Məhkəmə qərarları › İş №2-1(112)-1801/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1801/2021

15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1801/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X32 Ağa qızının katibliyi, 3-cü şəxs X16 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X25, X26 və X21 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı X25, X26 və X11 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6603/2020 saylı, 10.10.2020-ci il tarixli qərardadı ilə X25, X26 və X21 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.1 kv.m olan 2 (iki) otaqlı mənzili almış və sözügedən mənzil ƏMDK yanında DƏDRX-nin ona təqdim etdiyi RX seriyalı, ******* nömrəli, 27.02.2013-cü il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Göstərilən tarixdən indiyə qədər o və ailə üzvlərindən başqa heç kim yaşamır və mənzildən istifadə etmir. Mənzil onun mülkiyyətində olsa da, “Elektron notariat haqqında” avtomatlaşdırılmış sistemə nəzər yetirdikləri zaman onlara məlum olmuşdur ki, X25, X26 və X21 onun mənzilinə qeydiyyatdadırlar və onlar Bakı şəhəri Nizami rayon Polis İdarəsi “Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi”nə qarşı mənzildə yaşamaq hüququnun tanınmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 17 iyun 2004-cü il tarixli, 2-918/2004 saylı qətnaməsi əsasında qeydiyyata düşmüşlər. O, mənafeyinə toxunulan şəxs kimi məlum qətnaməni rəsmi surətdə əldə etmiş və qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2033/2020 saylı, 17.02.2020-ci il tarixli qətnaməsi ilə onun şikayəti təmin olunmuş, Nizami Rayon Məhkəməsinin 17 iyun 2004-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Hesab edir ki, cavabdehlərin onun mənzilinə qeydiyyata düşmələrinə səbəb olmuş əsas öz qüvvəsini itirdiyindən onlar onun mənzilindən qeydiyyatdan çıxarılmalıdır. Bu səbəbdən o, rəsmi ərizə ilə Nizami rayon Polis idarəsinə müraciət etmişdir. Nizami rayon Polis İdarəsinin 04.09.2020-ci il tarixlicavab məktubu vasitəsilə ona tövsiyyə olunmuşdur ki, X25 və digər ailə üzvlərini qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə 06.10.2020-ci il tarixli, ***- *******20 nömrəli məktub ünvanlayaraq bildirilmişdir ki, iş üzrə çıxarılacaq məhkəmə qərarı icraya yönəldikdən sonra tərəflərindən icra olunacaqdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, cavabdehin nümayəndəsi və digər 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. İddiaçı 14.04.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin 15.04.2021-ci il tarixə, saat 09:40-a təyin edilmiş iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin və digər 3-cü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-918/2004-cü il tarixli, 17 iyun 2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X25 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsi Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə qarşı mənzildə yaşamaq hüququnun tanınmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, X16 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 2405-ci məhəllədə yerləşən fərdi yaşayış 1 A sahəsinə yaşayış hüququ tanınmışdır. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2033/2020 saylı, 17.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X16 cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Qeydiyyat və X7rşı “mənzildə yaşamaq hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2004-cü il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2004-cü il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd edlmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 6ÜŞ-3088/21 nömrəli, 12 fevral 2021-ci il tarixli “Məhkəmə qərarının qanuni qüvvəyə minməsi barədə” arayışdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2033/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2004-cü il tarixli qətnaməsi ləğv edilmişdir. İddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1022/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmədiyindən 17 fevral 2020-ci iltarixli qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən 17 aprel 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan alğı-satqı müqavilələri, qeydiyyat vəsiqəsi və digər sənədlərdən görünür ki, 29.09.2004-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X17 adından (vəkalətnaməyə əsasən) X18, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 1 a-da yerləşən evi X35 Misxar Suxelə satmışdır. Həmin fərdi yaşayış evinə dair X35 Misxar Suxelin adına Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı, 032048 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 14.03.2007-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X35 Misxar Suxel sözügedən daşınmaz əmlakı X2, X9 isə 21.02.2009-cu il tarixli, AN-İ seriyalı, ******* alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evini X3, X22 08.02.2013-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən həmin, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evini və 0.068 ha torpaq sahəsini İddiaçı satmışdır. Bundan sonra İddiaçı adına sözügedən daşınmaz əmlak kompleksinə dair mülkiyyət hüquqlarını təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 27.02.2013-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3423/2018 saylı, 24 aprel 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X25 cavabdehlər Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçilik Şöbəsinin Bakı şəhər Şöbəsinə qarşı evə, torpağa mülkiyyət hüququnun tanınması tələb ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 25 avqust 2005-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, X16 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 2405-ci məhəllə, ev 1 “A” –da yerləşən evə və torpağa mülkiyyət hüququnun tanınması, qətnamənin icrasının evə aid hissəsinin Bakı şəhət Tİ və MHQİ-nə tapşırılması, qətnamənin torpağa mülkiyyət hüququnun tanınmasına aid hissəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçilik Şöbəsinin Bakı şəhər Şöbəsinə tapşırılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. Sözügedən qətnaməyə əsasən apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2005-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, iddiaçı X16 cavabdehlər Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçilik Şöbəsinin Bakı şəhər Şöbəsinə qarşı evə, torpağa mülkiyyət hüququnun tanınması tələbi rədd edilmişdir. İşdə olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilinin sorğusuna cavab olaraq verilmiş 13-20/15 nömrəli, 13 aprel 2021-ci il tarixli məktubdan görünür ki, X25 aşağıda adları sadalanan ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yanaşı, 1993-cü ildən etibarən hal-hazıradək faktiki yaşayırlar. O cümlədən, Əliyeva Hicran Nəbi qızı – 05.07.1977-ci il təvəllüdlü arvadı, ünvan 3 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, X26 – 17.05.1999-cu il təvəllüdlü, oğlu, ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki yaşayan, X21 – 16.08.2000-ci il təvəllüdlü, qızı, ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki yaşayan, X23 – 10.06.2005-ci il təvəllüdlü, oğlu, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında faktiki yaşayan. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04.09.2020-ci il tarixli, 087- 213527-3220 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanlara əsasən X16, X24 və X11 ünvan 4 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanın müraciət etməsi tövsiyyə edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.068 ha torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçməmişdən öncə mülkiyyət hüququ ilə digər şəxslərə (digərinin adına alğı-satqı müqaviləsinə əsasən keçməklə) məxsus olmuşdur. İşdə olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, mübahisəli ev 29.09.2004-cü il tarixdə X12 məxsus olmuşdur. X17 mübahisəli fərdi yaşayış evini X35 Misxar Suxelə, X35 Misxar Suxel isə X6, X1 Emin Arif oğluna, X22 isə İddiaçı satmışdır. İddiaçıya məxsus mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin iş üzrə 3-cü şəxslərə məxsus olması ilə bağlı iş materiallarında hər hansı bir sübut aşkar edilməmiş, əksinə 3-cü şəxs X16 Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 2405-ci məhəllədə yerləşən 1 A saylı fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və evə, torpağa mülkiyyət hüququnun tanınması tələbləri qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 3-cü şəxslərin mübahisəli fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, 3-cü şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evində yaşayış yeri üzrə pasport qeydiyyatında qalması mülkiyyətçinin hüquqlarını məhdudlaşdırdığından, iddiaçı iş üzrə 3-cü şəxslərin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X4 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, hazırki iş üzrə 3-cü şəxslər X16, X19 və X11 mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X13 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X16, X19 və X11 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar