Məhkəmə qərarları › İş №2-1(112)-1794/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1794/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1794/2025 03.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh DSMF-nun tabeliyində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilməsi barədə xx.xx.2023-cü il tatxli 3-17-1/2-A- 235157/20023 saylı məktubla imtinasının əsassız hesab edilməsi, xx.xx.1978-xx.xx.1982ci illər əyani təhsil müddətinin, xx.xx.1996- xx.xx.2000-ci il və xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlərin təqdim etdiyi arayışlara əsasən sosial sığorta stajı hesab edilməsi və onun üzərinə ona 60 yaşı tamam olan gündən yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə rayon Məhkəməsinə müraciət etmək üçün iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizə ilə müraciət etdi. Bakı İnzibati Məhkəməsinin 19.04.204-cü il tarixli 2-l(112)-3492/2024 saylı Qərardadı ilə sənədlərim geri qaytarıldı. “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizə ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-4191/2024 saylı Qərardadı ilə ərizəsi geri qaytarılmışdır. Qərardadda qeyd edilir ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alinmaması brədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibari məhkmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ona görə də təkrar Bakı İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. O xx.xx.1963-cü il tarixində anadan olmuşdur. xx.xx.2023-cü il tarixinə kimi 25 ildən cox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə ona 60 yaşı tamam olan gündən yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nun Xüsusi Şərtlərlə fəyinat üzrə Mərkəzi Filialına bütün tələb olunan sənədləri təqdim etdi, Lakin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filial xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-235157/20023 saylı cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İnzibati Orqanın cavab məktubunda göstərilir ki, "Mərkəzi Filiala təqdim etdiyi "Azərnəqliyytyoltikinti'' ATSC-nin 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2002-ci il tarixli 24/K nömrəli arayışında xx.xx.1996- xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin dartıcı gəmisində və 518 saylı Tikinti Quraşdırma Qatarı məssisəsinin xx.xx.2007-ci il tarixli İİ nömrəli arayışında xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində mexannik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən dövr ərzində işlədiyi müəssisədə iş həmçinin az olması səbəbindən işçilərin uzun müddətə öz hesabına məzuniyyətdə olduğu və hal-hazırda idarənin fəaliyyətinin olmadığı, həmçinin müəssisədə işçilərə dair heç bir sənədin saxlanılmadığı müəyyən edilib. Eyni zamanda xx.xx.2007-ci il tarixli 11 nömrəli arayışın T-2 şəxsi işi və əmrlər kitabı əsasında tərtib edildiyi qeyd edilsə də, araşdırma zamanı həmin sənədlərin hal-hazırda mövcud olmadığı müəyyən edilib. Göstərilən sbəblərdən də ümumi iş stajı 25 ildən az (16.il 9 ay 7 gün (xx.xx.1983-xx.xx.1996-cı il, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər) təşkil edir.Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, İnzibati Orqanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinasının ümumi iş stajı 27 ildən cox olduğuna görə əsassız hesab edilməsi, xx.xx.1978-xx.xx.1982-ci illər əyani təhsil müddətinin, xx.xx.1996-xx.xx.2000-ci il və xx.xx.2003-xx.xx.2006-cı il arasındakı dövrlərin sosial sığorta stajı hesab edilməsi və onun üzərinə mənə 60 yaşı tamam olan gündən yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Dövlət Dəniz Akademiyası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 038 saylı arayışında xx.xx.1978-xx.xx.1982-ci illərdə əyani təhsil aldığı qeyd edilməsinə baxmayaraq cavabdeh İnzibati Orqan həmin dövrləri də sosial sığorta stajı hesab etməyərək ümumi iş stajıma daxil edilməməsi əsassız və qanunsuzdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştlişərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-11077/2024 nömrəli inzibati iş vardır. İcraatda olan 2-1(112)-11077/2024 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etiraz təqdim edilir. İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizəçinin müraciətinə baxılaraq əlavə olunmuş sənədlərə əsasən onun ümumi iş stajının qanunla tələb olunandan (25 il) az olduğundan (16 il 09 ay 07 gün), həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 15530,70 manat Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş "xxxx" ATSC-nin 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin xx.xx.2002-ci il tarixli 24/k nömrəli arayışında xx.xx.1996-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin dartıcı gəmisində və 518 saylı Tikinti Quraşdırma Qatarı müəssisəsinin xx.xx.2007-ci il tarixli 11 nömrəli arayışında xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən dövr ərzində işlədiyi müəssisədə iş həcminin az olması səbəbindən işçilərin uzun müddətə öz hesabına məzuniyyətdə olduğu və hal-hazırda idarənin fəaliyyəti olmadığı, həmçinin müəssisədə işçilərə dair heç bir sənədin saxlanılmadığı müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2007-ci il tarixli 11 nömrəli arayışın T-2 şəxsi işi və əmrlər kitabı əsasında tərtib edildiyi geyd edilsə də, araşdırma zamanı həmin sənədlərin hal-hazırda mövcud olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar "Azərnəqliyyatyoltikinti” ATSC-nin xx.xx.2023-cü il tarixli birgə Aktları ilə təsdig edilmişdir. Göstərilən səbəblərdən də İddiaçı ümumi iş stajı 25 ildən az (16 il 9 ay 7 gün (xx.xx.1983-xx.xx.1996-cı il, xx.xx.2000xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmin dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının 19 iyul 1994-cü il tarixli Qanunun 29-cu maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Qanununun “Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər” adlanan 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri, habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. İstinad olunan müvafiq normalarda ödənişsiz məzuniyyətlərin növləri göstərilməsinə baxmayaraq, müəssisənin istehsal fəaliyyətinin azalması ilə bağlı olaraq işçiyə ödənişsiz məzuniyyətin verilməsi imkanı və ya belə bir məzuniyyət növü nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə, işçilərin məzuniyyət hüquqları aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti; təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ödənişsiz məzuniyyət. İstinad olunan Məcəllənin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.Həmçinin, həmin Məcəllənin 130-cu maddəsinə əsasən, işçilərin xahişi ilə və işəgötürənin razılığı ilə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək; 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 təqvim gününədək və s. hallarda ödənişsiz məzuniyyətlər verilir. Əmək Məcəlləsinin 146-cı maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin məcəllənin 169-cu maddəsinə görə boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (102)-1597/2023 nömrəli qərarında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinə istinadən diqqətə çatdırılıb ki, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. işin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Həmçinin məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçının ümumi iş stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ganunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina ganunauyğun olmuşdur. Yuxarıda geyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutarag məhkəmədən İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-11077/2024 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(008)-4191/2024 saylı qərardadı ilə İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, İddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumu özünə qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-A-235157/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununu (Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlər yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda xx.xx.2007-ci il tarixli 11 nömrəli arayışın T-2 şəxsi işi və kitabı əsasında tərtib edildiyi qeyd edilsə də araşdırma zamanı həmin sənədlərin hal-hazırda mövud olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar “Azərnəqliyyatyoltikinti ATSC-nın xx.xx.2023-cü il tarixli birgə aktları ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də sizin ümumi iş stajınız 25 ildən az (16 il 9 ay 7 gün (xx.xx.1983xx.xx.1996-cı il, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə ki, hazırda əmək pensiyasından məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir, hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq məbləğindən az olmayan pensiya təminatı üçün fərdi uyğun olaraq 40320,00 hesablandığı halda, fərdi hesabına sığorta hissəsində qeydə alınan pensiya kapitalı 15530.70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-38914/2024 saylı xidməti məktubundan görünür ki, Nazirliyin xx.xx.2023-cü il tarixli 3-17/3-1-21855/2023 nömrəli xidməti məruzəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ müəyyənləşdirilərkən “Qazanılmış hüquq” konsepsiyası tətbiq edilməklə, xx.xx.2006-cı il tarixədək əyani təhsil dövrünün Dövlət Sosial Müdafiə Fondu tərəfindən ümumi sığorta (əmək) stajına daxil edilir. Belə ki, "xxxx" QSC Azərbaycan Dövlət Dəniz Akademiyası tərəfindən verilmiş arayışa əsasən X1 xx.xx.1978-xx.xx.1982-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində əyani təhsil almışdır. Sahib Allahverdiyevin təhsil aldığı illəri staja daxil etməklə onun ümumi iş stajı 21 il 4 gün olmaqla (xx.xx.1978xx.xx.1982-ci il (əyani təhsil), xx.xx.1983-xx.xx.1996-cı il, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin 24/2 saylı xx.xx.2002-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1996-cı ildə 94/k saylı əmrə əsasən 3 №-li Üzən Tikinti, Quraşdırma Dəstəsinə məxsus “MB-6082” darticı gəmisinə 2-ci mexanik vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə 48/k №-li əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 891 №li xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin bazasında "xxxx" X11 Cəmiyyəti yaradılmışdır. (Struktur bölməsi olan 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsi də daxil olmaqla). Azərbaycan Respublikası"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarının 11 nömrəli xx.xx.2007-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2003-cü ildən (Əmr № 44/k. xx.xx.2003) xx.xx.2006-cı il tarixədək (Əmr № 02/k xx.xx.2006) 518 saylı Tikinti Quraşdırma Qatarında mexanik vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 №-li xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin bazasında "xxxx" X11 Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli 14-2/2-A- 441-1/2023-2356 saylı arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən İddiaçı iş stajı aşağıdakı kimidir:X9 Ticarət istehsalat Müəssisəsinin haqq-hesab cədvəllərinə əsasən xx.xx.2000-ci ildə (əmr № 86) 1 saylı mərkəzi anbara 5-ci dərəcəli təchizatçı peşəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixli 100 №-li əmrə əsasən 7 saylı mağazaya 6-cı dərəcəli ekspeditor peşəsinə keçirilmiş, 01 09.2003-cü il tarixli 102-k №-li əmrlə 01,09.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "a” bəndinə əsasən, öz xahişi ilə tutduğu peşədən azad olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli 13-3-2/3- 9-189/2023 saylı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixində X12 Donanmasının "Alatau gəmisinə 4-cü mexanik vəzifəsinə (17 01 1983-cü iİ tarixli 16k/s nömrəli əmr) işə qəbul edilmişdir xx.xx.1984-cü il tarixində həmin gəmiyə 3-cu mexanik vəzifəsinə xx.xx.1984-cü ıl tarixli 24-k/s nömrəli əmr) keçirilmişdir O, xx.xx.1984-cu il tarixindən X3”, "Nefteqaz-11”. "Vixr-8", ‘K.Kommunist", Nefteqaz-30 gəmilərində 2-ci, 3-cü mexanik və böyük mexanik vəzifələrində işləmişdir xx.xx.1996-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-cı bəndinə əsasən (öz xahişinə) (xx.xx.1996-cı ıl tarixli 379-k/s nömrəli) işdən azad edilmişdir. Onun tutduğu vəzifələr üzən heyətə və işlədiyi gəmilər XDND-nın gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmilər yardımçı-xidmət gəmiləri xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə muvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 01 2007cü il tarixli 12 №-li qərar ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ; istehsalatların peşələrin vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin 21.2 b yanmbəndı, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə qüvvədən duşmuş xx.xx.1993-cü ıl tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin siyahısının 28cı bəndinin (Nəqliyyat) 28.3 "1' yarımbəndi ilə müəyyən əsasən əmək şəraitinə görə (Üzən heyət - kod 23003010 ) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Azərbaycan Respublikasının Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-nin xx.xx.2023-cü il tarixli 038 nömrəli arayışından görünür ki, X2 həqiqətən xx.xx.1978-xx.xx.1982-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində əyani formada təhsil almışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-1479/2024 saylı məktubdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarı və 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin dövlət qeydiyyatı barədə müraciətə (AVİS qeydiyyatı: xx.xx.2024cü il tarixli **********336900 nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildirilir ki, dövlət reyestrində "Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarının (VÖEN **********) xx.xx.1995-ci il tarixdə D-3166 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi, əsas fəaliyyətinin "Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” olması, vəziyyəti aktiv olan "Azərnəqliyyatyoltikinti” Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin (VÖEN **********) xx.xx.1996-cı il tarixdə D-1500 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi və əsas fəaliyyətinin “Yaşayış və qeyri-yaşayış binalarının tikintisi” olması barədə məlumat mövcuddur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarının fəaliyyəti barədə hazırlanmış məlumatlar təqdim edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-14667/2024 saylı məktubundan görünür ki, Məhkəmə işinin araşdırılması ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarı və 3 saylı üzən Tikinti Quraşdırma Dəstəsi ilə bağlı məlumatların təqdim edilməsi barədə məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır.Bununla əlaqədar bildiririk ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin (o cümlədən, 518 saylı Tikinti Quraşdırma Qatarının və 3 saylı üzən Tikinti Quraşdırma Dəstəsinin) bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, səhmlərinin 34,34 faizi özəlləşdirilmiş və dövlət mülkiyyətində qalan 65,66 faiz səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-A-24xx-xx-2818/2024 saylı məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarı və 3 saylı üzən Tikinti Quraşdırma Dəstəsi İdarələrinin arxiv sənədləri Dövlət Arxivinin Bakı flialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2025-ci il tarixli 3-48-4/2- 235/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli, 2-1(112)-1794/2025 №-li (daxilolma xx.xx.2025-ci il, № 3-48/1-581/2025) vətəndaş İddiaçı barəsində olan sorğuya cavab olaraq bildirilir ki, sorğuda tələb olunan "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının və 3 saylı üzən Tikinti Quraşdırma Dəstəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X6 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda (xx.xx.2022-ci il tarixdən) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair ilk dəfə xx.xx.2023-cü ildə müraciət etmişdir. İddiaçının güzəştli iş dövrü ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli 13-3-2/3-9-189/2023 saylı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixində X12 Donanmasının "Alatau gəmisinə 4-cü mexanik vəzifəsinə (17 01 1983-cü iİ tarixli 16-k/s nömrəli əmr) işə qəbul edilmişdir xx.xx.1984-cü il tarixində həmin gəmiyə 3-cu mexanik vəzifəsinə xx.xx.1984-cü ıl tarixli 24-k/s nömrəli əmr) keçirilmişdir O, xx.xx.1984-cu il tarixindən X3”, "Nefteqaz-11”. "Vixr-8", ‘K.Kommunist", Nefteqaz-30 gəmilərində 2-ci, 3-cü mexanik və böyük mexanik vəzifələrində işləmişdir xx.xx.1996-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-cı bəndinə əsasən (öz xahişinə) (xx.xx.1996-cı ıl tarixli 379-k/s nömrəli) işdən azad edilmişdir. Onun tutduğu vəzifələr üzən heyətə və işlədiyi gəmilər XDND-nın gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmilər yardımçı-xidmət gəmiləri xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə muvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 01 2007cü il tarixli 12 №-li qərar ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ; istehsalatların peşələrin vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin 21.2 b yanmbəndı, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü ıl tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin siyahısının 28cı bəndinin (Nəqliyyat) 28.3 "1' yarımbəndi ilə müəyyən əsasən əmək şəraitinə görə (Üzən heyət - kod 23003010 ) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr siyahısına aid edilir. Belə olan halda iddiaçının güzəştli iş stjının ən az 12 il 6 ay olması müvafiq arayışla təsdiqlənir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı tələb olunan 25 il müddətdən azdır. İddiaçının mübahisələndirilməyən ümumi siğorta stajı 16 il 9 ay 7 gün (xx.xx.1983-xx.xx.1996-cı il, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə ki, onun "xxxx" ATSC-nin 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsində xx.xx.1996-xx.xx.2000-ci il tarixlərdə dartıcı gəmisində və 518 saylı Tikinti Quraşdırma Qatarı müəssisəsində xx.xx.2003-xx.xx.2006-cı il tarixlərdə mexanik vəzifələrində işlədiyi dövr nəzərə alınmamışdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı dövr də cavabdeh tərəfindən iddiaya yazılı münasibətdə nəzərə alınmamış və mübahisəsiz iş stajına daxil edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-nin xx.xx.2023-cü il tarixli 038 nömrəli arayışından görünür ki, X2 xx.xx.1978-xx.xx.1982-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində əyani formada təhsil almışdır. Məhkəmə cavabdehin imtinasında göstərilən iddiaçının xx.xx.1983-xx.xx.1996-cı il və xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı mübahisələndirilən iş dövru ilə əlaqədar qeyd edir ki, cavabdeh qurumun imtinası iş həcminin az olması səbəbindən işçilərin uzun müddətə öz hesabına məzuniyyətdə olduğu və hal-hazırda idarənin fəaliyyəti olmadığı, həmçinin müəssisədə işçilərə dair heç bir sənədin saxlanılmamasına əsaslanır. Məhkəmə araşdırması zamanı cavabdeh qurumun istinad etdiyi xx.xx.2023-cü il tarixli birgə Akta baxış keçirilərkən iddiçının işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərməməsi və ya iddiaçının məzuniyyətdə olması ilə bağlı hər hansı bir qeyd olmaması müəyyən edilmişdir. Bununla yanaşı, işçilərə dair, eləcə də, iddiaçıya dair sənədlər, o cümlədən iddiaçının uzunmüddətli məzuniyyətdə olması ilə bağlı hər hansı bir əmrin mövcudluğu və ya belə bir əmrə istinad müəyyən edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin 24/2 saylı xx.xx.2002-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1996-cı ildə 94/k saylı əmrə əsasən 3 №-li Üzən Tikinti, Quraşdırma Dəstəsinə məxsus “MB-6082” darticı gəmisinə 2-ci mexanik vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2000-ci il tarixdə 48/k №-li əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 891 №li xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin bazasında "xxxx" X11 Cəmiyyəti yaradılmışdır. (Struktur bölməsi olan 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsi də daxil olmaqla). Azərbaycan Respublikası"xxxx" Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarının 11 nömrəli xx.xx.2007-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2003-cü ildən (Əmr № 44/k. xx.xx.2003) xx.xx.2006-cı il tarixədək (Əmr № 02/k xx.xx.2006) 518 saylı Tikinti Quraşdırma Qatarında mexanik vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 851 №-li xx.xx.1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin bazasında "xxxx" X11 Cəmiyyəti yaradılmışdır. Sözügedən müəssisələrin iddiaçının işlədiyi yuxarıda qeyd edilən dövrlərdə fəaliyyətinin aktiv olması məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2- 1479/2024 saylı məktubu ilə öz təsdiqini tapır. Məhkəmə iddiaçının mübahisəli əmək fəaliyyəti dövründə fasiləsiz olaraq işləməsi və əmək funksiyalarını icra etməsi barədə özünün izahatını, hazırda çalışdığı müəssisələrdə müvafiq əmrlərin saxlanılmamasında iddiaçının təqsirinin olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının pensiya hüququnun təmin edilməməsi qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə artıq yük qoymuş olardı. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı xx.xx.1963-cü ildə anadan olub və 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar