Məhkəmə qərarları › İş №2-1(112)-17960/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17960/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17960/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddiaçı Bektimirova Anastasia Serqeyevna məhkəməyə iddia ərizəsi ilə müraciət edərək şəxsiyyət vəsiqəsinin və ümümvətəndaş pasportun verilməməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbini “şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2021-ci il tarixində Dövlət Miqrasiya Xidmətinin 30.04.202lci il tarixli ******* nömrəli qərarı ilə iddiaçının mənsubiyyəti tanınıb. İddiaçı bundan sonra 2021-ci və digər illərdə ASAN xidmətinə yaxınlaşıb şəxsiyyət vəsiqənin alınmasına dair müraciətlər etmişdir. Konkret olaraq iddiaçı ASAN 5 mərkəzinə yaxınlaşıb şəxsiyyət vəsiqənin rəsmiləşməsinə dair ödəniş edib, biometrik məlumatlarını təqdim etmişdir. Lakin cavabdeh qanunsuz olaraq bu günə gədər Dövlət Miqrasiya Xidmətinin qərarını icra etmir, iddiaçını şəxsiyyət vəsiqəsi ilə və ümümvətəndaş pasportu ilə təmin etmir. Bundan sonra iddiaçı cavabdehə yazılı ərizə göndərərək ona şəxsiyyət və ümümvətəndaş passportun verilməsini təmin etməyi, verilməməsinin səbəblərini bildirməyi xahiş etmişdir. Bundan sonra cavabdehdən xx.xx.2025ci il tarixdə konkret səbəblər göstərmədən cavab daxil olmuşdur. Bu cavabda şəxsiyyət vəsiqəsinin və ümümvətəndaş pasportunun hansı səbəbdən verilməməsi bildirilməmişdir. Cavab məktubundan görsənir ki, cavabdeh hərəkətsizlik nümayiş edir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı vəsatət üzrə aparılan araşdırmanın nəticəsindən asılı olaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmə məsələsinə baxılacaqdır. II. Tərəflərin izahatı Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin uzun müddət ərzində onun müraciətlərinə araşdırma aparıldığı barədə cavab verildiyini bildirmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. III. Tədqiq edilən sübutlar və faktiki hallar AZ-İİ 017220 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən X6 və X5 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdr. AZ-İ 538591 nömrəli Nikahın Pozulması haqqında Şəhadətnaməyə əsasən X6 və X4 arasında bağlanmış nikah Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.1986-cı il təvəllüdlü Kobılenkova (Bektimirova) Anastasiya Serqeyevnanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli qərar və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim olunmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli Qərara əsasən xx xxxxxx 1986-cı il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. IV. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddiaçı şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə: 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.5. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənın 2.5-ci bəndinin dispozisiya tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən İddiaçı X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti halı qiymətləndirilmiş və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli Qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli Qərara əsasən xx xxxxxx 1986-cı il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Odur ki, məhkəmə müəyyən edir ki, səlahiyyətli inzibati orqan tərəfindən (Dövlət Miqrasiya Xidməti) iddiaçı Bektimirova (Kobılenkova) Anastasia Serqeyevnanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması hazırki işin mübahisəsiz halıdır (Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.1986-cı il təvəllüdlü Kobılenkova (Bektimirova) Anastasiya Serqeyevnanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli qərar və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim olunmuşdur). “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Məhkəmə hesab edir ki, vətəndaşın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti səlahiyyətli inzibati orqan tərəfindən tanındığı halda ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə ziddir. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunundan:

4. Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir...

8. Pasport vətəndaşların (onun valideynlərindən birinin və ya qanuni nümayəndəsinin) müvafiq dövlət orqanına ərizəsi və ya müəssisənin, idarənin, təşkilatın vəsatəti əsasında verilir. Ümumvətəndaş pasportunun verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd, fotoşəkillər, 18 yaşına çatmamış uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı, bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan, ərizəyə təcili baxılmasını şərtləndirən hallar olduqda isə həmin halları təsdiqləyən sənədlər əlavə edilməlidir...

9. ...Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır... Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Məhkəmə nəzərə alır ki, qanunvericilik vətəndaşa ümumvətəndaş pasportunun verilməsindən imtinanın əsası olaraq vətəndaşın ölkədən getmək hüququnun Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırılması halını nəzərdə tutmuşdur. Hazırki iş üzrə iddiaçı X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması halı müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı X3 münasibətdə ümumvətəndaş pasportunun verilməsindən imtina edilməsi üçün hər hansı faktiki və hüquqi hal mövcud deyildir və cavabdehin imtinası iddiaçının sərbəst hərəkət etmə azadlığına qoyulan məhdudiyyət kimi qiymətləndirilməlidir. Beləliklər, məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, idddia təmin edilməli, iddiaçı X3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddia təmin edilsin. X3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar