürmərtəbəli binalar inşa edilməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ayrıldığını bildirdilər, sərəncamın surətini göstərdilər, lakin onun bir surətini təqdim etməkdən imtina etdilər. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 saylı sərəncamınndan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən “yaşayış üçün yararsız vəziyyətdə olan, istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının inşası” “Ailə Park“ MMC-yə həvalə olunub.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı vəsatətdə qeyd olunmuşdur ki, “Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsi (qaraj) İddiaçı1 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfidən həmin qeyri-yaşayış sahəsinə dair İddiaçı1 adına texniki pasport verilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının “Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsi haqqında” 57 saylı xx.xx.2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Həsənoğlu küçəsi, 12 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçılara məxsus qeyri-yaşayış sahələri bitişikdir və onların ümumi sahəsi 191 kv.metrdir. Həmin qeyri-yaşayış sahələri müxtəlif sahibkarlara icarəyə verilirdi. Lakin "xxxx" QSC iddiaçılara hər hansı məlumat vermədən hər iki iddiaçıya məxsus olan Bakı şəhəri, Həsənoğlu küçəsi, 12 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin ətrafında hündür hasar çəkərək ora giriş-çıxışı məhdudlaşdırıb və həmin qeyriyaşayış sahəsində hər hansı sahibkarın fəaliyyət göstərməsini qeyri-mümkün edib. QSC uzun müddət iddiaçılara məxsus qeyri-yaşayış obyektlərinin ətrafını hasara alınmasının hüquqi əsası barədə onlara məlumat verməyib. Lakin iddiaçılar xx.xx.2024-cü il tarixdə vəkilin iştirakı ilə QSC-yə müraciət edərək iddiaçılara məxsus qeyri-yaşayış obyektlərinin yerləşdiyi ərazinin hasarlanmasının hüquqi əsası ilə bağlı məlumat verilməsini tələb etdikdə QSC-nin əməkdaşları həmin ərazinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli sərəncamı ilə hündürmərtəbəli binaların inşa edilməsi məqsədi ilə QSC-yə ayrıldığını bildirdilər. QSC-nin qeyd edilən ərazidə tikinti işlərini aparmaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazəsi yoxdur, tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Sərəncamla mülki münasibətlərə müdaxilə edilmişdir, sərəncamla əhatə olunan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin deyil iddiaçıların mülkiyyətindədir. Sözügedən sərəncam əsassızdır, qanunsuzdur və qanunsuz əlverişsiz inzibati aktdır”. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və işin hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə saat 10:40 təyin edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq hesab edilir ki, məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələblərinə nəzər yetirilməlidir. Həmçinin məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymalı və bununla bağlı tərəfin fikirləri dinlənilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Sərəncam QSC-yə ayrılmış 2,7520 hektar torpaq sahəsində yerləşən tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında və Cəmiyyət tərəfindən tənzimlənməsi şərti ilə icra edilməkdədir. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə "xxxx" QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 190 saylı xx.xx.2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası ilə əlaqədar QSC tərəfindən ərazinin müvəqqəti hasara alınmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti - Planlaşdırma Mərkəzi ilə (DÖVLƏTBAŞEKSPERTİZA) razılaşdırılmış Baş planda hasarlanan ərazinin sərhədləri göstərilmişdir. İddiaçı1 məxsus 12 saylı binanın həyətində yerləşən 18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (qaraj) hasarlanan ərazinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektin tikintisinə Tİ-38/21 saylı xx.xx.2021-ci il tarixli və Tİ-30/23 saylı xx.xx.2023-cü il tarixli icazələr verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış **********94 saylı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, qeyd edilən koordinatlar daxilində yerləşən 2,7520 hektar torpaq sahəsinin yeni layihəyə uyğun müasir tipli hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədi ilə "xxxx" QSC-yə ayrılmasına etiraz edilmir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizova ünvanlanmış 02/07-635 saylı xx.xx.2020ci il tarixli məktubda göstərilmişdir ki, göstərilən koordinatlar daxilində yerləşən 2,7520 hektar torpaq sahəsinin üzərində şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə “Ailə Park" QSC-yə icarə əsasında ayrılmasına etiraz edilmir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********54 saylı xx.xx.2014-cü il tarixli məktubda göstərilmişdir ki, ünvan 6ndə yerləşən 18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (qaraj) 4Ə-2/299 reyestr nömrəli xx.xx.2006-cı il tarixli bağışlama müqaviləsinə əsasən X3 adına qeydiyyatdan keçmişdir və hal- hazırda mülkiyyətindədir. X7 ilə İddiaçı2 arasında ünvan 6ndə yerləşən 18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə (qaraja) dair 3M/70 reyestr nömrəli xx.xx.2014-cü il tarixli ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının “Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsi haqqında” 57 saylı xx.xx.2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Həsənoğlu küçəsi, 12 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsinə icazə verilmişdir. İddiaçı2 sözügedən qeyri-yaşayış sahəsini (qarajı) alqı-satqı yolu ilə İddiaçı1 baçısı X6 adına rəsmləşdirmişdir. Nəticə etibarı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən M.Əhmədovaya ünvan 6ndə yerləşən 18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə (qaraja) dair 04/778 inventar nömrəli xx.xx.2020-ci il tarixli texniki pasport verilmişdir. X9 4Ə-1294 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi ilə ünvan 6ndə yerləşən 18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsini (qarajı) bacısı - iş üzrə İddiaçı1 bağışlamışdır. Nəticə etibarı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən M.Əhmədovaya ünvan 6ndə yerləşən 18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə (qaraja) dair texniki pasport verilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı QSC “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub- olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı1 və İddiaçı2 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini tələb edir. Aşağıdakıları qeyd etməyi zəruri hesab edirik ki: ünvan 6ndə yerləşən 18 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (qaraj) İddiaçı1 məxsusdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən obyektin tikintisinə Tİ-38/21 saylı xx.xx.2021-ci il tarixli və Tİ-30/23 saylı 01,05.2023-cü il tarixli icazələr verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 190 saylı xx.xx.2020-ci il tarixli sərəncamı ilə ayrılmış aparılacaq tikinti ilə bağlı "Ailə Park” QSC tərəfindən ərazinin müvəqqəti hasara alınmasına icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Ərazinin planlaşdırılması və inkişaf şöbəsi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş 07.01,2020-ci il tarixli yerquruluşu planına əsasən QSC-yə ayrılmış 2,7520 hektar torpaq sahəsinin dönqə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti -Planlaşdırma Mərkəzi ilə (DÖVLƏTBAŞEKSPERTİZA) razılaşdırılmış Baş planda hasarlanan ərazinin sərhədləri göstərilmişdir. İddiaçıların mübahisələndirdiyi inzibati aktın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciəti olmamışdır, mübahisələndirmə haqqında iddia müraciətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, ayrılmış ərazidə aparılacaq tikinti ilə bağlı “Ailə Park" QSC tərəfindən ərazinin müvəqqəti hasara alınmasına icazə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli sərəncamı ilə deyil, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 190 saylı xx.xx.2020-ci il tarixli sərəncamı ilə verilmişdir. Hasara alınmanın sərhədləri və QSCyə ümumiyyətlə ayrılmış torpaq sahəsinin döngə nöqtələri rəsmi sənədlərlə müəyyən edilmişdir. Sözügedən ərazidə iddiaçıların mülkiyyətində hər hansı bir torpaq sahəsi yoxdur. Səlahiyyətli dövlət orqanları tərəfindən obyektin tikintisinə rəsmi icazələr verilmişdir. QSC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında və Cəmiyyət tərəfindən tənzimlənməsi şərti ilə sərəncam icra edilir. İddiaçıların mübahisələndirdiyi inzibati aktın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciəti olmamışdır, mübahisələndirmə haqqında iddia müraciətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu kontekstdə iddiaçıların hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçıların hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçılar tərəfindən hazırkı iddianın irəli sürülməsi üçün iddia müddətinə riayət edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarından göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına köməkedir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd etmək lazımdır ki, mübahisə predmeti olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli sərəncamı barədə iddiaçıların məlumatı xx.xx.2022-ci il tarixdən (Nərimanov rayon məhkəməsinə təqdim edilən iddia ərizəsində də göstərilmişdir) olmuşdur. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür. Beləliklə cavabdeh hesab edir ki, iddia həm ümumi, həm də xüsusi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.
5. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının “Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 57 nömrəli Sərəncamı ilə Həsənoğlu küçəsi 12 №-li binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsinə icazə verilmişdir.
6. Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi xx.xx.2019-cu il tarixli 113 saylı məktubla Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 5 mərtəbli 8 yaşayış binalarının istismar müddətlərini bitirərək yararsız vəziyyətə düşmüşdür. Aparılmış danışıqlar nəticəsində "Ailə Park” MMC tərəfindən həmin qəzalı evlərdə yaşayan, köhnə, istismar müddəti bitmiş, ilkin araşdırmalara görə həmin ünvanlarda yerləşən sayı 421 ədəd mənzil təşkil edən yaşayış evlərinin sakinlərini müvəqqəti kirayə haqları ilə təmin olunmaqla, digər ünvana köçürülməsini və həmin qəzalı vəziyyətdə olan evlərin sökülüb yerində yeni, müasir layihəyə uyğun hündürmərtəbəli, çoxmənzilli binaların tikintisini həmçinin əhalinin yeni binalarda müvafiq ölçülərdə mənzillərlə təmin olunmasını öz üzərinə götürmüşdür. Yuxarıda göstərilənləri nəzərə alaraq, qeyd olunan qəzalı evlərin sökülüb, yerində yeni müasir üslubda yenidən tikilməsi məsələsinə münasibət bildirməklə, müsbət həllinə köməklik göstərilməsi xahiş edilir.
7. "xxxx" MMC tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 5 mərtəbəli 8 yaşayış binası istismar müddətini bitirərək yararsız vəziyyətə düşmüşdür. Aparılmış danışıqlar nəticəsində "xxxx" MMC tərəfindən həmin qəzalı evlərdə yaşayan, köhnə, istismar müddəti bitmiş, ilkin araşdırmalara görə həmin ünvanlarda yerləşən sayı 421 ədəd təşkil edən mənzillərin sakinlərini müvəqqəti kirayə haqqları ilə təmin olunmaqla, digər ünvana köçürülməsini və həmin qəzalı vəziyyətdə olan evlərin sökülüb yerində yeni, müasir layihəyə uyğun hündürmərtəbəli, çoxmənzilli binaların tikintisini, həmçinin əhalinin yeni binalarda müvafiq ölçülərdə mənzillərlə təmin olunmasını öz üzərinə götürmüşdür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, sözügedən qəzalı evlərin sökülüb, yerində müasir üslubda yaşayış binalarının tikilməsinə münasibət bildirməklə, bu məsələnin müsbət həllinə köməklik göstərilməsi xahiş edilmişdir.
8. X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinin istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan 8 ədəd 5 mərtəbəli yaşayış binalarının sökülərək, yerində yeni layihə əsasında müasir tipli hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına rəy bildirilməsi barədə 15 oktyabr 2019-cu il tarixli 7-3473/7 nömrəli məktubu Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65ci maddəsinin tələblərinə uyğun olaraq yerquruluşu planı hazırlanarkən ərazidə dövlət təşkilatlarının balansında olan yaşayış binalarının, hüquqi və fiziki şəxslərin adına dövlət qeydiyyatına alınmış qeyri-yaşayış təyinatlı obyektlərin mövcud olduğu müəyyən edilmişdir. Həmin ərazidə dövlət təşkilatlarının balansında olan yaşayış binaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"a uyğun balansdan silinməklə, eyni zamanda həmin ərazidə olan dövlət mülkiyyətində olan qeyriyaşayış sahələrinin tikinti başa çatdıqdan sonra dövlətə geri qaytarılması ilə bağlı bir tərəfdən Əmlak Məsələləri Dövlət Komitəsi, digər tərəfdən balanssaxlayıcı dövlət təşkilatı və tikinti təşkilatı arasında üçtərəfli müqavilənin bağlanılması şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 2,7520 hektar torpaq sahəsinin yeni layihəyə uyğun müasir tipli hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilmir.
9. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Sərdi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna qoşma edilmiş cizgi üzrə qeyd olunan ünvanda yerləşən 2,7520 hektar torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilməsinə etiraz edilmir.
10. “Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında” xx.xx.2020-ci il tarixli rəy iş materiallarına əlavə olunmuşdur.
11. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 55 №-li Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir.
12. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1572 nömrəli Müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" MMC arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanır.
13. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Tikinti sahəsinin müvəqqəti hasara alınması haqqında” xx.xx.2020-ci il tarixli, 190 nömrəli Sərəncamı ilə "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 və 5 mərtəbəli yaşayış binalarının yerində müasir tipli yeni yaşayış binalarının tikilməsi ilə əlaqədar ərazinin müvəqqəti olaraq hasara alınmasını xahiş etmişdir. Əlaqədar təşkilatların razılıqlarını nəzərə alaraq, eləcə də piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə, ərazinin müvəqqəti olaraq hasara alınmasına icazə verilmişdir.
14. Reyestrdə 4Ə-1294 nömrə ilə qeyd olunan xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” Müqaviləsinə əsasən hədiyyə verən X9 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 18 kv.m olan qeyri-yaşayış binasını hədiyyə alan İddiaçı1 mülkiyyətinə vermişdir.
15. ünvan 6ndə yerləşən Qeyri-yaşayış binası (Qarajına) dair İddiaçı1 adına tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisi tərəfindən müvafiq koordinatlar müəyyən edilmişdir və həmin koordinatlar daxilində mövcud olan daşınmaz əmlaklara dair məlumatlar aşağıdakılardır: 1) "xxxx" İK Firmasının mülkiyyətində olan **********85-06301 reyestr ilə qeydiyyatdan keçmiş ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası (Bakı ŞİHB-nın 690 nömrəli xx.xx.1994-cü il tarixli sərəncamına və İnşaat Pasportuna, qəbul komissiyasının aktına, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03P-8/116 nömrəli xx.xx.2000-ci il tarixli məktubuna və layihəyə əsasən); 2) "XRONİKA "Qəzeti Redaksiyasının istifadəsində olan **********00 reyestr ilə qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 0.009 ha torpaq sahəsi (Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən); 3) X5 adına ********** qeydiyyat nömrəsi ilə ünvan 10 ünvanında yerləşən qaraja dair tərtib edilmiş texniki pasport; 4) X1 adına ********** qeydiyyat nömrəsi ilə ünvan 11 ünvanında yerləşən qaraja dair tərtib edilmiş texniki pasport; 5) İddiaçı1 adına ********** qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi, 12 ünvanında yerləşən qaraja dair tərtib edilmiş texniki pasport; 6) X4 adına ********** qeydiyyat nömrəsi ilə ünvan 12 ünvanında yerləşən qaraja dair tərtib edilmiş texniki pasport.
17. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, tikiliyə dair sənəd (texniki pasport) mövcuddur, lakin torpağa dair hüquqmüəyyənedici sənəd yoxdur. Tikili sökülməyib, artırılmışdır. Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışın verilməsi üçün müraciət etmiş, lakin Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın "xxxx" QSC-yə məxsus olduğu bildirilmişdir. Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət şifahi olmuşdur.
19. Üçüncü şəxs məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, söküntü işlərinin aparılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı sərəncam qəbul edilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 55 №-li Sərəncamı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə torpaq sahəsinin ayrılması ilə bağlıdır, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Tikinti sahəsinin müvəqqəti hasara alınması haqqında” xx.xx.2020-ci il tarixli, 190 nömrəli Sərəncamı isə ərazinin müvəqqəti olaraq hasara alınması ilə bağlıdır. Üçüncü şəxs iddiaçılara məxsus tikilinin söküntüsündə maraqlı deyil. Bununla belə bina söküldüyü təqdirdə iddiaçılara məxsus tikiliyə hər hansı zərər dəyə bilməz. Belə ki, bina və iddiaçılara məxsus tikili arasında məsafə var. İddiaçılara məxsus tikili obyekt deyil, qarajdır və hasara alınmış ərazi daxilindədir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçıların torpağa dair hər hansı sənədləri yoxdur.
II. İddianın növü və mümkünlüyü
20. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
21. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
23. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 55 saylı və xx.xx.2020-ci il tarixli, 190 saylı sərəncamlarının ləğv edilməsini tələb etmişdir.
24. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 12 saylı binanın həyətində yerləşən qeyri-yaşayış binasını təsərrüfat obyekti kimi istifadə etdiklərini bildirmişdirlər və qeyri-yaşayış binasına dair hüquq müəyyənedici sənəd qismində Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsini və Texniki Pasport təqdim etmişdirlər. Cavabdeh orqan və üçüncü şəxs iddiaçılara məxsus daşınmaz əmlakın (qeyriyaşayış binasının) təsərrüfat obyekti deyil, qaraj olduğunu bildirmişdirlər.
25. Məhkəmə ünvan 6ndə yerləşən qeyri-yaşayış binasına dair İddiaçı1 adına tərtib olunmuş Texniki Pasportu nəzərdən keçirərək müəyyən edir ki, hüquq müəyyənedici sənədə əsasən mübahisələndirilən daşınmaz əmlak qarajdır.
26. Məhkəmə eyni zamanda qeyd edir ki, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının "Qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 57 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 12 saylı binanın həyətində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı2 adına sənədləşdirilməsinə icazə verilib.
27. Bununla belə, iddiaçıların qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı mötəbər hüquqmüəyyənedici sənəd mövcud deyil (qeyd edilən fakt iddiaçı və nümayəndəsi (vəkili) tərəfindən təsdiq edilmişdir). Təqdim edilən sərəncam əsasında iddiaçıların qeyri-yaşayış sahəsi üzərində hüquqları qeydə alınmamış və həmin torpaq sahəsinə dair hüququn əvəzsiz olaraq qeydə alınmasına dair iddiaçıların hər hansı qanuni gözləntisi yoxdur. Məhkəmə hazırkı işdə vahid daşınmaz əmlak konsepsiyasının tətbiq edilməli olduğu qənaətində deyil. Belə ki, qeyri-yaşayış obyektinin (qeydiyyata alındığı təqdirdə) altında yerləşən torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətə verilməsinin hüquqi əsası yoxdur.
28. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncamlarla iddiaçıların qanunla qorunan hüquqlarına müdaxilə mövcud deyildir.
29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 55 №-li Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Tikinti sahəsinin müvəqqəti hasara alınması haqqında” xx.xx.2020-ci il tarixli, 190 nömrəli Sərəncamı ilə "xxxx" MMC Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 və 5 mərtəbəli yaşayış binalarının yerində müasir tipli yeni yaşayış binalarının tikilməsi ilə əlaqədar, ərazinin müvəqqəti olaraq hasara alınmasını xahiş etmişdir. Əlaqədar təşkilatların razılıqlarını nəzərə alaraq, eləcə də piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə, ərazinin müvəqqəti olaraq hasara alınmasına icazə verilmişdir.
30. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən qanunla yol verilən iddia müddəti də ötürülmüşdür. Belə ki, ərazidə hasarlanma işlərinin ən azı 2022-ci ildən aparıldığı və iddiaçıların qeyd edilən sərəncamlardan həmin vaxtdan məlumatlı olduqları işin mübahisəsiz halıdır. İddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
31. Hər bir halda məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçılarının nümayəndəsinin (vəkilinin) izahatından göründüyü kimi iddiaçıların hüquqi marağı Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamlarının ləğv edilməsi nəticəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ərazidəki tikinti-quraşdırma işlərinin mənzil sahibləri ilə razılaşdırılmadan qanunsuz həyata keçirilməsinin qarşısını almaq və qanunsuz söküntülərə görə kompensasiya ödənilməsidir.
32. Şəhərsalma və Tikinti Məcəlləsindən: 5.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 5.1.1. ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; 5.1.2. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; 5.1.3. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; 5.1.4. tikintiyə icazə verilməsi; 5.1.5. şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; 5.1.6. tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqların, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili; 5.1.7. tikintiyə nəzarətin həyata keçirilməsi; 5.1.8. tikinti layihələrinin ekspertizadan keçirilməsi; 5.1.9. şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; 5.1.10. tikinti obyektlərinin istismarına icazə verilməsi; 5.1.11. şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; 5.1.12. tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi 3.0.9. tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyət; 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur.
33. Mübahisələdirilən sərəncamlardan da göründüyü kimi sərəncam tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar deyil, mülki münasibətlərin mülkiyyətçilərlə razılaşdırmaqla həmin məqsədlə torpaq sahəsinin icarə əsasında MMC-nin istifadəsinə verilməsi və ərazinin hasara alınması ilə bağlıdır. Odur ki, mübahisələndirilən sərəncamlar tikinti-quraşdırma işlərinin başlanması və aparılması üçün əsas olmadığından həmin sərəncamların mübahisələndirilməsinə dair iddia əsasında "xxxx" QSC tərəfindən həyata keçirilən işlər dayandırıla bilməz. Belə ki, tikinti işləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilmiş tikintiyə icazə, eləcə də sökülməyə dair sərəncam əsasında aparıla bilər. Odur ki, tikintiyə icazə verilməsinə, eləcə də iddiaçıya məxsus qeyri-yaşayış obyektinin sökülməsinə dair müvafiq sərəncam olmadığı halda, QSC-nin apardığı işlərin dayandırılması inzibati məhkəmə icraatının predmeti deyil (müvafiq sərəmcamın mövcudluğu hazırkı mərhələdə müəyyən edilmir və iddiaçılar tərəfindən mübahisələndirilməmişdir). Eləcə də həmin sərəncamlar iddiaçının hüquqlarına hər hansı şəkildə müdaxilə etmir. Belə ki, ərazinin hasara alınmasına dair sərəncam iddiaçıların əraziyə gediş-gəliş imkanlarını məhdudlaşdırmır və buna yönəlmir. Müvafiq maneələr yaradıldığı halda iddiaçıların marağını təmin edən səmərəli hüquq müdafiə vasitəsi "xxxx" QSC-yə qarşı mülki məhkəmə icraatı qaydasında qaldırılmış iddiadır.
34. Məhkəmə qeyd edir ki, tikintiyə icazəyə dair sərəncam olduğu təqdirdə "xxxx" QSC ərazidə tikinti fəaliyyətini həyata keçirə bilər. Tikinti fəaliyyətinin (o cümlədən söküntü) həyata keçirilməsinə dair sərəncam olmadan "xxxx" QSC-nin ərazidə həyata keçirdiyi işlər inzibati məhkəmə icraatının predmetini təşkil etmir. Məhz belə sərəncam olduğu təqdirdə iddiaçıların qanunla qorunan hüquqlarına müdaxilədən söhbət gedə bilər.
35. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçılara səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkün sayılmaması onların məhkəməyə çatım hüququnun pozulması ilə nəticələnmir.
36. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
37. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva