Məhkəmə qərarları › İş №2-1(112)-1798/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1798/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1798/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 62 yaş 6 ay yaşı tamam olduğuna görə xx.xx.2022ci il tarixindən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Məzkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçının 62 yaş 6 ay yaşı tamam olduğuna görə xx.xx.2022-ci il tarixindən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində müraciət etmişdir. Müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 saylı imtina məktubu gəlmişdir. İmtina məktubunda bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə qeyd edilmişdir ki, əmək kitabçasında xx.xx.1977-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlər araşdırılmış və araşdırma zamanı məlum olmuşdur ki, AR Dövlət arxiv Filialının xx.xx.2022-ci il tarixli 19 saylı arayışına əsasən "xxxx" MMC-nin əmək haqqı cədvəlləri və arxiv sənədləri Ağdam rayon Dövlət Arxivinə təhvil verilməmişdir və bu səbəbə görədə həmən dövr staj kimi nəzərə alınmamışdır. İddiaçı xx.xx.1977-ccci il tarixindən xx.xx.2004-cü il tarixinədək, "xxxx" MMC-də işləmiş və bu faktı sübut edən ИТ-İ ******* saylı əmək kitabçasında faktiki olaraq işlədiyi müddət və vəzifəsi qeyd edilmişdir. Həmçinin möhürlərlə təsdiq edilib. 1993-cü il tarixində Ağdam rayonu işğal olunmuş və işğal olunan zaman "xxxx" MMC-nin bəzi arxiv sənədləri itirilmişdir bəziləri yanmışdır və bu səbəbə görə arxiv idarəsinə təhvil verilməmişdir. ИТ-İ ******* saylı əmək kitabçasına əsasən onun xx.xx.2004-cü il tarixinədək 26 il, 11 ay əmək stajı vardır. Cavabdeh imtina məktubunda həmçinin qeyd edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək sığorta kapitalı yoxdur, həmin illərdə iddiaçı rəsmi olaraq heç bir yerdə çağlışmamağına görə sığorta kapitalı formalaşmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı əsasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı 04 may 2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət ətmiş və xx.xx.2022-ci il tarixli **********4 nömrəli cavab məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-ci il tarixli 19 nömrəli arayışa əsasən "xxxx" MMC-nin əmək haqqı cədvəlləri və arxiv sənədləri Ağdam rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1977-ci il tarixdən xx.xx.2004-cü il tarixdək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Bundan başqa, işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə "xxxx" MMC-nin hansı tarixdə qeydiyyatdan keçməsi, hansı qurumun nəzdində yaradılması, təşkilati-hüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyin müəyyən edilib-edilməməsi barədə məlumatların əldə edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Qeyd olunan sorğuya cavab olaraq, müvafiq müəssisənin fəaliyyəti ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində heç bir məlumatın olmadığı bildirilmişdir. Buna əlavə olaraq, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ağdam rayon filialına İddiaçı qeyd olunan müəssisədə əmək fəaliyyətini təsdiq edən sənədlərin (əməkhaqqı cədvəllərinin, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə qayıtma əmrlərinin) təsdiq olunmuş cavab məktubu ilə qeyd olunan müəssisənin 1977-ci il tarixdən 2004-cü il tarixədək olan əmək haqqı cədvəlinin, əmək kitablarının və digər arxiv sənədlərinin təhvil verilmədiyi və bu səbəbdən İddiaçı qeyd olunan müəssisədə işləməsi barədə heç bir məlumatın olmadığı barədə qeyd edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən Müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

4. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, səlahiyyətli nümаyəndəsinin iştirakının təmin etməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 20 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş, məhkəmə tərəfindən dinlənilən şahid X5 öz ifadəsində bildirmişdir ki, 1973-cü ilin təqribi avqust ayında "xxxx" MMC-yə işə düzəlmişdir. İddiaçı orada işləyirdi və bir-birlərini görürdülər; iddiaçı Bərdə rayonunda işləməyib; müəssisə Bərdə rayonuna köçməmişdir. 26 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş, məhkəmə tərəfindən dinlənilən şahid X2 1970-1977-ci illərdə Ağdam rayonu Avtomobil Nazirliyinin 2711 nömrəli avtobazasında işləmiş, sonra iş yükü çox olduğundan müəssisə ayrılmış, iddiaçını işə o qəbul etmişdir. Məhkəmə iddia ərizəsini, şahidlərin ifadələrini, cavabdehin nümayəndəsinin izahat və çıxışını nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.

İİİ. Tədqiq edilmiş sənədlər

İddiaçı tərəfindən təqdim edilmiş:

AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AA 101745 nömrəli vəsiqəyə əsasən iddiaçı Ağdam rayonundan məcburi köçkündür. xx.xx.2022-ci il tarixli, xxxxxxx220002 nömrəli müraciət vərəqəsindən görünür ki, iddiaçı yaşa gprə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 01 iyul 2022-ci il tarixli, **********4 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-ci il tarixli 19 nömrəli arayışına əsasən "xxxx" MMC-nin əmək haqqı cədvəlləri və arxiv sənədləri Ağdam rayon Dövlət Arxivinə təhvil verilməyib. Əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya məxsus (bərpa edilmiş) ИТ-1037121 nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1977-ci il tarixdə 18 nömrəli xx.xx.1977-ci il tarixli əmr ilə Ağdam avtokombinatına taksirovşik vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə 74 nömrəli xx.xx.2004-cü il tarixli əmr ilə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı 02 sentyabr 2022-ci il tarixli 29 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin 1977-2004cü ilə qədər olan əmək haqqı cədvəlləri, əmr kitabları və digər arxiv sənədləri Filiala təhvil verilmədiyi səbəbindən Filialda mühafizə olunmur. Ona görə də, İddiaçı işləməsi barədə heç bir məlumat vermək mümkün olmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı 07 sentyabr 2022-ci il tarixli, **********27 nömrəli “Məlumatların təqdmi edilməsi barədə” məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin iqtisadi cəhətdən səmərəsiz olduğunu və uzun müddət fəaliyyət göstərmədiyini, həmçinin daşınmaz əmlakı işğal olunmuş rayonlarda qaldığını nəzərə alaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 2013-cü il 15 iyul tarixli, **********87 nömrəli razılıq məktubuna əsasən Nəqliyyat Nazirliyi tərəfindən 18 noyabr 2013-cü il tarixli 205/Ü nömrəli əmrlə ləğv edilmişdir. Eyni zamanda göstərilən dövrlə bağlı "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində heç bir məlumat aşkar edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağdam rayon X6 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı 21 sentyabr 2022-ci il tarixli, **********050000 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı Ağdam Avtokombinatında işləməsi haqqında Ağdam rayon Vergilər Şöbəsində məlumat yoxdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********176000 nömrəli “Məlumatı təqdim edilməsi haqqında” məktubuna əsasən bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi olaraq vergi uçotuna alınmışdır. Qeyd edilən dövrdən hal-hazırki tarixədək cəmiyyətin təşkilati-hüquqi formasında hər hansı bir dəyişiklik olmamışdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********399100 nömrəli “Məlumatın təqdim edilməsi haqqında” məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin rəhbəri X3 olmaqla, hal-hazırda faktiki fəaliyyət ünvanı Ağdam rayonu, Quzanlı qəsəbəsidir; "xxxx" MMC-nin 2711 avtomobil təmir dəstəsinin hüquqi varisi olmağı ilə əlaqədar hər hansı məlumat aşkar ediləmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağdam rayon Vergilər Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 25 oktyabr 2023-cü il tarixli, **********022100 nömrəli “Müraciətin cavablandırılması haqqında” məktubunda bildirilmişdir ki, Ağdam rayonunun işğalından sonra "xxxx" MMC Bərdə rayonu X1 həyətində fəaliyyət göstərib. Vergi orqanında olan baza məlumatlarına əsasən onun rəhbəri X3 olmuşdur (vəfət edib). Vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən fəaliyyəti olmamışdır, ancaq 2007- 2009-cu illərdə maşınların işləməsi ilə əlaqədar olaraq fərqlənmə nişanı alıblar.

İV. Məhkəmənin mövqeyi

6. Azərbaycan Respublikası Konstitusiyasının

- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 38-ci maddəsinin İ bəndinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, İİİ bəndinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

- 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır - 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2. sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2.yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;21.2.4.müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5.işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7.zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla); İşin faktiki hallarına əsasən iddiaçı Ağdam rayonundan məcburi köçkündür. O, "xxxx"da işləməsi ilə bağlı ona məxsus bərpa edilmiş əmək kitabçasına əsasən iş stajını nəzərə alaraq yaşa görə əmək pensiyasını təyin edilməsini tələb edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati işin materiallarından görünür ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq iddiaçının təqdim etdiyi əmək kitabçası ilə kifayətlənməyərək iddiaçının əmək stajı və sığorta kapitalı ilə bağlı araşdırma aparmış, sorğular göndərmiş və həmin sorğulara cavablar almışdır. Qeyd edilən cavablar və araşdırmalar əsasında iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan əmək stajına və ya tələb olunan sığorta kapitalına malik olmaması nəticəsinə gəlinmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmə araşdırılması zamanı əmək kitabçasında olan məlumatlar ilə inzibati (vergi )orqanları tərəfindən məhkəmə sorğularına cavab olaraq verdikləri məlumatlar arasında uyğunsuzluqlar və ziddiyyətlər aşkar edilimişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ona məxsus əmək kitabçasında iddiaçının işlədiyi müəssisənin direktoru “Quliyev R.” göstərilmiş, məhkəmə araşdırması nəticəsində Ağdam rayon Vergilər şöbəsinin yuxarıda göstərilən məktubunda isə "xxxx" MMC-nin rəhbəri X3 olması göstərilmişdir. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə gətirilən və məhkəmə tərəfindən dinlənilən şahidlərin izahatlarında da, iddiaçının həmin mübahisəli dövrdə (1993-cü ildən sonrakı dövrdə) Ağdam Avtokombinat” MMC –də işləməsi faktı təsdiq edilmir. Məhkəmə "xxxx" MMC-də 1977-ci ildən 2004-cü ilədək müddətin müvafiq aylarının sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə cavabdehin mövqeyini əsaslı hesab edir. Belə ki, iddiaçının həmin illərdə işləməsi əmək kitabçasında göstərilsə də, onun 1993-cü ilin iyun ayından (Ağdam rayonunun işgalı tarixindən) 2004-cü ilədək faktiki işləməsi, 2002-ci ilin 01 yanvar tarixindən 2004-cü ilin 02 may tarixindək olan dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nə cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı nə də məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. İddiaçıya məxsus əmək kitabçasına əsasən xx.xx.1977-ci ildən xx.xx.2002-ci il tarixədək stajı isə 25 ildən az (24 il 7 ay) təşkil edir; xx.xx.2002 –ci ildən xx.xx.2004-cü ilə qədər əmək haqqı almağı, müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödəməyi təsdiqlənmir. İddiaçının əmək kitabçasına əsasən əmək fəaliyyəti olduğu zaman qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67ci maddəsinin sonuncu abzasına əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamənin 3-cü bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, əmək pensiyası məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 853/2020 nömrəli inzibati iş üzrə qəbul etdiyi xx.xx.2020-cı il tarixli qərarında əks olunmuş mövqeyinə əsasən də qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Belə olan halda iddiaçının müraciətinə imtina edilməsi ilə əlaqədar cavabdehin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.

8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; - 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını Müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 62 yaş 6 ay yaşı tamam olduğuna görə xx.xx.2022-ci il tarixindən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

10. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar