Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1788/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilə görə ödədiyi ödədiyim ƏDVnin qaytarılacaq 2739.17 AZN məbləğdə hissəsini geri qaytarılması öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MTK-nın cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. "xxxx" MTK hazırkı məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi “geri qaytarılacaq ƏDV-nin yekun məbləği barədə müvəkkil banka məlumat verilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 13 Yanvar 2023 tarixində "xxxx" MTK-dan 59856.00 AZN (ƏDV daxil) dəyərində bir otaqlı, ümumi sahəsi 49,88 kv.metrdən ibarət olan bir otaqlı mənzil almışdır. Məlum olduğu kimi, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı mövcuddur (25 may 2022-ci il tarixli, № 1693). Bu Fərmana əsasən, fiziki şəxs istehlakçı nağdsız qaydada mənzil aldıqda, ödədiyi ƏDV-nin bir hissəsini geri qaytarmaq hüququna malikdir. Bu məqsədlə Vergi Xidməti tərəfindən xüsusi portal yaradılıb, inşaatçı tərəfindən həmin portala tikdiyi binalar haqqında məlumat daxil edildikdən və Vergi Xidmətinin həmin məlumatın təsdiqindən sonra alıcılara, ödəniş etmək üçün, elektron qaimə-faktura verilməsi mümkündür. Lakin iddiaçı mənzil aldığı zaman "xxxx" MTK tərəfindən mənə bildirilmişdir ki, Vergi Xidməti tərəfindən quraşdırılmalı olan bu portal işləmir və elektron qaimə-fakturanın verilməsi mümkün olmamışdır. İddiaçıya şirkətin bank rekvizitləri təqdim edilmiş və tam məbləği, ƏDV ilə birlikdə, bank hesabına ödəməyi təklif edilmişdir. Həmçinin iddiaçı "xxxx" MTK-nın bank hesabına ödəniş etdikdən sonra dəfələrlə tikinti şirkətinin nümayəndələri ilə əlaqə saxlayıb vergi portalının fəaliyyəti ilə maraqlanmış, amma onlar portalın işləmədiyini bildirmişdirlər. Bu barədə mobil telefon vasitəsi ilə tikinti şirkətinin nümayəndələri ilə yazışmalar mövcuddur. "xxxx" MTK vergi portalın işlədiyini iddiaçıya 2024-cü ilin may ayında bildirmiş və elektron qaiməfakturanı iddiaçıya 04 May 2024-cü ildə təqdim edə bilmişdir. İddiaçı ödədiyi ƏDV-nin bir hissəsini, daha doğrusu 2739,17 AZN məbləği geri qaytarmaqdan ötrü 06 İyun 2024-cü il tarixində Vergi Xidmətinə müraciət etmişdir. Lakin 11 İyun 2024-cü il tarixində imtina məktubunu almışdır. İmtinaya əsas olaraq iddiaçı tərəfindən ƏDV-nin satıcının ƏDV depozit hesabına köçürülmədiyi qeyd edilir. Eyni zamanda Vergi Xidməti imtina məktubunda qeyd etmişdir ki, mənzil alındıqdan sonrakı 90 gün ərzində ƏDV-nin bir hissəsinin geri alınması üçün müraciət edilməlidir. İddiaçıp öz növbəsində bildirir ki, əgər vergi portalının fəaliyyətində heç bir problem olmasaydı və tikinti şirkəti iddiaçıya vaxtında hesab-fakturanı təqdim edə bilsəydi, bu iddiaçıya Vergi Xidməti tərəfindən tələb olunan qaydalara uyğun olaraq ödəniş etməkdə və ƏDV-nin bir hissəsini geri qaytarılması hüququmda problem yaratmazdı. Qaimə-faktura iddiaçıya 04 May 2024-cü il tarixində "xxxx" MTK tərəfindən təqdim olunub və iddiaçı Vergi Xidmətinə müvafiq vaxt çərçivəsində müraciət etmişdir.
4. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Zarifovna qızı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-dan (VÖEN:**********) aldığı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləğin təmin edilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsində qeyd olunanlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia tələbi düzgün qoyulmamışdır: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən Dövlət Vergi Xidməti - operator qismində çıxış etdiyi üçün müəyyən edilmiş tələblərə cavab verildikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. Belə ki, iddia tələbi “ƏDV-nin yekun məbləği barədə məlumatı müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olaraq qeyd edilməlidir. İşin faktiki halları ilə bağlı İddiaçı Zarifovna qızı məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən portalın işləməməsi səbəbindən e-qaimə fakturanının verilməsinin mümkün olmadığını və tam məbləği ƏDV ilə birlikdə bank hesabına ödədiyini bildirmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti Fərman ilə təsdiq edilmiş 25 may 2022-ci il tarixli, 1693 nömrəli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri- yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarf’nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Bununla bağlı bildirilir ki, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənilməli olduğu halda, alıcı İddiaçı Zarifovna qızı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********899400 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə” bildiriş İddiaçı Zarifovna qızına göndərlimişdir. Əgər istənilən fiziki şəxs aldığı mənzilin tam dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödəyib, daha sonra da ƏDV-nin qaytarılmağını tələb edəcəksə, xx.xx.2022-ci il tarixli Fərmanla təsdiq edilmiş Qaydalar fiziki şəxs olan istehlakçılar tərəfindən AR ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydalarına əməl olunmamasına baxmayaraq, ƏDV-nin qaytarılması qanun pozuntusu deyilmi? Məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İddiaçı həmçinin iddia ərizəsində qeyd edir ki, məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən portal 13 yanvar 2023-cü il tarixdə işləmədiyindən 04 may 2024-cü ildə müvafiq orqana müraciət etmişdir. Müddətlə bağlı hissəyə cavabdeh orqan olaraq belə münasibət bildirilir ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Bununla bağlı Bakı İnzibati Məhkəməsi tərəfindən **********083000 nömrəli, 26 dekabr 2023-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, Fərmanın icrası ilə bağlı fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb (inıps://new.e-taxes.gov.az/eportal/az/login/) və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilmiş və bununla bağlı mətbuatda rəsmi açıqlama 25 noyabr 2022-ci ildə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, portal 25 noyabr 2022-ci ildən etibarən aktiv şəkildə rəsmi istifadəyə verildiyindən iddiaçının 13 yanvar 2023-cü ildə portalın işləmədiyini əsas göstərərək müraciət etməməsi əsassızdır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasında” qeyd edilən 90 (doxsan) günlük müddət hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş xüsusi müddətdir ki, həmin müddətin üzrlü hesab edilməsi və ya bərpa edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla bağlı Bakı İnzibatı Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin cavabdeh orqanın xeyrinə çıxartdığı analoji qərarları vardır, (tanış ola bilərsiniz: 2-1(103)- 2197/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərar; 2-1(112)-4557/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərar; 2-1 (103)-689/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərar;) İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı Zarifovna qızının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, mənzilin tam dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödəmişdir. İddiaçı Dövlət Vergi Xidmətinə 2024-cü ilin iyun ayında müraciət etmişdir. Belə ki, sistemdə nasazlıq var idi və məsələnin həllini tapacağı bildirilmişdi, bu səbəbdən də iddiaçı məsələnin kütləvi şəkildə həllini ediləcəyini gözləmişdir.
6. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, ilkin olaraq ödəyici (iddiaçı) tərəfindən nağdsız ödəniş qaydası düzgün həyata keçirilməmişdir. Belə ki, iddiaçı mənzilin tam dəyərini (ƏDV daxil) satıcının bank hesabına ödəmişdir. Digər tərəfdən ödəyicisi 90 gün müddətində müraciət edilmə qaydasına da riayət etməmişdir.
II. İddianın növü
7. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
8. Hazırki iş üzrə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Yaşayış və qeyri-yaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ 13 sentyabr 2023-cü il tarixli, **********448300 saylı Qərarın ləğv edilməsini və ƏDV-nin qaytarılacaq məbləği barədə məlumat verilməsini tələb etmişdir. Həmin (verilən) məlumat özündə inzibati aktın bütün elementlərini əks etdirməklə hüquqi nəticə yaradır.
9. Odur ki, iddianın növü məcburetmə haqqında iddiadır.
III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. 13 yanvar 2023-cü il tarixli, 28.3 №-li Yaşayış Kompleksində Mənzil Alqı-Satqısına dair Müqaviləyə əsasən: 1.1. Satıcı (Crystal-Residense” MTK) ünvan 1 ünvanlarında (3 saylı İncəsənət məktub ilə üzbə-üz) inşa ediləcək çoxmərtəbəli, çoxmənzilli B saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 6 saylı mənzili tikərək Alıcıya (İddiaçı) satır. Alıcı (İddiaçı) isə mənzilə görə ödənişləri bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcıya” (Crystal-Residense” MTKya) ödəyir. Mənzilin tikinti altındakı ümumi sahəsi 49,88 kv.m təşkil edir.
11. Crystal-Residense” MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli CR-09/23 nömrəli Maliyyə Arayışına (Müqavilə № 28/23) ünvan 2 ünvanında (3 saylı İncəsənət məktəb ilə üzbə-üz) inşa edilən 8 mərtəbəli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə (MTKya) məxsusudur. Həmin binanın B blokunun 3-cü mərətəbəsində ümumi sahəsi 49.88 kv.metr olan 1 otaqlı 6 saylı mənzilin pay dəyəri 59 856 (əlli doquz min, səkkiz yüz əlli altı) manat təşkil edir. 59 856 (əlli doqquz min, səkkiz yüz əlli altı) manat pay dəyəri payçı İddiaçı tərəfindən "xxxx" MTK-ya ödənilib. İddiaçı Zarifovanın “Crystal Residense“ MTK-ya borcu yoxdur.
12. 27.03.2024-cü il tarixli 21/24 nömrəli Mənzil Alqı-Satqısına dair təhvil-təslim Aktına əsasən: S/N Adı Ölçü Miqdar Qiymət ƏDV Cəmi vahidi (AZN) (ƏDV ilə) AZN 1 B saylı yaşayış binasının, 3- ədəd 1 50.725,42 9.130,58 59.856,00 cü mərtəbəsində yerləşən, ümumi sahəsi 49,88 kv.metrdən ibarət olan, 1 otaqlı, 6 saylı mənzil
13. xx.xx.2024-cü il tarixli YT**********59 seriya nömrəli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın forması” iş materiallarına əlavə olunmuşdur.
14. İddiaçı Olesya Konovalnova Zarifovna tərəfindən cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ƏDV geri qayıtmaq üçün müraciət xx.xx.2024-cü il tarixdə həyata keçirilmişdir.
15. ƏDV qaytarmaq ərizəsindən imtina barədə Bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixli **********856200 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Bu barədə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.6-cı bəndinə uyğun olaraq əsaslandırılmış inzibati akt bildirişin qoşmasında təqdim edilmişdir.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********740100 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd edilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli elektron ərizələrə 28/23 nömrəli müqavilə, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV- nin qaytarılmasına yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrini rəhbər tutaraq, İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tələbinə uyğun olaraq ƏDV-nin qaytarılması məqsədilə yaradılmış portalın rəsmi qaydada fəaliyyətə başlama tarixi barədə müraciətinizə Dövlət Vergi Xidmətində baxılmışdır. Bununla bağlı bildirilir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı satıcı tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal hazırlanaraq (https://new.e-taxes.qov.az/eportal/az/loqin/) 21 noyabr 2022-ci il tarixində istifadəyə verilmiş və bununla bağlı mətbuatda rəsmi açıqlama 25 noyabr 2022-cü il tarixdə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, portalın rəsmi istifadəyə verilmə tarixi 25 noyabr 2022-cü il müəyyən olunmuşdur.
İV. Məhkəmənin mövqeyi
18. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
19. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
21. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
22. Məhkəmə işin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən qeyd edir ki, hazırkı iş üzrə İddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur.
23. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq 1) yaşayış sahəsinə görə ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürüldüyü və 2) ƏDV geri qaytarmaq barədə müraciət üçün qaydalarda müəyyən edilmiş 90 gün müddətə riayət edilmədiyi qeyd olunmuşdur.
24. Məhkəmə etirazın ilkin dəlilinə (yaşayış sahəsinə görə ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülməsi) münasibətdə müəyyən edir ki: - Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri- yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir.
25. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidir. Başqa sözlə, yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının (hazırkı iş üzrə "xxxx" MTKnın) bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir ki, bu norma qanunvericiliyin imperativ tələbidir.
26. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, İddiaçı tərəfindən yaşayış sahələrinin tam dəyəri (ƏDV daxil 59.856,00) satıcının bank hesabına ödənilmişdir. Yaşayış sahəsinin ƏDV daxil tam dəyərinin satıcıya məxsus vahid bank hesabına ödənildiyi İddiaçı izahatı ilə təsdiqini tapmışdır.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, yaşayış sahəsinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyildir.
28. Məhkəmə etirazın digər dəlilinə (yaşayış sahəsinə görə ödənişin müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürülməsi) münasibətdə müəyyən edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və elektron kabinet vasitəsilə vergi orqanına müraciət etməlidir.
29. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyəri satıcı "xxxx" MTK-ya nağdsız qaydada xx.xx.2023-cü il tarixdə ödənilmişdir ("xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli CR-09/23 nömrəli Maliyyə Arayış iş materiallarına əlavə edilmişdir). Buna baxmayaraq? “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-faktura xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və iddiaçı vergi orqanına ƏDV-nin qaytarılması barədə xx.xx.2024-cü tarixdə müraciət etmişdir.
30. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, İddiaçı ƏDV-nin qaytarılması barədə müraciət üçün qanunvericilikdə nəzərdə tutulmuş 90 gün müddət tələbinə riayət etməmiş, mənzilin tam dəyərinin ödədikdən təxminən 01 il 04 ay sonra vergi orqanına müraciət etmişdir.
31. Məhkəmə iclasında iştirak edən iddiaçının vergi orqanına gec (yaşayış sahəsinin dəyəri ödənildikdən 01 il 04 ay sonra) müraciət edilməsini əsaslandırmaq üçün bildirmişdir ki, sistemdə nasazlıq var idi və məsələnin həllini tapacağı bildirilmişdi, bu səbəbdən də iddiaçı məsələnin kütləvi şəkildə həllini ediləcəyini gözləmişdir.
32. Məhkəmə nəzərə alır ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər).
33. Belə olan təqdirdə məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Dövlət Vergi Xidmətinin, o cümlədən cavabdehin portal yaratmasını və istifadəyə verməsini, ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsini, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə etməsini araşdırmaq zərurəti yaranmışdır.
34. Məhkəmə müəyyən edir ki, iddiaçı ƏDV qaytarılması üçün nəzərdə tutulmuş portalda nasazlıq olduğunu bildirsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tələbinə uyğun olaraq ƏDV-nin qaytarılması məqsədilə yaradılmış portalın rəsmi qaydada fəaliyyətə başlama tarixi barədə müraciətinizə Dövlət Vergi Xidmətində baxılmışdır. Bununla bağlı bildirilir ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı satıcı tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal hazırlanaraq (https://new.e-taxes.qov.az/eportal/az/loqin/) 21 noyabr 2022-ci il tarixində istifadəyə verilmiş və bununla bağlı mətbuatda rəsmi açıqlama 25 noyabr 2022-cü il tarixdə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, portalın rəsmi istifadəyə verilmə tarixi 25 noyabr 2022-cü il müəyyən olunmuşdur.
35. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyərinin satıcıya ödənildiyi xx.xx.2023-cü il tarixindən vergi orqanına müraciət edildiyi xx.xx.2024-cü il tarixədək olan dövr ərzində portalda hər hansı nasazlıq olduğu müəyyən edilmir. Odur ki, iddiaçının cavabdeh orqana müraciət tarixi qanunvericilikdə nəzərdə tutulmuş 90 gün müddətini keçmişdir.
36. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının yaşayış sahəsinə görə ƏDV qaytarılması barədə vergi orqanına müraciət müddəti “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinin tələblərinə uyğun deyildir.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva