Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18/2023 07.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin və "Abşeron” İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının cavabdeh - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Zeynal-zadə Samir Abas oğlu və digərləri) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti və "Abşeron” İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasıcavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Zeynal-zadə Samir Abas oğlu, X3 və Zeynal-zadə Arif Əli oğlu) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş materiallarında olan AZ-İ № 966006 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zeynal-zadə Arif Əli oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, Zeynal-zadə X4-zadə Arif Əli oğlunun hüquqi varisi qismində tanınmışdır. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və proses iştirakçılarına məhkəmə iclasının vaxtı barədə məlumat verilmişdir. İş materiallarından görünür ki, iddiaçılar xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, iddiadan imtina etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi iddiaçılar tərəfindən iddiadan imtina edildiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiadan imtina edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçıların ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddiaçıların ərizəsi təmin edilməli və iddiaçılar iddiadan imtina etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-n 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-in 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və İPM-nin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin və "Abşeron” İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının iddiadan imtina barədə ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin və "Abşeron” İxtisaslaşdırılmış Mədə-Bağırsaq Sanatoriyasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Zeynal-zadə Samir Abas oğlu və digərləri) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi” tələbinə dair 2-1(112)-18/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-18/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-18/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver