Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1799/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət rüsumunun və xidmət haqlarının geri qaytarılması barədə iddia tələbinə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin onun xx xxx 2019-cu il tarixli müraciətinə xx xxxx 2019-cu il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi və cavabdehin Sabunçu rayonunun sahəsi 2844 A saylı bağa dair xx.xx.2009-cu il tarixdə verdiyi çıxarışa görə ondan aldığı dövlət rüsumu və xidmət haqlarının geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdehə ərizə ilə müraciət edilərək göstərmişdir ki, adına verilən çıxarış məhkəmə tərəfindən ləğv olunduğu üçün onun alınmasına dair verdiyi rüsum, peykdən çəkilmiş xəritəyə görə rüsum və sonra başqa xərclər ona qaytarılmalıdır. Lakin, cavabdeh 2019-cu il tarixdə ona verdiyi cavab məktubunda göstərmişdir ki, daşınmaz əmlakın üzərində əməliyyatların aparılması ilə bağlı ödənilən dövlət rüsumu və xidmət haqqı əməliyyatları həyata keçirildiyi təqdirdə geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh bu imtinanın əsası kimi ona istinad etmişdir ki, daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı və nəzərdə tutulan ödəmələrlə bağlı yaranan münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, habelə Tarif (qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli, 4 saylı Qərarı ilə müəyyən edilmiş qaydada tənzimlənir. Cavabdehin bu cavab məktubunu, yəni imtinasını qanunsuz sayır. Belə ki, həmin orqan 2844 A saylı bağ sahəsini onun adına özəlləşdirərkən bütün sənədlərini yoxlama sənədləri qaydasında olduğu üçün ondan dövlət rüsumu və xidmət haqqı almışdır. Bundan sonra ona müvafiq çıxarış verilmişdir (xx.xx.2019-cu il tarixli) və həmin bağ onun mülkiyyətinə keçmişdir. Lakin, S.Məmmədovun əsassız verdiyi şikayət əsasında məhkəmənin çıxardığı qanunsuz qərarla bu çıxarış ləğv olunmuşdur. Məhkəmə gedən müddətdə cavabdeh ona qanuni çıxarış verdiyi halda, bu çıxarışı müdafiə etməmişdir. Çıxarışın ləğvi barədə məhkəmə qərarlarından şikayət belə etməmişdir. Əgər verilən çıxarışı qanuni verirsə, cavabdeh orqan məhkəmədə onu müdafiə etməli idi. Çünki həmin orqan onun sənədlərinin yox, çıxarışın ləğvi barədə məhkəmə qərarından belə şikayət etməmişdir. Əgər onun adına olan 2844 A saylı bağ sahəsində verilən çıxarış düz verilməyibsə, onda cavabdeh orqan ondan rüsum və xidmət haqqı kimi aldıqları bütün məbləğləri geri qaytarmalıdırlar. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 68 saylı BTK-nın 2844 a saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixdə, ********** qeydiyyat nömrəsi, **********2 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2189/2018 saylı, xx xxxxxx 2019-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İddiaçı) iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, üçüncü şəxsin adına Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsi ayrılmasına dair 1989-cu il 18 mart tarixli, 29 nömrəli orderin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsin adına Sabunçu rayon Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsi ayrılmasına dair 2009-cu il 29 iyul tarixli, A 215977 saylı “torpaq sahəsinin plan və ölçü”sünün və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən üçüncü şəxsin adına verilmiş Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 68 saylı BTK-nın 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsinin ayrılmasına dair 2009-cu il 7 oktyabr tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 31 yanvar tarixli 2-1(82)-192/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxsin adına Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsi ayrılmasına dair 1989-cu il 18 mart tarixli, 29 nömrəli orderin etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsin adına Sabunçu rayon Ləhiş bağ massivində 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsi ayrılmasına dair 2009-cu il 29 iyul tarixli, A 215977 saylı “torpaq sahəsinin plan və ölçü”sünün və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 68 saylı BTK-nın 2844 a bağ nömrəsi altında 0.12 ha bağ sahəsinin ayrılmasına dair 2009-cu il 7 oktyabr tarixli, ********* qeydiyyat nömrəli üçüncü şəxsin adına verilmiş çıxarışın ləğv olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasıın 2018-ci il 26 aprel tarixli, 2-1(103)-522/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs həmin qərardan 2018-ci il 22 iyun tarixdə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2189/2018 saylı, xx xxxxxx 2019-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 aprel tarixli, 2-1(103)-522/2018 nömrrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********48 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumu və xidmət haqqı ilə bağlı 112 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə aşağıdakı qanunvericiliyin normalarına görə hesab edir ki, iddiaçının tələbi əsassızdır: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat məbləğində, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi ilə bağlı isə 50 manat məbləğində dövlət rüsumu nəzərdə tutulmuşdur. Azərbaycan Rspublikasının Tarif (Qiymət) Şurasının “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 4 saylı, xx xxxx 2009-cu il tarixli Qərarının İ-2.Torpaq sahələrinin inventarlaşdırılması bölməsinin, 2.1-ci bəndinə əsasən həyətyanı və bağ sahəsi torpaqları 0.12 ha-ya qədər olan torpaq sahəsi olduqda xidmət haqqı 12 manat nəzərdə tutulmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə; 5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıdan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu, habelə Tarif (qiymət) Şurasının xx xxxx 2009-cu il tarixli 4 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada dövlət rüsumu və xidmət haqqı tutularaq, əmlak üzərində əməliyyatlar aparılaraq iddiaçıya xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarış verildiyindən, bununla da, cavabdeh tərəfindən qanunvericiliklə öz üzərinə düşən öhdəliklər yerinə yetirilərək daşınmaz əmlak üzərində müvafiq əməliyyatlar həyata keçirildiyindən, həmin çıxarışın verilməsindən 9 ildən çox müddət keçdikdən sonra məhkəmə qərarı ilə çıxarışın ləğv edilməsi cavabdehin hərəkətsizliyi, ödənilmiş dövlət rüsumu və xidmət haqqına uyğun əməliyyatların həyata keçirilməməsi səbəbindən olmadığından, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda iddiaçının iddia ərizəsində istinad etdiyi hallarla dövlət rüsumunun qaytarılması nəzərdə tutulmadığından, iddiaçının hazırki tələbi əsassızdır və təmin edilməməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən,sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1799/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1799/2020
01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver