Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1803/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Gədəbəy Rayon Arabaçı kənd sovetliyində tərtib edilmiş xx xxxxxx 1961-ci il tarixli doğum haqqında akt qeydinə düzəliş edilməsinin, doğum haqqında qeydin uşaq qrafasında iddiaçının adının “Radə”dən “İradə”yə düzəliş edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Gədəbəy Rayon Arabaçı kənd sovetliyində tərtib edilmiş xx xxxxxx 1961-ci il tarixli doğum haqqında akt qeydinə düzəliş edilməsinin, doğum haqqında qeydin uşaq qrafasında iddiaçının adının “Radə”dən “İradə”yə düzəliş edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonu, Arabaçı kəndində anadan olmuşdur. Həmin vaxt Arabaçı kənd soveti tərəfindən akt qeydləri aparılmaqla ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, həmin vaxt akt qeydləri tərtib edilərkən ad qrafasında adı "Radə” kimi yazılmışdır. Habuki təqdim edilən sənədlərin surətindən göründüyü kimi şəxsiyyət vəsiqəsində, nikah şəhadətnaməsində adı düzgün olaraq "İradə” kimi qeyd edilmişdir. Doğum haqqında akt qeydinə düzəliş edilməsi, qeydin ad qrafasında adının "Radə"dən "İradə”yə düzəliş edilməsi və təkrar doğum haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə Binəqədi rayon Qeydiyat şöbəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş cavabda Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları"-nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Akt qeydləri düzgün tərtib edilməmişdir və ona məxsus şəxsiyyət vəsiqəsi, digər sənədlərlə uyğunsuzluq təşkil edir, lakin akt qeydlərinə düzəliş edilməsindən əsassız olaraq imtina edilmişdir. Bu səbəbdən onun hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranmışdır. Təqdim edilən sənədlərin surətlərindən də görünür ki, akt qeydinə düzəliş edilməsi üçün əsaslar mövcuddur, ona görə də akt qeydinə düzəliş edilməsi cavabdehin öhdəsinə qoyulmalıdır. Onun doğum haqqında şəhadətnaməsi itmişdir, şəxsiyyət vəsiqəsi həmin doğum haqqında şəhadətnamənin əsasında verilmişdir və doğum haqqında şəhadətnamədə adı İradə olmuşdur. Akt qeydinə düzəliş edilməsi və təkrar doğum haqqında şəhadətnamə verilməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Akt qeydinə düzəliş edilməsindən imtina edilməsi nəticəsində cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının 13-cü bəndinə əsasən kifayət qədər əsaslar olmadığı üçün iddiaçının ərizəsi təmin edilməmişdir. Bununla bağlı vətəndaşa rəsmi imtina məktubu təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə uyğun olaraq, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi (xx.xx.2022-ci il) tarixdən məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmənin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş,işin halların və mübahisənin vəziyyətinin müzakirə prosesində iştirak etməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Gədəbəy Rayon Arabaçı kənd sovetliyində tərtib edilmiş xx xxxxxx 1961-ci il tarixli doğum haqqında akt qeydinə düzəliş edilməsinin, doğum haqqında qeydin uşaq qrafasında iddiaçının adının “Radə”dən “İradə”yə düzəliş edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Gədəbəy Rayon Arabaçı kənd sovetliyində tərtib edilmiş xx xxxxxx 1961-ci il tarixli doğum haqqında akt qeydinə düzəliş edilməsinin, doğum haqqında qeydin uşaq qrafasında iddiaçının adının “Radə”dən “İradə”yə düzəliş edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1803/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1803/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver