Məhkəmə qərarları › İş №2-1(112)-1798/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1798/2020

28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1798/2020 28.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı cavabdehin nü-ma-yəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 Agentliyinəqarşı Azərbay-can Respub-lika--sı-nın Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Seidov X9-can Respub-lika--sı-nın Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məh-kə-məsinə müra-ciət edərək, X8 X5 tərəfindən ona verilən 102624 ******* nömrəli, xx.xx.2015-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması ilə bağlı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoymaqla bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci tarixində xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə etdiyi müraciətlə bağlı xx.xx.2017-ci il tarixində özündə mənfi rəyi ehtiva edən cavab məktub alınmışdır. Belə ki, həmin məktubda qeyd olunur ki, xx.xx.2015-ci il tarixli elektron ərizəyə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditisiya və Nostrifikasiya İdarəsində baxılmışdır. Nostrifikasiya prosedurunun tərkib hissəsi kimi keçirilən müsahibə zamanı ekspert qrupu tərəfindən aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edilməsini, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 3.1.2-ci maddəsini, Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini və İzahedici Memorandumun 36-cı və 37-ci paraqraflarını rəhbər tutaraq X8 X5 tərəfindən iddiaçının adına verilmiş 102624 ******* nömrəli, xx.xx.2015-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün deyildir. Bu məsələ ilə bağlı xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə iddiaçının etdiyi ikinci müraciətinə cavab olaraq da xx.xx.2015-ci il tarixli elektron müraciətinə görə iddiaçıya xx.xx.2017-ci ildə müvafiq elektron xidmət vasitəsilə məlumat verildiyi və əlavə olaraq, həmin məlumatın xx.xx.2017-ci il tarixli, 279/ANİ saylı məktubun elektron ərizədə göstərdiyi ünvana göndərildiyi qeyd edilmiş, müvafiq məktub isə cavab olaraq göndərilən sənədə qoşma şəklində əlavə edilmişdir. X6 Şimali X5ndə 2011-ci ildən 2015-ci ilə qədər 4 il müddətində İqtisadiyyat ixtisası üzrə təhsil almışdır. Həmin universitet tərəfindən adına verilmiş 102624 ******* nömrəli diplom Rusiya Federasiyası tərəfindən tanınır və bu diplom onun iqtisadiyyat ixtisasına yiyələndiyini təsdiq edir. Bununla yanaşı, həmin diplomun əlavəsinə əsasən müəyyən edilir ki, tədris dönəmində keçilən fənlərlə bağlı bilik səviyyəsi müsbət qiymətləndirilmişdir və ixtisası ilə bağlı bilikləri qənaətbəxşdir. X8 X5 tərəfindən iddiaçının adına verilən 102624 ******* nömrəli, xx.xx.2015-ci il tarixli diplom və həmin diplom üzrə aldığı ixtisas Rusiya Federasiyasında rəsmən tanınır. Həmin müraciətə cavab olaraq iddiaçıya göndərilmiş məktubda nostrifikasiya prosedurunun tərkib hissəsi kimi qeyd edilmiş müsahibə zamanı ekspert qrupu tərəfindən aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığının müəyyən edildiyi əks etdirilmişdir. Lakin Azərbaycan Respublikasının qanunvericiliyində nostrifikasiya prosesi zamanı müsahibənin keçirilməsinin məcburiliyi öz əksini tapmamışdır. Nazirlik yuxarıda qeyd olunanları, xüsusilə də, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bu məsələ ilə əlaqədar Sazişi nəzərə almamış, X8 X5 tərəfindən iddiaçıya verilən 102624 ******* nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınmasını qeyri-mümkün hesab etmişdir. Digər tərəfdən nazirlik həm də öz qərarını “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 3.1.2-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddədə qeyd olunur ki, hər bir tərəf yalnız əldə olunmuş bilik və bacarıqlar əsasında ixtisas tanınması üçün ərizənin dəyərləndirilməsi məqsədilə uyğun tənzimləmələr etməyi öhdəsinə götürür. Belə ki, iddiaçının ixtisası ilə bağlı əldə etdiyi bilik və bacarıqlar məhz X8 X5 tərəfindən ona verilən 102624 ******* nömrəli diplom vasitəsilə təsdiq edilmişdir. Odur ki, diplomunun tanınması üçün həmin diplomun əlavəsindəki qiymətləndirmələr əsas götürülməli idi və müsahibənin keçirilməsi üçün heç bir əsas yox idi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Pro-ses--sual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə ilkin cavabdeh Təhsil Nazirliyinə göndərilmiş, nazirliyə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Nazirlikdən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Hazırlıq icraatının gedişində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1798/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə 2-1(112)-1798/2020 nömrəli inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh X4 Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X8 X3 «iqtisadiyyat» ixtisası üzrə bitirməsinə dair xx.xx.2015-ci il tarixdə adına verilmiş 102624 0860878nömrəli (qeydiyyat nömrəsi 18-1066) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətna-mə-nin verilməsi vəzifəsinin X4 Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Əsl cavabdeh X4 Agentliyinin nümayəndəsinin iddiaya dair etirazında bildirilmişdir ki, iddiaçının müraciətinə baxılaraq ona müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina edilmişdir. Hesab edilir ki, imtina qanuni və əsaslıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanmması və ekvivalentliyin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş ’’Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Sonda iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilm iş hazır-lıq icra-atında işin halları və mübahisənin vəziy-yə-ti müzakirə edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolunması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia--çı iddia ərizəsində yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın tələblərinə zidd olduğu üçün əsas kimi qəbul edilə bilməz ona görə ki, Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilə-lərdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərin araşdırılmaması özü qaydaların tələblərinin pozulması deməkdir. İddiaçı işin göstərilən hallarını nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi izahatında etirazda göstərilənləri təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənəd--ləri təd-qiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - X7 Dövlət X13 X10 X5 tərəfindən iddiaçıya verilən xx.xx.2015-ci il tarixli, 102624 0860878nömrəli (qeydiyyat nömrəsi 18-1066) dip-lo-mun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı “iqtisadiyyat” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə bitirmişdir. Dövlət İmtahan Komissiyasının protokol №32 xx xxxx 2015-ci il tarixli qərarı ilə ona bakalavr ixtisası verilmişdir. Diplom xx.xx.2015-ci il tarixdə FDM APTM Şimali X3n möhürü ilə Stavropol şəhərində Stavropol diyarı və gənclər siyasəti Nazirliyi tərəfindən 173612 nömrəsi ilə xx xxxxxxx 1961-il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. -X7 Dövlət X13 X10 X1 xx.xx.2015-ci ildə verilmiş 102624 ******* nömrəli (qeydiyat nömrəsi 18-1066) bakalavr dip-lo-muna əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı həmin ali təhsil müəssisəsində “iqtisadiyyat” ixtisası üzrə 4 il əyani təhsilalma formasında təhsil almış, həmin müddətdə bakalavr/mütəxəssis proqramını mənimsəmiş, 53 fənndən yaxşı, məqbul və kafi qiymətlər almış, tədris təcrübəsini keçmiş, 5 kurs işi yazmış, ixtisası üzrə dövlət imtahanlarını vermişdir. xx.xx.2015-ci il tarixdə FDM APTM Şimali X3n möhürü ilə Stavropol şəhərində Stavropol diyarı və gənclər siyasəti Nazirliyi tərəfindən 173612 nömrəsi ilə xx xxxxxxx 1961-il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş xx.xx.2019-cu il tarixli, S-626 nömrəli ərizəsi ilə əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, xx.xx.2015-ci il tarixli elektron müraciətinin nəticəsi barədə ona xx.xx.2017-ci il tarixdə müvafiq elektron xidmət vasitəsilə məlumat verilmiş və xx.xx.2017ci il tarixli, 279/ANİ saylı məktub elektron ərizəsində qeyd edilmiş ünvana göndərilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, 279/ANİ saylı məktubdan müəyyən edilir ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə daxil olmuş xx.xx.2015-ci il tarixli elektron ərizəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin alı təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin alı təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert Qrupu tərəfindən onun aldığı ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensıya”nın İİİ. 1.2 maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələrin V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedicı Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, X8 X5 tərəfindən onun adına verilmiş 102624 ******* nömrəli, 13 07.2015-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Beləliklə, işin araşdırılan hallarından məlum olur ki, İddiaçı 2011-ci ildə X7 dövlət X13 X10 X5nə daxil olmuş, 2015-ci ildə həmin ali təhsil müəssisəsinin “iqtisadiyyat” ixtisası üzrə tam kursunu bitirmiş və xx.xx.2015-ci il tarixli, 102624 0860878nömrəli (qeydiyyat nömrəsi 18-1066) dip-lo-ma əsasən ona bakalavr ixtisası verilmişdir. İddiaçı diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə aidiyyəti qaydada müraciət etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən ona imtina edilmişdir. İddiaçının diplomunu və diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina etməsinin yeganə əsası kimi onun həmin ixtisas üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması göstərilmişdir. İnzibati Pro-ses--sual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.27-8.28-ci bəndlərinə görə xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifika-siyası) həyata keçirmək və vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadət-namələr vermək Təhsil Nazirliyinin hüququ deyil, həmin Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirməli olduğu funksiyasıdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan X4 Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən Agentliyin nizamnaməsi təsdiq edilmişdir. Agentliyin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət gösətərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilə-lərdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir (maddə 12.1). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (maddə 12.2). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xx xxxxx 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İİ.3 bəndinə əsasən həmin Konvensiyada heç nə mövcud və ya gələcək razılaşmalara üzv ola biləcək, hazırki Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən verilən ixtisasların tanınması ilə əlaqədar daha əlverişli şərtlərin ləğv edilməsi kimi hesab oluna bilməz. Həmin Konvensiya ümumi prinsipləri ehtiva edən çoxtərəfli beynəlxalq müqavilə, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş isə xüsusi tənzimləmə predmetinə malik olan ikitərəfli beynəlxalq müqavilədir. Bu səbəbdən də təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi məsələlərində Sazişin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının xx xxx 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» xx xxxxxxxx 2002-ci il tarixdə Moskva şəhərində imzalanmış Saziş Azərbaycan Respublikası və Rusiyada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının x xxxx 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmuşdur. Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən xx xxxxxxx 1961-ci il tarixli Haaqa Konvensiyasının 1-ci maddə-sinə görə bu Konvensiyanın məq-sədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittiham-çı-sın-dan (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər;b) inzibati sənədlər;c) nota-rial aktlar;d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənəd-lərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəy-yən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Kon-ven-siya-nın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaş-dır-madan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqi-li-yi-ni, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzər-də tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, X8 X3 «iqtisadiyyat» ixtisası üzrə bitirməsinə dair xx.xx.2015-ci il tarixdə İddiaçı adına verilmiş 102624 0860878nömrəli (qeydiyyat nömrəsi 18-1066) diplomRusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil möhürü vurulmaqla həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Həmin Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili inzibati orqanın nəzdindəki Komissiyanın iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasında təhsil standartlarına cavab verməməsini müəyyən etməsidir. Bununla bağlı isə məhkəmənin qənaəti belədir ki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orada fəaliyyət göstərmiş aidiyyəti komissiyanın və ya qurumun) səlahiyyətlərinə aid olduğundan və iddiaçı bu mərhələni artıq həmin ölkədə başa vurduğundan, cavabdeh inzibati orqanın qeyd edilən dəlili ilə razılaşmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, İddiaçı X8 X3 «iqtisadiyyat» ixtisası üzrə bitirməsinə dair xx.xx.2015-ci il tarixdə verilmiş 102624 0860878nömrəli (qeydiyyat nömrəsi 18-1066) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətna-mə-nin verilməsindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X7 Dövlət X13 X10 X3 «iqtisadiyyat» ixtisası üzrə bitirməsinə dair xx.xx.2015-ci il tarixdə İddiaçı adına verilmiş 102624 0860878nömrəli (qeydiyyat nömrəsi 18-1066) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətna-mə-nin verilməsi vəzifəsi cavabdeh X4 Agentliyinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X7 Dövlət X13 X10 X3 «iqtisadiyyat» ixtisası üzrə bitirməsinə dair xx.xx.2015-ci il tarixdə İddiaçı adına verilmiş 102624 0860878nömrəli (qeydiyyat nömrəsi 18-1066) diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətna-mə-nin verilməsi vəzifəsi cavabdeh X4 Agentliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məh-kəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiya-sına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar