Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1791/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq dərəcəli-2-ci dərəcə əlilliyin bərpa edilməsi (mahiyyət etibarilə 2-ci dərəcə əlilliyin təyin edilməsi) öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci il tarixdə Zəngilan rayonu Hərbi Komissarlıq tərəfindən X9 həqiqi hərbi xidmətə çağrılmışdır. 1990-cı il tarixdə X7 tərxis olmuşdur. 1992-ci il tarixdən 1994-cü il tarixədək Azərbaycan Ordusu sıralarında xidmət keçmişdir. N saylı hərbi hissənin tərkibində Dağlıq Qarabağ döyüş bölgəsində iştrak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə xəsarət almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2011-cü il tarixli, 427 saylı qərarına əsasən, ona “Sol qalça sümüyünün qanadı nahiyyəsinin kor güllə yaralanması,yumşaq toxumalarda yad cisim (güllə)”diaqnozu qoyulmuşdur.Hərbi Travmadır Azərbaycan Respublikası Müdafiəsi Zamanı Alınmışdır”. Ona 2012-ci il tarixdən 2016-ci il tarixləri arasında 1 il müddətində ikinci qrup əlillik təyin edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı cavabdeh tərəfindən xx.xx.2011-ci il tarixdən (Bud-çanaq oynağı və bud nahiyəsinin digər dəqiqləşdirilmiş travmaları. Bud-çanaq oynağı və bud səviyəsində digər sinirlərin travması. Bud sinirinin postravmatik neyropatiyası.Sol çanaq nahiyyəsində güllə yarası həmin nahiyyədə yad cism qeyd olunur.) diaqnozu qoyulmuşdur. Aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Əlilliyin müəyyən olunması meyarı ikinci dərəcə Bud-çanaq oynağı və bud səviyyəsində digər sinirlərin travması.Bud sinirinin postravmatik neyropatiyası qeyd olunmuşdur. Təkrar keçirilən qiymətləndirmə zamanı ona 5 il müddətində xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əlillik müddəti müəyyən olunmuşdur. 2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Dövlət səhiyyə müəssəsi tərəfindən rəsmiləşdirilmişm göndəriş natamam doldurulmuşdur. Əsas xəstəliyin səbəb əlaqəsi düzgün göstərilməmişdir.” nəticəsinə gəlinmişdir. Cavabdehin etirazı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 427 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol qalça sümüyünün qanadı nahiyyəsinin kor güllə yaralanması, yumsaq toxumalarda yad cisim (güllə)." diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı eşitmə probleminin olmasından, yuxuzluqdan, qıcolma tutmalarının olmasından şikayətlənmiş, anamnestik məlumatlarda epitutmanın xarakterini izah edə bilməmiş, epitutmaların olmasının təsiq edən instrumental müayinə sənədi təqdim etməmişdir. Obyektiv baxış zamanı sol qalça nahiyəsində çapıq müəyyən edilmiş, hərəki sınaqları normal icra etmiş, aşağı ətraflarda reflekslər canlı, ətraflarda iflic, parez qeyd olunmamışdır. Yanaşı olaraq ağıreşitmədən şikayətləndiyi üçün cavabdehdə xx.xx.2022-ci il tarixdə lor müayinəsi aparılmış, nəticə “Sağ qulaqda 75 dB-İV dərəcə, sol qulaqda 60-dB İİİ dərəcə neyrosenor ağıreşitmə qeyd edilir” kimi müəyyən olunmuşdur. Anamnestik məlumatlarda və əyani müayinənin nəticəsinə əsasən hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19796/2023 nömrəli qərarından görünür ki, iddiaçının əyani müayinəsi həyata keçirilmişdir. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı eşitmə probleminin olmasından, yuxusuzluqdan, qıcolma tutmalarının olmasından şikayətlənmiş, anamnestik məlumatlarda epitutmanın xarakterini izah edə bilməmiş, epitutmaların olmasının təsdiq edən instrumental müayinə sənədi təqdim etməmişdir. Obyektiv baxış zamanı sol qalça nahiyəsində çapıq müəyyən edilmiş, hərəki sınaqları normal icra etmiş, aşağı ətraflarda reflekslər canlı, ətraflarda iflic, parez qeyd olunmamışdır” kimi qeyd olunmuş, 2.5.20 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Sol qalça nahiyəsinin yaralanmasından sonrakı vəziyyət. Sol bud-çanaq oynadının lll/İV mərhələ koksatrozu. Sol diz oynağının qonartrozu. Sol bud-çanacı və diz oynağının kəskin kontrakturası. Dayaq hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması” diaqnozu araşdırılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsası ilə daxil olmuş, aşağı ətraflarında ağrı, hərəkət məhdudluğu, tez-tez yıxılması və eşitmə zəifliyindən şikayətlənmişdir. Müayinə zamanı sol qalçada ~2-3 sm dəri çapığı izlənilmiş, hər iki aşağı ətrafda dəri örtüyü adi rəngdə olmuş, tük örtüyü saxlanılmış, nisbi qısalıq aşkarlanmamışdır. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ inkişafı simmetrik olmuş, əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofıya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Təqdim olunmuş instrumental müayinə nəticəsinə əsasən (EMQ) bud sinirinin neyropatiyası təsdiq edilməmişdir. X6 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1043 nömrəli çıxarışında diaqnoz “Hərbi əməliyyatlar zamanı sol qalça nahiyəsinin odlu silah yaralanmasından sonrakı kobud çapıq toxuması. Qalca sümüyü qanadının vad cismi-qüllə. Sol bud-çanaq oynağının İİİ-İV mərhələ deformasiya edici artrozu. Kəskin kontrakturası (bükmə 120 dərəcə, uzaqlaşma 10 dərəcə). Sol diz oynağı kontrakturası (bükmə 110 dərəcə, acma 180 dərəcə). Sol bud sinirinin postravmatik neyropatiyası. Sol asaqı ətrafın parezi, dayaq hərəkət və yerisin pozulması, aqrı sindromu. Sonralar ağır eşitmə. Sol tərəfli qulaq tıxacı” kimi qeyd edilmişdir. X2 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sol qalça nahiyəsinin odlu silah yaralanmasından sonrakı vəziyyət. Qalça sümüyü qanadının yad cismi-qüllə. Sol bud-çanaq oynağının postravmatik koksartrozu, kontrakturası (bükmə 120 dərəcə, açma 140 dərəcə, uzaqlaşma 15 dərəcə). Sol diz oynağının artrozu. bükücü kontrakturası (bükmə 110 dərəcə). Yayılmış osteoxondrozu. Kəskin aqrı sindromu. Yerisin pozulması. Dayaq hərəkət funksiyasının pozulması. Ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Fonus Klinikasının xx.xx.2021-ci il tarixli BERA test müayinəsinin nəticəsi “İki tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsinin nəticəsi “Uzunsov beyin-pons lokalizasiyasında hipodens postişemik xaraklerli ocaq qeyd olunur. Sol alın-gicgah payında fokial isemik xarakterli ocaq qeyd olunur. Hər iki paraventrikullvar qliozisə xarakter ocaqlar qeyd olunur. Alın-gicgah paylarında subaraxnoidal sahədə genişlənmə izlənir. Gicgah paylarında kortikal atrofiya əlaməti izlənir” kimi qeyd edilmişdir. Təqdim etdiyi xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Bu elektrofizioloji müayinədə sol tibial peroneal sinirlər müayinə olundu. Müayinə zamanı peroneal sinir amplitudası cüzi kiçilmişdir. Tibial sinir amplitudası olduqca kiçik izlənildi. Sural potensialı izlənilmədi. F dalğası izlənilmədi. Sensori motor neyropativa lehinə (siatik sinir neyropatiyası, Postravmatik). İynə EMG zamanı əzələ vahidi müayinə oluna bilmədi (xəstə hərəkəti icra edə bilmədi)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli rmüayinəsinin nəticəsi “Sağ qulaqda İ dərəcəli ağır eşitmə (30 db), sol qulaqda normal eşitmə (20db) kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 tərəfindən verilmiş T 228/2024 saylı ekspert rəyində göstərilmişdir ki, “Məhkəmə Tibbi Ekspertizası və X5” X10 müalicə müəssisəsi olmadığından iddiaçının hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, onun istər qərardadın 1 və 2-ci bəndlərində, istərsə də, xx.xx.2022-ci il tarixli 2749003AAFMO (Forma TQS №088) saylı göndərişində qeyd edilən xəstəliklərdən əziyyət çəkməsini də inkar etmək olmaz. Belə ki, həmin xəstəliklər ona stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik və laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Xəstəliklər hazırda xroniki olduğundan onların nə reablitasiya, nə də əlavə müalicə (ixtisaslaşmış müalicəyə) yolu ilə tam aradan qaldırılması mümkün deyildir. Belə ki, uzun müddətli idman müalicəsi yalnız onun yüngülləşməsinə səbəb ola bilər. İddiaçıda olan xəstəliklər “Sol bud çanaq oynağının koksartrozu” xəstəliyinin patoloji vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022- ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında M16 kod altında nəzərdə tutulan “koksartroz (bud-çanaq oynağının artrozu)” və M17 kod altında nəzərdə tutulan “qonartroz (diz oynağının artrozu)” xəstəlikləri ilə eynilik təşkil etsə də, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər- hansı bir bəndini aid etməyə əsas vermir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20- F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). ... Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə icraatı zamanı xx.xx.2023-cü il tarixli qərardadla iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə” göstərilən xəstəliklərin əhatə dairəsində olubolmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani müayinəsinin aparılması üçün cavabdehə müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19796/2023 nömrəli qərarından görünür ki, iddiaçının əyani müayinəsi həyata keçirilmişdir. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, vətəndaş 01,08.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı eşitmə probleminin olmasından, yuxusuzluqdan, qıcolma tutmalarının olmasından şikayətlənmiş, anamnestik məlumatlarda epitutmanın xarakterini izah edə bilməmiş, epitutmaların olmasının təsdiq edən instrumental müavinə sənədi təqdim etməmişdir. Obyektiv baxış zamanı sol qalça nahiyəsində çapıq müəyyən edilmiş, hərəki sınaqları normal icra etmiş, aşağı ətraflarda reflekslər canlı, ətraflarda iflic, parez qeyd olunmamışdır” kimi qeyd olunmuş, 2.5.20 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İkinci dərəcəli əlilliyin təyin edilməsi ilə bağlı Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 tərəfindən verilmiş T 228/2024 saylı ekspert rəyində göstərilmişdir ki, “Məhkəmə Tibbi Ekspertizası və X5” X10 müalicə müəssisəsi olmadığından iddiaçının hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, onun istər qərardadın 1 və 2-ci bəndlərində, istərsə də, xx.xx.2022-ci il tarixli 2749003AAFMO (Forma TQS №088) saylı göndərişində qeyd edilən xəstəliklərdən əziyyət çəkməsini də inkar etmək olmaz. Belə ki, həmin xəstəliklər ona stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik və laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Xəstəliklər hazırda xroniki olduğundan onların nə reablitasiya, nə də əlavə müalicə (ixtisaslaşmış müalicəyə) yolu ilə tam aradan qaldırılması mümkün deyildir. Belə ki, uzun müddətli idman müalicəsi yalnız onun yüngülləşməsinə səbəb ola bilər. İddiaçıda olan xəstəliklər “Sol bud çanaq oynağının koksartrozu” xəstəliyinin patoloji vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022- ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında M16 kod altında nəzərdə tutulan “koksartroz (bud-çanaq oynağının artrozu)” və M17 kod altında nəzərdə tutulan “qonartroz (diz oynağının artrozu)” xəstəlikləri ilə eynilik təşkil etsə də, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər- hansı bir bəndini aid etməyə əsas vermir. Göründüyü kimi, ekspert rəyi ilə də, şəxsin əyani müayinəsi zamanı qeyd edilən daiqnozun təsdiqini tapmaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının göndərişdə qeyd olunan diaqnozu təsdiqini tapmadığından ona ikinci dərəcə əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1791/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1791/2024
11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver