Məhkəmə qərarları › İş №2-1(112)-1793/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1793/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1793/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı vonun nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 2-ci qrup əlilliyinin fasiləsiz olaraq 10 ili tamam olduğu vaxtdan etibarən ömürlük olaraq tanınması, həmin əlilliyə görə ödənilmiş pensiya ödənişinin kəsildiyi vaxtdan başlayaraq bərpa edilməsi, indiyə kimi ona ödənilməmiş məbləğlərin, o cümlədən 10.000 manat olaraq dəyərləndirdiyi mənəvi zərərin hesablanaraq tam olaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi- Sosial Ekspert Komissiyasının cavabdehlər sırasından çıxarılmasını və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş əlillik dərəcəsinin təyin edilməsindən imtina barədə 28 avqust 2023-cü il tarixli qərarın ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmək kitabçasında olan müvafiq qeydlərə, mövcud, o cümlədən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Realbilitasiya Xidmətinə də təqdim olunan sənədlərə əsasən iddiaçı 18 il Bakı Metropolitenində çalışmış və işlədiyi vaxtda, iş rejimi ağır olduğuna görə, bədənimin yoğun bağırsağında ağır dərəcəli “kolit” adlı və sair xəstəliklər yaranmış, sonra həmin xəstəlik “xroniki kolit’’ formasına keçmiş, TSEK-in qərarına əsasən ona 2-ci qrup əlillik verilmiş, fasiləsiz olaraq 10 ildən artıq, yəni o, 12 il ərzində davamlı olaraq 2-ci qrup əlil kimi pensiya almışdır, lakin xeyli müddət bundan əvvəl əsassız və qanunsuz olaraq əlilliyi həmin TSEK-in qərarına əsasən, guya vəziyyətinin ağır olmadığı “əsas”ı ilə xitam verilmişdir. İddiaçı hesab edir ki, bu hal onun hüquqlarının pozulmasına səbəb olmuş, cavabdeh düzgün qiymətləndirmə aparmamışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə Bakı 23 nömrəli Şəhər Poliklinikasının “Dəqiqləşdirilməmiş xoralı kolit. Qeyri spesifik xorali kolit. Tez-tez qanaxma ilə.” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə “ilkin” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıdan sonra, vətəndaşın sonuncu müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli Z00125004XJV nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri qarında olan sancılı ağrılardan, gündə 10-15 dəfəyə qədər qanlı nəcis ifrazından, nəciz saxlaya bilməməkdən, ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq uzun müddətdir xəstə və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X6 xx.xx.2023- xx.xx.2023-cü il tarixli 2694 nömrəli epikrizinə əsasən diaqnoz “Xoralı kolitin kəskinləşməsi, aktiv faza. Qanaxma ilə ağırlaşma, İİ dərəcə. Xroniki anemiya. Yoğun bağırsağın polipozu. Daxili babasil.” şəklində göstərilsə də, (həmin epikrizdə) orada əldə edilmiş qanın ümumi analiz nəticələri əsasında qanda “Hemoqlobin” miqdarı 12.7 (on iki tam onda yeddi) g/dL müəyyən edilmiş, bu da tibbi sənədin doğruluğunda şübhə yaratmışdır. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), boy 166 sm, çəki 71 kq, BKİ (bədən kütlə indeksi) = 25,8 (iyirmi beş tam onda səkkiz), dili nəm, ərpli, qarnı gərgin, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, əlillik təyinatına əsas verən bədən kütlə defisiti və heç bir patofunksional pozuntu müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa aparılmış qanın ümumi analizinin nəticələrinə əsasən qanda “Hemoqlobin” miqdarı 13.1 (on üç tam onda bir) kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən “Anemiya” aşkarlanmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli Z00125004XJV nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Müayinə məlumatlardan görünür ki, iddiaçıya: xx.xx.2018-ci il tarixdə “Dəqiqləşdirilməmiş xoralı kolit. Qeyri spesifik xorali kolit. Teztez qanaxma ilə” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. “X8” tərəfindən tərtib edilmiş C 2694 saylı xəstəlik tarixindən görünür ki, o, 15.07xx.xx.2023-cü il tarixlərdə Mərkəzdə XBT 10 kodu üzrə “Əsas xəstəlik: Z02.7, K51.0-xorali kolitin kəskinləşməsi aktiv faza. Ağırlaşmalar: K92.2-qanaxma ilə ağırlaşma İİ dərəcə. Yanaşı xəstəliklər: D 53.9-xroniki anemiya; K51.4-yoğun bağırsağın polipozu; T84.2-daxili babasil” kliniki diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Cavabdeh tərəfindən canlı müayinəyə dair təqdim olunmuş məlumatdan görünür ki, iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 26 sentyabr 2024-cü il tarixli, 3-17-4/3-1-21112/2024 nömrəli qərarına əsasən iddiaçının əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında 2 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Bakı 23 nömrəli Şəhər Poliklinikasının “Dəqiqləşdirilməmiş xoralı kolit. Qeyri spesifik xorali kolit. Tez-tez qanaxma ilə.” diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi xəstəlik səbəbindən 5 (beş) il müddətinə ikinci dərəcə “ilkin” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıdan sonra, vətəndaşın sonuncu müraciəti əsasında Bakı Baş Səhiyyə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli Z00125004XJV nömrəli göndəriş rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında, DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri qarında olan sancılı ağrılardan, gündə 10-15 dəfəyə qədər qanlı nəcis ifrazından, nəciz saxlaya bilməməkdən, ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq uzun müddətdir xəstə və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, X6 xx.xx.2023- xx.xx.2023-cü il tarixli 2694 nömrəli epikrizinə əsasən diaqnoz “Xoralı kolitin kəskinləşməsi, aktiv faza. Qanaxma ilə ağırlaşma, İİ dərəcə. Xroniki anemiya. Yoğun bağırsağın polipozu. Daxili babasil.” şəklində göstərilsə də, (həmin epikrizdə) orada əldə edilmiş qanın ümumi analiz nəticələri əsasında qanda “Hemoqlobin” miqdarı 12.7 (on iki tam onda yeddi) g/dL müəyyən edilmiş, bu da tibbi sənədin doğruluğunda şübhə yaratmışdır. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi adi olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 70 vurğu), boy 166 sm, çəki 71 kq, BKİ (bədən kütlə indeksi) = 25,8 (iyirmi beş tam onda səkkiz), dili nəm, ərpli, qarnı gərgin, göbəkətrafı və epiqastral nahiyədə ağrısız izlənilmiş, əlillik təyinatına əsas verən bədən kütlə defisiti və heç bir patofunksional pozuntu müşahidə edilməmişdir. xx.xx.2024-cü il tarixində DTSERA-da vətəndaşa aparılmış qanın ümumi analizinin nəticələrinə əsasən qanda “Hemoqlobin” miqdarı 13.1 (on üç tam onda bir) kimi qiymətləndirilmiş, əlillik təyinatına əsas verən “Anemiya” aşkarlanmamışdır. Nəticədə dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən xx.xx.2023-cü il tarixli Z00125004XJV nömrəli göndərişində göstərilmiş əsas diaqnozun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmaları aparılmış müayinələr nəticəsində təsdiqini tapmadığından “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2025-ci il tarixli, T232/2025 saylı rəyinə əsasən vətəndaş iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Xoralı kolit kəskinləşməsi aktiv faza” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edildiyindən və xroniki olduğundan ona hazırda da rast gəlinir. Qərardadın 2-ci bəndindəki sualların həlli meyarlara aid olduğundan onların həlli məhkəmə tibbi ekspertinin deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsindən imtina barədə qərarın ləğv edilməsinə və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). İşdən göründüyü kimi iddiaçıya sonuncu dəfə verilmiş tibbi göndərişdə qoulmuş diaqnoz “Xoralı kolit kəskinləşməsi aktiv faza” olmuşdur. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd oluna “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. Həmin “Xoralı kolit kəskinləşməsi aktiv faza” diaqnozu göndərişin verildiyi tarixdə “Meyarlar”ın qüvvədə olmuş redaksiyasında nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduğu halda şəxsə əlillik təyinatına səbəb ola bilər: 3.3.1 Xoralı kolit – K51 3.3.1.1 həzm funksiyasının mülayim pozulması – xəstəliklərin orta ağır təzahürü, teztez ishal (gündə 4-6 dəfə), İİ dərəcə (BKİ 16,0-17,5) qidalanma çatışmazlığı ilə (zülalenerji çatışmazlığı) 3.3.1.2 həzm funksiyasının qabarıq pozulması – xəstəliklərin ağır təzahürü, tez-tez gündəlik ishal (gündə 7-10 dəfə, o cümlədən gecə), qabarıq dərəcəli anemiya, İİİ dərəcə (BKİ 16,0-dan az) qidalanma çatışmazlığı ilə (zülal-enerji çatışmazlığı) Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarına dair ekspert rəyində iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsi istisna olunmur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 ekspert rəyində iddiaçıda “Xoralı kolit kəskinləşməsi aktiv faza” diaqnozunun istina edilmədiyi bildirilmişdir. Lakin, ekspert rəyində həmin xəstəlyin əlillik təyinatına əsas verən ağırlaşmalara səbəb olub-olmamasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Bundan başqa Məhkəmə bildirir ki, iddiaçıya qoyulmuş “Xoralı kolit, kəskinləşmə, aktiv faza” diaqnozu hazırda qüvvədə olan Əlilliyin müəyyən olunması meyarlarının 3.3-cü bəndində nəzərdə tutulmuş “Qeyri-infeksion enterit və kolit” xəstəliyi çərçivəsində qiymətləndirilir. Qeyd edilməlidir ki, hər iki hal tibbi baxımdan "kolit" diaqnozu kimi eyni patologiyanın müxtəlif formalarıdır. Bundan əlavə, iddiaçıya Forma 088 arayışı verildiyi tarixdə də meyarlarda “Xoralı kolit” konkret olaraq “Qeyri-infeksion enterit və kolit” bölməsi altında göstərilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının bu xəstəlikdən əziyyət çəkməsi müvəqqəti xarakter daşımır, davamlı və xroniki patoloji proseslə müşahidə olunur. Əvvəlki tibbi sənədlər və göndərişdən də göründüyü kimi, iddiaçıya daha əvvəl də məhz “Qeyrispesifik xoralı kolit” diaqnozu əsasında əlillik təyin edilmişdir. Bu isə göstərir ki, xəstəliyin patoloji axını davam edir və geriləmə müşahidə edilmir. Belə olan halda, cavabdeh tərəfindən eyni diaqnoz əsasında əvvəlki dövrlərdə əlillik təyin olunmasına baxmayaraq, hazırda “diaqnozun əlilliyin təyini üçün əsas vermir” arqumenti ilə imtina edilməsi əsassız olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş əlillik dərəcəsinin təyin edilməsindən imtina barədə 28 avqust 2023-cü il tarixli qərar ləğv edilsin və İddiaçı əlillik dərəcəsi təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar