Məhkəmə qərarları › İş №2-1(112)-1790/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1790/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1790/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı İsgəndər oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası - hərbçi, müəllim işləyir),cavabdehin nümayəndələri Məmmədov Səbuhi Taryel oğlunun (Gəncə şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquqşünas işləyir), İbadov İlqar Fəxrəddin oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası maliyyəçi, maliyyə xidmətinin rəisi işləyir), üçüncü şəxsin nümayəndəsi Qarayev Sahib Qara oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ehtiyatda olan polkovnik) iştirakı ilə, İddiaçı İsgəndər oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi göstərilməklə “əmək haqqının 25% artırılması və hüququnun yarandığı tarixdən ödənilməmiş məbləğin birdəfəyə ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İsgəndər oğlu cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə qarşı məhkəmədə iddia qaldıraraq ehtiyatda olan kapitan İİ qrup Qarabağ əlili İddiaçı əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 25 faiz artırılması və hüququ yarandığı, yəni 05.01.2005-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş məbləğin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsgəndər oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, 02.08.1991-ci ildən 17.06.1995-ci ilədək kursant, 17.06.1995-ci ildən 21.06.2002-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Xəstəliyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 21.06.2002-ci il tarixli, 0331 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. 05.11.2001-ci ildə hərbi hissənin düşmənlə tamas xəttində keçirilən monitorinq zamanı, minalanmış sahəni təmizləyərkən minanın partlaması nəticəsində yaralanmışdır, ona “Sağ baldırın aşağı 1/3-i səviyyəsində qopması, baldırın yuxarı 1/3-i səviyyəsində amputasiyası və reamputasiyası cərrahiyyə əməliyyatlarından sonrakı güdülü, bədənin çoxsaylı dəri çapıqları, xayaların zədələnməsinə görə aparılmış sol tərəfli orxektomoya, sağ xayanın hissəvi rezeksiyası cərrahi əməliyatından sonrakı vəziyyət, funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozu qoyulmuşdur. 04.02.2002-ci il tarixli, 161 nömrəli xəstəlik haqqında şəhadətnaməyə, N nömrəli hərbi hissə komandirinin 25.12.2001-ci il tarixli, 1436 nömrəli yaralanma haqqında arayışına əsasən xəsarəti “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 16 nömrəli zona TSEK-in 29.09.2003-cü il tarixli müayinə aktına əsasən iddiaçıya müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi müəyyən edilmişdir. İddiaçı 07 təqvim ili hərbi xidmət keçmişdir, Qarabağ Müharibəsi veteranıdır. 2005-ci ilin yanvar ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçivanski adına Hərbi Liseyinə tərbiyəçi-müəllim vəzifəsinə qəbul edilmiş və hal hazırda həmin vəzifədə işləyir. “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 nömrəli qərarının 5.4-cü bəndinə əsasən İ və İİ qrup əlillərin əmək haqqının 20-25% artırılması nəzərdə tutulmuşdur. Lakin iddiaçının əmək haqqının digər işçilərə nisbətən 20-25% artırılması hüququ cavabdeh tərəfindən 28.09.2018-ci ildən təmin edilmişdir, halbuki iddiaçının bu hüququ 29.09.2003-cü il tarixdən yaranmışdır. İddiaçı həmin hüququnun təmin edilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi məhkəmənin sərəncamını icra etməmiş, iddiaya dair etirazını təqdim etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən əlillərə digər işçilərə nisbətən əmək haqqı (tarif dərəcəsi) – 3-cü qrup əlillərə 10-15%, 1-ci və 2-ci qrup əlillərə 20-25% həcmində artırılır. İddiaçı əlilliyinə görə digər işçilərə nisbətən əmək haqqının (tarif dərəcəsinin) artırılması barədə 2005-ci ildən 2018-ci ilədək müddət ərzində hərbi liseyin kollektivinin razılığı olmamışdır və bu səbəbdən ona qeyd edilən artım ödənilməmşdir. Hərbi liseyin kollektivinin razılığı əsasında tərtib olunmuş 10.10.2018-ci il tarixli, 14 nömrəli protokola uyğun olaraq, İddiaçı əlilliyinə görə digər işçilərə nisbətən əmək haqqı (tarif dərəcəsi) 2018-ci ilin oktyabr ayından, işdən azad olunana, yəni 2019-cu ilin oktyabr ayına qədər 25 faiz (maksimum faiz) artımla ödənilmişdir. Eyni zamanda İddiaçı C.Naxçıvanski adına Hərbi liseydə işlədiyi zaman 2005-ci ildən 2018-ci ilədək müddət ərzində qeyd edilən artımın ona ödənilməsi barədə hərbi liseyin rəhbərliyinə müraciət etməmişdir. Bundan başqa, qanunvericilikdə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin üzürlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı tərəfindən Mülki Məcəllədə nzərdə tutulmuş 3 illik iddia müddəti də buraxılmışdır.Üçüncü şəxs göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri S.Məmmədov və İ.İbadov iddiaya etiraz edərək etirazlarını onunla əsaslandırmışlar ki, “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında “ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 nömrəli qərarının 5.4-cü bəndinə əsasən İ və İİ qrup əlillərin əmək haqqının 20-25 faiz artırılmasının təmin edilməsi yalnız əmək kollektivlərinin razılığı əsasında həyata keçirilir.Cavabdehin əmək kollektivinin 28.09.2018-ci il tarixli iclasının 12 nömrəli protokoluna uyğun olaraq 28.09.2018-ci ildən İ və İİ qrup əlillərə maaşlarının 25 faiz məbləğində artırılması və ödənilməsi qərara alınmışdır, həmin tarixdən də iddiaçıya müvafiq ödəniş edilmişdir. Əvvəlki dövrlər üçün isə əmək kollektivinin müvafiq qərarı olmadığından iddiaçıya ödənişlərin aparılması mümkün deyildir. Cavabdehin nümayəndələri S.Məmmədov və İ.İbadov iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi S.Qarayev üçüncü şəxsin iddiaya etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 030587 nömrəli, 07.06.2019-cu ildə verilmiş vəsiqəyə əsasən iddiaçı müddətsiz ikinci qrup əlildir. Əmək kitabçasının surətinə əsasən iddiaçı 07.01.2005-ci ildən 21.10.2019-cu ilə qədər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursun taqım komandiri, tərbiyəçi müəllim, rəhbər-tərbiyəçi işləmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 24 avqust 2020-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.1994-cü il tarixli, 185 nömrəli qərarının 5.4-cü bəndinə əsasən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15%, İ və İİ qrup əlillərin və sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25% artırılmasının təmin edilməsi yalnız əmək kollektivlərinin razılığı əsasında həyata keçirilir. Cəmşid Naxçıvanski adına Hərbi liseyin əmək kollektivinin 28.09.2018-ci il tarixli, 12 nömrəli protokoluna uyğun olaraq iddiaçıya 28.09.2018-ci il tarixdən vəzifə maaşının 25% məbləğində artırılaraq ödənilməsi qərara alınmışdır. Həmin tarixdən iddiaçıya müvafiq ödəniş aparılmışdır.Əvvəlki dövrlərdə əmək kollektivinin müvafiq qərarı olmadığından iddiaçıya ödənişin edilməsi mümkün olmamışdır. “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Həmkarlar İttifaqı Komitəsinin 10.10.2018-ci il tarixli, 14 saylı protokolu”ndan çıxarışa əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə işləyən əlillərin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 saylı qərarına əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İ, İİ qrup əlillərin əmək haqqının (tarif dərəcəsinin) 20-25%, İİİ qrup əlillərin əmək haqqının 10-15% miqdarında əlavə əmək haqqının ödənilməsi sözlərinin kollektiv müqaviləyə əlavə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 07.01.2005-ci ildən 21.10.2019-cu ilə qədər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursun taqım komandiri, tərbiyəçi müəllim, rəhbər-tərbiyəçi işləmişdir, iddiaçı həmin liseydə işləyən zaman Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Həmkarlar İttifaqı Komitəsinin 10.10.2018-ci il tarixli, 14 saylı protokolu ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə işləyən əlillərin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 saylı qərarına əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İ, İİ qrup əlillərin əmək haqqının (tarif dərəcəsinin) 20-25%, İİİ qrup əlillərin əmək haqqının 10-15% miqdarında əlavə əmək haqqı ödənilməsi sözlərinin kollektiv müqaviləyə əlavə edilməsi qərara alınmışdır və həmin qərar qəbul edildiyi vaxtdan işdən çıxana qədər iddiaçının əmək haqqına qərarda qeyd edilən əlavə ödənilmişdir.İddiaçı cavabdehə müraciət edərək həmin əlavənin 05.01.2005-ci il tarixdən, yəni hərbi liseyə işə qəbul olunduğu gündən hesablanaraq ona ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində göstərilir: İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının müdafəsi məqsədilə bir sıra normativ-hüquqi aktlar hazırlanaraq qəbul edilmişdir. Belə normativ-hüquqi aktlardan biri olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 185 №li, 10.05.1994-cü il tarixli qərarı ilə bazar iqtisadiyyatına keçid dövründə respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər şəraitində əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədi ilə, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqram” təsdiq edilmişdir. Həmin proqramla müəssisə və təşkilatlarda əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən İİİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına əsasən iddiaçının işlədiyi hərbi liseyin əmək kollektivinin 28.09.2018-ci il tarixli protokolunda ifadə edilmiş razılığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 185 №li, 10.05.1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqram”a uyğun olaraq əmək haqqında müvafiq əlavə hesablanaraq o işdən azad edilənə qədər ona ödənilmişdir, əvvəlki illərdə əmək kollektivinin belə bir razılığı olmamışdır.İddiaçı belə bir razılığın olması barədə məlumatı məhkəməyə bildirməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının hazırki iddia tələbinin əsasını onunla cavabdeh arasında mövcud olmuş əmək münasibətləri təşkil edir ki, həmin əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuşdur k, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Halbuki iddiaçı cavabdehə qarşı həmin müddət ərzində iddia ərizəsində göstərilən tələblə müraciət etməmişdir ki, bununla da iddiasında göstərilən tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan iddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiasının hüquqi əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı İsgəndər oğlunun “ehtiyatda olan kapitan İİ qrup Qarabağ əlili İddiaçı əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 25 faiz artırılması və hüququ yarandığı, yəni 05.01.2005-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş məbləğin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı İsgəndər oğlunun “ehtiyatda olan kapitan İİ qrup Qarabağ əlili İddiaçı əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 25 faiz artırılması və hüququ yarandığı, yəni 05.01.2005-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş məbləğin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar