Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1797/2020 30.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçı Miriyev İlqar Seyid Əhməd oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis-mexanik, 1 saylı İdman liseyində işləyir),cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: maliyyəçi, vəzifəsi: baş zabit, ehtiyatda olan polkovnik) iştirakı ilə, iddiaçı Miriyev X5 oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə qarşı “almadığı əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı Miriyev X5 oğlu cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə qarşı cavabdehdən hərbi xidmət müddətində almadığı əşya əmlakı əvəzinə verilməli olan pul kompensasiyasının onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0120 nömrəli, xx.xx.2003-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətə çağrılmışdır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0601 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Xidmət dövründə əşya-əmlakla tam təmin edilmədiyindən əşyaların bir qismini öz hesabına almışdır. Hərbi xidmət müddətində almadığı əşya əvəzinə veriləcək pul kompensasiyasının alınması ilə əlaqədar Müdafiə Nazirliyinə müraciət etmişdir. Onun müraciətinə xx.xx.2017-ci il tarixli, 9/1887 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 112 nömrəli, xx.xx.2004-cü il tarixli əmrinin 56-cı maddəsinə əsasən ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər əşya əmlakı əvəzinə pul kompensasiya ilə təmin olunmalıdır. Onunla qulluq edən (1,5 il müddətinə çağırılmış) zabitlərdən bir neçəsi xidmət müddətində almadığı əşya əmlakı əvəzinə pul kompensasiyası ilə təmin olunmuşlar. Lakin buna baxmayaraq Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 9/1887 nömrəli cavabda heç bir hüququ əsas olmadan Azərbaycan Respublikası Müdafiə Nazirinin 112 nömrəli, xx.xx.2004-cü il tarixli əmrinin 56-cı maddəsinə istinad edilərək onun qanuni tələbi rədd edilmişdir. Bu məsələyə aydınlıq gətirmək üçün o 2018-ci ildə Müdafiə Nazirliyinin saytında elektron müraciət etmişdir. Müdafiə Nazirliyinin hüquq idarəsinin xx.xx.2018-ci il tarixli, 11/54 nömrəli cavab məktubunda bildirilmişdir ki, hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün kompensasiya hüququna malikdirlər və qeyd olunanlara görə ona əşya üçün pul kompensasiyasının ödənilməsindən imtina olunması yuxarıda göstərilən qanunun tələblərinə ziddir. 2018-ci ilin oktyabr ayında sənədlərini toplayaraq Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2018-ci il tarixli,11/5471 nömrəli cavab məktubunu da əlavə edərək təkrarən Müdafiə Nazirliyinə müraciət etsə də 2018-ci il tarixli, 5420 nömrəli cavabda ona təkrarən bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2004-cü il tarixli, 112 nömrəli əmrinin 56-cı bəndinə əsasən ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər əşya əmlakı əvəzinə pul kompensasiyası almaq hüququna malik deyildirlər.Cavabdeh ona verilmiş imtinanı qanunsuz hesab edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, 1il 6 ay müddətinə ehtiyatdan çağırılmış zabitlərin hərbi geyim və əşya əmlakı ilə təchizatı Nazirılər Kabinetinin qərarı ilə tənzimlənir. Bu kateqoriyada olan hərbi qulluqçular hərbi hissəyə gəldiyi andan geyim və əşya əmlakı ilə dərhal və mütləq şəkildə tam təmin olunurlar. Əks halda hərbi qulluqçular üçün təyin olunmuş geyim forması onlar tərəfindən pozulmuş olur. İddiaçı qulluq etdiyi dövrdə geyim və əşya əmlakı ilə birdəfəlik olaraq tam təmin olunmuşdur. Bundan başqa Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 112 nömrəli əmrinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlərə geyim və əşya əmlakına görə pul kompensasiyasının ödənilməsi nəzərdə tutulmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ 2003-2004-cü illərdə aid olsa da o, 16 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla həm ümumi, həm də xüsusi iddia müddətini ötürmüşdür. Mübahisələndirilən dövrdə qanuni qüvvədə olmuş prosessual qanunvericiliyə görə də iddia müddəti 3 ildir. İddiaçı tərəfindən həmin iddia müddəti də buraxılmışdır.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclаsındа cavabdehin nümayəndəsi S.Qarayev iddiаya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izаhаtlarını dinləyərək, iddia ərizəsini və təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi əsаssızdır. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. 0023830 №li hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.2003-cü ildən xx.xx.2004cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və xx.xx.2004-cü ildə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının ünvanına göndərilmiş 9/1887 nömrəli, xx.xx.2017-ci il tarixli, 11/54 nömrəli, xx.xx.2018-ci il tarixli, 5420 nömrəli, xx.xx.2018-ci il tarixli məktublarında göstərilmişdir ki, iddiaçıya Müdafiə nazirinin 112 nömrəli, xx.xx.2004-cü il tarixli əmrinin 56-cı maddəsinə görə əşya əmlakı əvəzinə pul kompensasiyası ödənilə bilməz, imtina onunla əsasıandırılmışdır ki, 1,5 il müddətinə çağırılmış zabitlər əşya əmlakı əvəzinə pul kompensasiyası almaq hüququna malik deyillər. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və xx.xx.2004-cü ildə ehtiyata buraxılmışdır.Həmin müddətdən 13 ildən çox bir müddət keçdikdən sonra iddiaçı cavabdehə bir neçə dəfə müraciət edərək xidmət etdiyi dövrdə əşya-əmlakla tam təmin edilmədiyindən əşyaların bir qismini öz hesabına almasını göstərərək əşya təminatı əvəzinə pul kompensasiyasının ödənilməsini tələb etsə də müraciəti təmin edilməmişdir.Odur ki iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddiası ilə bağlı məhkəmə aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2004-cü il tarixli,112 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı” haqqında Əsasnamənin 56-cı bəndinə əsasən ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlərə geyim və əşya əmlakına görə pul kompensasiyasının ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, qeyd edilən normada göstərilmişdir ki,həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan zabit heyəti (ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər istisna olunmaqla) buraxılma gününə verilməli olan əşya əmlakı ilə mövcud qanunvericiliyə uyğun (natura və ya pul kompensasiyası ilə) təmin olunurlar. İşin faktiki hallarına əsasən iddiaçı ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabit olduğuna və həmin müddətdə həqiqi hərbi xidmətdə deyil, müddətli hərbi xidmətdə olduğuna görə ona geyim və əşya əmlakına görə pul kompensasiyasının ödənilməsi haqqında qanunvericilik müddəaları şamil edilmir. Belə ki, iddiaçının aid olduğu müddətli hərbi qulluqçular zəruri əşya və ərzaq təminatı ilə qanunvericiliyin tələblərinə səasən təmin olunurlar. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə xidmət dövründə öz hesabına hər hansı bir ərzaq və əmlak almasını təsdiq edə biləcək dəlillər, həmin dəlillərin mövcud olmasına dair məlumat təqdim edilməmişdir. Məhkəmə o halı da qeyd edir ki, iddiaçı hərbi xidmətdən ehtiyata buraxıldıqdan 15 il sonra məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmənin gəldiyi qənaətə görə onun həqiqətən də hər hansı bir zərərə məruz qalmasını şübhə altına alır.Beləki, iddiaçı xidmət dövründə əşya-əmlakla tam təmin edilmədiyindən əşyaların bir qismini öz hesabına alınmasına dair hər hansı bir sübutu da təqdim etməmişdır. Cavabdehin etirazında iddia müddətinin tətbiq edilməsi ilə bağlı göstərilənlərə isə məhkəmə qiymət verərək qeyd edir ki,Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır, belə olan halda hazırda iddiaçının iddiası inzibati orqana qarşı olmaqla inzibati xarakterlidir, inzibati mübahisələrə baxılan zaman mülki qanunvericiliyin iddia müddətlərinə dair müddəaları tətbiq edilmir. İnzibati mübahisələri tənzimləyən qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikasının İPM-də inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar üzrə iddia müddətinin tətbiqi isə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki,Miriyev X5 oğlunun cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə qarşı cavabdehdən hərbi xidmət müddətində almadığı əşya əmlakı əvəzinə verilməli olan pul kompensasiyasının onun xeyrinə tutulması haqqında iddiasının hüquqi əsası olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2, 34, 68,69,85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Miriyev X5 oğlunun cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə qarşı cavabdehdən hərbi xidmət müddətində almadığı əşya əmlakı əvəzinə verilməli olan pul kompensasiyasının onun xeyrinə tutulması haqqında iddiası təmin edilməsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1797/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1797/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver