Məhkəmə qərarları › İş №2-1(112)-1792/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1792/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1792/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Tı̇ bbi- Sosı̇ al Ekspert Komı̇ ssı̇ yasına qarşı “əlilliyin bərpa edilməsi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3-cü dərəcə əlilliyinin təyin edilməsi, əlilliyinin fasiləsiz olaraq 10 ili tamam olduğu vaxtdan etibarən ömürlük olaraq tanınması, həmin əlilliyə görə ödənilmiş pensiya ödənişinin kəsildiyi vaxtdan başlayaraq bərpa edilməsi, indiyə kimi ödənilməmiş məbləğlərin, o cümlədən 10.000 manat olaraq dəyərləndirdiyi mənəvi zərərin hesablanaraq tam olaraq ödənilməsi vəzifələrinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, müvafiq sənədlərə əsasən iddiaçı 1-ci qarabağ müharibəsində, döyüş əməliyyatlarında iştirak edərkən ağır yaralanmış, uzun müddət müalicə olunmuş, əmək qabiliyyətinin əsas hissəsini itirib deyə bu xroniki hal almış, sağlamlıq vəziyyəti 3-cü dərəcə əlil kimi rəsmiləşdirilmiş, 15 il ərzində müayinələrdən keçməklə fasiləsiz olaraq əlilliyi təsdiqlənmiş, aybaay fasiləsiz əlillik müavinəti almışdır. İndiyə kimi həmin xəsarətlərin əlamətləri və ağır fəsadları qalmış, onlar sağalmamış, əksinə sağlamlıq vəziyyəti getdikcə ağırlaşmış, digər başqa xəstəliklər qazanmış, əmək qabiliyyətini daha çox itirmişdir. Lakin bütün bunlara baxmayaraq, son dövrlərdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realbilitasiya Agentliyi tərəfindən əsassız və qanunsuz olaraq əlillik müavinəti dayandırılmışdır. Əslində isə iddiaçının vəziyyəti tibbi sənədlərə əsasən heç yaxşılaşmamış və mövcud sağlamlıq vəziyyətinə görə xəstəliyi xroniki formadan daha ağır formasına keçmişdir. İddiaçı dəfələrlə xəstəxanalarda qalmaqla müalicə olunmuş, lakin müalicələrin heç biri ağır sağlamlıq vəziyyətini yaxşılaşdıra bilməmişdir. İddiaçı hal-hazırda çox çətinliklə yaşayır, sağlamlıq vəziyyəti ağırdır. Çoxsaylı müraciətlərə və şikayətlərə cavabdeh tərəfindən lazımı qaydada baxılmamış və imtina məktubları göndərilmişdir. İddiaçının sonuncu müraciətinə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən 3-17-4/2-M-l3165/2024 saylı, xx.xx.2024-cü il tarixli imtina məktubu gəlmişdir. Həmin imtina məktubunda sadəcə, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən qeyd edilmiş diaqnozlar əlillik təyininə əsas vermədiyindən əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edildiyi qeyd edilmiş, lakin diaqnozun və uyğunsuzluğun nədən ibarət olduğu barədə məlumatlar verilməmişdir. İddiaçı hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyət: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılır ki, şəxs müraciət əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən şəxsin adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, şəxsə xx.xx.2005-ci il tarixdə müəyyən olunmuş üçüncü dərəcə əlillik sonuncu dəfə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən xx.xx.2016-cı il tarixdə avtomatlaşdırılmış qaydada 5 il müddətinə uzadılmışdır. Əlillik təyinatının əsassız olaraq deyil, müddətli olduğu üçün müddətinin başa çatdığı xx.xx.2021-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq qüvvədən düşmüş və əlilliyə görə sosial ödənişi dayandırılmışdır. xx.xx.2021-ci il tarixdən sonra dair X9 tərəfindən 2 göndəriş (0042003AACFM və R00023367JZP) rəsmiləşdirilmiş və hər 2 halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şəxs müraciət əsasında xx.xx.2021-ci və xx.xx.2023-cü il tarixlərdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra- Agentlik) Tibbi-sosial ekspert komissiyası tərəfindən qəbul edilmişdir. Keçirilən qəbulda sağlamlıq vəziyyəti obyektiv qiymətləndirilmiş və nəticədə əlillik təyinatına əsas verən patofunksional pozuntular (hərəkət məhdudiyyəti, parez, əzələ atrofiyası) aşkar edilmədiyindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Agentlikdə transtorakal exokardioqrafiya müayinəsinə cəlb olunmuş və müayinənin nəticəsi əlilliyin müəyyən olunmasına əsas verməmişdir. Əlavə olaraq bildirilir ki, qəbul zamanı təqdim dilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat X2 tibbi rəyində qeyd olunan diaqnoz (sağ ağciyərin fibrozkavernoz vərəmi, TDM (-), qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu) obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır.

5. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yazılı vəsatət təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "zərərin ödənilməsi" tələbinə dair iş üzrə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı X9nin xx.xx.2022-ci il tarixli göndərişi əsasında əyani müayinəsi həyata keçirilməklə baxılmış və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. Lakin iddiaçı həmin tarixdən etibarən xx.xx.2024-cü ilədək barəsində qəbul edilmiş qərarı mübahisələndirməmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi ilə bağlı qərardad qəbul etməyinizi xahiş edilir.

6. TSEK-Müayinələr: - xx.xx.2005-ci il tarixində güllə yaralanmasından sonra sol bud sümüyünün burmalararası çox qəlpəli q/düzgün bitişmiş sınığı, sol aşağı ətrafın 3 sm qısalığı və funksiya pozğunluğu diaqnozun mətni ilə 1 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik (2.3.9. budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı) təyin edilmişdir. - xx.xx.2014-cü il tarixində güllə yaralanmasından sonra sol bud sümüyünün burmalararası çox qəlpəli q/düzgün bitişmiş sınığı sol aşağı ətrafın 3 sm qısalığı və funksiya pozğunluğu diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (2.3.1. bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları) təyin edilmişdir. - xx.xx.2015-ci il tarixində güllə yaralanmasından sonra sol bud sümüyünün burmalararası qəlpəli qeyri-düzgün bitişmiş sınığı sol aşağı ətrafın BSM qısalığı və funksiya pozğunluğu diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: güllə yaralanmasından sonra bud sümüyünün burmalararası qəlpəli qeyri-düzgün bitişmiş sınığı) təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində güllə yaralanmasından sonra sol bud sümüyünün burmalararası qəlpəli qeyri-düzgün bitişmiş sınığı sol aşağı ətrafın BSM qısalığı və funksiya pozğunluğu diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: güllə yaralanmasından sonra bud sümüyünün burmalararası qəlpəli qeyri-düzgün bitişmiş sınığı) təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində burmadan keçən sınıq, odlu silahla yaralanmadan sonra sol bud sümüyünün burmalararası çox qəlpəli qeyri-düzgün bitişmiş sınığı. ETTOİ-nini 9712/4093 N-li xx.xx.2021 tarixli arayışına və MHK 235 N-li xx.xx.2005 tarixli qərara əsasən oynaqların kontrakturası, sol bud-çanaq oynağının yaxınlaşdırıcı açıcı bükücü kəskin kontrakturası (uzaqlaşdırıcı 25 dərəcə, açma 10 dərəcə, bükmə 145 dərəcə). əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, funksiyanın pozulması diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir. - xx.xx.2021-ci il tarixində burmadan keçən sınıq, odlu silahla yaralanmadan sonra sol bud sümüyünün burmalararası çox qəlpəli qeyri-düzgün bitişmiş sınığı. ETTOİ-nini 9712/4093 N-li xx.xx.2021 tarixli arayışına və MHK 235 N-li xx.xx.2025 tarixli qərarına əsasən diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində burmadan küçən sınıq, odlu silah yaralanmasın əsasən sol bud sümüyünün burmalar arası çox qəlpəli qeyri-düzgün bitişmiş sınığı, ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, ağ ciyərlərin infiltrativ vərəmi, qanhayxırma ilə fəsadlaşma, dəqiqləşdirilməmiş ikncili hipertenziya, ÜİX, hipertoniya xəstəliyi İİ mərhələ diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli Protokola əsasən Bakı şəhəri, Qaradağ rayon sakini İddiaçı (FİN: xxxxxxx) xx.xx.2015-cı il tarixdə Tibbi-sosial ekspert komissiyası tərəfindən "Güllə yaralanmasından sonra bud sümüyünün burmalararası gəlpəli qeyri-düzgün bitişmiş sınığı. Sol asadı ətrafın qısalığı və funksiya pozğunluğu ilə* diaqnozu ilə təkrar müayinə olunmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 (bir) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən üçüncü dərəcə əlillik müddəti xx.xx.2021-ci il tarixədək avtomatlaşdırılmış qaydada 5 (beş) il müddətinə uzadılmışdır. Növbəti dəfə İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 00420Q3AACFM nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və müalicəsinin davam etdirilməsi barədə qərar verilmişdir. Həmin qərardan narazı qalan vətandaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 235 nömrəli Qərarda verilmişdir. Həmin qərarda “Sol bud sümüyünün burmalararası çoxqəlpəli yerdəyişmiş sınığı, güllə yaralanmasından sonrakı vəziyyət" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Burmadan keçən sınıq. Odlu silahla yaralanmadan sonra sol bud sümüyünün burmalararası çox gəlpəli qeyri-düzgün bitişmiş sınığı. ETTOl-nini 9712/4093 N-li xx.xx.2021 tarixli arayışına və MHK 235 N-li xx.xx.2005-ci il tarixli qərarına əsasən, Sol bud-çanaq oynağının yaxınlaşdırıcı-açıcıbükücü kəskin kontrakturası (uzaqlaşdırıcı 25 dərəcə, açma 10 dərəcə, bükmə 145 dərəcə) əzələ atrofiyası. daimi ağrı. daimi ağrı sindromu. Funksiyanın pozulması. Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi. Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri, anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Yaralanmaya uyğun çapıq toxumalar qeyd olunsa da, ətrafların və oynaqların funksional pozuntusu qeyd olunmur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 2127/2023 nömrəli Qərarına əsasən Bakı şəhər sakini xx.xx.1963-cü ii təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 235 nömrəli Qərarda verilmişdir. Həmin qərarda “Sol bud sümüyünün burmafararası coxaəlDəli verdəvismis sınıäı. aüllə yaralanmasından sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, aşağı ətraflarda ağrıdan şikayətlənmişdir. Müayinə zamanı auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02) 97 %, nəbzi 97 vurğu, tənəffüs sayı 16, arterial təzyiqi 160/90 mm.cc.s müəyyənləşdirilmiş, xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Sol budun yuxarı 1/3-də çapıq toxuma, sol döş qəfəsinin ön səthində torakotomiya əməliyyatına müvafiq yumşaq toxuma çapığı izlənilmiş, aşağı ətraflarda hərəkətlər sərbəst qeyd olunmuş, atrofiya, parez, iflic izlənilməmişdir. Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun PHŞ xx.xx.2022-ci il tarixli ********* nömrəli Arayışda qeyd olunmuş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X2 xx.xx.2023-cü il tarixli Tibbi rəydə diaqnoz uSaä aäcivərin fibroz-kavemoz vərəmi. TDM (-) mənfi. Qarısıq tipli əhəmiyyətli ventilvasiva pozäunluäu. Ağ ciyərlərin xroniki obstnıktiv xəstəliyi, orta ağır oedisli” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X2 xx.xx.2023-cü il tarixli 44 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarısıq tipli kəskin əhəmiyyətli ventilyasiva pozğunluğu qevd olunur. Generalizə olunmuş bronxobstruksiya. FVC: 58%. FEV1:48%" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəcivin şistola-diastolik ölçüləri bövüməvib. diastolik funksiva relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qevd olunur, ön lateralın midi hiookinetikdir. sistolik funksiya azalmayıb (LVEF=57%). Aortaİ və Mitral qapaqlar fibrokalsifikdir. Min MR. Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

11. İddia tələbindən görünür ki, iddiaçının tələbi əlilliyin bərpa edilməsidir.

12. İPM-in 52-ci maddəsinə əsasən, çəhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

13. İddiaçı əlilliyinin bərpa edilməsini tələbini irəli sürsə də, həmin tələb iddiaçının hüquqi marağına uyğun olaraq əlilliyin (təkrar) təyin olunması ilə mümkündür.

14. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

16. Hazırki iddia məcburetməyə dair iddiadır.

17. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

19. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

20. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

21. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X5rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X6rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

23. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

24. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

25. Məhkəmə nəzərə alır ki, iş materiallarına əlavə olunmuş TSEK-müayinələrdən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində burmadan keçən sınıq, odlu silahla yaralanmadan sonra sol bud sümüyünün burmalararası çox qəlpəli qeyri-düzgün bitişmiş sınığı. ETTOİnini 9712/4093 N-li xx.xx.2021 tarixli arayışına və MHK 235 N-li xx.xx.2005 tarixli qərara əsasən oynaqların kontrakturası, sol bud-çanaq oynağının yaxınlaşdırıcı açıcı bükücü kəskin kontrakturası (uzaqlaşdırıcı 25 dərəcə, açma 10 dərəcə, bükmə 145 dərəcə). əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ atrofiyası. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, funksiyanın pozulması diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir.

26. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddaçı İddiaçı xx.xx.2021-ci il tarixdən sonra xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə də əyani müayinədə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2127/2023 nömrəli Qərarına əsasən İddiaçı münasibətdə Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

27. Məhkəmə qeyd edir ki, iddiaçı ona ilkin imtinanın verildiyi vaxtdan (eləcə də əlilliyin (təkrar) təyin edilməsini tələb etdiyi vaxtdan) təxminən 03 il 03 ay sonra, əlilliyin təyin edilməsindən imtina olunması barədə qərarın qəbul edilməsindən 01 il 02 ay sonra məhkəməyə şikayət etmişdir. Qeyd edilən müddətlərin üzrlü hesab edilməsini əsaslandıran hər hansı hal məhkəməyə bildirilməmişdir.

28. Məhkəmə qeyd edilən müddətdə iddiaçını iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir.

29. Odur ki, məhkəmə tərəfindən iddiaçıya yeni göndərişin (forma 88 arayışın) tərtib edilməsi üçün səhiyyə müəssisəsinə yenidən müraciət edilməsi təklif edilmiş və bununla bağlı olaraq məhkəmə iclası təxirə salınmışdır (halbuki iddiaçı məhkəmə iclasında müraciət etmək istəmədiyini bildirmişdir). Lakin növbəti məhkəmə iclasında iddiaçı yeni göndərişin (forma 88 arayışın) tərtib edilməsi üçün səhiyyə müəssisəsinə müraciət etdiyini, lakin ona tibbi göndərişin verilməsindən imtina edildiyini bildirilmişdir.

30. Odur ki, iddia mümkün sayılmamalıdır.

31. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq göndərişin tərtib edilməsi üçün səhiyyə müəssisəsinə (yenidən) müraciət edə, həmin göndərişin verilməsindən imtina edildiyi təqdirdə səhiyyə müəssisəsinə qarşı, həmin göndəriş əsasında Dövlət Tibbi- Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası tərəfindən müvafiq təyinat aparılmasından imtina edildiyi təqdirdə, iddiaçı yuxarıda qeyd edilən müddətlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə müraciət etməkdə haqlıdır.

32. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

34. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar